Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1265/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983Vəkil1, Cavabdeh "X7-Bakı" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983Vəkil2, Cavabdehlər https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983Cavabdeh3 və https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər "X7-Bakı" Qapalı Səhmdar Cəmiyyəti, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983Cavabdeh3 və https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş 17696 manat maddi zərərin, 20000 manat məbləğində mənəvi zərərin ümumilikdə 37696 manat məbləğində vəsaitin və 204 manat məbləğində ödənilmiş dövlət rüsumunun “X7-Bakı” QSC-dən (“X19”) tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada vəsatət təqdim edərək, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983Cavabdeh3 və https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının oğlu xx.xx.2019-cu il təvəllüdlü X16 2021-ci ilin noyabr ayında özünü pis hiss eləmiş və iddiaçı onu qusma, qarın ağrısı əlamətləri ilə K.Fərəcova adına X1 (OMD xəstəxanası) aparmışdır, həmin tibb müəssisəsində X12 “Rotavirus” xəstəliyinə tutulmasından şübhələnmişlər. Onlar tibb müəssisəsində 4 gün qaldıqdan və iddiaçının oğlunun vəziyyəti ancaq pisliyə doğru getdikdən sonra həmin ilin dekabr ayının 31-i uşağı “Medi Club” klinikasına aparmışlar, “Medi Club”da uşaq 2022-ci ilin yanvar ayının 6-na qədər qalmışdır. Ümumi müayinə olunmuş, lakin uşağa barədə heç bir diaqnoz qoyulmamışdır. 11 yanvar 2022-ci il tarixində uşaq bərk ağrımağa başlamış, qışqırmış, yerindən dik atılmış sonradan sakitləşmişdir. Səhər tezdən uşağın artıq huşu gedib. Komatoz vəziyyətdə uşağı “Medi Club” tibb mərkəzinə aparmışlar, 12 yanvar 2022ci il tarixində uşaq Reanimasiya” şöbəsinə qəbul edilmişdir. Uşağın vəziyyəti olduqca ağır olmuş, uşaq süni tənəffüs aparatına qoşulmuşdur. Zəruri analizlər götürülmüş və qanda amonyak maddəsinin göstəricilərinin yüksək olması səbəbindən uşaq komaya düşmüşdür. Qanda amonyak maddəsinin göstəricisi “300-400” vahidə yaxın qalxmışdır. Uşaq bir neçə gün koma vəziyyətində qalmış, lakin həmin tibb müəssisəsində uşağa yardım göstərə bilməmişlər. 16 yanvar 2022-ci il tarixində X2 Respublikasının, İstanbul şəhərində yerləşən “Liv” hospitalına gətirilmiş və bir ay müddətində həmin hospitalda qalmışdır. Uşağın qanının təmizlənməsi, “Plazmafarez” və “Dialez” olunduqdan sonra oğlu komadan ayılmışdır. Vəziyyəti isə hələ də olduqca ağır davam etmişdir. Bir neçə ay fizioterapiya prosedurları həyata keçirilmiş, vəziyyəti düzəlmiş, Bakıya qayıtdıqdan sonra isə təkrar pisləşmişdir. Bu dəfə yenidən “Medi Club” tibb mərkəzində bir müddət qalmış, sonra uşaq Almaniya Federativ Respublikasının Münhen şəhərində yerləşən “Maksimillian” Klinikasına yerləşdirilmiş və orda 3 ay müalicəsi davam etdirilmişdir. Həmin klinikada da uşağın xəstəliyi ilə bağlı diaqnoz qoyula bilməmişdir. Uşaq digər xəstəxanalara da aparılmış bütün növ metobolik xəstəliklərin şübhəsi ilə müxtəlif analizlər aparılmış, lakin konkret diaqnoz qoyula bilməmişdir. Genetik testləri həm Almaniya Federativ Respublikasında, həm də Türkiyə Respublikasında vermişlər, lakin bütün bunlar bir nəticə verməmişlər. Uşaq indiyə qədər nazaqastral zondla qidalanır və mütəmadi olaraq analiz göstəriciləri dəyişirdi. Gah albumin maddəsinin göstəricisi düşür, gah isə qanda amonyak maddəsinin miqdarı qalxırdı. Belə hallar olanda klinik müalicə üsulu ilə albumin maddəsinin göstəricisi düşəndə albumin müalicəsi aparılırdı, ammonyak maddəsi qalxanda isə benzatin maddəsi verilirdi və bununla da amonyak maddəsi aşağı düşürdü. Bu cür uşağın vəziyyətini stabil saxlamağa müyəssər olmuşlar. Sonuncu dəfə uşaq Türkiyə Respublikasının Ankara şəhərində “Qazi” xəstəxanasında 2 ay müalicə olunmuş. Valideynlərindən və uşaqdan genetik test götürülmüş. Beləliklə, artıq ailə uşaqda baş verəcək narahatçılığın qarşısının alınması yollarını müəyyən etmişlər, əl və ayaq şişəndə bu albumin maddəsinin azlığından irəli gəlmiş, birdən-birə qışqırmaq halları olanda ammonyak maddəsinin göstəricisinin qalxdığını başa düşmüşlər. Bakıda müalicənin davam etdirilməsi məqsədilə “X21” klinikasına müraciət edilmiş, həmin klinika ailəyə Türkiyə Respublikasında olduqları zaman türk həkimləri tərəfindən məsləhət görülmüş, həmin klinikanın Türkiyədə fəaliyyət göstərən həkimlərlə əlaqəli olduğu göstərilmişdir. Beləliklə, sonuncu dəfə uşağın əl və ayağı şişdiyinə görə onu “X19”ya aparmış, albumin maddəsinin göstəricisinin aşağı düşməsindən şübhələnmişlər. Tibb müəssisəsinə çatdıqda uşağın bütün sənədlərini və Türkiyə Respublikasında olan həkimlərlə əlaqə üçün nömrələrini vermişlər. Türkiyədəki həkimlərlə əlaqə saxladıqdan sonra analiz götürdülər. Ailə bilirib ki, amonyakın göstəricisi yüksək deyil çünki əl və ayaq şiş olanda albumin maddəsinin göstəricisi aşağı olur. Uşağa 3-4 gün sistem köçürülmüş və evə aparmışlar. 2023-cü ilin oktyabr ayının 2-si gecə uşağın vəziyyəti yenə pisləşdi. Uşaq birdən-birə dik hoppanırdı, qışqırırdı, başının ağrıdığını deyirdi və ürək bulantısı var idi. Biz yenə amonyakın göstəricisinin qalxması halından şübhələnirdik. Oktyabr ayının 3-ü səhər uşağı “X19”ya aparmışlar və orda ailəni pediatr Cavabdeh3 qarşılamışdır, ailə saat 10-da həkimlə görüşmüş və bildirmişlər ki, bu mərhələlərdən dəfələrlə keçmişlər. Uşaqda amonyakın göstəricisinin yüksək olmasından şübhələndiklərini və amonyakın yoxlanılmasını söyləmişlər. Həkim ailəyə razılaşdığını bildirmiş və uşaq həmin gecə xəstəxanada qalmışlar. Gecə saat 3-də ailəyə bildirilib ki, uşaq koma vəziyyətindədir. Ailə uşağı reanimasiyaya götürməklərini tələb etmişk və oktyabrın 3-dən 4-nə keçən gecə uşağı reanimasiyaya götürdülər. İddiaçı, həkim Cavabdeh3 ilə danışmış və amonyak göstəricilərini soruşmuş və öyrənmişdir ki, laboratoriyada problem olduğundan uşağın amonyak göstəriciləri yoxlanılmamış və səhlənkarlığa yol verilərək iddiaçıya bildirilməmişdir. Uşaq tibb müəssisəsinə daxil olan zaman huşu başında olmuşdur, orada da ammonyakın miqdarı göstərilir. Epikrizdə görsənir bunlar. İlk olaraq özlərinə maraqlı olan HİV, hepatit analizi götürülür. Onların keçici xarakteri olması ilə bağlı. Lazım olan isə ammonyak idi. O isə 1 gün sonra götürülüb. Neçə saat gec götürülüb. Bu isə ağır vəziyyətdə olan adama daha pis təsir edir. Təxminən 15-16 saat sonra götürülüb. Analizin cavabları də göstrərir ki ammonyakın həddi yuxarı qalxıb. Hlabuki ilk o götürülmə ilə. X15 gedib uşaq. Ora da arayış verir ki ağır olub vəziyyəti uşağın. Ayın 4-ü olub bu hadisə. Bundan sonra orada müalicə olub uşaq. Türkiyədən bizə deyildi ki, ölkəmizdə məhz bu xəstəxanaya getməyi tövsiyyə olundu. Bu tövsiyyədən sonra ilk dəfə gəlib ailə ora. Uşağın vəziyyətindən Cavabdeh3la birlikdə həmin hospitalın Pediatriya və Neonatologiya, Yenidoğulmuşların Reanimasiyası şöbələrinin müdiri Cavabdeh2 da xəbərdar olmuşdur. Uşaq koma vəziyyətində olarkən analiz götürülmüş və amonyak göstəricisi ölçülmüşdür. Amonyakın nəticəsi 168-170 arası olmuşdur. X4 oktyabr ayının 2-dən 4-nə kimi amonyak göstəricisi qalxmışdır və buna görə də başı ağrımış, halsız olmuşdur. X6 “X19”-dan X9 köçürtmüşlər. Orda da uşağı reanimasiyaya götürmüş və amonyak analizi götürülmüşdür. Amonyakın göstəricisi artıq 400-ü keçmişdi və uşaq süni tənəffüsdə idi. Uşaq 2 həftə X5mışdır. Uşağın vəziyyəti halhazırda da ağırdır və uşaq çox geriləyib. Yenidən reablitasiya prosedurlarına ehtiyacı vardır. “X19”da səhlənkarlıq edilərək oktyabr ayının 3-ü uşağın amonyak göstəriciləri yoxlanılmamış və uşağın vəziyyəti pisləşdikdən sonra analiz götürülmüşdür. Bu zaman isə yuxarıda qeyd edildiy kimi amonyakın göstəricisi 400-dən çox olmuşdur. Paytaxtın tanınmış hospitalında belə səhlənkarlığa yol verilməyi vətəndaşların rifahı üçün böyük təhlükədir. İddiaçı uşağı X9 aparmalı olmuş və bunun nəticəsində ona maddi zərər dəymişdir. Bundan başqa, uşağın amonyak göstəriciləri yoxlanılmadığından heç bir müayinə olunmamış bunun nəticəsində uşaq koma vəziyyətinə düşmüş, həm uşaq, həm də valideynlərinə mənəvi ziyan dəymişdir. Beləliklə, iddiaçı X18 2548 manat və X8 15148 manat məbləğində vəsait ödəmişdir. Lakin, müalicə vaxtında və düzgün aparılsaydı həmin lüzumsuz xərclərdən azad olacaqdı. Düzgün olmayan müalicə nəticəsində etdiyim xərclər cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, iddia ərizəsində əsaslandığı halları iddiaçı tərəf özü sübut etməlidir, ərizə onunla əsaslandırıılıb ki 18 saat sonr ammonyak sonra götürülüb. 142 olub əvvəlcə, sonra isə 162 olub, məhz bu göstərici 2-4 saat ərzində götürülüb. Xəstəlik haqqında vahid diaqnoz qoyulmayıb, qoyula da bilmir. Bu təkcə onların tibb müəssisəsində baş verməyib, yəni ümumilikdə dəqiq bir diaqnoz qoyula bilmir. Bundan əvvəl də uşaq həmin yerdə müalicə alıb. İddia tələbinin 2-ci əsası da odur ki müalicə səhv aparılıb. Bunun da heç bir əsas yoxdur, yəni müalicənin səhv aparılması ilə bağlı iddiaçı tərəfin sübutu yoxdur. Ekspert rəyi də bunu təsdiq edir ki, müayinə və müalicə düzgün aparılıb. Sonda Vəkil2 iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında verərək bildirdi ki, xəstə 2023-cü il sentyabr ayında tibb müəssisəsində yatıb, 20-25 sentyabra təsadüf edir bu. Yəni hazırki şikayətdən 15 gün əvvəl. Onlar stasionar yatış vermişlər məhz 3 oktyabrda. Həmin yatış zamanı ammonyak ölçüsünə baxılıb və 142 gəlib, bu əlavə prosedurdur, əsas deyil. 142 normaldan biraz yüksəkdir, lakin bu ağırlaşma vermir. Sonra stasionardan reanimasiyaya köçürülüb ki, o zaman bu dəyər artaraq 163 olmuşdur. Daimi olaraq izlənib uşağın halı. Təkrar müzakirələr olub Mərkəzi klinikanın həkimi ilə də birlikdə o özü hazırlıq üçün danışıb, deyiblər ki əlavə nəyəsə gərək yoxdur. Araşdırma olmalıdır ki, uşaq niyə halsızdır, yenə də yekun nəticə aşkarlanmadı. Anar dokturla danışılıb, protokolda göstəriş olmasa da belə qərara gəliblər ki, ammonyakın miqdarın azaldan vasitədən istifadə etsinlər, bu barədə uşağın ailəsi ilə də müzakirə edildi. Dərman veriblər, yenə huşu açılmadı və ailə öz istəyi və ortaq qərara ilə köçürüldü mərkəzi klinikaya hemonial filtrasiya olunsun deyə. Sonra orada yatış olub bu barədə məlumatı yoxdur. Mərkəzi klinikaya köçürməkdə əsas səbəb hemonial filtrasiya olunmaq idi. Bunu edən cihaz isə onların klinikasında yoxdur. Xüsusi cihazdır dialezə bənzər. Bu cihaz qan təmizləmək kimi funksiyanı icra edir. Bu da 163 ammonyaka görə göstəriş deyil lakin bunu ediblər ki vəziyət pisləşməsin, bu nadir genetik xəstəlikdir deyə hazır protokol yoxdur ki bu xəstəliyə yanaşsınlar. Onların tibb müəssisəsindən başqa bu xəstəliklə məşğul olan yer yoxdur. Bu xəstə üçün də köməklik əvvəl də, indi də edilib, yanlış nəsə etməyib, gecikmə mə s. olmayıb. Mərkəzi Klinikadakı aparat danışnan bir şey deyil. Orda olub onlara gələ bilərdi lakin bu yatış tələb edir deyə orada qalsa daha yaxşı idi. Ailəyə əvvəldən deyilib ki onlarda bu prosedur yoxdur. Xəstə gəldiyi zaman halı yüksək dərəcədə pis deyildi. 142-163 yüksək dəyişiklik deyil. Yuxuya meyillilik müəyyən olundu deyə şübhələniblər. Lakin bu uşağa konkret olaraq diaqnoz qoymaq mümkün deyil. Uzun araşdırma lazımdır bunun üçün . Xaricdə analizlər göndərilir fikir mübadiləsi olur. O cavablar gələnə qədər oturub gözləyə bilməzlər, onlardan öndə Türkiyədən yönləndirilib. Hətta 2-ci yatışda belə yekun cavab gəlməyib. Onların ilk məqsədi həyatda saxlamaq olub uşağı. Genetik testin nəticəsi gözlənilirdi Türkiyədən. Aşkar olunmamışdı yekun diaqnoz bunlar da 2 aya qədər vaxt alır. Bu xəstəlik tamamən müalicə olunan xəstəlik deyil, simptomatik müalicə edirlər, yəni ilə qarşılaşırlasa, onu müalicə edirlər. Ailə özü də deyirdi səbəb bilinmədən halı pisləşirdi. İlkin olaraq 5 gün müalicə olundu evə göndərildi. Ailə özü nəticə gözləyirdi Türkiyədən. Oktyabrda gələndə belə yenə genetik analizin nəticəsi yox idi. Belə hal xəstəlik üçün xarakterikdir böyük ehtimal hələ də bilinmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, o, ölkənin Baş Pediatrıdər, 1-2 il əvvəldən tanıyır uşağı. Bu xəstəliklərlə o, məşğul olur . Belə xəstəliklərə diaqnoz qoyula bilmir. O onu illər əvvəl MediClubda müalicə eləyib. İllər əvvəldən deyib ki diaqnoz yoxdur uşağın. Bunun özəldə və dövlətdə yoxdu müalicəsi. Komada idi və getdi Türkiyəyə komadan çıxdı illərdi tanıdığı uşaqdı bu uşaq. Səbəbsiz olaraq komaya girir bu xəstələr. Vahid diaqnoz olmasa da ilkin müalicə edirlər ki ölməsin uşaq. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli X17 Epikrizindən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə “yüksək temperatur, ishal, monoton qışqırıq” şikayətləri ilə daxil olmuş, xx.xx.2023-cü il tarixdə valideynlərinin istəyi ilə müalicənin davamı üçün başqa bir özəl klinikaya köçürülmüşdür. “Qanın ümumi, biokimyəvi analizi, qan qazı, koaquloqramma, döş qəfəsi rentgen, ammonyak, EEQ, kontrastlı baş-beyin MRT” müayinələri aparılmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Mərkəzi Klinikaya müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11”nin 465/KEŞ saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, "X19" klinikasında Tale Qasımovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Metabolik xəstəlik? Dəqiqləşdirilməmiş komatoz vəziyyət" diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq müalicələr aparılmış, lakin xx.xx.2023-cü il tarixdə xəstə valideynlərinin istəyi ilə müalicənin davamı üçün başqa bir özəl klinikaya köçürülmüşdür. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Tale Qasımovun vəziyyəti xəstəliyin kliniki gedişatından asılı olaraq ağırlaşmışdır. Tale Qasımova aparılmış müalicələr onun vəziyyətinin ağırlığına uyğun olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 204 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, X12 xx.xx.2023-cü il tarixdə “X19” MMC tibb müəssisəsində müalicəyə qəbul edilmiş, həkimlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən uşağın müayinə və müalicəsi həyata keçirilmiş, xx.xx.2023-cü il tarixdə müalicənin davamı üçün başqa bir klinikaya köçürülmüşdür, iddiaçı tibb müəssisəsində müayinənin düzgün aparılmadığını (ammonyakın vaxtında ölçülmədiyini), buna görə də uşağın vəziyyətinin pisləşərək sonrakı fəsadların baş verdiyini bildirir, cavabdehlər isə müayinənin və müalicənin düzgün və qaydasında aparıldığını, uşağın vəziyyətinin ağırlaşmasının təbii-kliniki olduğunu bidirir, iş üzrə təyin edilmiş ekspert rəyində isə “uşağa diaqnozun düzgün təyin edilməsi, təyin edilmiş diaqnoza uyğun müalicələr aparıldığı, uşağın vəziyyətinin kliniki gedişatdan asılı olaraq ağırlaşdığı, aparılmış müalicələrin onun vəziyyətinin ağırlığına uyğun olması” göstərilmişdir. Bununla belə, “X19” tibb müəssisəsində uşağa müalicə və müayinənin düzgün aparılmaması, tibb müəssisəsinin və tibbi heyətinin hərəkətlərinin “tibbi standartlarına” uyğun olmaması, bu müalicə nəticəsində iddiaçıya hər hansı bir zərərin dəyməsi, cavabdehlər tərəfindən ona zərər vurulması halları, həmçinin uşağın vəziyyətinin ağırlaşması ilə cavabdehlərin apardığı müayinə və müalicə arasında səbəbli əlaqənin olması halları məhkəmə tərəfindən müəyyən olunmadı. Qeyd olunmalıdır ki, öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi MM-in müddəalarında müəyyən edilmişdir. Öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür. Mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması (ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir); əməlin təqsirli olaraq törədilməsi (təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir); törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması (qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır) və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması (zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır). Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı ). Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına zərər dəydikdə tibb müəssisəsi zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir və bu zaman uşağın vəziyyətinin ağırlaşmasının cavabdeh tibb müəssisəsində yanlış aparılmış müalicə prosesi nəticəsində baş verib-verməsi, bu ağırlaşma ilə tibb müəssisəsi heyətinin və həkimlərin hərəkətləri, apardıqları müayinə prosedurları arasında səbəbli əlaqənin olub-olmamasına dair hallar aydınlaşdırılmalıdır. Bu halların aydınlaşdırılması daha çox tibbi sahədə xüsusi biliyə malik ixtisaslı mütəxəssislərin köməyi ilə mümkün olduğundan keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməli və mübahisənin həllində nəzərə alınmalıdır, iş materiallarında olan ekspert rəyində isə “uşağa diaqnozun düzgün təyin edilməsi, təyin edilmiş diaqnoza uyğun müalicələr aparıldığı, uşağın vəziyyətinin kliniki gedişatdan asılı olaraq ağırlaşdığı, aparılmış müalicələrin onun vəziyyətinin ağırlığına uyğun olması” göstərilmişdir ki, bu da zərərin tibb müəssisəsinin təqsiri üzündən baş vermədiyini təsdiq etməklə tibb müəssisəsi və əməkdaşlarının uşağı müayinə və müalicə edərkən tibbi baxımdan qəbul etdikləri normal risk çərçivəsində hərəkət etmələri ilə onların peşə fəaliyyəti ilə bağlı təqsirli (hüquqa zidd) əməlini istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, xüsusi risk qrupuna aid olan peşə sahibləri tərəfindən vurulmuş zərərə görə məsuliyyət məsələsi ilə bağlı vurğulanmalıdır ki, qeyd edilən şəxslər yalnız təqsirli şəkildə vurulan zərərə görə məsuliyyət daşıyırlar. Xüsusi risk qrupuna daxil olan peşə sahibi kimi həkimləri qeyd etmək olar. Həkim, tibb mərkəzi, xəstəxana və başqaları düzgün qoyulmayan diaqnoz, xətalı müalicə və müdaxilədən məsuliyyət daşıyırlar. Lakin edilən bütün prosedurlar tibb elminin ümumi qəbul olunan “tibbi standartlarına” uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində edildiyi halda vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi baxımdan qəbul etdiyi normal risk çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq ortaya çıxan arzu olunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər "X7-Bakı" Qapalı Səhmdar Cəmiyyəti, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983Cavabdeh3 və https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983Cavabdeh2 qarşı “dəymiş 17696 manat maddi zərərin, 20000 manat məbləğində mənəvi zərərin ümumilikdə 37696 manat məbləğində vəsaitin və 204 manat məbləğində ödənilmiş dövlət rüsumunun “X7- Bakı” QSC-dən (“X19”) tutulub İddiaçı ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “dəymiş 17696 manat maddi zərərin, 20000 manat məbləğində mənəvi zərərin ümumilikdə 37696 manat məbləğində vəsaitin və 204 manat məbləğində ödənilmiş dövlət rüsumunun "X7-Bakı" Qapalı Səhmdar Cəmiyyəti (“X19”), https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983Cavabdeh3 və https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2647983Cavabdeh2 tutulub İddiaçı ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1265/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1265/2024
14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver