Məhkəmə qərarları › İş №e-2(011)-1942/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1942/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1942/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 47 (qırx yeddi) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 21:00 radələrində Astara rayonu, Atatürk prospekti ərazisində idarə edilmiş və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “BMW 320” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən, “Toyota Prado” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li inzibati tənbeh vermə haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələri (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Toyota Prado” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 2.700 (iki min yeddi yüz) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA********** saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 2.700 (iki min yeddi yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehə ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsinə dair ilkin bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləğişirkətin hesabına ödəməkdən yayınmışdır. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmişdir və iddiaçı "xxxx" ASC-nin tələbinə dair etirazlarının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim olunması təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, PXA121019 sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “BMW 320i” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prado” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2.700 manat məbləğində maddi ziyan vurmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh 2.700 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin bank heabına 7 iş günü ərzində könüllü ödəmək təklif olunmuşdur. İş materiallarında olan sığortaçı "xxxx" ASC ilə sığortalı X1 arasında bağlanmış icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “BMW 320i” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “BMW 320i” markalı, **-KS-*** dövlət nömrə nişanlı minik avtomobil “Toyota Prado” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə qərar qəbul edilərək cərimələnmişdir. İş materiallarında olan İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli “inzibati xəta haqqında protokol”un surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 21:00-da “BMW 320i” markalı, **-KS-*** dövlət nömrə nişanlı minik avtomobilini idarə edən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından, bununla da, “Toyota Prado” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ ona keçdiyindən, iddiaçı "xxxx" ASC sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci və 63.1-ci maddələrinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni Cavabdeh tərəfindən idarə olunan “BMW 320i” markalı, **-KS-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin “Toyota Prado” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşması, bunun nəticəsində sonuncuya zərər dəyməsi və yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh yolnəqliyyat hadisəsi yerindən yayınması iş materialları ilə təsdiq olunur. Sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “BMW 320i” markalı, **- KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Prado” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılması və sığorta hadisəsi nəticəsində 2.700 manat məbləğində pul vəsaitinin ödənilməsi iş materialları ilə təsdiq olunur. Bununla da, “BMW 320i” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinın sürücüsü olaraq yol nəqliyyat hadisəsi yerindən yayındığına görə "xxxx" ASC-nin Cavabdeh subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu da Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 2.700 (iki min yeddi yüz) manat məbləğində sığorta ödənişi, 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2.747 (iki min yeddi yüz qırx yeddi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar