Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1430/2024 03.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı9 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Cavabdehnə qarşı “Ümumi Yığıncağın protokolunun qanunsuz hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Təsis yığıncağının xx.xx.2019-cu il tarixli və Ümumi Yığıncağın xx.xx.2019-cu il tarixli qərarı ilə Təsisçilər: Şahid1, İddiaçı4 və X10 Cavabdeh (bundan sonra – YDDİB) Nizamnaməsini tərtib edib və dövlət qeydiyyatına alınmasından ötəri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmişdir. YDDİB-nin Dövlət qeydiyyatına alınması barədə Ədliyyə Nazirliyi tərəfindən 31 oktyabr 2019-cu il tarixli 1119-Q70-3775 qeydiyyat nömrəli Şəhadətnamə Ədliyyə nazirinin müavini cənab Toğrul Musayev tərəfindən imzalanmaqla verilmişdir. xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinə qədər YDDİB-nin İdarə Heyəti üç nəfər şəxsdən, Şahid1, İddiaçı4 və X5 ibarət olmuş və bu məlumat Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 05/473/7-14 saylı X2 reyestrinə daxiledilmişdir. YDDİB-nin hüquqi ünvanı ünvan 1 də bu ünvanda yerləşib. Birliyin fəaliyyət predmeti və məqsədi dövlətin və cəmiyyətin hərtərəfli inkişafına milli-mənəvi dəyərlərin qorunmasına kömək etməkdən ibarət olub. Bütün rayonlarda ictimai birliyin rayon təşkilatları yaradılıb və minlərlə üzvü olub. Təşkilatın hər bir üzvü cənab X11 və Dövlətimizə var gücü ilə dəstək olub. İddiaçılardan İddiaçı5 və İddiaçı2 ictimai birlik yaranan vaxtdan birliyin üzvü olub. 2021-ci il tarixində Şahid5 (YDDİB-nin hazırki sədri) birliyin üzvlüyünə daxil olub və bir müddət sonra isə sədr Şahid1 müavini vəzifəsinə təyin olunub. Həmin vaxtlar birliyin sədri Şahid1 ictimai birliyin üzvləri tərəfindən (İlhamAbbasov da hadisə yerində olub) şantaj olunduğuna görə məcbur olub istefa verib. Şahid1 şantaj edənlərə qarşı cinayət işi açılıb və bununla bağlı Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)-343/2021 saylı Qərarı var. Həmin Qərardan açıq-aşkar görünür ki, YDDİB-ni hələ 2021-ci ildən ələ keçirməyə çalışıblar və bu işin içərisində Şahid5 da olub. Şahid1 sədrlikdən istefa verdikdən sonra Şahid5, Birliyin təsisçiləri İddiaçı4 və Novruz Əliyevdən xahiş etmişdir ki, onu sədr təyin etsinlər. Cavabdeh İlhamAbbasov özünü birliyin təsisçilərinə pensiyada olan polis rəisi, məxfiaparatın rəhbəri və müharibə veteranı olaraq təqdim etmişdir. 2022-ci ilin yanvar ayında birliyin təsisçisi Novruz Əliyev vəfat etmişdir. Hal-hazırda birliyin yeganə təsisçisi İddiaçı4dur. Novruz Əliyevin vəfatından sonra İddiaçı4, İlhamAbbasova tapşırıq verib ki, İddiaçı2lə birlikdə bu ictimai birliyin üzvlərini bir araya toplayaraq yenidən qurun. İddiaçı4 gözləri normal görmədiyi üçün 2022-ci ilin birinci yarısında hər iki gözündən müəyyən aralıqla əməliyyatlar keçirib. Beləliklə, Şahid5 YDDİB-nin üzvlərinə xəbər vermədən və heç bir ümumi yığıncaq təşkiletmədən xx.xx.2022-ci il tarixli YDDİB-nin ümumi yığıncağının protokolunu tərtib etmiş və təsisçi İddiaçı4 adından ərizə hazırlayaraq Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərmişdir. Şahid5 təsisçi İddiaçı4 bildirmişdir ki, “mənim sədr olmağıma razılıq vermək üçün bu sənədləri imzalayın.” İddiaçı4 gözlərində zəiflik olduğuna görə sənədləri oxuyub tanış ola bilmədən, Şahid5 inanaraq həmin sənədləri imzalamışdır. Şahid5 həmin iclas protokolunda iclasın sədri olaraq özünün, iclasın katibi olaraq İddiaçı2 adını qeyd etmişdir. Şahid5 dediyinə görə bütün sənədləri hüquqşünasa hazırlatmış və İddiaçı2 bildirmişdir ki, “buraya imza çək, mənim sədr və sənin də müavin gəlməyin üçün sənəddir, vəkil hazırlayıb narahat olma.” Beləliklə, cavabdeh Şahid5, iddiaçılar İddiaçı4 və İddiaçı2 etibarından sui-istifadə etməklə formal xarakter daşıyan iclasın keçirilməsi ilə bağlı hazırladığı sənədləri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə göndərməklə YDDİB-nin İdarə Heyətinin sədri təyin olunmuşdur. X12 (formal xarakterli) qərarı Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 05/29/4-14 saylı X2 reyestrinə daxil edilmişdir. İddiaçılardan 7 nəfər şəxs YDDİB-nin 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun ləğvinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixində Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində cavabdeh qismində YDDİB-nin sədri Şahid5 göstərmişdirlər. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-5845/2023 saylı Qətnaməsinə əsasən iddia rədd edilmişdir. İddianın rədd edilməsinin səbəbi isə iddianın düzgün olmayan cavabdehə qarşı verilməsi idi. Belə ki, cavabdeh qismində Şahid5 yox YDDİB göstərilməli idi. Lakin həmin Qətnamədə cavabdehin etirazının dəlilləri hissəsində cavabdehin Məhkəməyə təqdim etdiyi saxta sənədlər və məlumatlar gizli saxlanılmışdır. İddia düzgün olmayan cavabdehə qarşı verildiyinə görə iddiaçılar yenidən iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa olunması üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
İddiaçıların tələbi:
2. Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun ləğv olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. xx.xx.2024-cü il tarixdə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı5, İddiaçı1, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı6, İddiaçı3, İddiaçı7 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun ləğv olunması və yaxud etibarsız (qüvvədən düşmüş) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2024-cü il tarixdə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı9, İddiaçı6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun etibarsız (qüvvədən düşmüş) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. xx.xx.2024-cü il tarixdə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı9, İddiaçı6, İddiaçı7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
6. xx.xx.2024-cü il tarixdə Cavabdeh İdarə Heyətinin sədri Şahid5 məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, hər bir dövlət və özəl təşkilatın iclaslarının hansı formada keçirilməsi daxili məsələdir və başqa idarə və təşkilatlarda iclasların açıq keçirilməsinin Cavabdehndə iclasın onlayn keçirilməsinə aidiyyatı yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları:
7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı2 öz izahatında bildirmişdir ki, Cavabdeh İB tərəfindən məhkəməyə üç vəsatət bir etiraz ərizəsi ünvanlamışdır. Qarşı tərəf Cavabdeh İB-in sədri kimi məhkəməyə müraciət etdiyi həmin vəsatətlərdə dövlət reyestrindən çıxarış 5/29/5/14 №-li çıxarış olmuşdur, bununla bağlı Ədliyyə Nazirliyinə müraciət etmiş və ona məlum olmuşdur ki, QHT-lərin icra orqanlarının səlahiyyət müddəti xx.xx.2024-cü ildə bitmişdir. Yəni, Şahid5 səlahiyyət müddəti bitmiş, lakin o, sədr kimi məhkəməyə qanunuz müraciət etmişdir. Onlar vəsatət vermiş və vəsatətin bir hissəsindən başqa qalan hissələri təmin edilmişdir. Həmin vəsatətə əsasən, Şahid5 məhkəməyə sənədlər təqdim etməli idi, lakin indiyə qədər heç bir sənəd daxil olmamışdır. Sadəcə özü tərəfindən imzalanmış qanunsuz sənədlər göndərərək məhkəməni yayındırmaqdadır. Həmçinin, Şahid5 bildirir ki, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş 115 nəfər şəxs var, lakin bu da yalandır. 17 yanvar 2022-ci il tarixli protokolun ləğvini istəmələrinin səbəbi də elə bu 115 nəfər qanunsuz qeydiyyatdan keçmiş şəxslə bağlıdır. xx.xx.2022-ci ildə 5/29/38/13 saylı Ədliyyə Nazirliyi tərəfindən verilmiş məktuba əsasən, 2019-cu ildən xx.xx.2021-ci il tarixinədək bu təşkilat üzv qəbul etməmişdir. Bu məktub saxtakarlığı sübut etməkdədir. Şahid5 bildirmişdir ki, xx.xx.2022-ci il tarixli ümumi yığıncaq “Whatsapp” Sosial Şəbəkəsində keçirilmişdir. Lakin Nizamnamədə qeyd olunur ki, yığıncağın yeri və vaxtı barədə 2 həftə əvvəldən məlumat verilməlidir, lakin iddiaçıların heç birinə məlumat verməmişdir. Belə bir iclas olmamışdır. Hal-hazırda təşkilatın 1000 nəfər üzvü vardır. Bununla bağlı müvafiq sənədlər Şahid1 var, lakin o sənədləri Ədliyyə Nazirliyinə təhvil verməmişdir. Məhkəməyə 13 sənəd vermiş və həmin sənədlərdə 2022-ci ilin fevral ayında təşkilata üzvlük üçün müraciət edən şəxslərin siyahısı verilmişdir. Bu şəxslər 2022-ci ilin fevral ayında üzvlük üçün müraciət etmişdirlərsə necə ola bilər ki, onlar bir ay öncə yığıncaqda iştirak edə bilmişdirlər. “Whatsapp” Sosial Şəbəkəsində heç bir yığıncaq keçirilməmişdir, bununla bağlı iş materiallarına 150 səhifəlik material yerləşdirilmişdir. Burada bütün yazışmalar mövcuddur. “Whatsapp” Sosial Şəbəkəsində 86 nəfərin görüntülü danışması qeyri-mümkündür. Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05292-14 saylı məktubuna əsasən, ümumi yığıncağın 25 dekabr 2021-ci il tarixli iclasında Şahid5 sədr seçilmişdir. Deməli Şahid5 həm 25 dekabr 2021-ci il tarixdə, həm də xx.xx.2022ci il tarixdə iki dəfə sədr seçilmişdir. Həmçinin CD diskdən görünür ki, iclasdan sonra Şahid5 ona tapşırmışdır ki, 115 nəfərin hamısına zəng vursun və bildirsin ki, onlar güya iclas keçirmiş və Şahid5 sədr seçilmişdir. Bununla bağlı səs yazısı da vardır. Protokolda qeyd edilmişdir ki, 115 nəfərdən 86 nəfər iclasda iştirak etmiş, 29 nəfər iştirak etməmişdir. İclasda iştirak etmiş şəxslərin çox da iclasdan sonra üzvlük üçün müraciət etmişdir. Əgər ki, “Whatsapp” Sosial Şəbəkəsində hər hansı bir iclas keçirilmişdirsə onda Şahid5 bununla bağlı hər hansı bir ekran görüntüsü gətirə bilər, lakin gətirməmişdir. Necə ola bilər ki, 86 nəfər iştirak edən hamıdan bu yazışmalar silinə bilər. Bundan başqa Abbas Gözəlov, Bahar Nəsimanova, Hikmət Qurbanov, Maqsud Rüstəmov, Oktay İsayev, Rahim Baxışov, Sahil Cəfərov, Şahin Cəfərov, Süleyman Həşimov, Validə Rzayeva və Yeganə Quliyeva məhkəməyə notarial qaydada ərizə ilə xx.xx.2022-ci il tarixində yığıncağın keçirilməməsi ilə bağlı müraciət etmişdirlər. Bir nəfər də ərizə ilə müraciət etmişir. Protokol qanunsuz tərtib edilmişdir, çünki protokolda onun online keçirilməsi qeyd edilməmişdir. Həmçinin Cavabdeh İB-in Nizamnaməsinin 5.7-ci bəndində qeyd edilir ki, birliyin üzvü yalnız birliyin müvafiq orqanları səlahiyyət verdikdə onları təmsil edə və onların adından çıxış edə bilər. xx.xx.2022ci il tarixində keçirilmiş yığıncağın protokolundan görünür ki, yığıncağa sədrliyi Şahid5 etmişdir. Həmin vaxt İdarə heyətinin səlahiyyət müddəti bitmiş və burada sadəcə səlahiyyətli İddiaçı4 qalmışdır. Yəni, Şahid5 iclasa sədrlik etməsi üçün İddiaçı4 ona səlahiyyət verməli idi. Bundan başqa İddiaçı5 çıxarışda idarə heyətinin üzvü kimi qeyd edilmişdir. Lakin, onun bundan xəbəri olmamışdır. “Whatsapp” Sosial Şəbəkəsində ancaq 32 nəfər çıxış edə bilər, lakin 86 nəfərin iştirak etməsi qeyd edilmişdir. Bundan başqa Nizamnaməsinin 5.7-ci bəndində qeyd edilir ki, birliyə üzvlərin qəbulu birliyin idarə heyətinin üzvləri tərəfindən aparılır, onlar yazılı müraciət edir və müraciətə 1 ay müddətində baxılır. Lakin 115 nəfər bu qaydalara əməl etməmişdirlər. Şahid5 bu sənədlərin olduğunu bildirsə də, onları təqdim etməmişdir. Bundan başqa Nizamnaməsinin 6.2-ci bəndində qeyd edilir ki, ümumi yığıncaq birliyin icra orqanının, təsisçilərdən birinin və üzvlərin üçdə birinin iştirakı ilə çağırılmalıdır. Lakin, bununla bağlı da heç bir sənəddaxil olmamışdır. Nizamnaməsinin 6.3-cü bəndində isə qeyd edilmışdır ki, yığıncaqdan 2 həftə əvvəl üzvlərə yığıncağın yeri və vaxtı ilə bağlı məlumat verilməlidir. Lakin bununla bağlı heç bir sənəd müəyyən edilməmişdir. Bundan başqa Şahid1 təsisçilikdən və sədrlikdən imtina etmə barəsində notarial qaydada ərizə ilə müraciət etsədə, bu məsələ xx.xx.2022-ci il tarixində hələ Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməmişdir. Buna görə də Şahid5 yığıncağın iclası keçirilən zaman Şahid1 da çağırmalı idi, lakin o Nizamnamənin şərtlərini pozaraq onu çağırmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 öz izahatında bildirmişdir ki, onlar tərəfindən məhkəməyə kifayət qədər sübutlar təqdim edilmişdir. Yığıncaq qanunsuz olaraq keçirilmiş və Nizamnamənin tələbləri pozulmuşdur. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı7 öz izahatında bildirmişdir ki, onlara iclasın keçirilməsi ilə bağlı heç bir bildiriş verilməmişdir və buna görə də onlar yığıncaqda iştirak etməmişdirlər. Həmin yığıncaqda göstərilən 115 nəfər şəxs yığıncaqdan sonra üzvlük üçün müraciət etmişdirlər. “Whatsapp” Sosial Şəbəkəsində olan qrupda var, lakin heç bir iclas keçirilməmişdir. Onun adı iclas protokoluna salınmamışdır.
9. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı9 öz izahatında bildirmişdir ki, onun yığıncaq protokolunda imzası var, lakin ona heç bir bildiriş gəlməmişdir və o, heç bir iclasda iştirak etməmişdir. Onun adı 115 nəfər şəxsin adının içərisində var. O, Şahid5 onun imzasından istifadə etdiyi üçün onu təhqir etmişdir.
10. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı4 öz izahatında bildirmişdir ki, onun xx.xx.2022-ci il tarixində birliyin ümumi yığıncağının keçirilməsi ilə bağlı hər hansı bir təşəbbüsü olmamışdır.
11. İddiaçı3 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
12. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Şahid1 öz izahatında bildirmişdir ki, Şahid5 ona müraciət etmiş və onun sədrlikdən və təsisçilikdən imtina etməsini, eyni zamanda sənədləri Ziyətxan müəllimə təhvil verməsini istəmişdir. Daha sonra o, sədrlikdən və təsisçilikdən imtina etmişdir. Həmin təşkilat üçün o çox xərc çəkmişdir. Təşkilatın 5000 nəfərdən artıq üzü olmuşdur. O, xx.xx.2021-ci il tarixində sədrlikdən və təsisçilikdən imtina etmiş və bununla bağlı Asim müəllimə müaciət etmişdir. Hal-hazırda vergi ödəyicisi kimi təşkilat onun adınadır. Hazırda onda 5000 nəfər üzvün sənədləri vardır. İlham Həsənov birliyin üzvlərinin hüquqlarını pozmuş və ümumi yığıncaq keçirmədən özünü sədr elan etmişdir. Həmçinin o, Nizamnamənin 6.3-cü maddəsinin tələbini kobud sürətdə pozmuşdur. O, 2007-ci ildən ictimai fəaliyyətlə məşğul olmuş, 2017-ci il tarixində isə “Azərbaycan Dövlətçiliyinə Dəstək Milli İctimai Birliyi”ni yaratmışdır. Daha sonra birliyin adını dəyişmiş və “X6 Birliyi” qoymuşdurlar. Bundan sonra isə yenidən birliyin adını dəyişmiş və Cavabdeh İB qoymuşdurlar. O, iclasda iştirak etmməmiş, protokolun sürətini görmüşdür. xx.xx.2022-ci il tarixində iclasın keçirilməsi ilə bağlı ona heç bir bildiriş gəlməmişdir. O, bir neçə ay əvvəl sədrlikdən və təsisçilikdən imtina etməsi barədə ərizəsini geri götürmüşdür. O, üzvlükdən imtina etməmişdir. Tərtib olunmuş protokol tamamilə qanunsuzdur, onun xx.xx.2022-ci il tarixində birliyin ümumi yığıncağının keçirilməsi ilə bağlı hər hansı bir təşəbbüsü olmamışdır. “X8 İctimai Birliyi” Azərbaycanda Yeni Azərbaycan Partiyası istisna olmaqla istənilən bir partiyadan güclüdür. Birliyin 5000 nəfər üzvü var və ümumi yığıncağın keçirilməsi üçün 1500 nəfər yəni, üzvlərin üçdə biri iştirak etməlidir. Bu təşkilat X16 Əliyev və prezident İlham Əliyevin siyasətini xalqa çatdırmağa xidmət etmişdir.
13. Cavabdeh “X8 İctimai Birliyi”nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
14. Cavabdeh Nizamnaməsi.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında Şəhadətnaməyə əsasən qeydiyyat nömrəsi 1119- Q70-3775, Hüquqi şəxsin adı Cavabdeh, dövlət qeydiyyatına alındığı tarix 31 oktyabr 2019cu ildir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən yeni qanuni təmsilçisinin seçilməsi, idarəetmə orqanlarının formalaşdırılması, hüquqi ünvanının dəyişdirilməsi, bununla əlaqədar nizamnaməsinə dəyişiklik edilməsi faktlarının, habelə təsisçi tərkibində edilmiş dəyişikliyin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “X2 qeydiyyatının aparılması qaydaları”nın 7.1-ci bəndinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Birlik üzvlərinin sayını təsdiq edən sənəd təqdim edilməmişdir. İctimai Birliyin təsisçiliyinə daxil olma “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən Cavabdeh təsisçi tərkibində dəyişikliyin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “X2 qeydiyyatının aparılması qaydaları”nın 7.1-ci bəndinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Birlik üzvlərinin sayını təsdiq edən sənəd təqdim edilməmişdir.
18. Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokoluna əsasən iclasda sədr Şahid5, sədr müavini İddiaçı2, üzvlərin ümumi sayı 115 nəfər olmaqla iclasda 86 nəfər üzv iştirak edir. Yığıncağın gündəliyini birliyin idarə heyətinin sədrinin, sədr müavinin və üzvlərinin seçilməsi, birliyin qanuni təmsilçisinin təyin edilməsi təşkil edir. Gündəliyin birinci məsələsi barədə iclasın sədri Şahid5 bildirdi ki, Cavabdeh idarə heyətinin səlahiyyət müddəti xx.xx.2021-ci ildə bitdiyi üçün Birliyin ümumi yığıncağı yeni idarə heyətini yaratmalıdır. Gündəliyin birinci məsələsi barədə Cavabdeh təsisçilərindən biri olan İddiaçı4 çıxış edərək təklif etdi ki, Birliyin idarə heyətinin sədri Şahid5, idarə heyəti sədr müavini kimi İddiaçı2, idarə heyətinin üzvləri kimi isə İddiaçı4, Şahid2, Şahid3, Şahid4 və İddiaçı5 təyin olunsun. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi. Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən İddiaçı2 təklif etdi ki, İctimai Birliyin qanuni təmsilçisi kimi Şahid5 təyin olunsun. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi. X13 Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir: Şahid5-sədr, İddiaçı2- sədr müavini, İddiaçı4, Şahid2, Şahid3, Şahid4 və İddiaçı5- üzvlər.
19. Cavabdeh üzvlərinin reyestri.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən Cavabdeh yeni qanuni təmsilçisinin seçilməsi, icra orqanının tərkibinin formalaşdırılması, hüquqi ünvanının dəyişdirilməsi faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “X2 qeydiyyatının aparılması qaydaları”nın 7.1-ci bəndinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Ərizəyə yeni ünvana dair sənəd və nizamnaməyə dəyişikliyi əks etdirən sənəd (2 nüsxədə) əlavə edilməmişdir. Bununla yanaşı, ümumi yığıncağın xx.xx.2021-ci il tarixli protokolunda idarə heyətinin sədri Şahid5 seçilmişdir. Lakin təqdim edilmiş birliyin üzvlərinin sayını İdarə heyətinin sədri qismində X10 təsdiq etmişdir. Məsələyə aydınlıq gətirilməsi zəruridir.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən Cavabdeh icra orqanlarının formalaşdırılması faktının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Şahid5 sədr seçilməsi faktı dövlət qeydiyyatına alınmadan üzvlərin sayını təsdiq edən sənəd onun tərəfindən sədr qismində imzalanmışdır. Buna görə sənədlər geri qaytarılmışdır.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəsinə Cavabdeh təsisçisi İddiaçı4 tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Cavabdeh ümumi yığıncağı keçirilmişdir. Ümumi yığıncaqda X13 heyətinin sədri, sədr müavini, üzvləri və qanuni təmsilçisi təsdiq edilmişdir. Hal-hazırda bu dəyişikliklərin dövlət qeydiyyatına alınmasına zərurət yaranmışdır. Ona görə də Cavabdeh İdarə Heyətinin və qanuni təmsilçisinin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Qeydiyyata alınmaq üçün təqdim olunan faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdardır. Ərizə İddiaçı4 tərəfindən imzalanmışdır və İctimai Birliyin möhürü vurulmuşdur.
23. xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh hal-hazırda 115 üzvü vardır.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən Cavabdeh hazırki hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 2sədi dövlətin və cəmiyyətin hərtərəfli inkişafına, milli-mənəvi dəyərlərinin qorunmasına kömək etməkdən ibarətdir. İdarə heyətinin sədri- Şahid5, sədr müavini- İddiaçı2, digər üzvləri İddiaçı4, Şahid2 Adl qızı, Şahid3, Şahid4, İddiaçı5dur. Qeyri-hökumət təşkilatının icra orqanlarının səlahiyyət müddəti xx.xx.2024-cü il tarixədək, ictimai birliyin üzvlərinin sayı 115 nəfər, qanuni təmsilçi Şahid5, qeydiyyata alınmanın hüquqi əsasları ümumi yığıncağın xx.xx.2022-ci il tarixli protokolu və digər sənədlər, dəyişikliklərin qeydiyyat tarixi xx.xx.2022-ci ildir.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən Cavabdeh yeni dizaynlı möhürünün tanınması barədə daxil olmuş müraciətə baxılmışdır. Qeyd edilən məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət reyestrinə daxil edilən məlumatlara aid edilməmişdir.
26. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5653/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən iddiaçı Şahid1 Cavabdeh sədri Şahid5 qarşı Ümumi yığıncağının xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
27. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparat rəhbərinin müavini Rəşid Rumzadə tərəfindən Cavabdeh İdarə Heyətinin sədri Şahid5 ünvanlanmış 15 noyabr 2022-ci il tarixli məktuba əsasən informasiya sorğusunun təmin edilməsi xahiş edilmişdir.
28. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/29/38-13 nömrəli cavab məktubuna əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək təşkilatın üzvləri barədə X2 reyestrində məlumat aşkar edilməmişdir. Elektron poçt ünvanı vasitəsilə yazılı cavab verilmişdir.
29. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Cavabdeh İdarə Heyətinin sədr müavini İddiaçı2 ünvanlanmış 24 fevral 2023-cü il tarixli informasiya sorğusu barədə məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci il üzrə maliyyə hesabatı indiyədək Maliyyə Nazirliyinə daxil olmamışdır. 30.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10776/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadına əsasən iddiaçılar İddiaçı4, İddiaçı2 və İddiaçı5 cavabdeh Şahid5 qarşı (3-cü şəxs qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi göstərilməklə) protokolun və reyestrdən çıxarışın ləğv edilməsi tələbi mümkün sayılmamışdır.
31. “Elektron notariat” X1 xx.xx.2023-cü il tarixli çıxarışa əsasən X7 öz ərizəsində bildirmişdir ki, o, Cavabdeh xx.xx.2022-ci il tarixli ümumi yığıncağına dəvət olunmamış və həmin tarixli ümumi yığıncaqda iştirak etməmişdir.
32. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5845/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən İddiaçı4, İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdeh Şahid5 qarşı Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi yığıncağının protokolunun ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
33. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/2-11-2xx/xx/2023 nömrəli sorğuya cavaba əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı vaxt hüquqi ünvanı ünvan 3ğıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 4 fakt xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
34. “Whatsapp” sosial şəbəkəsindən əldə edilmiş Çıxarışa əsasən, görüntülü qrup söhbəti edilməsi üçün qaydalar müəyyən edilmişdir. (32 və daha az şəxsin görüntülü qoşulması mümkündür)
35. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/2-11-173/8/2024 nömrəli sorğuya cavaba əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağının qərarı ilə icra orqanının formalaşdırılması faktı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
36. xx.xx.2024-cü il tarixdə Saatlı Rayon Prokurorluğundan vətəndaş İddiaçı2 Cavabdeh sabiq sədri Şahid5 qanunsuz “ASAN İmza” verilməsinə dair rayon prokurorluğuna daxil olmuş müraciəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq:
37. Azərbaycan Respublikasının Konstitusiyası:
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
38. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya: 6.1 Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər.... 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.
40. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”Qanun: 10.1. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. 10.2. İctimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər. 10.5. Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.... 25.1. İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. 25.2. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. 25.3. Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. 25.6. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. 25.7. Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır. 31.1. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
42. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.
Məhkəmənin mövqeyi:
43. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
44. İddia tələbi Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun qanunsuz hesab edilməsi barədə qətnamənin qəbul edilməsidir. Məhkəmə qeyd edir ki, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, Azərbaycan Respublikasının müvafiq qanunları ilə müəyyənləşdirilir.
45. Birliyin Nizamnaməsinin 6-cı maddəsinə əsasən Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır (6.1.). Ümumi yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.(6.2.) Birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. (6.3.) Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir (6.5, 6.6.). (§14)
46. Məhkəmə araşdırması zamaı məlum olmuşdur ki, Birliyin üzvlərinə Ümumi yığıncağın keçirilməsinin yeri və vaxtı haqqında bildiriş göndərilməmiş, bu barədə hər hansı məlumat paylaşılmamışdır. Ümumi yığıncağın keçirilməsi ilə bağlı təsisçilərin hər hansı vəsatəti omamışdır. Birliyin üzvlərinin üçdə bir hissəsinin təşəbbüsünü sübuta yetirən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da həm “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununu 25.3-cü və 25.6-cı maddələrinin tələbi (§40), həm də Birliyin Nizamnaməsinin 6.2-ci, 6.3-cü maddələrinin tələbləri (§14) pozlmuşdur.
47. Birliyin Nizamnaməsinin 6.5-ci maddəsinə əsasən Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunda Birliyin 115 üzvündən 86-sının iştirak etdiyi qeyd edilmişdir. (§18) Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 17 yanvar 2022-ci il tarixində Birliyin üzvü kimi göstərilmiş 8 nəfərin Birliyə iclas tarixindən sonrakı dövrdə üzv olması, o cümlədən, iddiaçı 11 nəfər, şahidlər həmin tarixli iclasda iştirak etmədiklərini, ümumiyyətlə, belə bir iclasın keçirilmədiyini qeyd etmişdirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5845/2023 nömrəli mülki işin araşdırması zamanı xx.xx.2023-cü il tarixli iclasda tərəflər verdikləri izahda 17 yanvar 2022-ci il tarixli iclasın onlayn platformada, “Whatsapp” sosial şəbəkəsində keçirildiyini qeyd etmişdirlər. (§32) Lakin məhkəmə araşdırması zamanı iclasın onlayn platformada keçirilməsini də sübut edən hər hansı sənəd, video və s. mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi 31.12.21-ci il tarixindən 01.02.22-ci il tarixinə qədər olan “Whatsapp” sosial şəbəkə yazışmasında 17 yanvar 2022-ci il tarixli iclasın keçirilməsi ilə bağlı hər hansı paylaşım, elan, yazışma aparılmasına rast gəlinmir. Eyni zamanda məhkəmə araşdırması zamanı “Whatsapp” sosial şəbəkəsində onlayn görüşün keçirilməsi üçün ən çox 32 nəfərin eyni anda qoşulması üçün texniki imkanın olması müəyyən olunmuşdur. (§34)
48. İclasda iştirak edən 86 nəfər üzvün iclasda iştirakını təsdiq edən hər hansı mötəbər sübutun olmaması və məhkəməyə təqdim edilməməsi Birliyin Nizamnaməsinin 6.5-ci maddəsinin tələbinin pozulmasına dəlalət edir.
49. Göründüyü kimi 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağın keçirilməsi ilə bağlı bildirişlər vaxtında, lazımi qaydada göndərilməmiş, ümumi yığıncağın keçirilməsi üçün yetərsay mövcud olmamış, ümumi yığıncağın harada, nə zaman keçirilməsini sübuta yetirən mötəbər sübutlar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla da həm həm “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununu tələbləri (§40), həm də Birliyin Nizamnaməsinin tələbləri (§14) pozulmuşdur.
50. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. (§42)
51. Eyni zamanda həmin qərarda qeyd edilir ki, “...sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz”. (§42)
52. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu qanunsuz hesab edilməlidir.
Məhkəmə xərcləri:
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi tələbi olmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu qanunsuz hesab edilsin.
3. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özünə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova