Məhkəmə qərarları › İş №e-2(011)-1759/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1759/2021

19.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1759/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı sorğuya cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Bakı şəhəri 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü İddiaçı cavabdeh “xxxx” MMC-yə göndərdiyi xx.xx.2018-ci il tarixli vəkil sorğusuna cavab verərək iddiaçı tərəfindən hüquqları müdafiə olunan xx.xx.1992-ci il tarixində anadan olmuş X2 COVİD-19 virusuna yoluxub-yoluxmaması, müsbət halda bu barədə məlumatın sonuncuya hansı tarixdə və hansı üsulla verilməsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X4 X3 giriş və çıxış tarixləri və çıxışın səbəbi barədə ətraflı məlumat verilməsi vəzifəsinin cavabdeh “xxxx” MMC-yə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olaraq Bakı şəhəri 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərir. İcraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxsin həbsdən azad olunması üçün tələb olunan bir sıra sübutların əldə olunması zərurəti yaranmışdır. Bu zərurətdən irəli gələrək o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 X1 Cavabdeh MMC-yə vəkil sorğusu ilə üç dəfə müraciət etmişdir. İki sorğusuna Cavabdeh MMC tərəfindən imtina cavabı verilmişdir. İmtinanın əsası kimi o göstərilmişdir ki, tələb olunan məlumatlar həkim sirrini təşkil edir və barəsində məlumat toplanan şəxsin icazəsi ilə mümkündür. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinin 2-ci abzasına əsasən vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər. Bundan sonra iddiaçı təqsirləndirilən şəxsdən razılıq ərizəsi almış və sorğuya əlavə edərək üçüncü dəfə cavabdeh “xxxx” MMC-yə göndərmişdir. Buna baxmayaraq, cavabdeh “xxxx” MMC bu dəfə vəkil sorğusuna ümumiyyətlə cavab vermək istəmir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli A-243 saylı vəkil sorğusunun surətindən və eyni zamanda həmin vəkil sorğusunun xx.xx.2020-ci il tarixində cavabdehə çatdırılmasını təsdiq edən xəbərnamənin surətindən görünür ki, cavabdeh qanunvericiliklə üzərinə düşən vəzifəni icra etməmişdir. İddia ərizəsinə əlavə edilmiş hüquqlarını müdafiə etdiyim şəxsin ərizəsinin surətindən görünür ki, həmin şəxs də barəsində sorğu edilən məlumatların verilməsinə etiraz etmir. İddiaçı ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili İddiaçı AR FHN-nin X5 X1 “xxxx” MMC-nin direktoru İmran Ağayevə ünvanladığı A-243 nömrəli, xx.xx.2020-ci il tarixli sorğunun surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il təvəllüdlü X2 Covid-19 virusuna yoluxub-yoluxmaması, müsbət halda bu barədə məlumatın ona hansı tarixdə və hansı üsulla verilməsi, hospitala giriş və çıxış tarixləri, çıxışın səbəbi (sağalma, xəstəliyin müəyyən olunmaması və s.) barədə ətraflı məlumat verilməsini xahiş etmişdir. Bakı İstintaq Təcridxanasında saxlanılan X2 AR FHN-nin X5 X1 “xxxx” MMC-yə ünvanladığı ərizənin surətindən görünür ki, o, müdafiəçisi İddiaçı sorğuları əsasında həkim sirrini təşkil edən istənilən məlumatların müdafiəçiyə təqdim edilməsinə tam razılıq verir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 X1 “xxxx” MMC-yə öz peşə borcunun yerinə yetirilməsi ilə bağlı müvafiq məlumatların əldə edilməsi məqsədi ilə sorğu göndərdiyini bilrdirsə də, məhkəməyə yalnız həmin sorğunun surətini təqdim etmiş, həmin sorğunun cavabdehə göndərildiyi və cavandeh tərəfindən qəbul edildiyinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız iddiaçının təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, iddiaçının məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Dəlillərinin təsdiqlənməsi üçün iddiaçının sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Bakı şəhəri 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü İddiaçı cavabdeh “xxxx” MMC-yə göndərdiyi xx.xx.2018-ci il tarixli vəkil sorğusuna cavab verərək iddiaçı tərəfindən hüquqları müdafiə olunan xx.xx.1992-ci il tarixində anadan olmuş X2 COVİD-19 virusuna yoluxub-yoluxmaması, müsbət halda bu barədə məlumatın sonuncuya hansı tarixdə və hansı üsulla verilməsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X4 X3 giriş və çıxış tarixləri və çıxışın səbəbi barədə ətraflı məlumat verilməsi vəzifəsinin cavabdeh “xxxx” MMC-yə həvalə edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar