Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1651/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində ünvan 3, mənzil 15, yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 38, M4, m1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsi aparılmış və ona ******* nömrəli çıxarış verilmişdir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etməyinin səbəbi mülkiyyətində olan mənzildə qeydiyyatda olan Cavabdeh və onun övladları X11 və X4 həmin ünvanında olan yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdir. Belə ki, ünvan 3, mənzil 15, yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2016-cı ildən tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh onun qardaşıdır, sözügedən mənzilə dair heç bir bağlılığı yoxdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2000-ci il tarixli, 306 nömrəli sərəncamdan göründüyü kimi mərhum X8 Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində Az.NKZT trestinə məxsus avtonəqliyyat qarajının cənubunda cizgidə göstərilən sahədə uzun illər istifadəsində olan 200 kv.m. torpaq sahəsi onun adına sənədləşdirilərək yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsində iddiaçının atası mərhum X11 tərəfindən 2003-cü ildə fərdi yaşayış evi tikildikdən sonra Cavabdeh ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşamağa başlamış və hazırkı vaxta qədər orada yaşamağa davam edir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2016-cı il tarixli “X13 müqaviləsi” dən göründüyü kimi iddiaçısının atası X5 xx.xx.2014-cü il tarixdə vəfatından sonra Cavabdeh ünvan 3, mənzil 15, yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 38, M4, m1 ünvanında yerləşən və iddiaçının mülkiyyətində olan mənzildən onun payına düşən 1/3 hissədən imtina edərək iddiaçıya bağışlamışdır. Daha sonra xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində ünvan 3, mənzil 15, yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 38, M4, m1 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsi aparılmış və tam mülkiyyət hüququ ilə iddiaçıya ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh artıq 20 ildir ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 38, M4, m1 ünvanında yerləşən mənzildə faktiki olaraq yaşamır. Həmin mənzil iddiaçının mülkiyyətində olmaqla 2016-cı ildən tarixindən bütün kommunallar iddiaçının adınadır. Bütün kommunal ödənişlər də iddiaçı tərəfindən həyata keçirilir. Buna baxmayaraq Cavabdeh və onun övladlarıX11 və X4 iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun formal olaraq saxlanması əlavə kommunal ödənişləri etməyinə səbəb olur. Eyni zamanda “Azəriqaz” İstehsalat Birliynin xx.xx.2023-cü il tarixli, 14-2-2-4/2-2104/2023 saylı məktubundan göründüyü kimi ünvan 2 ünvanında yaşayan Cavabdeh həmin ünvanda qaz təminatından istifadə etdiyi göstərilmişdir. Buna görə də iddiaçı hesab edir ki, Cavabdeh və onun övladları X11 və X4 Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 38, M4, m1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzildən onun payına düşən hissədən imtina etdiyini və 20 ildir ki, həmin mənzildə faktiki olaraq yaşamadığına görə sözügedən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 38, M4, m1 ünvanında yerləşən və mülkiyyətində olan mənzildə uzun müddətdir ki, faktiki olaraq yaşamadığına görə Cavabdeh və onun övladları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X4 həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etməyərək bildirmişdir ki, mənzildən qeydiyyatdan çıxmağa razıdır, özünə aid mənzili var, lakin çıxarış almağı üçün ilkin sənədlər iddiaçıda qalmışdır. Cavabdeh həmçinin məhkəməyə ərizə ilə müraciət edərək, sözügedən mənzildən qeydiyyatdan çıxmağa etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında istifadədə olan (Yeni qaydalarla: AZ 1025, ünvan 6 ümumi sahəsi 78.6 kv.m olan 15 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16 iyun 2016-cı il tarixdə 2501 nömrəli reyestr kitabının 232782 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 21 may 2016-cı il tarixli X13 müqaviləsindən görünür ki, X2 və Cavabdeh Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində verilmiş xx.xx.2016-cı il tarixli, 2V- 369 və 2V-371 reyestr №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən onlara düşən cəmi 2/3 hissə paylarını vərəsə sırasından olan və öz növbəsində 1/3 hissə payı olan İddiaçı bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli 18 iyul 2023-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X11 (xx.xx.2012), Cavabdeh (xx.xx.1975) və X12 (xx.xx.2008) ünvan 3, 15 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 38 ünvanında yaşayan X1 və X9 tərəfindən tərtib olunmuş 23 noyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, əvvəllər qonşuları olmuş xx.xx.1975-ci il təvəllüdlü vətəndaş Cavabdeh və onun övladları X11 və X12 2004-cü il 2004-cü il tarixdən başlayaraq hazırkı vaxta qədər Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi,38, M4, m1 ünvanında yerləşən mənzildə faktiki olaraq yaşamır. Həmin mənzildə xx.xx.2014-cü il tarixə qədər mərhum X11, xx.xx.2023-cü il tarixə qədərə mərhum X2 yaşamış, hazırda isə yalnız İddiaçı yaşamaqdadır. İş materiallarında olan 110 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş 36 nömrəli 17 yanvar 2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı S.Orucov küçəsi, ev 4, M4, m1 (köhnə ünvan S.Orucov küçəsi 18, m 15) ünvanında qeydiyyatdadır, qonşuların notariat kontorunda təsdiq etdikləri akta əsasən adı keçən ünvanda İddiaçı tək özü yaşayır. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq olunan X10 tərəfindən verilmiş **********557 nömrəli ərizənin surətindən görünür ki, əvvəllər qonşusu olmuş xx.xx.1975-ci il təvəllüdlü vətəndaş Cavabdeh və onun övladları X11 və X12 2004-cü il tarixdən başlayaraq hazırkı vaxta qədər ünvan 3, mənzil 15 (Yeni qaydalarla: AZ1025, ünvan 6 ünvanında yerləşən mənzildə faktiki olaraq yaşamır. Həmin mənzildə xx.xx.2014-cü il tarixə qədər mərhum X11, xx.xx.2023-cü il tarixə qədər mənzildə X2 yaşamış, hazırda isə yalnız İddiaçı yaşamaqdadır. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq olunan X1 tərəfindən verilmiş **********850 nömrəli ərizənin surətindən görünür ki, əvvəllər qonşusu olmuş xx.xx.1975-ci il təvəllüdlü vətəndaş Cavabdeh və onun övladları X11 və X12 2004-cü il tarixdən başlayaraq hazırkı vaxta qədər ünvan 3, mənzil 15 (Yeni qaydalarla: AZ1025, ünvan 6 ünvanında yerləşən mənzildə faktiki olaraq yaşamır. Həmin mənzildə xx.xx.2014-cü il tarixə qədər mərhum X11, xx.xx.2023-cü il tarixə qədər mənzildə X2 yaşamış, hazırda isə yalnız İddiaçı yaşamaqdadır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən Xətai Rayon Məhkəməsinə daxil olmuş 10 may 2024-cü il tarixli 3-52-13-2/2- 371/2024 №-li məktubdan görünür ki, S.Vəzirov küçəsi 1 ünvanı Xətai rayon MKTB-nin balansında olmadığından məhkəmə iclası barədə Cavabdeh məlumat verilməmişdir. Həmin ünvanın kimin balansında olması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh X6 2000-ci ilədək qeydiyyata alındığı üçün mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının şərtlərini müəyyən edən 60-cı maddəsi isə müəyyən edir ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onların yaşayış sahəsi daha uzun müddət saxlanılır. Əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin 17ci maddəsi müəyyən edirdi ki, vətəndaşın daimi və ya daha çox yaşadığı yer, onun yaşayış yeri hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh iddiaçının qardaşıdır, mübahisəli mənzil olan ünvan 3, 15 saylı mənzil (Yeni qaydalarla: AZ 1025, ünvan 6 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16 iyun 2016-cı il tarixdə qeydiyyata alınmış, cavabdeh həmin mənzildən olan 2/3 hissə payından iddiaçının xeyrinə imtina etmişdir. Cavabdeh və onun azyaşlı övladları X11 və X12 2004-cü il tarixdən başqa yaşayış sahəsinə köçərək, hazırkı vaxta qədər həmin ünvanda yaşamamışlar. Eyni zamanda Cavabdeh məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq edilir ki, cavabdehin mülkiyyətində başqa yaşayış sahəsi mövcuddur. Məhkəmə hesab edir ki, əvvəlki Mənzil Məcəlləsinin tələbləri nəzərə alınmaqla, cavabdeh və onun övladları artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və onların mübahisəli mənzilə istifadə hüquqlarının qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehlərə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən iddia təmin olunmalı və Cavabdeh, habelə onun yetkinlik yaşına çatmayan uşaqları X5 və X4 ünvan 3, 15 saylı mənzil (Yeni qaydalarla: AZ 1025, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh, habelə onun yetkinlik yaşına çatmayan uşaqları X5 və X4 ünvan 3, 15 saylı mənzil (Yeni qaydalarla: AZ 1025, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-1651/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1651/2024
23.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver