Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-203/2024 07.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2022ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Renault Megane” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “X1” markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “X1” markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5000 manat sığorta ödənişləri həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququnu yaranmışdır. İddiaçı hesab edir ki, 5000 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulmalıdır. İddia ərizəsində göstərilənlərə əsasən, Cavabdeh “X1” markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5000 manat pulun və ödənilmiş 70.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarında işlərin çox olması səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, bütün məhkəmə hazırlıq və baxış iclaslarının iştirakları olmadan keçirilib və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının hüquqi əsası məhz Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsindən yayanması faktı təşkil edir. Buna əsas isə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində polis oqranı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və onun əsasında isə qəbul olunmuş inzibati tənbeh vermə haqqında Qərar olmuşdur. Halbuki, hadisə baş verdiyi zaman Cavabdeh xəsarət almış və özünün pis hiss etdiyi üçün hadisə baş verdikdən sonra bir neçə vaxtdan sonra aptekə gedib dərman almağı üçün hadisə yerindən uzaqlaşmışdır. Burada qeyd etmək lazımdır ki, hadisə zamanı "Toyota Prado" markalı, 10ZZ998 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü heç bir xəsarət almamışdır. Yalnız onun idarə etdiyi avtomobil zədələnmişdir. Lakin bütün bunlara baxmayaraq hadisəni araşdıran polis əməkdaşı Cavabdeh AR İXM 327.6-cı maddəsi (327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) üzrə tənbeh olunması qərara almışdır. Halbuki, AR İXM-nin 327-ci maddəsinin qeyd hissəsində baş vermiş dəyişikliklərə əsasən aşağıdakılar müəyyən olunur: Bu Məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 327.3-327.6, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir. Sürücülük vəsiqəsi idarə etdiyi nəqliyyat vasitəsinin kateqoriyasına (altkateqoriyasına) uyğun olmayan sürücü bu Məcəllədə nəzərdə tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir və ona törətdiyi xətaya müvafiq bal təyin edilir. Bu Məcəllənin 34.3-cü maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir. Şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir. Bu Məcəllənin 327.8, 333.1, 333-1.1, 343.1 və ya 343-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 il müddətində qüvvədə olur. Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Bu Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulan əməl hərəkət sürətinin həddi 110 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsi nəticəsində törədilibsə, həmin hallara bu Məcəllənin 327.8-ci maddəsinin qüvvəsi şamil edilmir. Xüsusən 7-1 ci bəndində göstərilir ki, yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Bir daha bildirir ki, hadisə yerindən yayınma başa düşülmür və Məcəllənin 327.6-cı maddəsi Cavabdeh şamil edilmir və onun tətbiqi üçün hüquqi əsas da yoxdur. Belə olduğu halda həmin qərar qanuni deyil və o, AR İXMnin tələblərinin pozulması ilə qəbul olunmuşdur. Yəni, baş vermiş yolnəqliyyat hadisəsi zamanı hadisə yerinin tərk etməsinin hüquqi əsası olmadığı üçün, iddiaçının da subroqasiya hüququ yaranmır. İşin hallarına görə də, cavabdeh hadisə yerini tərk etməmişdir. Sadəcə hadisə baş verdikdən sonra, bir neçə vaxt keçdikdən sonra özünü pis hiss etdiyindən (hadisənin məhz təhlükəsizlik videokameralarının altında baş verdiyini və onun avtomovatik qeydə alındığını nəzərə alaraq ) özünə yardım göstərilməsi məqsədilə yaxınlıqda yerləşən apteklərin birinə getmişdir. Belə olan halda bu hadisə yerinin tərk etməsi də başa düşülmür. Sadəcə, cavabdeh bir neçə vaxtdan sonra hadisədən üzürlü səbəb olaraq uzaqlaşmışdır. Belə olduğu halda iddiaçının subroqasiya hüququ da yaranmır. Odur ki, bütün yuxarıda göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş 19 may 2022-ci il tarixli, 104917 nömrəli Sığorta aktının surətindən görünür ki, 08 may 2022-ci il tarixdə “Renault Megane” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobil “X1” markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, dəymiş zərər 8455 manat müəyyən edilmiş, 5000 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan DİN Bakı şəhər DYPİ-nin TP ******* saylı İnzibati tənbeh vermə haqqında elektron qərarının surətindən görünür ki, Cavabdeh 08 may 2022-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospekti, Bakıxanov küçəsində idarə etdiyi “Renault Megane” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi, yol hərəkəti qaydalarının pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat vasitəsi yerindən yayınmasına görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsi ilə inzibati tənbeh qismində 100 manat məbləğində cərimə tətbiq olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5058/2023 saylı 13 dekabr 2023-cü il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhər X2 İdarəsinin inzibati tənbeh vermə haqqında 09 may 2022-ci il tarixli, TP seriyalı ******* saylı qərarından Cavabdeh tərəfindən verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-558/2024 saylı 19 mart 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən qəbul edilmiş 09 may 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı Cavabdeh şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-90/2024 saylı, 22 yanvar 2024-cü il tarixli qərarından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən qəbul edilmiş 09 may 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı Cavabdeh şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-90/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, Cavabdeh təqsirli bilindiyi İXM-in 327.6-cı maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Cavabdeh təqsirli bilindiyi İXM-in 327.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyun 2024-cü il tarixli, 9/1907 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2008ci il buraxılışlı “Toyota” markalı “Land Cruiser” model, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6235 manat müəyyən edilmişdir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti – 4985,00 manat; - təmir- bərpa işlərinin qiyməti – 1250 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr 2023-cü il tarixli, 9/6450 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2008-ci il buraxılışlı “Toyota” markalı “Land Cruiser” model, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6235 manat müəyyən edilmişdir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti – 4985,00 manat; - təmir- bərpa işlərinin qiyməti – 1250 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər..Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-nin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığortalar” haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 08 may 2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Renault Megane” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “X1” markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin sığorta aktlarına əsasən dəymiş zərərin bərpası üçün ümumilikdə 5000 manat sığorta ödənişinin zərərçəkən şəxslərin şəxsi hesabına köçürülmüşdür. İddiaçı iddiasının hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Qanununun 63.1-ci maddəsinə əsaslanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İnzibati tənbeh vermə haqqında elektron qərarının surətindən görünür ki, Cavabdeh 08 may 2022-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospekti, Bakıxanov küçəsində idarə etdiyi “Renault Megane” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi, yol hərəkəti qaydalarının pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsi ilə inzibati tənbeh qismində 100 manat məbləğində cərimə tətbiq olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-558/2024 saylı 19 mart 2024-cü il tarixli qərarı ilə Cavabdeh təqsirli bilindiyi İXM-in 327.6-cı maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Cavabdeh təqsirli bilindiyi İXM-in 327.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, iddiaçının iddia tələbini əsaslandırdığı hal aradan qalxmışdır. Qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınması sübutlarla təsdiq edilmədiyindən İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin 70 manat dövlət rüsumu və 0.40 bank xidməti xərcinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması hissəsində hesab edir ki, iddia tələbi rədd edilməli olduğundan, məhkəmə xərci olan 70 manat dövlət rüsumu və 0.40 bank xidməti xərci iddiaçının özünə aid edilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu və 0.40 manat bank xidməti xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-203/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-203/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver