Məhkəmə qərarları › İş №e-2(011)-1875/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1875/2025

12.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1875/2025 12.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 MMC-nin, İddiaçı2 və İddiaçı3 cavabdehlər X8, X5 qarşı “pul” tələbi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 MMC, İddiaçı2 və İddiaçı3 cavabdehlər X6, X5 qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təmir-quruculuq, tərtibat işlərinə çəkilmiş xərclərin əvəzi olaraq 154490,73 AZN pulun, hüquqi yardıma görə ödənilmiş 900 AZN pulun, dövlət rüsumuna görə ödənilmiş 446 AZN pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı2 51945,57 AZN olmaqla, X9 Məsuliyyətli Cəmiyyətinə 51945,57 AZN olmaqla, İddiaçı3 51945,57 AZN olmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X4 nümayəndəsi-vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək, tələbetmə müddətinin üstündən uzun müddət keçdiyi üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələri Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olmuşdur. Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyəti ilə əlaqədar hissə-hissə İddiaçı2, İddiaçı3, X2 tərəfindən icarəyə götürülmüş və birlikdə təxmini 187000 AZN tikinti-təmir xərcləri görülmüşdür. Belə ki, həmin qeyri yaşayış sahəsi təmirsiz formada icarəyə götürülmüş, fəaliyyətə başlamamışdan qabaq tərəfimizdən təmir işləri görülmüş və təmirdən sonra Portal Games adı altında oyun sahəsi fəaliyyətə başlamışdır. Təqdim etdimiyimiz şəkillərdən də açıq aydın görünür ki, qeyri-yaşayış sahəsinin əvvəlki və indiki təmir vəziyyəti hansı vəziyyətdə olmuşdur. 2024-cü ilin may ayında mülkiyyətçilər bizə həmin qeyri-yaşayış sahəsinin söküləcəyi barədə şifahi məlumat vermişdir. Sözügedən icarə obyektə tərəfimizdən külli miqdarda xərc çəkildiyi üçün söküləcəyi təqdirdə tərəfimizə tikinti-təmir xərcləri ödənilməli olduğu bildirilmiş, lakin mülkiyyətçilər imtina etmişlər. Bununla əlaqədar olaraq İddiaçı2 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrində söküntü, tikinti, təmir və sair işlərin aparılması, həmçinin həmin qeyri-yaşayış sahələrinin hər hansı bir formada özgənkiləşdirilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi mülkiyyətçilərə və digər fiziki və hüquqi şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-684/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)- 684/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahələrində hər hansı bir hərəkətlərin qadağan edilməsi ilə əlaqədar müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə Xətai Rayon Məhkəməsinin qərardadının mövcudluğu barədə məlumat verərək, məsələyə münasibət bildirilməsini xahiş etmişdirlər. Xətai Rayon İcra Hakimiyyəti məhkəmənin qeyd edilən qərardadı ilə razı deyil. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 79 saylı sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyəti Bakı şəhəri Xətai rayonu, Y.Səfərov və S.Senyuşkin küçələrinin əhatəsində yerləşən ərazidə abadlıq işlərinin aparılması üçün sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsait dairəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün vahid sifarişçi təşkilat təyin edilmiş və Xətai Rayon İcra Hakimiyyəti Xətai rayonu, Y.Səfərov və S.Senyuşkin küçələrinin əhatəsində yerləşən ərazidə, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsini və köçürülən ərazidə söküntü işlərinin aparılmasını həmçinin sözügedən ərazinin tullantılardan daşınmasını zəruri tədbirlər görməklə təmin edilməsi həvalə edilmiş və bununla əlaqədar Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 154 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Xətai Rayon İcra Hakimiyyətində yaradılmış komissiya həmin ərazidə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 79 saylı sərəncamına əsasən Xətai Rayon İcra Hakimiyyəti Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov və Sergey Senyuşkin küçələrinin kəsişməsində yerləşən 2.75 ha ərazidə abadlıq işlərinin aparılması qərara alınmış və sözügedən ərazidə yerləşən yaşayış və qeyri- yaşayış obyektlərinin köçürülməsi məqsədilə dövlət tərəfindən müvafiq ssuda ayrılmışdır. Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 154 saylı sərəncamdan çıxarışa əsasən Yusif Səfərov, Sergey Senyuşkin küçələrinin ərazisində və eləcə də layihəni əhatə edən ünvanlar üzrə işlərin davam etdirilməsi, kompensasiya ödənilməklə yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi məqsədilə komissiya yaradılması qərara alınmışdır. Buna əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-684/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və qeyri-yaşayış sahələri sökülmüşdür. Bugünədək mülkiyyətçilər tərəfindən iddiaçılara dəymiş zərər ödənilməmişdir. Sökülmə işləri gedərkən qeyri yaşayış sahəsindən təxmini 35000 AZN dəyərində əşyalar və digər mallar çıxarılmışdır. Söküntü işləri aparılmadan iddiaçı tərəfindən rəy alınması üçün ‘Məhkəmə Ekspertizası Xidmətləri’ MMC-yə müraciət edilmişdir. ‘Məhkəmə Ekspertizası Xidmətləri’ MMC tərəfindən hazırlanmış 11 may 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmir-quruculuq, tərtibat işlərinə çəkilmiş xərclərin məbləği (işçilik və material daxil olmaqla) 154490,73 AZN təşkil edir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 21 oktyabr 2024-cü tarixli məktubundan müəyyən olunur ki, dövlət tərəfindən Cavabdeh1 və Cavabdeh2 kompensasiya ödənilmişdir. Lakin mülkiyyətçilər tərəfindən iddiaçılara pul ödənilməmişdir. Cavabdehlər iddiaçıların hüquqlarına hörmətlə, vicdanla yanaşmamış öhdəliklərini lazımı şəkildə yerinə yetirməmişdir. İddiaçılar məhkəmədə hüquqlarını təmsil və müdafiə etmək üçün Bakı Şəhər 12 saylı vəkil bürosunun vəkili Nümayəndə ilə müxtəlif tarixlərdə müqavilələr bağlamışdır. Qanunvericiliyin tələblərinə əsasən 446 AZN dövlət rüsumu ödənilmişdir. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq əvvəlcə İddiaçı2 tərəfindən Cavabdeh1 ilə icarə müqaviləsi bağlanmış, daha sonra oyun salonunun genişlədilməsi ilə əlaqədar olaraq İddiaçı2 şərikləri olaraq MMC və İddiaçı3 tərəfindən Cavabdeh2 məxsus olan, eyni dam altında olan sahə icarəyə götürülmüşdür. Cavahdehlər qardaş olmaqla onlara məxsus qeyri-yaşayış sahələri eyni damında altında olduğuna görə və iddiaçılar tərəfindən eyni məqsədlə icarəyə götürülərək təmirinə pul xərcləndiğinə üçün iddiaçılar birlikdə məhkəmə müraciət etmək məcburiyyətindədir. Sonda iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, həmçinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tamamilə əsassızdır. Belə ki, əgər cavabdehlər icarə müqaviləsindən irəli gələn öhdəliklərə görə məsuliyyət daşıyırlarsa, zərər çəkən şəxs həmin öhdəliyin pozulmasından xəbər tutduğu andan, yəni 2024-cü ilin may ayından ən geci altı ay sonra bununla bağlı məhkəməyə müraciət edə bilərdi. İddiaçılar bunu etməmiş və bununla da iddia müddətini ötürmüşlər. Sonda Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 79 saylı sərəncamı ilə Xətai rayon İcra Hakimiyyəti Bakı şəhəri Xətai rayonu, Y.Səfərov və S.Senyuşkin küçələrinin əhatəsində yerləşən ərazidə abadlıq işlərinin aparılması üçün sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi məqsədilə Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 154 saylı Sərəncamı əsasında komissiya yaradılmışdır. Hazırda Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında Xətai rayon İcra Hakimiyyətində yaradılmış komissiya həmin ərazidə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Cavabdeh1 və Cavabdeh2 rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya dəvət olunmuş və onlara məxsus olan Y.Səfərov küçəsi 22 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair əmlakın dəyəri hesablanaraq kompensasiya bank hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, bir tərəfdən icarəyə verən Cavabdeh1, digər tərəfdən İcarəçi İddiaçı2 xx.xx.2022-ci il tarixdə İcarə müqaviləsi bağlamışlar. İcarəyə verən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 680,1 kv.m. olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni icarəyə verir: İcarəyə verən Cavabdeh1 (403 kv.m) – İcarəçi İddiaçı2; İcarəyə verilən əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən İcarəyə verənə məxsusdur: ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019 tarixdə Cavabdeh1 verilmiş çıxarışa əsasən tam mülkiyyət üzrə 680,1 kv.m.; İcarə müdəti xx.xx.2027-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. İcarəyə verilən sahənin istifadəsinə görə: İcarəyə götürən Hacıyev X3 verən Cavabdeh1 aylıq 1200 manat icarə haqqı ödəyir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” İcarə Müqaviləsindən görünür ki, İcarəyə verən Cavabdeh2 ilə İcarəçi İddiaçı1 MMC-nin direktoru X2 bu müqaviləni aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən “İcarəyə verən” mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən qeyriyaşayış sahəsinin 38 kv.m. İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə İcarəyə verənə müəyyən edilmiş icarə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir və tərəflər arasında bu müddətin uzadılmasına dair razılaşma olmazsa, xx.xx.2024-cü il tarixdə başa çatır. Bu müqavilə üzrə İcarəçi tərəfindən obyektdə aparılacaq tikinti işləri də nəzərə alınmaqla bir aylıq icarə haqqı 150 manat həcmində təşkil edir. İş materiallarında olan Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ünvan 8 ünvanında yerləşən 1000,2 kv.m. qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Bu barədə xx.xx.2002-ci il tarixdə 3№-li reyestr kitabında 001548№ qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” İcarə Müqaviləsindən görünür ki, İcarəyə verən Cavabdeh2 ilə İcarəçi İddiaçı3 bu müqaviləni aşağıdakı şərtlərlə bağladılar: Bu müqaviləyə əsasən “İcarəyə verən” mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 255 kv.m. İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə İcarəyə verənə müəyyən edilmiş icarə haqqı ödəməyi öhdəsinə götürür. İcarə müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir və tərəflər arasında bu müddətin uzadılmasına dair razılaşma olmazsa, xx.xx.2024-cü il tarixdə başa çatır. Bu müqavilə üzrə İcarəçi tərəfindən obyektdə aparılacaq tikinti işləri də nəzərə alınmaqla bir aylıq icarə haqqı 300 manat həcmində təşkil edir. İş materiallarında olan Oyun zalının genişləndirilməsi və birgə əməkdaşlıq haqqında xx.xx.2023-cü il tarixli Müqavilənin surətindən görünür ki, İddiaçı2 ilə Portal Travel MMC arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “Portal Games” Əmtəə nişanın altında oyun zalının genişləndirilməsi və birgə fəaliyyəti haqqında Müqavilə bağlamışlar. İş materiallarında olan Oyun zalının genişləndirilməsi və birgə əməkdaşlıq haqqında xx.xx.2023-cü il tarixli Müqavilənin surətindən görünür ki, İddiaçı2 ilə Portal Travel MMC arasında imzalanmış xx.xx.2023-ü il tarixli müqavilənin şərtləri nəzərə alınmaqla ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “Portal Games” Əmtəə nişanın altında oyun zalının genişləndirilməsi və birgə fəaliyyəti haqqında Müqavilə bağlamışlar. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı2 məhkəməyə müraciət edilməsi üçün 446,0 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hissə-hissə İddiaçı2, İddiaçı3, X1 icarə müqaviləsi əsasında icarəyə verilmişdir, həmin qeyri yaşayış sahəsi təmirsiz formada icarəyə götürülmüş, fəaliyyətə başlamamışdan qabaq iddiaçılar tərəfindən təmir işləri görülmüş və təmirdən sonra Portal Games adı altında oyun sahəsi fəaliyyətə başlamışdır, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 79 saylı sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov və S.Senyuşkin küçələrinin əhatəsində yerləşən ərazidə abadlıq işlərinin aparılması üçün sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi məqsədilə Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 154 saylı Sərəncamı ilə komissiya yaradılmış, Cavabdeh1 və Cavabdeh2 məxsus olan Y.Səfərov küçəsi 22 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair əmlakın dəyəri hesablanaraq kompensasiya ödənilməklə, mübahisəli əmlak icra hakimiyyətinin mülkiyyətinə keçmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı2 tərəfindən “ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahələrində söküntü, tikinti, təmir və sair işlərin aparılması, həmçinin həmin qeyriyaşayış sahələrinin hər hansı bir formada özgənkiləşdirilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi mülkiyyətçilərə və digər fiziki və hüquqi şəxslərə qadağan edilməsinə” dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-684/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilsə də, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli şikayəti əsasında həmin qərardad ləğv edilərək ərizə təmin edilməmişdir. Hazırkı iddia tələbi qeyri-yaşayış sahəsinin təmir-quruculuq, tərtibat işlərinə çəkilmiş xərcin (işçilik və material daxil olmaqla) -154490,73 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 alınması barədədir, bu barədə tələb ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edilmişdir, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə icarə (kirayə) müqaviləsindən irəli gələn mübahisə olmaqla, qanunvericlikdə bununla bağlı tələb etmə müddəti müəyyən edilmişdir, belə ki, MM-nin 699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. Hazırkı işin hallarından isə görünür ki, cavabdehlər icarəyə verdikləri öz əmlaklarını mülkiyyət hüququ ilə icra hakimiyyəti orqanına vermiş, icra hakimiyyəti orqanı tərəfindən mübahisəli ərazidə söküntü və hasarlama işləri aparılmış, iddiaçılar söküntünün dayandırılması üçün müvəqqəti təminat tədbirinin tətbiqi barədə xx.xx.2024-cü il tarixdə ərizə vermişdir, bu hallar tərəflərə artıq həmin tarixdə məlum olmuş, iddiaçıların cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmə müddəti xx.xx.2024-cü il tarixdə başa çatmış, onlar tərəfindən iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməli, iddia tələbindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 699.1-ci maddəsinə əsasən, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Həmin Məcəllənin 699.1-ci maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edldiyindən və iddiaçıdan dövlət rüsumundan azad olunması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 MMC-nin, İddiaçı2 və İddiaçı3 cavabdehlər X8, X5 qarşı “təmirquruculuq, tərtibat işlərinə çəkilmiş xərclərin əvəzi olaraq 154490,73 manat pulun, hüquqi yardıma görə ödənilmiş 900 manat, dövlət rüsumuna görə ödənilmiş 446 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılar İddiaçı2 51945,57 manat olmaqla, İddiaçı1 MMC-yə 51945,57 manat olmaqla, İddiaçı3 51945,57 manat olmaqla ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar