Məhkəmə qərarları › İş №e-2(011)-2106/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2106/2025

21.01.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2106/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs qismində Cavabdeh “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi:

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, XƏTAİ RAYON ƏHMƏDLİ BƏLƏDİYYƏSİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 14947,82 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxxxx 1993-cü il, Doğulduğu yer - AZƏRBAYCAN, BAKİ, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Maraqlı şəxsin etirazı:

2. Maraqlı şəxs tərəfindən ərizəyə qarşı heç bir yazılı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

3. Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Orxan Qafarzadə məhkəməyə ərizə ilə müraciət edərək tələbi müdafiə etdiyini bildirmiş və iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Maraqlı şəxs qismində Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

5. Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında 2008-ci il tarixli müqavilə.

6. Vergi hesabatlarının elektron mübadiləsi haqqında ərizə.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6447/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən AR İN yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin maraqlı şəxs Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsi rədd edilmişdir.

8. xx.xx.2024-cü il tarixli bildirişə əsasən Əhmədli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixə ümumilikdə 39,077,28 manat, o cümlədən, muzdlu və qeyri-mudzlu işdən əldə edilən gəlirlər üzrə 23,983,20 manat faizlər üzrə 15,094,08 manat borcu mövcuddur.

9. xx.xx.2024-cü il tarixli Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Xəbərdarlığa əsasən Əhmədli bələdiyyəsinin məcburi dövlət sosial sığorta haqqı üzrə 15329,90 manat, icbari tibbi sığorta haqqı üzrə 9,62 manat borcu mövcuddur.

10. xx.xx.2024-cü il tarixli 78№li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosal və Fərdi Uçot İdarəsinə 827,41manat ödəniş edilmişdir.

11. xx.xx.2024-cü il tarixli 79 №li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosal və Fərdi Uçot İdarəsinə 1801,12 manat ödəniş edilmişdir.

12. xx.xx.2024-cü il tarixli 81№li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 210,28 manat ödəniş edilmişdir.

13. xx.xx.2024-cü il tarixli 82№li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən İcbari Tibbi Sığorta Dövlət Agentliyinə 210,28 manat ödəniş edilmişdir.

14. xx.xx.2024-cü il tarixli 83№li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosal və Fərdi Uçot İdarəsinə 2000 manat ödəniş edilmişdir.

15. xx.xx.2024-cü il tarixli 104№li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosal və Fərdi Uçot İdarəsinə 1500 manat ödəniş edilmişdir.

16. xx.xx.2024-cü il tarixli 105№li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosal və Fərdi Uçot İdarəsinə 500 manat ödəniş edilmişdir.

17. xx.xx.2024-cü il tarixli 127№li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosal və Fərdi Uçot İdarəsinə 1000 manat ödəniş edilmişdir.

18. xx.xx.2024-cü il tarixli 134№li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosal və Fərdi Uçot İdarəsinə 1500 manat ödəniş edilmişdir.

19. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyası 28.3. qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

73. qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1 mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

22. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və maraqlı şəxsin izahatını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassızdır və rədd edilməlidir.

25. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Əhmədli Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 14947,82 manat borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan X1 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə araşdrıması zamanı maraqlı şəxs Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən 2024-cü il tarix üçün DSMF-nin Mərkəzi Sosal və Fərdi Uçot İdarəsinə müntəzəm ödənişlər edildiyi məlum olmuşdur. Odur ki, hazırki ərizənin təmin olunması zərurətinin aradan qalxdığı müəyyənləşdirilmişdir.

26. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

27. Məhkəmə qeyd edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddırlar.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 355- 7- ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

1. Ərizə rədd edilsin.

2. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar