Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1427/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 avqust 2020ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW 535l” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən ödənilmiş 1.476,92 manat məbləğin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35.40 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 avqust 2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Geely Emgrand” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “BMW 535l” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “BMW 535l” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. 27 sentyabr 2020-ci il tarixli, "xxxx" MMC-nin təqdim etdiyi qüsur aktına uyğun olaraq 6500 manat zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı öz növbəsində dəymiş zərəri aradan qaldıraraq sığortalanmış avtomobilə azadolma məbləği çıxılmaqla 6400 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh şəxsin avtomobili icbari sığortası "xxxx" şirkəti ASC-də olmuşdur və şirkət tərəfindən subroqasiya qaydasında dəymiş zərərin 4923,08 manat hissəsi iddiaçı tərəfindən ödənilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək onun təmin edilməsini xahiş etdi və borcunu hissə-hissə ödəməyə imkanı çatdığını bildirdi. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 11 avqust 2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Geely Emgrand” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “BMW 535l” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı olan “BMW 535l” markalı, **- LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. 27 sentyabr 2020-ci il tarixli, "xxxx" MMC-nin təqdim etdiyi qüsur aktına uyğun olaraq 6500 manat zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı öz növbəsində dəymiş zərəri aradan qaldıraraq sığortalanmış avtomobilə azadolma məbləği çıxılmaqla 6400 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh şəxsin avtomobili icbari sığortası "xxxx" şirkəti ASC-də olmuşdur və şirkət tərəfindən subroqasiya qaydasında dəymiş zərərin 4923,08 manat hissəsi iddiaçıya ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, 11 avqust 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “BMW 535l” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həmin avtomobilin təmirinə 6400 manat ödənilmişdir. Sığorta hadisəsi baş verərkən Cavabdeh təqsiri müəyyən edildiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh şəxsin avtomobili icbari sığortası "xxxx" şirkəti ASC-də olmuşdur və şirkət tərəfindən subroqasiya qaydasında dəymiş zərərin 4923,08 manat hissəsi iddiaçıya ödənilmişdir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə qalan 1476,92 manat sığorta ödənişini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 35.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 35.40 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 1.476,92 (bir min dörd yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 35.40 (otuz beş manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1427/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1427/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver