Məhkəmə qərarları › İş №e-2(011)-1279/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1279/2023

23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1279/2023 23.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki olaraq istifadəsində olan “OPEL CORSA” minik markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi zərərin əvəzi olaraq Cavabdeh 3457 (üç min dörd yüz əlli yeddi) manat məbləğində pulun, mənəvi ziyana görə 2000 (iki min) manat və məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun, cəmi 5532 (beş min beş yüz otuz iki) manat məbləğində pulun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə xx.xx.2023-cü il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələri barədə məhkəməyə məlumat verməmişlər. Bununla belə, iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, tərəflərin iddia ərizəsində göstərilən tələbi məhkəmədən kənar həll etmək üçün razılaşdığını, bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanıb, sənədlərin ona geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda, məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən və mülki iş hazırda hazırlıq mərhələsində olduğundan, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin iş materiallarında olan ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da tam geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 170, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar