Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1488/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X5, İddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X1 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 375 manat məbləğində pul vəsaitinin, 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin mənzilindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 26, 17 saylı mənzilə suyun axıdılması nəticəsində dəymiş zərərə görə ödənilmiş 375 manat məbləğində sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan iş üzrə yekun qərar çıxarılmasını mümkün hesab edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 26, 17 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. Əmlak polisindən görünür ki, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 26, 17 saylı mənzil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Cavabdeh məxsus Rahib Məmmədov küçəsi, ev 26, mənzil 20-dən X3 məxsus Rahib Məmmədov küçəsi ev 26, mənzil 17-yə su axmış, mənzilin mətbəxinə və dəhlizinə maddi ziyan vurmuşdur. Ev sahibinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. Ekpert rəyindən görünür ki, X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlaka sığorta hadisəsi zamanı 625 manat zərər dəydiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli sığorta aktından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 375 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən X3 ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə hesab edir ki, iş materialları ilə iddiaçı "xxxx" ASC -nin sığorta hadisəsi zamanı zərərçəkən şəxsə dəymiş 375 manat məbləği ödədiyi sübut olunduğundan, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbinə əsasən sığorta ödənişini həyata keçirmiş iddiaçı cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 375 manat pul vəsaiti, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının əvəzi tutularaq iddiaçı "xxxx" ASC -yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-1488/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1488/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver