Məhkəmə qərarları › İş №e-2(011)-1459/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1459/2023

25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1459/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçıların vəkili və nümayənbdəsi Vəkil1, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Türkiyə Respublikasının “X7 X5 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X7” nümayəndəliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehin əsassız və qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq İddiaçı2 - 985 manat məbləğində, mənəvi zərərin əvəzi olaraq isə İddiaçı2 - 10.000 manat; İddiaçı1 - 10.000 manat məbləğində pul və 153 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçıların vəkili və nümayəndəsi, məhkəmə iclasında bildirdi ki, cavabdehlə aralarında barışıq əldə olunmuşdur. Buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə aralarında barışıq əldə olunmuşdur. Buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar həll edərək, xx.xx.2023-cü il tarixdə barışıq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək bağladıqları barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı2, İddiaçı1 və Türkiyə Respublikasının “X7 X5 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X7” nümayəndəliyi arasında 25 aprel 2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. Bakı şəhər Xətai rayon Məhkəməsinin icraatında olan 2(011)-1459/2023 saylı mülki iş üzrə cavabdeh olan “X7 X5 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X8” Nümayəndəliyi öz öhdəsinə götürür ki, birgə iddiaçılar İddiaçı2 (AA********) və Abbaszadə Sima Elçin qızına (AZE********) X1 istənilən şəhərinə (X6 uçuş həyata keçirdiyi şəhərlər nəzərə alınmaqla) təyyarənin biznes sinfi üzrə səyahət etmələri üçün (gediş və qayıdış) aşağıda göstərilən şərtlərlə onlar tərəfindən heç bir əlavə və əsas ödənişlər edilmədən biznes sinfi üzrə hər birinə 1 (bir) ədəd açıq (yəni uçuş tarixləri göstərilmədən) aviabilet verəcəkdir.

2. Tərəflər razlaşırlar ki, birgə iddiaçılar açıq (yəni tarixləri göstərilməyən) aviabiletin THY-nin kompüter məlumat bazasında yerləşdirilməsi üçün bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra 2023-cü təqvim ili ərzində bütün zəruri məlumat və sənədləri təqdim etməklə THY-nin Bakı ofisinə müraciət etməlidir;

3. Tərəflər razlaşırlar ki, kompüter məlumat bazasında yerləşdirilən açıq (yəni tarixləri göstərilməyən) aviabilet yerləşdirilmə tarixindən etibarən 1 (bir) il müddətinə etibarlıdır və həmin müddət qurtardıqdan sonra aviabilet etibarlı olmayacaqdır, bununla da birgə iddiaçılar ondan istifadə edə bilməyəcəkdir;

4. Tərəflər razılaşırlar ki, planlanan uçuş tarixinə ən azı 2 (iki) həftə qalmış birgə iddiaçılar heç bir əsas və əlavə ödəniş etmədən THY-nin Bakı ofisinə müraciət etməklə hazırki barışıq sazişinin 7-ci bəndi nəzərə alınmaqla dəqiq uçuş tarixləri (gediş və qayıdış) göstərilmiş aviabiletləri əldə etməlidir;

5. Tərəflər razlaşırlar ki, kompüter məlumat bazasında yerləşdirilmiş açıq (yəni tarixləri göstərilməyən) aviabilet başqa bir sərnişin adına dəyişdirilə bilməz;

6. Tərəflər razlaşırlar ki, həmin açıq (yəni tarixləri göstərilməyən) aviabiletin geri qaytarılması mümkün deyil;

7. Tərəflər razılaşır ki, aviabiletlərin təsdiqi X6 baş ofisi tərəfindən edildiyi üçün pik sezon və ya keçirilən tədbirlər səbəbi ilə birgə iddiaçıların uçuşla bağlı tələbi qarşılanmaya bilər;

8. Tərəflər razlaşırlar ki, açıq (yəni tarixləri göstərilməyən) aviabiletin əldə edilməsi və biletləmə əməliyyatları ancaq X6 Bakı ofisi vasitəsilə aparılmalıdır;

9. Tərəflər razılaşırlar ki, hazırki barışıq sazişi icra edildikdən sonra Tərəflərin birbirinə qarşı heç bir tələbi qalmayacaq.

10. Birgə iddiaçılar təsdiq edir ki, Cavabdeh tərəfindən yuxarıda göstərilən şərtlərə əməl olunmaqla ona vurulmuş bütün real və mənəvi zərər tam həcmdə ödənilmiş hesab olunacaqdır;

11. Tərəflər mülki iş üzrə icraata xitam verilməsini və barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş edirlər.

12. İcraata xitam verilmə qaydasını və nəticələrini nəzərdə tutan AR MPM-nin 262-ci maddəsinin tələbləri bizdə məlumdur. Biz bilirik ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

13. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunsun və İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Türkiyə Respublikasının “X7 X5 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X7” nümayəndəliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-1459/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflər Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunurlar və onlar bu nəticələrlə razılaşırlar. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar