Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1987/2023 03.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (maraqlı şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maraqlı şəxs göstərilməklə) “nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (maraqlı şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maraqlı şəxs göstərilməklə) “nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maraqlı şəxs əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülkiyyətçisinin olmadığı müəyyən edilmiş və 01 noyabr 2022-ci il tarixli akt ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə təhvil verilmiş “Opel Astra 1.6” markalı, Z 147 XXDV tipli nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maraqlı şəxs əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsində sahibsiz evlərdən birinin həyətində “Opel Astra 1.6” markalı, Z 147 XXDV tipli nəqliyyat vasitəsi müəyyən edilmişdir. Qeyd edilən nəqliyyat vasitəsinin mülkiyyətçisi olmadığından, onun üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və ondan səmərəli istifadə edilməsi məqsədilə həmin avtomobil 01 noyabr 2022-ci il tarixli akt əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə təhvil verilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin təmin olunmasını xahiş etdi və onun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Mülki işin faktiki hallarından da göründüyü kimi, Maraqlı şəxs inzibati binasının duracağında olan, Xocavənd rayonunun işğaldan azad olunan Hadrut qəsəbəsində yerləşən sahibsiz evlərin birinin həyətindən aşkar edilmiş, bir ədəd gümüşü-metallik rəngli, 1998-ci ilin istehsalı olan, ban və mühərrik-blok nömrəsi oxunması mümkün olmayan, “Opel Astra 1.6” markalı, Z 147 XXDV tipli, dövlət qeydiyyat nişanı olmayan, işlək vəziyyətdə, lakin akkumulyatorsuz bir ədəd minik avtomobil aşkarlanmış və Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə təhvil verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 184.1-ci maddəsinə əsasən əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. 326.3-cü maddəsiə əsasən məhkəmə daşınmaz əşyanın mülkiyyətçisinin olmadığını, yaxud əşyanın mülkiyyətçisi tərəfindən onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan qoyulduğunu və müəyyən edilmiş qaydada uçota alındığını müəyyən edərsə, daşınmaz əşyanın sahibsiz hesab edilməsi və onun üzərində dövlət mülkiyyəti hüququnun tanınması barədə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunu: 8-ci maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. İşə baxan məhkəmənin mövqeyi: Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi, daşınar əşyanın sahibsiz hesab edilməsi üçün əsaslar onun mülkiyyətçisinin olmaması (məlum olmaması), yaxud mülkiyyətçi məlum olsa da, onun daşınar əşyaya dair öz sahibliyinə xitam vermək məqsədilə imtina etməsi ilə şərtləndirilmişdir. İşin şərh edilən və məhkəmə tərəfindən araşdırılan hallarından da, göründüyü kimi, avtomobilin mülkiyyətçisi məlum deyildir. Ona görə də, ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Opel Astra 1.6” markalı, Z 147 XXDV tipli nəqliyyat vasitəsinin mülkiyyətçisi yoxdur, həmin avtomobil müvafiq hüquq mühafizə orqanları tərəfindən aşkar edilməklə onun üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və ondan səmərəli istifadə edilməsi məqsədilə 01 noyabr 2022-ci il tarixli akt əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə təhvil verilmişdir. Yuxarıda göstərilən hallar əmlakın sahibsiz hesab edilməsi üçün əsasdır. Şərh edilənlərdən əlavə məhkəmə ərizəçinin hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnun olmasına da qiymət verilməsini zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqları yaradılması qərara alınmışdır. Fərmanın 4.3-cü bəndinə əsasən müvəqqəti komendantlıqlarının tərkibində İqtisadiyyat Nazirliyinin əməkdaşının da daxil olduğu göstərilmişdir. Fərmanın 6.4-cü bəndinə əsasən kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırıması, saxlanılması və mühafizəsi vəzifəsinin yerinə yetirilməsinin təşkil edilməsi ərazi üzrə fəaliyyət göstərən müvəqqəti komendantlıqlar tərəfindən həyata keçirilir. Beləliklə, şərh edilənlərdən də göründüyü kimi, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində yaradılmış müvəqqəti komendantlıqların nəzdində Azərbaycan İqtisadiyyat Nazirliyinin əməkdaşları da olduğundan, habelə Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 6.4-cü bəndinə müvafiq olaraq mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi vəzifəsinin yerinə yetirilməsinin təşkil edilməsi ərazi üzrə fəaliyyət göstərən müvəqqəti komendantlıqlar tərəfindən həyata keçirilməli olduğundan ərizəçinin hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, ərizə təmin edilməli, 01 noyabr 2022-ci il tarixli akt ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə təhvil verilmiş “Opel Astra 1.6” markalı, Z 147 XXDV tipli nəqliyyat vasitəsi sahibsiz hesab edilməli, nəqliyyat vasitəsi üzərində dövlət mülkiyyəti hüququ tanınmaqla dövlət mülkiyyətinə verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. 01 noyabr 2022-ci il tarixli akt ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə təhvil verilmiş “Opel Astra 1.6” markalı, Z 147 XXDV tipli, gümüşü-metallik rəngli, 1998-ci ilin istehsalı olan nəqliyyat vasitəsi sahibsiz hesab edilsin. “Opel Astra 1.6” markalı, Z 147 XXDV tipli, gümüşü-metallik rəngli, 1998-ci ilin istehsalı olan nəqliyyat vasitəsi üzərində dövlət mülkiyyəti hüququ tanınmaqla dövlət mülkiyyətinə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1987/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1987/2023
03.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver