Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-131/2025 31.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər “X9 MMC” və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdeh “X9 MMC”, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həkim-qastroenteroloq Cavabdeh2 və “X10” MMC-nin ona vurduğu 10000 (on min) manat məbləğində maddi zərərin, 100 000 (yüz min) manat məbləğində mənəvi zərərin, ümumilikdə 110.000 (yüz on min) manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada vəsatət təqdim edərək, Cavabdeh3 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının anası 1950-ci il təvəllüdlü X1 yaranmış problemlərlə (qarın nahiyəsinin şişkinliyi) əlaqədar xx.xx.2023-cü il tarixdə “Loğman” klinikasına müraciət edərək kompüter tomoqrafiyası (KT) müayinəsindən keçmiş və ona “bağırsaq keçməzliyi” diaqnozu qoyulmuşdur. 2023-cü ilin fevral ayının 10-da ünvan 1 ünvanında yerləşən “Diaqnoz” Tibb Mərkəzinə müraciət edərək həmin problemin aradan qaldırılması üçün adı çəkilən tibb mərkəzinin həkimi Rəfael Həsənovun (qastroenteroloq) məsləhəti ilə onun bağırsaq nahiyəsinə stend qoyularaq bağırsağın açılmağı təklif olunmuş və həmin gün müvafiq prosedur həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının anası F.Dadaşova bu tibb mərkəzinə öz ayağı ilə (ağrısı olmamışdır) getmişdir. Həmin prosedurun icrası üçün həkimə (kassadan kənar) 2000 (iki min) AZN məbləğində pul vəsaiti (1200 AZN stendin dəyəri, 800 AZN həkimin iş haqqı) ödənilmişdir. Stend qoyulandan dərhal sonra xəstənin vəziyyəti prosedur otağında ağırlaşmış və iddiaçı narazılığını bildirəndən sonra iddiaçının anasını reanimasiya otağına keçirmişlər. Həmin gün və gecəni iddiaçı xəstəxanada olmuş və adını bilmədiyi reanimasiyanın növbətçi həkimi anasının vəziyyətinin kritik olduğunu bildirmişdir. İddiaçı tərəfindən həkim Cavabdeh2 dəfələrlə zəng vurmağına rəğmən, həkim iddiaçıya xəstənin köpü olduğunu və tezliklə keçəcəyini bildirmiş, təcili olaraq Klinikaya gəlməkdən imtina etmiş, sonradan isə zənglərinə ümumiyyətlə cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə reanimasiya otağından xəstənin vəziyyətinin ağır olduğunu bildirilməsinə və həkim Cavabdeh2 bu barədə məlumatlı olmasına baxmayaraq, heç bir tədbir görülməmişdir. Klinikada isə səsküy salmağına baxmayaraq, oradakı həkimlər heç bir tədbir görməmiş və iddiaçıya “həkimini özün tap, gətizdir” kimi cavablar vermişlər. Həmin gün saat 12:00 radələrində iddiaçının dəfələrlə təkidindən sonra iddiaçının anası kompüter tomoqrafiyası (KT) müayinəsindən keçirilmiş və “bağırsaq perforasiyası” (bağırsağın yırtılmağı) müəyyən olunmuşdur. Xəstə KT otağına aparılarkən süni nəfəs aparatına qoşulduğunu və heç bir reaksiyasının olmadığını müşahidə etmişdir. Həkim Cavabdeh2 iddiaçıya bildirib ki, anası açıq əməliyyat olunmalıdır. Belə ki, stendin qoyulması zamanı bağırsaq yırtılıb. Bu əməliyyatı icra edə biləcək həkim isə digər klinikada əməliyyatı bitirdikdən sonra gələcək və bu əməliyyatı icra edəcək. İddiaçının anasının vəziyyətinin ağır (kritik) olduğunu görüb həmin vaxtı Klinikada olan cərrah-həkimlərə iddiaçı tərəfindən müraciət olunmuş, onlar isə xəstənin vəziyyətinin kritik olduğunu görüb əməliyyatın icra olunmasından imtina etmişlər. Yalnız həmin vaxtı klinikada olan cərrahlardan biri olan Tərxan Yusifov 1789 (bir min yeddi yüz səksən doqquz) AZN ödəniləcəyi təqdirdə həmin əməliyyatı icra edəcəyini bildirmişdir. Qeyd olunan məbləğ kassaya ödənildikdən sonra əməliyyat həmin gün, yəni xx.xx.2023cü il tarixdə, saat 15:00 radələrində icra olunmuşdur. İddiaçının anası xx.xx.2023-cü il, saat 16:00-dan xx.xx.2023-cü il saat 15:00 radələrinə gədər reanimasiyada saxlanılmışdır. Halbuki, bu cür diaqnozla daxil olmuş xəstə təcili əməliyyata alınmalı idi. Əməliyyat cərrah Cavabdeh3 tərəfindən icra olunandan sonra, həkim onlara bildirmişdir ki, iddiaçının anasının vəziyyəti ağır olaraq qalır və o əlindən gələni etmişdir. Həmçinin, Cavabdeh3 iddiaçının anasının onkoloji xəstəliyinin olduğunu və artıq metastaz verdiyini bildirmişdir. Bundan sonra xəstə yenidən reanimasiyaya yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə, 07:50 radələrində Klinikadan iddiaçıya anasının ölümü haqqında xəbər verilmişdir. Tibb Mərkəzi tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamədə anasının ölümün səbəbi kimi a) bağırsaq bitişmələri, keçməməzlik ilə; b) köndələn çənbər bağırsağın bədxassəli yeni törəməsi göstərilmiş, ölüm haqqında şəhadətnamədə isə ölümün səbəbi kimi “bağırsaq bitişmələri, keçməməzlik ilə” göstərilmişdir. Onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının anası artıq vəfat edəndən sonra onu dəfn etmək üçün meyitini aparmağa gələndə Klinikanın əməkdaşları əlavə olaraq 762 (yeddi yüz altmış iki) manat məbləğində pulun ödəməli olduğunu bildirmiş və bunu hansısa müayinələrin aparılması və dərmanların verilməsi ilə əsaslandırmışlar. Həmin pul da iddiaçı tərəfindən Klinikanın kassasına ödədiyi halda iddiaçıya heç bir qəbz verilməmişdir. Bundan əlavə həkim Cavabdeh2 həkim peşəsinə yaraşmayan, qeyri-etik, kobud davranışı, “hara şikayət edirsən et, mən heç kimdən qorxmuram”, “otağımdan rədd ol” kimi ifadələr işlətməsi də onun həkim kimi “peşəkarlıq səviyyəsini” nümayiş etdirən haldır. İcbari tibbi sığorta vasitəsilə tibbi yardım almaqdan imtina edərək özəl xəstəxanaya müraciət etməyin səbəbi o olub ki, iddiaçının anasına daha keyfiyyətli tibbi yardım göstərsinlər, lakin cəmi 3 gün ərzində 4790 (dörd min yeddi yüz doxsan) manat məbləğində pul ödəməyinə baxmayaraq, həkimlərin səhlənkarlığı, etinasızlığı nəticəsində anası köməksiz və baxımsız vəziyyətdə qalaraq vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 213/KEŞ saylı ekspertiza rəyinin nəticə hissəsinin 2-4-cü bəndində qeyd edildiyi kimi iddiaçının anasına Cavabdeh1ndə göstərilmiş tibbi yardımlar tam həcmdə olmamışdır. Rəyə əsasən icra edilmiş cərrahiyyə əməliyyatı protokolu düzgün yazılmamış, cərrahiyyə əməliyyatı xəstəliyə uyğun yerinə yetirilməmiş, stendin qoyulması əməliyyatı zamanı əvvəlcədən aparılmış KT müayinəsində qeyd edilən törəmə nahiyəsinin infiltrativ olmasını qastroenteroloq həkim nəzərə almadan həmin nahiyəyə stent qoyulan zaman həmin infiltrativ nahiyənin perforasiyası baş vermişdir. Perforasiyanın stent qoyma əməliyyatından dərhal sonra baş verməsini xəstədə təngnəfəslik, qarında köp, ürək döyünmənin olması, sonrakı KT müayinəsində, eləcə də cərrahiyyə əməliyyatı zamanı qarın boşluğunda sərbəst havanın olması və xəstənin vəziyyətinin ağırlaşması təsdiq edir. Həmçinin cərrahiyyə əməliyyatı protokolunda yazılmış yanaşı orqanlarda şiş metastazlarının olması əməliyyatdan əvvəlki iki gün ərzində iki dəfə aparılmış qarın boşluğunun KT müayinələrində həmin orqanlarda şişin olması təsdiq edilməmişdir. Bu da həmin nahiyələrdə infiltirativ toxumaların yalnış olaraq şiş toxuması kimi qiymətləndirilməsi ilə nəticələnmişdir. Ekspertiza rəyinin 5.6-ci bəndində qeyd olunub ki, Cavabdeh1ndə xx.xx.2022-ci il tarixində Firəngiz Dadaşovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatı qüsurlu yerinə yetirilmişdir. Belə ki, əməliyyat zamanı ilkin şiş toxuması götürülməmiş, perforasiya mənbəyi aşkarlanmamış, həmin nahiyə tikilməmiş və qarın boşluğu patologiyaya uyğun drenaj edilməmişdir. Ekspertiza rəyinin nəticə hissəsində yekun olaraq qeyd olunur ki, rəydə göstərilənləri nəzərə alaraq, Firəngiz Dadaşovanın vəziyyətinin ağırlaşmasına səbəb onda klassik boşluqlu orqan perforasiyasına xarakterik simptomların olmasına baxmayaraq cərrahın baxışı endoskopik stent taxılma əməliyyatından 15 saat sonra həyata keçirilməsi, endoskopik stent qoyulması zamanı bağırsağın perforasiyası, xəstənin cərrahiyyə əməliyyatına gec götürülməsi, aparılmış cərrahiyyə əməliyyatının adekvat olmaması nəticəsində xəstənin vəziyyətinin daha da ağırlaşmasına və davam edən peritonit fonunda inkişaf edən endogen intoksikasiyaya, orqan çatmamazlığına gətirib çıxarmışdır. Bunlar vaxtında və tam həcmdə yerinə yetirilmiş olsa idi, baş vermiş ölümün qarşısının alınması imkanı çox olardı. Bu da səhiyyə sistemində qüvvədə olan 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkimqastroenteroloqun nümunəvi vəzifə Təlimatları”da həkim-qastroenteroloqun vəzifə öhdəlikləri qeyd edilmişdir. Belə ki, qeyd olunmuş vəzifə öhdəliklərinə əsasən həkimqastroenteroloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir. Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır. İşin faktiki hallarından da məlum olduğu kimi həkim Cavabdeh2 vəzifə öhdəliklərini yerinə yetirməmiş, kobud səhvlərə yol vermişdir. Onun yol verdiyi kobud səhvlərin, yuxarıda qeyd olunan vəzifə öhdəliklərini yerinə yetirməməsinin nəticəsində iddiaçıya həm maddi, həm mənəvi zərər dəymişdir. Həkim Cavabdeh2 vəzifə öhdəliklərini düzgün şəkildə yerinə yetirməməsinə görə iddiaçıya dəymiş maddi zərər 10000 (on min) manat məbləğində qiymətləndirir. Firəngiz Dadaşovanın sağalması, səhhətində olan problemlərin aradan qalxması üçün “Diaqnoz” Tibb Mərkəzinə etdiyi ödənişlərin qəbzləri və kassadan kənar etdiyi ödənişlərin ümumi məbləği 10000 (on min) manatdır. İddiaçıya dəymiş mənəvi ziyanın məbləğini isə müəyyən etmək mümkün deyil, onu hər hansı məbləğ ilə də real qiymətləndirmək olmaz. Bununla belə iddiaçıya mənəvi ziyan dəyməsi də mübahisə olunmaz bir faktdır, iddiaçı ona dəymiş ziyanın şərti olaraq 100000 manat kimi qiymətləndirir. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, ekspertiza təmin edilməsindən istintaq zamanı məlumatı olub, lakin rəyindən xəbəri olmayıb. Bu xəstə onun yanıma gəlməzdən 1-2 il əvvəl həmin xəstəni o əməliyyat eləmişdir. Stendi o mədə bağırsağa qoyur. Xəstə gələndə ağır vəziyyətdə idi. Loğman klinikasında bağırsaq keçməməzliyindən orda qəbul etməyiblər. Heç kim qəbul eləmirdi onu. Sonradan Diaqnoztikada da imtina ediblər. Axşam yanıma gəldilər stendə görə mən də xəbərdarlıq elədim ki, stend açılmaya bilər və s. Mənə xahiş minnətlə dedilər qəbul elə. Mən yarı ölü vəziyyətdə qəbul elədim xəstəni. Stendi qoydum. Sonra açılmasını gözləməli idim. Zatən köpü var idi. Yerləşdirdik xəstəxanaya. Cərrah qarın boşluğunu açanda mən qoyduğum bağırsaq yox, bağırsağın başqa yerində cırılma olduğu göründü. Əgər belə böyük cırıq olsa idi qarın boşluğu ancaq sidik və nəcislə dolu olardı. 500-700 ml maye var idi, bu da normaldı. O xəstənin açıq əməliyyatdan çıxmaq şansı yox idi. Stend qoydum, demişdim açıla da bilər, açılmaya da, stend də açılmadı. Qaldı o da içəridə. Çıxartdıq, çıxartmadıq önəm daşımır, daha işləmir zatən bağırsaq. Məcburiyyətdən əməliyyat edildi. 2 xəstəxanadan imtina edildi. Bizim həkim də girəndə dedi ki, yaxınlarına sağ çıxma ehtimalı azdı deyilsin, qohumlar dedi ki, az da olsa edilsin əməliyyat. Açıq əməliyyatı mən eləməmişəm. Xəstəyə yaxşılıq eləmək istədim, o da belə oldu. 3 gün müddətində bağırsaq keçməməzliyi olub onun, 2 gününü evdə olub. Stend 2 sutkaya açıla bilər. Bağırsaqda cırıq olduğunu bilmədim. Mən oranı görə bilmirəm, heç getməmişəm ora. Çırığın olması ehtimal edilə bilər, bu stenddən də olar, 3 gün olan keçməməzlikdən də olar. Xəstə stenddən sonra xəstəxanaya yerləşidirilib, evə getməyib. Sərbəst hava olub orda, da bu sonrakı gün görünüb. Əvvəl böyük cırıq olsa idi boşluq nəcislə dolu olardı. Xəstə yarı ölü daxil olub. Ölüm səbəbi üçün ekskumasiya olunmalı idi. O zaman şikayət olunmayıb, indi məhkəməyə verib. Ekspertiza olunmasa bu suala cavab vermək olmaz ki, niyə ölüb. Mən əlimdən gələni eləmişəm həmin xəstə üçün. Xəstə adını deyə bilmirdi, iddiaçı iddia edir ki, ayaq üstə gəlib. Nədən ölməli bilinməyi üçün ekspertiza olunmalıdı, niyə vaxtında eləməyib bunu şikayəti var idisə. Hər zaman deyirik ki, şikayət varsa ekspertiza edin. O xəstəyə də dedik, dedilər şikayət yoxdur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 da vəsatəti müdafiə edərək bildirmişdir ki, ilkin rəy zamanı ekspert səhvlərə yol verib. Dünyada stent qoyulması zamanı perforasiya olma faizi nə qədər olmasını eksperti deməlidir. Buna fikir bildirilməyib. Qeyd olunub ki, perforasiya olub amma faizi bildirməyib. ədəbiyyarlatlarda 15-20% olma faizi qeyd olunur. Xəstə üçün açıq əməliyyat ölümə bərabər bir şeydir. Biz onların şifahi razılığı ilə şans olaraq etdik bunu. Orada perforasiya ehtimalı varsa, deşilmə ehtimalı varsa biz necə bunu qüsurlu icra edək? Qızı iclasa gəlsə etiraf edər ki, bizə xəbərdarlıqlar olub. Məlumatlandırılmış razılıqla bağlı deyə bilərəm ki, xəstə yaxınını tanıdığım üçün və axşam saat yeddinin yarısı daxil olduğu üçün ondan yazılı razılıq alınmayıb. Bilsəm belə olardı vəziyyət mən ondan yazılı sənəd alardım. Mən stendi sola qoymuşam, perforasiya sağ tərəfdə olub. Yəni bunun mənim qoyduöum stentlə əlaqəsi yoxdur. Düz bağırsaqdan daxil olan zaman ilk mən qoyduğum yerə çatırsan , baş verən cırılma 60 sm aralıda olub. Qarın boşluğu açılan zaman da görünür bu. Ekspert ilk rəyində əvvəl deyil stent qoymalıdır, sonra deyir ki, nəzərə alınmalı idi toxumalar. Həmin toxuma ayrı yerdədir. Ekspert bunlara görə də yalnış rəy verib. Şəkillər də var ki harada kəsik olub və s. Əməliyyatın diski də təqdim olunub xəstə yaxınına. Onun şikayəti varsa yerində reaksiya verərdi. Biz hər zaman onlara deyirik ki, şikayətiniz varsa edin, araşdırma olsun. Cırılma səbəbi odur ki, 3 gün bu adam bağırsaq keçməməzliyindən əziyyət çəkib. Orada bir qram nəcis kütləsi də olmayıb. Cırılma olsa idi nəcis kütləsi olardı. Stent ona görə qoyulur ki, oradan kütlə getsin. Tarxan doktor açanda xəstənin bədənin görünüb ki perforasiya başqa yerdədir. Stentdən sonra 8 saat vaxt lazımdır. İlk zamanda perforasiya üçün şübhə olmayıb. Reanimasiyada 15 saat qalıb və həmin müddətdə həmin şöbə nəzarət etməli idi. Belə ki , ilkin stent əməliyyatından əvvəl və sonra xəstənin vəziyyətində kəskin fərq olmayıb. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, ekspert bildirib ki, stend qoyuluşunda xəta yoxdur. Mən stendi sol tərəfə qoymuşam. Lazerasiya isə sağ tərəfdədir. İddiaçı tərəfin ödədiyi pullar özlərinə qaytarılıb. Belə ki, onlar 400 manat pul verdilər və əlaqə olaraq stend pulu ödəyiblər. İddiaçı gələndə xəstəxanaya pis vəziyyətdə idi. Onkoloji xəstə idi tanımışam deyə xəstəni qəbul etdim. Hımin xıstıbu 1 il əvvəl də əməliyyat etmişəm. Bundan əvvəl 2 xəstəxana qəbul etməyib onu. Riskin olmasını dedim mən onlara. Tarxan həkim görəndə 500ml maye olubdur. Bu miqdar isə çox deyil. Əgər geniş bir boşluq olsa idi Tarxan həkim bunu görərdi və orada çoxlu nəcis kütləsi olardı. Xəstə axşam 7-8 arası gəlib ona stend qoyulub. 15 saat müddətdə biz gözləməli idik. Geniş perforasiya baş verməyib. Xəstəyə laqeyd münasibət olmayıb. 16 saat xəstə reanimasiyada həkim nəzarəti altında olub. Xəstə ilə müqaviləni mən bağlamıram klinika bağlayır. Yazılı razılıq alınmasa da xəstənin qızına məlumat vermişəm. Xəstə anlaqlı idi. 1200 manat stend üşün və 450 manat da stendi qoymağa ödəniş alınıb tərəfdən. Bir neçə gün sonra pulu verilib onların. perforasiyanı görməmişəm. Olma ehtimalı var idi amma. Perforasiya olacaqsa da mən nəsə edə bilmərəm bu cərrahın işidir. o an görsə idim həmin vaxt cərraha deyərdim. xəstəyə stend qoydum, amma nəsə dəyişmədi. Qarın boşluğunda şübhəli hal olmadı. Nəcis də yox idi. 7-8 aydı xəstədə törəmə var idi. müayinə olmayana qədər bilinmirdi onkoloji xəstə olmağı. KT müayinəsindəən sonra bilinib. Bu da bizim müəssisəyə gələndən 2-3 gün əvvələ təsadüf edir. Mənə gələndə xəstə məlum idi onun onkoloji xəstə olmağı. əvvəldən sona xəstənin yanında olmuşam. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında verərək bildirdi ki, mənim yazdığım protokolda qeyd edilibdir hər şey. Başqa bağırsada olub perforasiya, stent düz bağırsağa qoyulub. Əməliyyat zamanı şəkillərdə də bu görülüb. Stent əməliyyatından sonra əsassız əməliyyata götürmək olmazdı. Xəstənin vəziyyəti stabilləşdi və əməliyat oldu. Bu zaman kolselium oldu, müzakirələr getdi sonda qərara alındı ki, əməliyyat ola bilər. Törəmə və cırılma ayrı yerlərdə olub. Bu tipdə xəstəliyi olan xəstənin yaşama şansı az idi. İddiaçı əgər ekshumasiya olmağına razı olmadı? Biz deyirik ki xəstə yaxınlarına narazılığınız varsa ekshumasiya olsun. Onun tərəfindən tibbi kitabça tam doldurulmuşdur, Rəfail Həkim əməliyyatın tarixini qeyd etməyib, həmçinin qrafaları tam qaydasında doldurmayıb. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin 19 may 2023-cü il tarixli 213/KEŞ ekspertiza rəyi kifayət qədər natamam olduğundan iddiaçının iddia tələbində göstərilən səhv diaqnozun hüquqi və xüsusilə tibbi əsaslarının, həmçinin həkim səhvinin qiymətləndirilməsi, həkim-qastroenteroloqun yanaşmasına hüququ və tibbi əsasların olması ilə bağlı, mərhumun sağlamlığına dəyməsi istinad edilən halların tibbi araşdırma ilə müəyyən edilməsi mümkün olduğundan, göstərilən xüsusatların araşdırılması və müəyyən edilməsi xüsusi bilik tələb edən elm sahəsi olub, bu sahədə xüsusi biliyə malik olan mütəxəssislər tərəfindən və xüsusi tədqiq etmə metodları müəyyən edilə bilər. 19 may 2023-cü il tarixli 213/KEŞ ekspertiza rəyini elmi dərəcəsi olmayan hazırkı mübahisə predmeti sahəsində kifayət qədər praktik həkim təcrübəsi olmayan həkimlərin tərtib etməsi həmin ekspert rəyinin əsaslı və qanuni olmasına şübhələr yaradır. Həkim işinin (səhvinin) qiymətləndirilməsi yüksək ixtisaslı və elmi dərəcəsi olan onkoloji cərrahiyyə sahəsində ixtisaslaşan praktik həkim alimlər, professorlar və akademiklər tərəfindən təmin olunmalı, qiymətləndirilmə aparmaqla yeni ekspertiza rəyi tərtib edilməlidir. X2 onkoloji xəstəliklərin əlamətləri olduğundan və onkoloji xəstəlikdən vəfat etdiyi üçün ekspertizaya həkim onkoloq cərrahlar ekspert kimi cəlb olunmalıdırlar. Hazırkı mülki iş üzrə tərəfimizdən verilən və Məhkəmə tərəfindən təmin edilən vəsatətdə göstərilən xahişlərimin təmin olunmasına əməl olunmayıb və bu əsaslara müvafiq Qərardada münasbət bildirilməyib. Bundan əlavə 31 iyul 2024-cü il tarixli 689/KEŞ ekspertiza rəyini 19 may 2023-cü il tarixli 213/KEŞ ekspertiza rəyini də eyni şəxslər yəni, məhkəmə tibbi ekspert komisyasının üzvləri Cavid Cahangirli, Nazim Həsənov və Rafik Nuriyev tərtib etmişlər. Hər iki ekspert rəyində ekspert qarşısında qoyulan suallara və ekspertlərin verdiyi cavabların nəticələri tamamilə eynidir, ilkin ekspertiza rəyində olan məzmunlar və nəticələr heç bir əsaslandırma aparılmadan sonrakı ekspertiza rəyinə köçürülüb, ümumiyyətlə rəylərdə əsaslı, elmi, nəzəri və praktiki yanaşmalar aparılmayıb, təqdim etdiyimiz tibbi sənədlərə və fotoşəkillərə əsasən mərhum xəstənin əməliyyata qədər, əməliyyat vaxtları və əməliyyatdan sonrakı vəziyyəti düzgün araşdırılmayıb və düzgün qiymətləndirmə aparılmayıb. Tibbi ekspert komisyasının üzvləri Cavid Cahangirli, Nazim Həsənov və Rafik Nuriyev onkoloji cərrahi xəstəliklər sahəsində ixtisaslaşmayıblar. 31 iyul 2024-cü İl tarixli 689/KEŞ və 19 may 2023-cü il tarixli 213/KEŞ ekspertiza rəylərinin eyni ekspertlər tərəfindən tərtib edildiyi üçün həmin rəylərin qanuniliyinə və əsaslılığına kifayət qədər şübhələr var. 31 iyul 2024-cü il tarixli 689/KEŞ və 19 may 2023-cü il tarixli 213/KEŞ ekspertiza rəyləri eyni şəxslərə-ekspertlərə həvalə olunub, heç bir dəyişiklik etmədən eyni məzmunlu rəylər veriblər. Həmin ekspertlərin obyektiv rəy verməsi tamamilə şübhəlidir. Eyni şəxslərin Qərardada qoyulan suallara obyektiv rəy verməsi mümkünsüzdür, cavablarda hər hansı yenilik və əsaslı tibbi yanaşma halı mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin və Məhkəmə ekspertizası fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Bundan başqa iddiaçının tələb etdiyi ziyan məbləğləri də həddindən artıq şişirdilib, onlar cəmi 3000-3100 manat ödəniş ediblər, bundan əlavə ödəniş etməyiblər və həmin ödənişin bir hissəsi iddiaçıya qaytarılmışdı. Sonda Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6”nin 213/KEŞ saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ...Firəngiz Dadaşovanın vəziyyətinin ağırlaşmasına səbəb onda klassik boşluqlu orqan perforasiyasına xarakterik simptomların olmasına baxmayaraq cərrahın baxışı endoskopik stent taxılma əməliyyatından ≈15 saat sonra həyata keçirilməsi, endoskopik stent qoyulması zamanı bağırsağın perforasiyası, xəstənin cərrahiyyə əməliyyatına gec götürülməsi, aparılmış cərrahiyyə əməliyyatının adekvat olmaması nəticəsində xəstənin vəziyyətinin daha da ağırlaşmasına və davam edən peritonit fonunda inkişaf edən endogen intoksikasiyaya, orqan çatmamazlığına gətirib çıxarmışdır. Bunlar vaxtında və tam həcmdə yerinə yetirilmiş olsa idi, baş vermiş ölümün qarşısının alınması imkanı çox olardı. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6”nin 689/KEŞ saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1950-ci il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:1. Təqdim edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X5 "X9"ndə stasionar müalicədə olduğu müddət ərzində (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) onun üzərində xx.xx.2023-cü il tarixdə endoskopik yolla palliativ stentin taxılması, xx.xx.2023-cü il tarixdə "Laparotomiya. Qarın boşluğunun təftişi" və əməliyyatın davamı olaraq "Tiflektomiya. İleostomiya" cərrahiyyə əməliyyatları icra edilmişdir.2. Firəngiz Dadaşovanın üzərində endoskopik yolla stentin taxılması əməliyyatı profil üzrə ixtisaslı həkim tərəfindən yerinə yetirilmişdir.3. Tibbi müdaxilənin (cərrahiyyə əməliyyatının) icra edilməsi üçün xəstə və ya xəstə yaxınlarında yazılı (imzalı) razılıq ərizəsinin alınması tələb olunur. 4. Firəngiz Dadaşovaya "Köndələn çənbər bağırsağın blastoması İV dǝrǝcǝ. Kəskin bağırsaq keçməməzliyi" diaqnozu düzgün təyin edilmişdir. 5.6. Firəngiz Dadaşovaya endoskopik yolla keçməməzlik nahiyəsinə stentin taxılması əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Lakin əməliyyat texniki cəhətdən qüsurla icra edilmişdir. Belə ki, tibbi müdaxilə zamanı perforasiya baş vermişdir.7.8.13. Bağırsaqda infiltativ toxumalar olduğu halda stent taxılma əməliyyatı ehtiyatla aparılmalıdır. Tibbi müdaxiləni icra edən həkim törəmə nahiyəsinin infiltrativ olmasını nəzərə almamış və həmin nahiyəyə stent qoyulan zaman infiltrativ nahiyədə perforasiyası baş vermişdir.9. Firəngiz Dadaşovaya stent taxılma əməliyyatından sonra perforasiyanın baş verməsi xəstədə təngnəfəslik, qarında köp, ürək döyünmə və eləcə də, aparılmış KT müayinəsində və cərrahiyyə əməliyyatı zamanı qarın boşluğunda sərbəst havanın olması ilə təsdiq edilmişdir. 10.11.14. Bağırsağın perforasiyası baş verdikdə təxirəsalınmaz əməliyyat dərhal aparılmalı idi. Firəngiz Dadaşovanın vəziyyətinin ağırlaşmasına səbəb onda klassik boşluqlu orqan perforasiyası ilə əlaqədar xarakterik simptomlarının olmasına baxmayaraq cərrahın baxışı endoskopik stent taxılma əməliyyatından 15 saat sonra həyata keçirilmiş, endoskopik stent taxılma zamanı bağırsağın perforasiyası, xəstənin cərrahiyyə əməliyyatına gec götürülməsi, aparılmış cərrahiyyə əməliyyatının adekvat olmaması nəticəsində xəstənin vəziyyəti daha da ağırlaşmış və davam edən peritonit fonunda inkişaf edən endogen intoksikasiyaya, orqan çatmamazlığına gətirib çıxarmışdır.
12. "X9"ndə xx.xx.2022-ci il tarixdə Firəngiz Dadaşovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatı qüsurlu yerinə yetirilmişdir. Belə ki, Əməliyyat zamanı ilkin şiş toxuması götürülməmiş, perforasiya mənbəyi aşkarlanmamış, həmin nahiyə tikilməmiş və qarın boşluğu patologiyaya uyğun drenaj edilməmişdir.15. Firəngiz Dadaşovanın üzərində "Laparotomiya. Qarın boşluğunun təftişi" və "Tiflektomiya. İleostomiya" cərrahiyyə əməliyyatları icra edilmişdir. Bu əməliyyatlarının aparılmasına tibbi göstəriş (mövcud olan patoloji hal və ilkin tibbi müdaxilənin ağırlaşması) olmuşdur.16. Firəngiz Dadaşovanın üzərində aparılmış "Laparotomiya. Qarın boşluğunun təftişi" və "Tiflektomiya. İleostomiya" cərrahiyyə əməliyyatları icra olunmuşdur. Əməliyyatın gedişi zamanı qarın boşluğunda ~700 ml seroz maye, kor bağırsağın kəskin genişlənərək seroz qişasının geniş cırılması, əzələnin hissəvi nekrozu, köndələn çəmbər bağırsağın, qaraciyərin sol payının, böyük piyliyin, mədəaltı vəz ətrafı toxumaların törəməsi aşkar edilmiş və törəmənin geniş əraziyə yayıldığını nəzərə alaraq palliativ Əməliyyat - kor bağırsağın rezeksiyası (tiflektomiya), ileostomiya qərara alınmış, nazik bağırsaq sağ qalça nahiyəsinə çıxarılaraq ileostoma qoyulmuşdur. 17. Firəngiz Dadaşovada cərrahi patologiya mövcud olmuş və bunun üçün cərrahi müdaxilələr icra edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6”nin 1041/KEŞ saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1. Ədəbiyyat mənbələrinə istinadən, bağırsaq nahiyəsinə endoskopik stent qoyulması zamanı perforasiyanın baş vermə faizi (ehtimalı) 7-20% təşkil edir (Ədəbiyyat: N.Ökkabaz "Kolon hastalıkları"). 2. Firəngiz Dadaşovaya "X9"ndə stentin qoyulması əməliyyatı zamanı əvvəlcədən aparılmış KT müayinəsində qeyd edilən törəmə nahiyəsinin infiltrativ olmasını qastroenteroloq həkim nəzərə almadan stent qoyulan zaman həmin infiltrativ nahiyənin perforasiyası baş vermişdir. Bu da perforasiya baş verən nahiyə ilə üst-üstə düşür. İş materiallarında olan Xəstəlik tarixindən görünür ki, X5 xx.xx.2023 tarixində saat 17:32-də “Diaqnoz” TM-ə daxil olmuş, ölüm tarixi kimi xx.xx.2023-cü il, saat 07:50 göstərilmiş, ona “Köndələn çəmbər bağırsağın blastoması, İV dərəcə, kəskin bağırsaq keçməzliyi” diaqnozu qoyulmuş, həmçinin planlaşdırılan “endoskopiya” əməliyyatı ilə bağlı iltizamnamə xəstə və ya qanuni nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarında olan 089068 №-li Lisenziyadan görünür ki, Cavabdeh1 MMC-yə özəl tibb fəaliyyəti üzrə müddətsiz icazə verilmişdir. Cavabdeh1 MMC-nin onkoloji xidmətlər göstərilməsi lisenziyada göstərilməmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, X4 müayinə-müalicəsi üçün Cavabdeh1 MMC-yə 5779 (1200+2790+1789) manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, mərhum 1950-ci il təvəllüdlü X5 onkoloji xəstə olmuşdur, həmçinin ona “Loğman” klinikası tərəfindən xx.xx.2023-cü il tarixdə “köndələn çəmbər bağırsağın törəməsi və bağırsaq keçməzliyi”, Cavabdeh1 klinikasında isə xx.xx.2023-cü il tarixdə “Köndələn çəmbər bağırsağın blastoması, İV dərəcə, kəskin bağırsaq keçməzliyi” diaqnozları qoyulmuş, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Cavabdeh1 klinikasına müalicəyə qəbul edilməklə üzərində həmin tarixdə saat 17:32-də həkim Cavabdeh2 tərəfindən endoskopik yolla palliativ stendin taxılması əməliyyatı aparılmışdır, xəstənin vəziyyəti pisləşdiyndən xx.xx.2023-cü il tarixdə saat 13:40-da cərrah Cavabdeh3 tərəfindən "Laparotomiya. Qarın boşluğunun təftişi" və əməliyyatın davamı olaraq "Tiflektomiya. İleostomiya" cərrahiyyə əməliyyatları icra edilmişdir, xəstə xx.xx.2023-cü il tarixdə cavabdeh klinikada vəfat etmişdir. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bundan başqa, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mərhum Firəngiz Dadaşova klinikaya hər hansı kömək olmadan özü sərbəst surətdə gəlmiş, onunla və ya nümayəndəsi ilə tibb xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmamış, xəstənin klinikada olduğu müddətdə xəstəlik tarixi açılsa da, həmin tibbi sənəddə ilkin cərrahi əməliyyatın vaxtı göstərilməmiş, əməliyyatdan sonra xəstənin vəziyyəti barədə zəruri, xüsusilə xəstəliyin kəskinləşməsini əks etdirən məlumatlar daxil edilməmiş, əməliyyata dair iltizam (razılıq) alınmamış, həmçinin xəstənin vəziyyəti, ağırlaşma halları barədə vaxtında klinikanın məsul şəxslərinə məlumat verilməmiş, xəstənin üzərində müntəzəm müşahidə və nəzarət həyata keçirilməmiş, xəstənin vəziyyətinin ağırlaşması halları xx.xx.2023-cü il tarixdə səhər saat 10:00-da xəstəyə baxış keçirilərkən cərrahiyə şöbəsinin müdiri Cavabdeh3 tərəfindən müəyyən olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş Həkim-qastroenteroloqun nümunəvi vəzifə Təlimatına əsasən, həkim-qastroenteroloq səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri, tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını və s. bilməli, stasionarda xəstəyə gündəlik baxış keçirməli, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməli, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etməlidir, həmçinin o, aşağıdakılara görə məsuliyyət daşıyır: ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş qaydada təqdim edilməsinə; ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə; tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə. Həkim-qastroenteroloq əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Bundan başqa, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, xəstənin müalicəsi ilə bağlı klinikaya ümumilikdə 6179 manat ödəniş həyat keçirilmişdir ki, həmin məbləğdən 5779 (1200+2790+1789) manata dair qəbzlər təqdim edilmiş, 400 manat isə stendin qoyulmasına görə şəxsən həkim Cavabdeh2 verilmişdir. Hazırda tərəflər arasındakı mübahisə Firəngiz Dadaşovanın ölüm səbəbi və bununla bağlı tibb müəssisəsi və həkimlərin məsuliyyəti ilə bağlıdır, belə ki, iddiaçı, anasının cavabdehlərin öz peşə funksiyalarını düzgün icra etmədikləri səbəbindən öldüyünü bildirir və buna görə də ona dəymiş maddi və mənəvi zərəri tələb edir, cavabdehlər isə iddia tələbini qəbul etmir və müdaxilə-əməliyyatların tibbi göstərişlərə uyğun və lazımi şəkildə aparıldığını, stend qoyma əməliyyatı zamanı riskin olmasını və vəfat etmiş şəxsin ekshumasiya olunmadan onun ölüm səbəbinin müəyyən edilməsinin mümkün olmadığını bildirirlər. Bununla belə, cavabdeh tibb müəssisəsinə verilmiş lisenziya və ona əlavədə klinikanın ixtisaslaşmış müəssisə kimi onkoloji xəstəliklərin müayinəsi üzrə səlahiyyətinin olması, həmçinin cavabdehlərin məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Lakin cavabdehlər tərəfindən bu hallar sübuta yetirilməmiş, o cümlədən cavabdeh tibb müəssisəsinin müstəqil şəkildə tibbi rəylər təqdim etmək imkanı real olsa da, bu hüququndan istifadə etməmiş, müstəqil şəkildə onların təqsirinin olmaması ilə bağlı hər hansı sübutu təqdim etməmişdir. Əksinə, işin müəyyən olunmuş hallarından, o cümlədən ekspertizalarının rəyləri və xəstəlik tarixindən görünür ki, şəxs, onun onkoliji xəstəliyinin olması tibb müəssisəsinin heyətinə, o cümlədən həkim Cavabdeh2 məlum olmasına baxmayaraq, heç br zərurət olmadan klinikaya müalicəyə (əməliyyat məqsədilə) qəbul edilməklə ixtisaslaşdırılmış tibbi xitmətdən məhrum olunmuş, həmçinin onunla müqavilə imzalanmamış, klinikada xəstənin vəziyyətini əks etdirən xəstəlik tarixçəsi normativ tələblərə uyğun doldurulmamış, klinikanın məsul şəxsləri tərəfindən bu sahədə nəzarət həyata keçirilməmiş, xəstənin əməliyyatdan əvvəl onun və ya yaxınlarının razılığı alınmamış, həmçinin xəstəyə stend qoyulduqdan sonra tibb müəssisəsinin heyəti və həkim Cavabdeh2 tərəfindən səhlənkarlığa yol verilmiş, xəstəyə etinasız münasibət göstərilmiş, xəstənin vəziyyəti vaxtlı-vaxtında yoxlanılmamış, onun səhhətinin ağırlaşmasına baxmayaraq, bununla bağlı vaxtında hər hansı tədbir görülməmiş, müvafiq ixtisaslı və səlahiyyətli həkimlərə bu barədə məlumat verilməmiş və nəticədə xəstə ikinci əməliyyata gec (15 saat sonra) qəbul edilmişdir. Başqa cür desək, heç bir zərurət və ya təxirsalınmaz hallar olmadığı bir vəziyyətdə xəstənin tibb müəssisəsinə qəbul edilməsi, müqavilə bağlanmamaqla tibbi yardımın növləri, həcmi, göstərilmə şərtləri, o cümlədən müvafiq xərclərlə məlumatlandırılmaması, cərrahi əməliyyat məqsədilə iltizam (razılıq) alınmamaqla həyatı barədə müvafiq risklərlə xəbərdar edilməməsi, kifayət qədər vaxt (ikinci cərrahi əməliyyat müddəti də daxil olmaqla 15 saatdan çox) olmasına baxmayaraq və zərurət olduğu halda ixisaslaşdırılmış səhiyyə müəssisəsinə göndərilməməsi onu ixtisaslaşdırılmış tibb müəssisəsində yüksək tibbi yardım almaq imkanından məhrum etmişdir. Məhkəmə, iddianın əsaslı olması barədə qənaətə gələrkən ekspertiza rəylərini yeganə sübut kimi qəbul etməmiş, tibb müəssisəsi və tibbi heyət tərəfindən qanunvericiliyin, o cümlədən tibbi normativlərin pozulması hallarını əsas götürmüşdür. Məhkəmə qeyd edir ki, tibb müəssisəsinin məsuliyyəti, xüsusi icazə (lisenziya) olmadan qeyri-ixtisaslı səhiyyə xidmətlərinin göstərilməsinə şərait yaratması və işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçündür. Məhkəmə, iddia tələbinin “cavabdeh Tərxan Yusifov ilə bağlı” hissəsinə münasibətdə qeyd edir ki, həkim Tərxan Yusifov tərəfindən həyata keçirilmiş əməliyyat zərurət nəticəsində edilməklə həkimin peşə riski ilə bağlı olduğundan və onun tərəfindən tibb normativlərin tələblərinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi ona münasibətdə əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin maddi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 MMC və həkim Cavabdeh2 münasibətdə əsaslı olduğundan onlar tərəfindən vurulmuş maddi ziyan da onlardan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, maddi ziyanın məbləğini işin müəyyən edilmiş hallarına əsasən, 6179 manat müəyyən edir. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlərin hüquqa zidd əməli nəticəsində iddiaçıya vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 10000 manat həddində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” 1966-cı il tarixli Beynəlxalq Paktın 12ci maddəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin fiziki və psixi sağlamlığının ən yüksək səviyyəsinə çatmaq hüququnu tanıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1099-cu maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər. Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş bilavasitə xəstələrlə bağlanmış müqavilələr; üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr; icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış müqavilələr; xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir. Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən, özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri aşağıdakılardır: tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək; təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək; özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək; xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək; tibbi statistik hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında təqdim etmək; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək; özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni tanış etmək; həkim sirrinə əməl etmək; zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibb müəssisəsinə göndərmək; qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz vəsaiti hesabına, göstərilən tibbi yardım maliyyələşdirilən müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını artırmaq və ya yenidən hazırlıq keçmək; qanunvericiliyə uyğun olaraq tədrisə cəlb olunmaq və sertifikasiyadan keçmək. Həmin Qanunun 19-cu maddəsinə əsasən, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Dövlət ətraf mühitin qorunmasına, vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbisanitariya və tibbi-sosial yardıma təminat verir. Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə dövlət büdcəsi vəsaiti hesabına göstərilir Həmin Qanunun 34-cü maddəsinə əsasən, ixtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir. Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. İxtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 59-cu maddəsinə əsasən, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş Həkim- qastroenteroloqun nümunəvi vəzifə Təlimatının 5-ci bəndinə əsasən, həkim-qastroenteroloq aşağıdakıları bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin əsaslarını; öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını; qastroenterologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı məsələləri; öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri; tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial ekspertizanın aparılması qaydasını; dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını; tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın əsaslarını; insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; sanitarmaarifləndirmənin əsaslarını; daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını. Həmin Təlimatın 9-cu bəndinə əsasən, həkim-qastroenteroloq stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir. Həmin Təlimatın 15-ci bəndinə əsasən, həkim-qastroenteroloq tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. Həmin Təlimatın 24-cü bəndinə əsasən, həkim-qastroenteroloq aşağıdakılara görə məsuliyyət daşıyır: ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; daxiliintizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə; qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş qaydada təqdim edilməsinə; ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə; tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə. Həkim-qastroenteroloq əmək intizamının, qanunvericilik və normativhüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, xüsusi risk qrupuna aid olan peşə sahibləri tərəfindən vurulmuş zərərə görə məsuliyyət məsələsi ilə bağlı vurğulanmalıdır ki, qeyd edilən şəxslər yalnız təqsirli şəkildə vurulan zərərə görə məsuliyyət daşıyırlar. Xüsusi risk qrupuna daxil olan peşə sahibi kimi həkimləri qeyd etmək olar. Həkim, tibb mərkəzi, xəstəxana və başqaları düzgün qoyulmayan diaqnoz, xətalı müalicə və müdaxilədən məsuliyyət daşıyırlar. Lakin edilən bütün prosedurlar tibb elminin ümumi qəbul olunan “tibbi standartlarına” uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində edildiyi halda vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi baxımdan qəbul etdiyi normal risk çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq ortaya çıxan arzu olunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Avropa Məhkəməsi “Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “X9 MMC” və Cavabdeh2 vurulmuş maddi ziyanın əvəzi qismində 6179 manat və mənəvi ziyanın əvəzi qismində 10000 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsində cavabdehlərə aid edilməli, cavabdehlərdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 138,54 manat alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia tələbi qismən təmin edilsin. “X9 MMC” və Cavabdeh2 maddi ziyanın əvəzi qismində 6179 (altı min yüz yetmiş doqquz) manat və mənəvi ziyanın əvəzi qismində 10000 (on min) manat müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. “X9 MMC” və Cavabdeh2 138 (yüz otuz səkkiz) manat 54 (əlli dörd) qəpik dövlət rüsumu müştərək qaydada tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəhriyar Əliyev