Məhkəmə qərarları › İş №e-2(011)-1981/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1981/2023

18.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1981/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m. olan 46 saylı mənzilə və həmin ünvanda 101 kv.msahəsi olan 47 saylı mənzilə dair X2 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələr; Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair X2 ilə X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi, X11 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, , m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) vəBakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X4 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80.661 manatı məbləğinə pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi,ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı X11 birləşdirilmiş iş üzrə cavabdehlər X1, X5, X6 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2103/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh və Gülbahar Hakverdiyevanın kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - “Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, 5 saylı evin 51 və 52 saylı mənzillərdə ½ hissədə İddiaçı, ½ hissəsində Cavabdeh payının müəyyən edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdehlərlə aramızda olan mübahisəli mənzillərə dair mübahisə bitmişdir. Lakin birinci instansiya məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X4 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80.661 manatı məbləğinə pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh paylarının müəyyən edilməsihissəsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Deməli, qüvvədə olan məhkəmə qərarları ilə bir daha təsdiq olunur ki, 94880 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən Cavabdeh ödənilmişdir və həmin pul birgə nikah dövründə əldə edilmişdir. Məhz bu səbəbdən Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə 80.661 manat məbləğində pulun 1/2 hissəsində İddiaçı payı müəyyən edilmiş və yuxarı instansiya məhkəmələrində qətnamənin həmin hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda qüvvədə olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8080/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, həmçinin aşağıdakı hal müəyyən edilir: - Bundan əlavə, məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatı zamanı icra sənədi əsasında ona ödənilmiş 94886 manat məbləğində pulu ailə ehtiyaclarına sərf etdiyini bildirsə də, buna dair hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, o, həmin pul məbləğindən şəxsi borclarını ödəmək üçün istifadə etdiyini bildirsə də, buna dair də hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, İddiaçı da qeyd olunan pul məbləğindən xəbərdar olmadığını bildirmişdir. (səhifə 14, abzas 5). Göründüyü kimi, qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir ki, 94880 manat məbləğində pulu Cavabdeh əldə etmişdir və həmin pulun yarısında İddiaçı payı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh İddiaçı xeyrinə 80661 manat məbləğində pulun 1/2 hissəsi – 40330 manat məbləğində pul və 211 manat məbləğində dövlət rüsumunun tutulması xahiş edilmişdir. İddiaçının tələbi: İddiaçı Cavabdeh 80661 manat məbləğində pulun ½ hissəsi – 40330 manat məbləğində pulun və 211 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ½ pay hüququ tanınmış 80661 manat məbləğində pulun yarısı- 40330 (qırx min üç yüz otuz) məbləğində pulun və 211 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin şəxsin etirazı: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddiaçının tələbinə qarşı yazılı etiraz təqdim edərək, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin 80661 manat məbləğində pulda ½ hissədə iddiaçının müəyyən edilmiş payın-pul vəsaitinin, yəni 40330 manat məbləğin və 211 manat dövlət rüsumunun ödənilməsinə dair verdiyi iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirdi ki, hal-hazırda əsas məqam Cavabdeh mübahisələndirilən pul məbləğini əldə edib etməməsidir, cavabdeh tərəf iddia ərizəsinə verdiyi etirazda və öz çıxışlarında da artıq Cavabdeh 94886 manat pul vəsaitini əldə etdiyini qeyd etmişdir. İkinci məsələ isə əldə edilmiş məbləğin ailə büdcəsinə xərclənib xərclənməmisidir. Əgər qeyd edilən pul məbləği ailə büdcəsinə xərclənsəydi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində tərəflərin məbləğ üzərində ½ hissədə paylarınə müəyyən edilə bilməzdi. Həmçinin adıçəkilən qətnamədə bu məsələyə hüquqi qiymət verilmiş və Cavabdeh həmin məbləğin ailə büdcəsinə xərcləndiyini sübuta yetirə bilmədiyindən tərəflərin məbləğ üzərində ½ hissədə payları müəyyən edilmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə də qeyd edilən 94886 manat pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş hissəsi ailə büdcəsinə xərclənmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirdi ki, tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə etiraz və 7 qoşma sənəd məhkəməyə təqdim edilmişdir. Vəkil sorğusu əsasında xx.xx.2023cü il tarixdə Binəqədi Rayon İcra şöbəsinin cavab məktubu mülki iş materiallarına əlavə edilmişdir. Cavabdeh iddiaçı ilə birgə nikah dövründə (birgə təsərrüfat apardığı dövrdə) 2016- 2018-ci illər arasında Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və mənzil üçün ödədiyi pulu tələb etmişdir, məhz hal-hazırda həmin pulun bölgüsündən söhbət gedir. Prokurorluq tərəfindən (Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən) cinayət işi başlanmış və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə həmin şirkətdən xx.xx.2018-ci il tarixli 94886 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh verilmişdir. İddia ərizəsinə etirazda da qeyd edilmişdir ki, iddiaçı və cavabdehin boşanması 2020-ci ildə baş tutmuşdur. Mübahisələndirilən məbləğ üzərində hər iki tərəfin ½ hissədə payı müəyyən edilmişdir və Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman məhkəmə iclasında hər iki tərəf iştirak etmiş və İddiaçı öz izahatında bildirmişdir ki, həmin məbləğ Cavabdeh tərəfindən ailə ehtiyacları üçün xərclənməmişdir. Eyni zamanda Cavabdeh isə öz izahatında qeyd etmişdir ki, həmin 94886 manat vəsait yalnız ailə ehtiyacları üçün xərclənmişdir. Məhkəməyə e-sosial hökumət portalından arayış da təqdim edilmişdir ki, Cavabdeh başqa gəlir yeri yoxdur və 2021-ci ildən etibarən gözdən əlillik dərəcəsi almış və aylıq olaraq 120 manat məbləğində pensiya almaqdadır. Həmçinin cavabdehin nümayəndəsi və vəkili öz izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi bundan ibarətdir ki, işdə iştirak edən tərəflərin söz və fikirləri deyil, məhkəmə tərəfindən müəyyən edilmiş hallar eyni tərəflər arasında mübahisələndirildiyi halda sübut kimi qəbul edilir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində tərəflərin bu səsləndirilmiş fikirləri, hakim tərəfindən verilmiş suallara tərəflərin verdiyi cavablar qeyd edilmiş, lakin məhkəmə tərəfindən müəyyən edilmiş hallar göstərilməmişdir. Məhz iddiaçı hazırki iddia ərizəsi üzrə də həmin halı hüquqi əsas olaraq qəbul etmişdir və məhkəməyə müraciət etmişdir. Məhkəmə həmin iş üzrə pulun hansı tərəfə verilməsi məsələsinə hüquqi qiymət verməmiş və yalnız məbləğ üzərində hər iki tərəfin payları müəyyən edilmişdir. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili həmin mülki işin hal-hazırda Binəqədi rayon İcra şöbəsində icrada olduğunu və 94886 manat pul vəsaitinin xx.xx.2018-ci il tarixdə qaytarıldığını, hazırki günə qədər pul vəsaitinin 47434 manat hissəsi icra olunmamışdır və icra edilməsi mümkün deyildir. O cümlədən o qeyd etmişdir ki, cavabdeh X4 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatdan (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 94880 manatının ödənildiyi qalan məbləğin hələ də ödənilmədiyini qeyd etmiş. İddiaçının 80.661 manatı məbləğində pulda 1/2 hissədə payı olan 40330 (qırx min üç yüz otuz) məbləğində pul vəsaitini cavabdehdən deyil, "xxxx" MMC-dən tələb etməlidir. Qeyd edilənlərlə yanaşı, cavabdehin nümayəndəsi və vəkili iddiaçının nümayəndəsi və vəkilinin izahatına etiraz edərək qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi məbləğ üzərində heç bir pay müəyyən etməmişdir, ½ hissədə payları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir. Sadəcə Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin 80661 manat məbləğ üzərində tərəflərin ½ hissədə payının müəyyən edilməsi hissəsi qüvvədə saxlanılmışdır. Sonda cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etirazı və təqdim edilmiş sübutları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında İddiaçı izahat verərək pul məbləğinin ona verilməsi müddətinin, yəni qətnamənin icra müddətinin bu qədər uzanacağını gözləmədiyini bildirmişdir. Hal-hazırda kirayədə yaşadığını, azyaşlı övladlarının olduğunu qeyd etmiş və bildirmişdir ki, Cavabdeh üçün qanuni qüvvəyə minmiş qətnaməsi heç bir əhəmiyyət kəsb etmir, həmin məbləğ Xəqani üçün çox kiçik məbləğdir, lakin mən və azyaşlı övladlarım üçün bu məbləğ bizə lazımdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 öz izahatında qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən həmin məbləğin Cavabdeh ödənilməsini təsdiq edən sənəd sübut qismində məhkəməyə təqdim edilmişdir. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının həmin məbləğ üzərində ½ hissədə payı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841- 842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X4 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80.661 manatı məbləğində pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8080/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X4 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80.661 manatı məbləğində pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi” hissəsi dəyişdirilmdən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2103/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8080/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X4 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80.661 manatı məbləğində pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi hissəsi ilə bağlı dəyişdirilmdən saxlanılma qismi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-8080/2021 nömrəli qərardadı ilə iddiaçı X7 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8080/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli xx/xx-174157-18/43 nömrəli məktubundan müəyyən olunur ki, tələbkar Cavabdeh olan 142320 manat borcdan cəmi 94886 manat məbləğində pul vəsaiti borclu "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə ödənilmiş və 47434 manat qalıq borc ödənilməmiş qalmışdır. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli Xəzinə məxaric orderindən də görünür ki, Cavabdeh 94886 (doxsan dörd min səkkiz yüz səksən altı) manat pul ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, verilmiş xx.xx.2020-ci il tarixli 849/1 nömrəli sorğuya əsasən həmin ünvanda tikilmiş yarımçıq bina Dövlət orqanları tərəfindən sökülmüşdür. Nəticə etibarilə həmin binadan mənzil alan vətəndaşlara qaytarılmalı olan borclara görə və sair işlərə görə sənədlər Baş Prokurorluğun Korrupsiya idarəsinə verilmişdir. Əvvəlki sahibkarlar tərəfindən ödənilən məbləğdən müstəntiqin iştirakı ilə Cavabdeh məxaric orderi əsasında 94886 manat qaytarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokol: 1.Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 135.1. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi (AR AM): 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarı: Qeyd olunmalıdır ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Mülkiyyət hüququ özündə istifadə, sahiblik, sərənəcam vermək hüquqlarını birləşdirir. Azərbaycan Respublikasının Konstitusiyasına, tərəfdar çıxdığı beynəlxlaq müqavilələrə əsasən mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdehin nümayəndəsi və vəkili etirazında və məhkəmə iclasları zamanı öz izahatlarında Cavabdeh mübahisə predmeti olan məbləği birgə nikahda olduqları dövr ərzində ailə ehtiyacları üçün xərclədiyini, iddiaçı və cavabdeh 2020-ci ildə nikahlarına xitam verilmiş, pul isə Cavabdeh xx.xx.2018-ci il tarixdə ödənildiyini, pul vəsaitinin iddiaçı və cavabdehin birgə nikahda olduqları dövrdə 2018-2020-ci illər arasında məhz ailə ehtiyacları (buraya daxildir: bütün maddi-məişət ehtiyacları) üçün xərcləndiyini qeyd etmişdir. MPM-nin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə etirazın bu hissəsinə hüquqi qiymət verilmişdir, bu səbəbdən də məhkəmə bu faktların yenidən araşdırılmasında özünü səlahiyyətli hesab etmir. O cümlədən, cavabdehin nümayəndəsi və vəkili etirazında və məhkəmə iclasları zamanı öz izahatlarında qeyd etmişdir ki, cavabdeh X4 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatdan (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 94880 manatının ödənildiyi qalan məbləğin hələ də ödənilmədiyini qeyd etmiş, iddiaçının 80.661 manatı məbləğində pulda 1/2 hissədə payı olan 40330 (qırx min üç yüz otuz) məbləğində pul vəsaitini cavabdehdən deyil, "xxxx" MMC-dən tələb etməli olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının "xxxx" MMC-dən bu pulu tələb etmək hüququ mübahisəlidir. Belə ki, iş materiallarından da görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli xx/xx-174157-18/43 nömrəli məktubundan müəyyən olunur ki, tələbkar Cavabdeh olan 142320 manat borcdan cəmi 94886 manat məbləğində pul vəsaiti borclu "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə ödənilmiş və 47434 manat qalıq borc ödənilməmiş qalmışdır. Sənəddən də görünür ki, Bakı Apellyasiya Məhəkəməsinin 2(103)- 4397/2018 saylı qətnaməsində borclu tərəf "xxxx" MMC tələbkarlardan biri qismində isə Cavabdeh çıxış edir. İddiaçı həmin işdə mübahisə tərəfi deyil. Qətnamənin icra olunmayan hissədə, yəni 47434 manat qalıq borcu borclu "xxxx" MMC-dən alınıb tələbkar Cavabdeh ödənilməsini tələb etmək hüququ məhz cavabdehə məxsusdur. İddiaçı X7 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə X8 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80.661 manatı məbləğində pulda 1/2 hissədə payı müəyyən edilmişdir. Göründüyü kimi, qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir ki, həmin pulun yarısında İddiaçı payı mövcuddur. Bu artıq preyudisial əhəmiyyətli bir faktdır. Qanunvericilik normalarının tələbindən irəli gələrək qeyd etmək lazımdır ki, eyni tərəflər arasında baxılan işdə müəyyən edilmiş faktlar başqa işdə baxılarkən yenidən sübut olunmur və həmin faktlar sübut edilmiş hesab edilir. İddiaçı 80.661 manat məbləğində pulda 1/2 hissədə payının, mülkiyyət hüququnun mövcudluğu heç bir şübhə doğurmur. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli xx/xx-174157-18/43 nömrəli məktubundan müəyyən olunur ki, tələbkar Cavabdeh olan 142320 manat borcdan cəmi 94886 manat məbləğində pul vəsaiti borclu "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə ödənilmiş və 47434 manat qalıq borc ödənilməmiş qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X8 "xxxx"MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın 80661 manat məbləğində pulda ½ hissədə pay hüququ İddiaçı İrizvan qızına, ½ hissədə pay hüququ X3 məxsus olduğu qət edilərkən bu payların ödənilmiş və qalıq borcuna nisbətdə müəyyən edilməli olduğu qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ½ hissədə pay hüququ tanınmış 80661 manat məbləğində pulun yarısı - 40330 (qırx min üç yüz otuz) məbləğində pulun cavabdehdən tələb etməsi üçün kifayət qədər əsas mövcuddur, belə ki, mübahisə predmeti olan pulun böyük hissəsinin cavabdehə ödənilməsi və ödənilməmiş hissədə də tələb hüququnun cavabdehə məxsus olması iş materiallarına əlavə olumuş sənədlərdən də aşkar şəkildə görünür. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ½ hissədə pay hüququ tanınmış 80661 manat məbləğində pulun yarısı- 40330 (qırx min üç yüz otuz) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 211 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ½ hissədə pay hüququ tanınmış 80661 manat məbləğində pulun yarısı- 40330 (qırx min üç yüz otuz manat) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 211 (iki yüz on bir) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar