Məhkəmə qərarları › İş №e-2(011)-1645/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1645/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1645/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oglunun sədrliyi, məhkəmə iclasının katibi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 93 saylı MKİS-nə qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 250 manatın və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 93 saylı MKİS-nin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 03.09.2019-cu il tarixdə Əzizova Pərvanə Bəxtiyar qızına məxsus və "xxxx" ASC tərəfindən 06.05.2016-cı il tarixindən 05.05.2036-cı il tarixinə qədər PRM ********* saylı əmlak sığorta şəhadətnaməsi ilə sığortalanmış Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şivani küçəsi ev 7, mənzil 108-ə yağış suyunun axıdılması nəticəsində sığorta hadisəsi baş vermiş və hadisə nəticəsində sığortalanmış mənzilə maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi 14.09.2019-cu il tarixində Xətai rayonu 93 saylı MKİS tərəfindən təqdim edilən arayışla təsdiqlənmişdir. Belə ki, "xxxx" MMC-nin təqdim etdiyi 01.10.2019-cu il tarixli, 1005/19 saylı qiymətləndirmə aktına əsasən baş vermiş sığorta hadisəsi nəticəsində Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şivani küçəsi, ev 7, mənzil 108-ə dəymiş maddi ziyan 250 manat təşkil etdiyindən, həmin məbləğ "xxxx"ASC tərəfindən PRM 53599 saylı sığorta aktına əsasən sığortalı Əzizova Pərvanə Bəxtiyar qızına sığorta ödənişi kimi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan PRM ********* saylı əmlak sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalıya məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şivani küçəsi ev 7, 108 saylı mənzil 06.05.2016-cı il tarixindən 05.05.2036-cı il tarixədək iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 93 saylı MKİS-nin 14.09.2019-cu il tarixli arayışının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şivani küçəsi ev 7, 108 saylı mənzilə yağış suyu axmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 01.10.2019-cu il tarixli, 1005/19 saylı qiymətləndirmə aktından görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şivani küçəsi ev 7, 108 saylı mənzilin təmiri üçün 250 manat məbləğində pul vəsaiti tələb olunmuşdur. İşdə olan PRM 53599 nömrəli Sığorta aktının və 22.10.2010-cu il tarixli plastik ödəmə kartının təhvil-təslim aktının surətlərindən görünür ki, Sığorta müqaviləsinə uyğun olaraq, "xxxx" ASC tərəfindən sığortalı mənzilin sahibinə 250 manat ödənilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, "xxxx" ASC Əzizova Pərvanə Bəxtiyar qızı ilə bağladığı CS10003101 nömrəli, 29.10.2012-ci il tarixli sığorta müqaviləsinə əsasən, yağış suyunun axıdılması nəticəsində sığortalının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Ə,Şivani küçəsi ev 7, 108 saylı mənzilə vurulmuş maddi zərərə görə 250 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasinin Qanununun 23.1.6-cı maddəsində sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafıq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cımaddəsində və bu Qanunun 25-cimaddəsində nəzərdə tutulmuş qaydada subroqasiva hüququndan istifadə etmək hüququ qeyd edilir. “İcbari sığortalar haqqında” AR Qanununun 36.1.5-cimaddəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması yaxud hər hansı digər fomada itkisinin sığorta hadisəsi hesab olunması üçün qeyd olunan hallardan biri kimi su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərindən, otaqlardan daxil olan su nəticəsində subasma hadisəsi göstərilir. AR Mülki Məcəllənin 14.2.6-cı maddəsinə əsasən, mülki hüquq və vəzifələrin yaranma əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. AR Mülki Məcəllənin 21-ci maddəsinə görəzərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. AR Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir), həmçinin 1096.2-cimaddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. AR Mülki Məcəllənin 1097.1-cimaddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəs izərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə işin araşdırılmış hallarına əsasən qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, sığrtalıya ödənilmiş sığorta ödənişinin əvəzi qismində 250 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 300, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 250 manat və 30 manat dövlət rüsumu, cəmi 280 (iki yüz səksən) manat pul vəsaiti tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar