Məhkəmə qərarları › İş №e-2(011)-1612/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1612/2023

13.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1612/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “sökülmüş qəbir daşlarının bərpa olunması” barədə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 qohumlarımın dəfn olduqları yerdə qəbirlərin yerlərinin və qəbir daşlarının dəyişdirilməsi hərəkətlərinin qanunsuz hesab edilməklə onların üzərinə - atası X3 Zubkova, anası X9, qohumları X12, X15, X10, X5, X13 qoyulmuş ümumi baş daşının sökülməsi, X4, X6, X1, X11, X7, X14 dəfn yerlərinin əvvəlki qaydada olmuş vəziyyətə gətirilməsi yəni, həyat yoldaşı Şaforost Vladimirin qəbrindən sola tərəf X6, Boyeva Proskovyevnanın; Şaforost Vladimirin qəbrindən sağa tərəf X8, X11, X7, X14 qəbir yerlərinin müəyyən edilməsi, atası X2 qoyulmuş baş daşının təqdim etdiyi sxemə uyğun olaraq, digər qohumlarının qəbri üstündə olmuş xaçların dəfn olunmuş şəxsin adı, doğulduğu və öldüyü tarixlər qeyd olunmaqla əvvəl dəfn olunduğu yerlərdə əvvəlki formada bərpa olması, qohumları dəfn olunan ərazinin içərisində olan mişar daşı ilə çəkilmiş arakəsmələrin sökülməsi, qohumları dəfn olunan ərazinin girişinin əvvəlki vəziyyətə gətirilməsi, əraziyə böyürdən açılmış girişin bağlanılmasının cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işi baxılmamış saxlayıb, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, o cümlədən ödənilmiş dövlət rüsumunun ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərin mülki işin baxılmamış saxlanmasına dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, iddiaçının səlahiyyətli nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanması barədə yazılı ərizə verdiyindən, cavabdeh işə mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, onun işin baxılmamış saxlanmasına dair etirazı məhkəməyə daxil olmadığından, işin məhkəmə baxışı mərhələsində olması nəzərə alınaraq, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “sökülmüş qəbir daşlarının bərpa olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı “sökülmüş qəbir daşlarının bərpa olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzi ilə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar