Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-122/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 nömrəli və 52 nömrəli mənzillərinə görə mənzillərin ümumi dəyəri olan 430000 manat pulun ½ hissəsi – 215000 manat pulun və 505 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh1 "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələr Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X8 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842, 5 nömrəli evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 nömrəli və 52 nömrəli mənzillərində (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı X6 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya məhkəməsinin 2(103)- 8080/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(005)-231/2021 saylı qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 ilə X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X6 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842, 5 nömrəli evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X6 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi hissələrində ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddianın Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 ilə X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X6 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842, 5 nömrəli evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissələrində rədd edilmiş, birləşdirilmiş iş üzrə iddiaçı X6 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İddiaçı X9 məxsus Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 və 52 (yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, M12, M1 və AZ1008, ünvan 2 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2103/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, M12, M1 və AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 və 52 saylı mənzillərdə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh2 payının müəyyən edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdehlərlə aralarında olan mübahisəli mənzillərə dair mübahisə bitmişdir. Lakin birinci instansiya məhkəməsinin ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi hissəsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Deməli, qüvvədə olan məhkəmə qərarları ilə bir daha təsdiq olunur ki, Cavabdeh2 mübahisəli mənzilləri iddiaçının razılığı olmadan digər cavabdeh olan anası Cavabdeh1 Mehdiqi qulu qızının adına keçirtmişdir. Hazırda qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-8080/2021 saylı qətnaməsi ilə aşağıdakılar müəyyən edilir: - Cavabdeh2 21 dekabr 2015-ci il tarixdə ərizə ilə "xxxx" MMC-yə müraciət edərək ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və ünvan 1 ünvanda 1 giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 kv.m olan 47 saylı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğ ona qaytarılmadan həmin mənzillərin anası Cavabdeh1 Mehdiqi qulu qızının adına rəsmiləşdirilməsini xahiş etmiş, "xxxx" MMC həmin ərizəyə əsasən MMC-nin 21 dekabr 2015-ci il tarixli müqaviləsi əsasında qeyd edilən mənzilləri 21 dekabr 2015-ci il tarixli alğı-satqı müqaviləsi ilə Cavabdeh1 Mehdiqi qulu qızının adına rəsmiləşdirilmiş, sonuncu isə 07 avqust 2020-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqavilələrinə əsasən Cavabdeh1 Mehdiqiqulu qızı həmin mənzilləri X9 müvafiq olaraq 130000 manat və 135000 manata satmışdır. – Mübahisə edilən Cavabdeh2 ilə "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 101 kv.m olan 2 otaqlı mənzilə görə və 97 kv.m olan 2 otaqlı mənzilə görə bağlanmış müqavilələrdə göstərilən mənzillərlə X6 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m12, m1) mənzilinə dair xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 52 saylı (yeni qaydalarla: ünvan 2 mənzilinə dair xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışda göstərilən mənzillər eynidir. Bu halı tərəflər birinci instansiya məhkəməsində işə baxılarkən qəbul etmişlər. Həmin mənzillər ilkin iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlaklar olmuşdur. Beləliklə də, mübahisələndirilən mənzillərin xx.xx.2015-ci il tarixli müqavilələr əsasında ilkin iddiaçının razılığı olmadan digər cavabdeh olan Cavabdeh1 adına keçirilməsinin qanunsuzluğuna birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir. Göründüyü kimi, qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir ki, hər iki mübahisəli mənzil İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmişdir. Bu artıq preyudisial əhəmiyyətli bir faktdır. Mübahisəli mənzillərin qiymətinə gəldikdə isə hesab edir ki, digər Cavabdeh1 mənzilləri Rafail Abdullayevə ucuz qiymətə satmışdır. Bu fakt həm apellyasiya, həm də kassasiya instansiyası məhkəməsinin qırarları ilə müəyyən edilmişdir. Hətta, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2103/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının 86-cı bəndində qeyd edilir ki, iddiaçının mənzillərin dəyərinə istinadla irəli sürdüyü dəlillər, hazırki işdə alıcının vicdanlı əldə edən kimi tanınmasını istisna edın hal deyildir. Məhkəmənin mənzillərin həqiqi dəyərinin müəyyən olunması üçün ekspertiza təyin etməməsi barədə dəlil də bu baxımdan əsassızdır. İddiaçı gələcəkdə mənzillərin satılmasına görə cavabdehlərə qarşı iddia verdiyi halda, mənzillərin dəyəri ilə bağlı dəlillər yoxlana bilər. Göründüyü kimi, qüvvədə olan Ali Məhkəmənin qərarında iddiaçının hazırki qaldırdığı iddi ilə müəyyən edilə biləcəyi qeyd edilmişdir. Ona görə də hesab edir ki, hazırki iddiada cavabdehlərdən tələb etdiyi məbləğ Cavabdeh1 ilə X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələrində qeyd edildiyi kimi Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, 5 nömrəli evin 52 nömrəli mənzilə görə 135000 manat məbləğin yarısı olmalı deyil. Çünki həmin mənzillərin real dəyəri daha çoxdur. Həmin ərazidə təmirli mənzillərin 1 kv.mnin qiyməti təxminən 3000 manata yaxındır. Hər iki mənzilin ümumi faktiki sahəsinin cəmi 200 kv.m olması nəzərə alınarsa, təxminən mənzillərin dəyəri 600000 (altı yüz min) manat edir. Həmçinin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi "xxxx" MMC-nin müvafiq mütəxəssis rəyi də nəzərə alınmalıdır. Mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 və 52 nömrəli mənzillərinin 2020-ci ilin avqust ayına olan bazar qiyməti 410000-415000 manat, hazırki bazar qiyməti isə 425000-430000 manat təşkil edir. Göründüyü kimi, mənzillərin satıldığı dövrdə müəyyən edilən qiymətlə alğı-satqı müqaviləsində göstərilən qiymət arasında kəskin fərq mövcuddur. Nəzərə alınsa ki, mənzillərin yerləşdiyi bina “X15” və “Bakı Konqres Mərkəzi”-nin yanında yerləşir, o zaman mütaxəssis rəyində müəyyən edilən qiymət reallığa yaxındır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, Cavabdeh2 verdiyi iddia ərizəsinə etiraza və iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlər faktiki olaraq bundan əvvəl məhkəmə araşdırması olmuş digər mülki işdə verilən iddia ərizəsi ilə eyni məzmunludur. Etirazda qeyd edilən məqamlara əvvəlki məhkəmə araşdırması zamanı qiymət verilmiş və onların əsassız olduğu müəyyən edilmişdir. Cavabdehin hər dəfə hazırki iddiada tələb olunan pulun guya birgə nikah dövründə əldə olunmadığını sübut etməsi absurddur. Çünki bu məsələyə artıq qiymət verilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8080/2021 nömrəli xx.xx.2021ci il tarixli qətnaməsinin 14-cü səhifəsinin 7-ci abzasında qeyd edilir ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından həmin mənzillər ilkin iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlaklar olmuşdur. Beləliklə də, mübahisələndirilən mənzillərin xx.xx.2015-ci il tarixli müqavilələr əsasında ilkin iddiaçının razılığı olmadan digər cavabdeh olan Cavabdeh1 adına keçirilməsinin qanunsuzluğuna birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir. Göründüyü kimi mənzillərin birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. Həmçinin, buna digər məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir. Deməli, həmin mənzillər satılarkən də cavabdehin qanunsuz olaraq əldə etdiyi pul da tərəflər arasında bölünməlidir. Bundan başqa, cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir. Həmin ərizədə cavabdeh Ailə Məcəlləsinə istinad edərək 3 illik iddia müddətinin tətbiqini xahiş etmişdir. Hesab edir ki, bu da əsassızdır. Birincisi, oxşar ərizə bundan əvvəlki digər məhkəmələrdə də (həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində) təqdim edilmiş və məhkəmə də ona münasibət bildirərək əsassız olduğunu qeyd etmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8080/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin 13-cü səhifəsinin 4-cü abzasında qeyd edilir ki, sadalanan qanunvericilik əsaslarını və müvafiq Plenum qərarını əsas götürərək tərəflərin birinci dəfə nikahın pozulması ilə yenidən nikaha daxil olması arasında (09 fevral 2016-cı il tarixdən 21 aprel 2016-cı il tarixədək olması) olan fərqin qısa zaman kəsiyində olmasını, həmin dövrdə faktiki olaraq münasibətlərin davam etdirilməsini, onların nikah münasibətlərinin xx.xx.2020-ci il tarixdən pozulmasını habelə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli 2(103)-4263/2020 saylı qərardadında müəyyən edilmiş hallardan sonra İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan məlumatlı olmasının öz təsdiqini tapmasını nəzərə alaraq birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqinin rədd edilməsi barədə nəticəsini məhkəmə kollegiyası əsaslı sayır və hesab edir ki, ilk iddiaçı ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşın ümumi sahəsi 97 kv.m olan 46 saylı mənzilə və ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 101 kv.m olan 47 saylı mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş mənzillərlə bağlı xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilələrə, həm də Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(103)-4397/2018 saylı icra sənədi üzrə əldə edilməli olan pul məbləği ilə də bağlı iddia tələbləri üzrə düzgün hüquqi nəticələrə gəlmişdir. Göründüyü kimi, artıq iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilmiş və müəyyən edilmişdir ki, müddət keçməmişdir. Lakin bu fakt cavabdehi yenə də eyni məhkəməyə eyni məzmunlu təkrar ərizə verməkdən çəkindirmir. Cavabdeh hər dəfə bu ərizələri ilə məhkəməni çaşdırmağa çalışır. Həmçinin qeyd edim ki, tərəflər birgə nikahda olduqları birinci və ikinci nikah dövründə mübahisəli mənzillərin Cavabdeh2 adına olduğunu bilməmişdir. İddiaçı tarixi saxtalaşdırılaraq xx.xx.2015-ci il kimi qeyd edilən digər cavabdeh X2 ilə "xxxx" MMC arasında bağlanmış müqavilələr barədə xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında xəbər tutmuşdur. Belə ki, həmin iclasda Cavabdeh2 Xətai Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(011)-2247/2020 saylı qərardadından verilmiş şikayətinə baxılaraq şikayət təmin edilmiş və ünvan 1 ünvanda yerləşən "xxxx" MMC tərəfindən inşa olunmuş yaşayış binasının İ girişində 46 saylı və 47 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həbsin götürülməsinin əsas səbəbi isə mübahisəli mənzillərin Cavabdeh2 adına deyil, onun anası X1 adına olması göstərilmişdir. Bundan sonra, iddiaçı mübahisəli mənzillərə dair qayınanası X2 ilə "xxxx" MMC arasında quya xx.xx.2015-ci il tarixli müqavilə bağlandığını bilmişdir. Göründüyü kimi, iddiaçı mənzillərin addan-ada keçdiyini, yəni, hüququnun pozulduğunu xx.xx.2020-ci il tarixdə bilmişdir. Əgər mənzillərin Xəqaninin anası Gülbaharın adına olduğunu bilsəydi, əvvəlcədən Xətai Rayon Məhkəməsinə müraciət edərkən sonuncunu da cavabdeh kimi qeyd edərdi. Bundan başqa, mübahisəli mənzillərin Xəqaninin anasının adına olduğunu 2016-cı ildı birinci nikah pozulduqdan sonra bilmiş olsaydı belə, yenə də iddia müddəti tətbiq oluna bilməz. X10 əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Mülki qanunvericilik daha sonra qeyd edir ki, nikahın mövcud olduğu dövrdə ərlə arvadın arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. İşdən də göründüyü kimi iddiaçı ilə cavabdeh arasında olan birinci nikah xx.xx.2016-cı il tarixdə pozulmuş, xx.xx.2016-cı tarixdə, yəni cəmi 2 ay sonra isə cavabdehlə yenidən nikaha daxil olmuşdur. Göründüyü kimi aralarındakı nikah münasibətləri davam etdmişdir. Təbii ki, yenidən nikaha daxil olduqdan sonra iddiaçı cavabdehə qarşı əmlakla bağlı iddia verməsi məntiqsiz idi, çünki artıq birlikdə yaşayır və birgə təsərrüfat aparırdılar. Həmçinin, iddiaçı həmin dövrdə mübahisəli mənzillərin cavabdeh Xəqaninin adında olduğunu bilmişdir. Xəqani sonradan MMC-nin direktoru İmdad Dursunovla cinayət əlaqəsinə girərək müqaviləni əvvəlki tarixlə anası Gülbaharın adına iddiaçının razılığı olmadan dəyişdirməyə nail olmuşdur. Hansı ki, bu fakt da digər məhkəmə araşdırması zamanı təsdiqini tapmışdır. Odur ki, iddia ərizəsinə etirazda qeyd edilənlərin nəzərə alınmamasını və iddia müddətinin tətbiq edilməməsini, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 nömrəli və 52 nömrəli mənzillərinə görə mənzillərin ümumi dəyəri olan 430000 manat pulun ½ hissəsi – 215000 manat pulun və 505 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, 5 nömrəli evin 51 nömrəli və 52 nömrəli mənzillərinə görə mənzillərin ümumi dəyəri olan 430000 manat pulun ½ hissəsi – 215000 manat pulun və 505 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyib, izahatında bildirdi ki, mənzillərin alış qiyməti həmin dövrün məzənnəsi ilə 60 000 dollar və 75 000 dollar olmuşdur. Ümumi praktikaya əsasən hesablandıqda (0.78 əmsal əsas götürüldükdə) isə mənzillərin alış qiyməti hazırkı dövrdə 106 000 manat təşkil edir və mənzil alınan zaman təmirli olmuşdur. Məlumat üçün məhkəməyə bildirir ki, Xaqani Hakverdiyev ilkin olaraq dörd otaqlı mənzil almış, lakin həmin ərazidə dövlət əhəmiyyətli bina tikildiyindən həmin dörd otaqlı mənzil sökülmüşdür. Bunun əvəzində isə ona iki ədəd iki otaqlı mənzil verilmiş və bu hal alğı-satqı müqaviləsi kimi rəsmiləşdirilmişdir. Xaqani Hakverdiyeva verilən mənzillər təmirli olmuşdur. Beləki, Xaqani Hakverdiyevin yaxın qohumu mənzilin təmiri əvəzi kimi MTK-ya 25 000 manat ödəmişdir. Həmin dörd otaqlı mənzilə dair də, məhkəmə mübahisəsi olmuşdur. Belə ki, evin sökülməsinə dair tərəflərə elə birgə nikah dövründə 94 000 manat məbləğində pul ödənilmiş və 94 000 manat məbləğində pul vəsaitini tərəflər birgə nikah dövründə xərcləmişdir. Mənzilin cavabdehin anasının adına rəsmiləşdirilməsinə aydınlıq gətirərək bildirmək istəyir ki, tərəflər arasında nikah pozulmuş, iddiaçı təxminən 2015-ci ildə 8-10 ay müddətində atasının yanında qalmış, lakin sonradan tərəflər yenidən nikaha girmişlər. Tərəflərin ikinci nikahı dövründə də aralarında mübahisələr olmuşdur. Xaqani Hakverdiyevin qohumu ödədiyi 25 000 məbləğində pulu tələb edəndə mənzil cavabdehin anasınən adına rəsmiləşdirilmişdir. Hazırda isə tərəf müqavilədə mənzilin satış qiymətinin olduğundan aşağı yazıldığı bildirir. Halbuki mənzilə dair pul notariatın ofisinin depozit hesabına yüklənmişdir və notarial qaydada məhz müqavilədə qeyd edilən pulun ödənildiyi təsdiqlənmişdir. Əgər qarşı tərəfin iddia etdiyi kimi olsa və müqavilədən mənzilin dəyərinin aşağı yazıldığı müəyyən olunsaydı, həmin vaxt mənzilin alıcısı da müqavilədə mənzilin dəyərinin aşağı yazılması ilə razılaşmazdı. Belə ki, bu hal sonradan müqavilənin tərəfləri arasında olan mübahisələrin olmasına gətirib çıxarardır. Həmçinin qeyd etmək etmək istəyir ki, hazırda mübahisəsi olunan əmlak birgə nikah dövründə əldə edilmiş və birgə nikah dövründə satılmışdır. Həmin mənzilin alış-satış qiyməti iddiaçı tərəfindən mübahisələndirilməmiş və məhkəmə də həmin hissəni araşdırmamışdır. İkincisi əgər ev birgə nikah dövründə təmir edilmişdirsə, iddiaçı tərəf evin təmiri ilə bağlı da məhkəməyə hər hansı sənəd-sübut təqdim etməmişdir. Ali Məhkəmənin qərarına və digər məhkəmə qərarlarında iddiaçıya birgə nikah dövründə əldə edilmiş əmlakın yarısını tələb etmək hüququnu verir. Mənzillərin alış qiyməti nəzərə alınaraq tərəflər arasında həmin pulun yarısı bölünə bilərdi. Lakin hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı evin cavabdehin anasının adına rəsmiləşdirilməsində məlumatlı idi və sonuncu məhkəmə prosesinə kimi iddiaçı mənzilin cavabdehin anasının adına olmasını mübahisələndirməmişdir. İş materiallarında olan: İş materialında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia qismən təmin edilərək, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələr; Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 ilə X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X6 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8, M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94880 manat, əldən çıxmış faydaya görə 47440 manat) 80661 manat məbləğində pulda ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh2 paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı X6 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materialında olan Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2021-ci il tarixli 2(103)-8080/2021 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X6 apellyasiya şikayətnin təmin edilməsi, Nərimanov rayon məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(005)-231/2021 saylı qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 ilə X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X6 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X6 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi hissələrində ləğv edilməsi, həmin hissələr üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddianın Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair Cavabdeh1 ilə X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X6 adına Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissələrində rədd edilməsi; Birləşdirilmiş iş üzrə iddiaçı X6 birləşdirilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və İddiaçı X9 məxsus Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı və 52 saylı (yeni qaydalarla: Az1008, ünvan 3 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(102)-2103/2022 saylı qərarının surətindən görünür ki, iddiaçı Allahverdiyeva Xumar İrzivan qızının kassasiya şikayətinin təmin edilməməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 və 52 saylı mənzillərdə ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh2 payının müəyyən edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materialında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmə sorğusuna 27 oktyabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 adına bağlanmış xx.xx.2013-cü il tarixli müqavilələrə əsasən Qədirbəyova küçəsi, 4 ünvanında 97,0 kv.m olan ikiotaqlı və 101,0 kv.m olan 2-otaqlı mənzillərə görə həmin tarixdə müqavilənin 7.2-ci bəndinə əsasən sahibkarlardan olan X7 tam ödənilmişdir. Sahibkarlar tərəfindən əmlak satışdan götürülən məbləğlərin siyahısı ümumi sənədlərlə birlikdə Baş prokurorluğun Korrupsiyaya qarşı istintaq idarəsinə verilib müstəntiq İlqar Səadətovun icraatındadır. İş materialında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkil sorğusuna 27 aprel 2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 adına bağlanmış xx.xx.2013-cü il tarixli müqavilələrə əsasən Qədirbəyova küçəsi, 4 ünvanında 97,0 kv.m olan 2-otaqlı və 101,0 kv.m olan 2-otaqlı, müqavilənin 7.2-ci bəndində göstərildiyinə əsasən sahibkarlardan olan X12 həmin mənzilləri özünə götürdüyü üçün ondan almışdır, idarənin xəzinəsinə həmin mənzillərdən Haqverdiyev Xəqani tərəfindən vəsatət daxil olmamışdır, heç bir qəbz mövcud deyil. Sahibkarlar tərəfindən əmlak satışdan götürülən məbləğlərin siyahısı ümumi sənədlərlə birlikdə Baş prokurorluğun Korrupsiyaya qarşı istintaq idarəsinə verilib müstəntiq İlqar Səadətovun icraatındadır. İş materialında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 dekabr 2018-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, Cavabdeh2 94.886 (doxsan dörd min səkkiz yüz səksən altı) manat mənzil haqqı qaytarılmışdır. İş materialında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X13 ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2013-cü il tarixli 67a saylı “Mənzil tikintisinə və satışına dair” müqavilədən müəyyən edilir ki, bü müqavilənin şərtlərinə əsasən, “Sifarişçi” sifariş edir, “İcraçı” isə ünvan 4 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,0 m2 olan 2-otaqlı mənzili 24 ay müddətində tikib “Sifarişçi”yə təhvil verir. Müqavilənin 7.1-ci bəndinə əsasən, “Sifarişçi” tərəfindən ümumi müqavilə qiyməti 75660 (yetmiş beş min altı yüz altmış) ABŞ dolları “İcraçı”ya tam ödənilmişdir. İş materialında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X13 ilə Cavabdeh2 arasında bağlanmış 09 sentyabr 2013-cü il tarixli 47 b saylı “Mənzil tikintisinə və satışına dair” müqavilədən müəyyən edilir ki, bü müqavilənin şərtlərinə əsasən, “Sifarişçi” sifariş edir, “İcraçı” isə ünvan 4 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 101,0 m2 olan 2-otaqlı mənzili 24 ay müddətində tikib “Sifarişçi”yə təhvil verir. Müqavilənin 7.1-ci bəndinə əsasən, “Sifarişçi” tərəfindən ümumi müqavilə qiyməti 60600 (altmış min altı yüz) ABŞ dolları “İcraçı”ya tam ödənilmişdir. İş materialında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 noyabr 2021-ci il tarixli 730 saylı vəkil sorğusu üzrə 05 noyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən 5 saylı evin 51 və 52 saylı mənzillərinin 2020-ci il avqust tarixə olan bazar qiyməti – 410000 (dörd yüz on min) – 415000 (dörd yüz on beş min) manat; hazırki bazar qiyməti: 425000 (dörd yüz iyirmi beş min) manat təşkil edir. İş materialında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır. Əmlakın qiymətləndirilməsi İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər əsasında aparılmışdır. 51 və 52 nömrəli, iki ədəd 2 otaqlı mənzillər birləşdirilərək, 5 otaqlı mənzilə çevrilmişdir. Əmlakın dəyəri faktikin vəziyyətinə və hazırki bazara görə hesablanmışdır. 2020-ci il avqust ayına görə mənzillərin dəyəri elə də aşağı olmamışdır. Sadəcə 2020-ci il pandemiya dövrü olduğundan bazarda durğunluq olmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 841-842-ci məhəllədə yerləşən 5 saylı evin 51 və 52 saylı mənzillərin hesablanmış hazırki bazar dəyərin – 483500 (dörd yüz səksən üç min beş yüz) manat; hazırki likvid dəyəri - 465000 (dörd yüz altmış beş min) manat; 2020ci ilin avqust ayına bazar dəyəri – 470000 (dörd yüz yetmiş min) manat; 2020-ci ilin avqust ayına likvid dəyəri – 452000 (dörd yüz əlli iki min) manat təşkil edir. İş materialında olan Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 mülki iş ilə əlaqədar 18 oktyabr 2022-ci il tarixli mülahizəsindən görünür ki, AR Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-2103/2022 saylı qərarın 86-cı bəndinə istinad edərək öz fikrini guya Ali Məhkəmənin qırarı ilə verilmiş göstəriş kimi qeyd etməyə çalışır. Nəzərə alınmalıdır ki, hazırki iddiaçı Ali Məhkəmənin icraatında olmuş 2(102)-2103/2022 saylı iş ilə əlaqədar pay haqqının müəyyən olunmasına dair iş üzrə təqdim etdiyi kassasiya şikayətində mənzilin dəyərinin ekspert rəyi əsasında müəyyən olunmasını yazdığı üçün, Ali Məhkəmənin qərarında həmin tələbə münasibət bildirilərək, qərarın 86-cı bəndində yazılmışdır; “İddiaçı gələcəkdə mənzillərin satılmasına görə cavabdehlərə qarşı iddia verdiyi halda, mənzillərin dəyəri ilə bağlı dəlillər yoxlana bilər”. Bununla əlaqədar, Ali Məhkəmənin qərarında yazılır ki, belə bir tələb olarsa “dəlillər yoxlana bilər” kimi münasibət bildirildiyi halda, iddiaçı bu yanaşmanı Ali Məhkəmənin göstərişi kimi qeyd etməyə çalışır. Bu yanlışdır!! Nəzərə alınmalıdır ki, Cavabdeh2 razılıq ərizəsi əsasında eyni mənzillər ilə əlaqədar 21 dekabr 2015-ci il tarixdə MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilələr üzrə cəmi ödənilmiş məbləğ 107.000 manat olmuşdur. Beləliklə iddiaçı yalnız 2013-cü il tarixdə, yaxud dekabr 2015-ci il tarixdə "xxxx" MMC-nin inşa etdiyi binalarda həmin dövrdə satış məbləğin (qiymətin), yəni bir kvadrat metr mənzil sahəsinin həmin vaxtlarda qiymətinin nə qədər olmasını MMC-yə sorğu göndərməklə dəqiqləşdirə bilər, yaxud məhkəmə belə bir sorğu verə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin hüquqi əsası kimi AM-nin 32 və 36-cı maddəsi göstərildiyindən, habelə Cavabdeh2 mənzil 21 dekabr 2015-ci ildə Cavabdeh1 satmamışdır. Həmin vaxt Cavabdeh2 MMC-yə ərizə ilə müraciət edərək mənzillərin Cavabdeh1 adına keçirilməsinə razılıq vermişdir. Xəqani bu halda mənzili digər təəfə satmamışdır. Əksinə MMC-nin məhkəmə sorğusuna verdiyi cavabda (işə əlavə edilib) qryd olunur ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli müqavilələr üzrə MMC-yə hər hansı formada ödəniş etməmişdir. İş materiallarına əlavə edilmiş digər sübutlarla (məhkəmə qətnaməsi, MMC-nin məxaric qəbzi və s.) təsdiq olunur ki, Xəqani tərəfindən MMC-yə ödənilmiş pul məbləği sonradan məhkəmə qətnaməsi əsasında Cavabdeh2 18 dekabr 2018-ci il tarixdə qaytarılmışdır. Qeyd olunanlardan əlavə nəzərə alınmalıdır ki, Cavabdeh2 mübahisələndirilən mənzilləri satıb pul əldə etməmişdir. Cavabdeh2 müqavilədə göstərilmiş məbləğ müqabilində mənzilin onun adından çıxarılmasına razılıq vermişdir. İddiaçının əsassız formada AR Məhkəmə sistemində belə bir hüquqa və qanuna zidd təcrübə mövcud deyildir. Odur ki, nəzərə alınmasını xahiş edir. Tərəfin iddia etdiyi hazırki dovrdə qeyd olunan ərazidə mənzillərin bazar dəyəri kimi fikirlər, işin faktiki halları ilə uzlaşmır. İddiaçı yalnız xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına müqavilə rəsmiləşdirilərkən qeyd olunan mənzillərin yerləşdiyi binada MMC-də 1 kv.metrin satış qiymətin müəyyən etməyi mübahisələndirə bilər. Eyni zamanda bununla əlaqədar məhkəmə tərəfindın MMC-yə sorğu göndərilə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası; 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 125-ci maddəsinin 7-ci bölməsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi; Maddə 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflərdən Cavabdeh2 ilə İddiaçı ər-arvad olmuşlar. Tərəflər arasında nikahın pozulması ilə əlaqədar 2012, 2016 və 2020-ci illərdə Xətai Rayon Məhkəməsində mülki işlər olmuş, 2012-ci ildə mülki işin icraatına xitam verilmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, lakin xx.xx.2016-cı il tarixdə tərəflər yenidən rəsmi nikaha daxil olmuşlar. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı ikinci nikah pozulmuşdur. Hazırkı iş üzrə iddianın predmetini birgə nikah dövründə - 09 sentyabr 2013-cü il tarixlərdə Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış alğı-satqı müqavilələri əsasında əldə olunmuş iki ədəd iki otaqlı mənzil təşkil edir. Cavabdeh1 iddiaçının keçmiş qaynanası və digər cavabdehin anasıdır. Cavabdeh2 ərizəsinə əsasən, "xxxx" MMC-nin 21 dekabr 2015-ci il tarixli iclasında qeyd edilən mənzillərə dair Cavabdeh2lə bağlanmış müqavilələr ləğv olunmuş, ödədiyi məbləğin anasının adına keçirilməsi qərara alınmışdır. 21 dekabr 2015-ci il tarixdə sahəsi 101 kv.m olan 2 otaqlı mənzilin 47571 manata, sahəsi 97 kv.m olan 2 otaqlı mənzilin 59393 manata Cavabdeh1 tərəfindən alınması barədə müqavilələr bağlanmışdır. Sonuncu isə həmin mənzillərə mülkiyyət hüququnu rəsmiləşdirmiş və xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, həmin mənzilləri ayrı-ayrılıqda dəyərləri 130000 və 135000 manat olmaqla X9 satmışdır. Hazırda iddiaçı cavabdehlərdən müştərək qaydada "xxxx" MMC tərəfindən sözügedən mənzillərə müəyyən edilmiş ümumi dəyərin - 430000 manatın ½ hissəsi olaraq 215000 manat tələb edir. Məhkəmə hesab edir ki, mənzillər tərəflərin ümumi mülkiyyəti olduğundan və xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, həmin mənzillər ümumi olaraq 265.000 (ayrı-ayrılıqda 130000 və 135000 manat olmaqla) manata satıldığından, məhz satışdan əldə olunmuş pul məbləğinin ½ hissədə cavabdehlərdən iddiaçının xeyrinə tutulması qanunidir. Belə ki, hər iki cavabdeh öz hərəkətləri ilə (Cavabdeh2 mənzillərə dair onunla "xxxx" MMC- arasında bağlanmış müqavilənin iddiaçının razılığı alınmadan ləğv edilərək anasının adına keçirilməsi ilə, Cavabdeh1 isə həmin mənzilləri vicdanlı alıcı olan X9 sataraq varlanmaqla) iddiaçıya maddi ziyan vuraraq onu əmlak hüquqlarından məhrum etmişlər. Ona görə də iddia qismən təmin еdilməli, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, 5 nömrəli evin 51 nömrəli və 52 nömrəli mənzillərinə görə mənzillərin satışından əldə olmuş 265.000 (iki yüz altmış beş min) manat pulun ½ hissəsi – 132500 (bir yüz otuz iki min beş yüz) manat və iddia qismən təmin olunduğundan ödənilmiş 505 (beş yüz beş) manat dövlət rüsumunun 252,50 (iki yüz əlli iki manat əlli qəpik) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdehin nümayəndəsi və vəkilinin iddianın rədd olunmasına dair dəlillərindən biri də, iddia müddətininin ötürülməsi ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, iki otaqlı mənzillərə dair Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələr etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94880 manat, əldən çıxmış faydaya görə 47440 manat) 80.661 manatı məbləğinə pulda ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh2 payları müəyyən edilmişdir. Qətnamə həmin hissədə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə araşdırılmış və qiymətləndirilmiş faktlara əsasən, sözügedən 2 ədəd ikiotaqlı mənzil iddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlaklar olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2(103)-4263/20 saylı qərardadından görünür ki, İddiaçı ilk əvvəl “Cavabdeh2 və "xxxx" MMC-nə qarşı mənzil üzərində payların müəyyən edilməsi” tələbilə müraciət etmiş, həmin mülki iş üzrə Cavabdeh2 mənzilin onun anası Cavabdeh1 satılmasını bildirərək həmin iş üzrə qərardaddan şikayət vermişdir. Bundan sonra İddiaçı 21 iyul 2020-ci il tarixdə Cavabdeh1 ilə "xxxx" MMC ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qənaətinə görə bu hal İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan, adıçəkilən məhkəmə aktından sonra məlumatlı olmasını istisna etmir. Birinci dəfə nikahın pozulması ilə yenidən nikaha daxil olması arasında (xx.xx.2016-cı il tarixdən 21 aprel 2016-cı il tarixədək olması) olan fərqin qısa zaman kəsiyində olmasını, həmin dövrdə faktiki olaraq münasibətlərin davam etdirilməsini, onların nikah münasibətlərinin xx.xx.2020-ci il tarixdən pozulmasını, habelə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 iyun 2020-ci il tarixli 2(103)-4263/20 saylı qərardadında müəyyən edilmiş halllardan sonra İddiaçı iddia etdiyi müqavilələr barədə sonradan məlumatlı olmasını nəzərə alaraq məhkəmə, iddia müddətinin tətbiqinin rədd edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 132500 (yüz otuz iki min beş yüz) manat məbləğində pul vəsaiti və 252,50 manat məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-122/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-122/2023
11.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver