Məhkəmə qərarları › İş №e-2(011)-1487/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(011)-1487/2022

20.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1487/2022 20.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə cavabdehin etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 əlavə qətnamənin çıxarılması barədə ərizəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı X2 "xxxx" MMC Cavabdeh qarşı cavabdehə borc olaraq verilmiş ümumilikdə 34100 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1487/2022 saylı 21 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməmiş, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 193 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bundan sonra cavabdehin etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1487/2022 saylı 21 aprel 2022-ci il tarixli qətnaməsinin nəticə hissəsi elan olunarkən cavabdehin 25 saylı Vəkil Bürosuna hüquqi xidmət haqqı kimi ödədiyi 300 manat pul vəsaitinin məhkəmə xərcləri kimi iddiaçıdan tutulub cavabdehə ödənilməli olduğu elan edilsə də, qətnamənin nəticə hissəsində qeyd edilməmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehin 25 saylı Vəkil Bürosuna hüquqi xidmət haqqı kimi ödədiyi 300 manat pul vəsaitinin məhkəmə xərcləri kimi iddiaçıdan tutulub cavabdehə ödənilməsi ilə bağlı əlavə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1487/2022 saylı 21 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməmiş, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 193 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq belə qənaətə gəlir ki, mülki iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.5-ci maddəsinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki işin materiallarından görünür ki, cavabdeh tərəfindən 25 saylı Vəkil Bürosuna hüquqi xidmət haqqı kimi 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1487/2022 saylı 21 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməmiş, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 193 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən 25 saylı Vəkil Bürosuna hüquqi xidmət haqqı kimi 300 manat məbləğində pul vəsaitinin ödənilməsi nəzərə alınmamışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün 300 manat məbləğində pul vəsaiti iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçı X2 "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılsın. İddia tələbi təmin edilmədiyindən, Cavabdeh tərəfindən hüquqi xidmətə görə ödənilmiş 300 manat məbləğində pul vəsaiti iddiaçı X2 "xxxx" MMC-dən cavabdehin xeyrinə tutulsun. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar