Məhkəmə qərarları › İş №e-2(011)-2134/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2134/2023

22.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2134/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 365000 manat pulun və ödənilmiş 670 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh onun, yəni iddiaçının etibarından sui istifadə edərək 365000 manat pulunu dələduzluq yolu ilə alaraq mənimsədiyi üçün 2020-ci ildə Abşeron Rayon Polis İdarəsinə şikayət etmişdir. İki il səthi istintaq aparıldıqdan sonra Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 29 iyul 2022-ci il tarixli Cavabdeh barəsində ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunduğunu öyrənmiş və həmin qərarı çətinliklə də olsa 22 avqust 2022-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin qapı postundan götürmüşdür. O, həmin qərardan Abşeron rayon prokuroruna şikayət vermiş və nəticədə ibtidai istintaqa rəhbərlik edən prokuror Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 29 iyul 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarını ləğv edərək, istintaq aparılması üçün müstəntiqə geri qaytarmışdır. Lakin müstəntiq heç bir araşdırma aparmadan 13 sentyabr 2022-ci il tarixdə yenidən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Qəbul olunmuş xitam qərarı tam qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh onun etibarından sui-istifadə etməklə külli miqdarda pulunu mənimsəyərək, ona qarşı dələduzluq etmişdir. Cavabdeh tutduğu keçmiş vəzifəsinə onun tərəfindən təyin olunmuşdur və yaxın münasibəti olmuşdur. Onun Cavabdeh etibarı olduğundan, 365000 manat pul vermişdir. Cavabdeh ona yalandan ucuz qiymətə yanacaq vəd verərək onun pulunu mənimsəmiş və ödəmək fikri də olmamışdır. Bu da onu göstərir ki, Cavabdeh niyyəti onun külli miqdarda pulunu, yəni 365000 manatını ələ keçirmək olmuşdur. O, rəsmi qaydada aidiyyəti üzrə şikayət etməmişdən əvvəl Cavabdeh ona şikayət etməməsini, pulu qaytaracağını bildirirmiş. Lakin iş istintaqa çatdıqdan sonra şəxs pulu ödəməkdən imtina etmişdir. Cavabdeh ondan mənimsədiyi külli miqdarda pulla özünə bahalı avtomobillər almış, taksi şirkəti açmış, xarici ölkələrə bahalı otellərdə istirahət etmiş və digər öz ehtiyacları üçün xərcləmişdir. Cavabdeh həmin məbləğdə pulu onu aldadaraq, etibarından sui-istifadə etməklə götürməsini şahid ifadələri, onun səs yazıları, imzaladığı sənədlər, ona pulu bankdan kredit olaraq götürüb verməsini əks etdirən kredit müqavilələri və öz ifadəsi sübut edir. Cavabdeh istintaqa verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı guya ona hər gün 1 ton yanacağı azaltmağı tapşırmış və yanacaq satışından əldə olunan vəsaitdən o, hər gün 600 manat götürmüşdür. İstintaqa bu halı sübut edəcək heç nə təqdim olunmamış və həmin dediyi 600 manatın onun tərəfindən hər gün götürülməsi ilə bağlı heç bir sübutu yoxdur. Tamamilə şər böhtan xarakterli, Cavabdeh özünü müdafiə xarakterli vəziyyətdən çıxmaq üçün verdiyi ifadədir. Əgər pul onun tərəfindən götürülmüş olsa idi, onda cavabdeh ondan şikayət etməməsini, pulu ödəyəciyini bildirməzdi. Bundan əlavə Cavabdeh ifadəsində ondan külli miqdarda 365000 manat pulu ucuz qiymətə yanacaq almaq vədi ilə götürdüyünü etiraf edir. Pulun Cavabdeh tərəfindən onun üçün ucuz qiymətə yanacaq almaq vədiylə götürülməsi sübut olunur. Lakin yanacağın alınaraq ona təhvil verilməsini sübut edən heç bir hal yoxdur, çünki Cavabdeh götürdüyü pulla yanacaq almamış, həmin pulu mənimsəmişdir. Onun bu dediyi tam yalandır, özünü müdafiə etmək xarakterlidir. Bundan əlavə Cavabdeh iddiaçının ondan 3 il sonra şikayət etməsini qeyd edərək, hansısa halı şübhə altına almağa çalışmaq istəmişdir. Lakin həmin vaxt kəsiyi 3 il deyil, azdır və həmin müddət ərzində onun şikayət etmədən gözləməsinin səbəbi Cavabdeh ona götürdüyü pulu qaytaracağını deyərək, təkidlə şikayət etməməsi ilə bağlı xahişləri və verdiyi sözlər olmuşdur. İstintaq özü sübut etməklə bu qənaətə gəlmişdir ki, Cavabdeh iddiaçıdan külli miqdarda pulu onu aldadaraq, yalan vəd verməklə Elnurun etibarından suiistifadə etməklə götürmüş və öz şəxsi ehtiyaclarına istifadə etmişdir. Bu hal bir mənalı istintaq orqanı tərəfdən sübut olunmuşdur. Pulun qaytarılmaması, qarşılıqsız olaraq yalan vədlərlə, etibardan sui-istifadə etməklə Cavabdeh tərəfindən onun pulunun ələ keçirilməsi bir mənalı dələduzluqdur. X8 cinayət işinə xitam veriilməsi haqqında qərarı əsaslandırmağa çalışarkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarına istinad etmiş, lakin həmin qərarın bir bəndinə istinad etmişdir. Həmin bənd də daxil olmaqla həmin qərar bütövlükdə Cavabdeh əməlində Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsinin tərkibi olduğunu tam göstərir. Bundan əlavə müstəntiq sözügedən qərarında Elnur və İdrisin arasında olan pul məsələsinin mülki məsələ olduğunu və məhkəmədə həll olunmalı olduğunu qeyd etmişdir. İddiaçı 365000 manatı özü bankdan kreditə borc olaraq götürmüşdür. Kiminsə borc götürərək işçisinə borc verməsi absurd yanaşmadır. Necə ola bilər ki, Elnur özü gedib borc götürüb və həmin pulu borc verib. Bundan əlavə borcdan söhbət gedə bilməz, çünki Cavabdeh özü ifadəsində iddiaçıdan götürdüyü 365000 manatı yanacaq almaq vədi ilə götürdüyünü demişdir. Cavabdeh iddiaçının işçisi olmuşdur. Rəhbər şəxsin öz işçisinə bankdan faizlə kredit götürərək 365000 manat pul verməsinə borc kimi qiymət vermək, yanaşmaq ancaq zərərçəkmişə qarşı qərəzin nümayişidir və bu yanaşma absurddur. İddiaçının o məbləğdə pulu olmayıb, bankdan kredit götürüb özünün olmayan pulu həmdə ki, külli miqdarda 365000 manatı işçisinə borc verməyi demək və bunu gah mülki, gah da ki, Azərbaycan Respublikası CM-in 179-cu maddəsinin tərkibinin olmasını demək və qəbul olunmuş qərarı bunlarla əsaslandırmaq absurddur, tam qanunsuz və əsassızdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, ərizədə qeyd etmişdir ki, Cavabdeh iddiaçının etibarından sui istifadə edərək, 365000 manat pulunu dələduzluq yolu ilə alaraq mənimsəmişdir. Bununla bağlı Cavabdehla dəfələrlə görüşlər keçirmiş, ondan aldığı 365000 manat pulun geri qaytarması ilə bağlı söhbətlər aparmışlar. Həmin zaman yanlarında X9, X6, X3 və digər şəxslər olmuşdur. Hər görüşdə Cavabdeh iddiaçıya aralarında dostluq münasibətinin olmasını, atalarının dost olmasını, ən əsası da qohum olduqlarını qeyd edərək, pulu qaytaracağı ilə bağlı sözlər verirdi. Cavabdeh pulu qaytarmaq üçün dediyi vaxtda pulu qaytarmadıqda aralarında narazılıq yarandı. İddiaçı dəfələrlə pulu qaytarması üçün vaxt verməyinə baxmayaraq dediyi vaxtda pulu qaytarmadığı üçün ondan şikayət edəcəyini bildirmişdir. Həmin zaman valideyni və qohumları vasitəsi ilə iddiaçıdan pulu ödəmək üçün vaxt istədilər. İddiaçı qohum olduqları, ataları və özləri dostluq münasibətində olduqları üçün ona dəfələrlə vaxt vermişdir. Pulu iddiaçıya ödəmək üçün istədiyi son tarixdə də pulu ödəmədiyi üçün Cavabdeh hüquq mühafizə orqanına müraciət etmişdir. İddiaçı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cavabdeh etdiyi şikayət ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi haqqında qərardan Abşeron Rayon Məhkəməsinə şikayət etmişdir. Lakin daha sonra mülki qaydada Cavabdeh qeydiyyatda olmaqla yaşadığı Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmədə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Cavid Kərimlinin qanunsuz qərarını mübahisələndirmək qərarına gəlmişdir. Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 13 sentyabr 2022-ci il tarixli Cavabdeh barəsində ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı tam əsassız və qanunsuzdur. Həmin qərarı Xətai Rayon Məhkəməsində mübahisələndirməyi qadağa edəcək heç nə yoxdur və məhkəmə şəxsin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Ona görə də, iddiaçı Abşeron Rayon Məhkəməsinə verdiyi şikayəti geri götürmüş, Cavabdeh əməllərində cinayətin əlamətlərinin olmasını və bununla bağlı məhkəmənin xüsusi qərardad çıxartması məsələsinə Xətai Rayon Məhkəməsində mülki işlə birlikdə baxılmasını xahiş etmişdir. İddiaçı şikayətində Cavabdeh ondan götürdüyü məbləği hissəhissə yəni hansı tarixlərdə nə qədər pul verdiyini göstərərək yekunda qeyd etmişdir ki, Cavabdeh iddiaçıdan 365000 manat etibarından sui istifadə edərək almışdır. Cavabdeh iddiaçını ən ucuz qiymətə dizel yanacağı alacağına, ondan gəlir əldə edəcəyinə inandırmışdır. Cavabdehin aldığı 365000 manat pulu onunla aralarında olan şifahi sövdələşməyə görə iddiaçı Cavabdeh vermişdir. Lakin o, iddiaçının etibarından sui istifadə edərək, pulunu mənimsəmiş və hələ də geri qaytarmamışdır. Cavabdeh məhkəmənin son hazırlıq iclasında səs yazılarının ona məxsus olmasını etiraf etdi. Həmin səs yazılarında da Cavabdeh iddiaçıya “Elnur xahiş edirəm mənə vaxt ver mən pulu ödəyəcəm, heç yerə şikayət etmə xahiş edirəm” deyə bildirir. Səs yazıları digər sübutlar kimi bir daha sübut edir ki, Cavabdeh iddiaçıdan 365000 manat pulu almış və qaytarmamışdır. Bu günə qədər həmin pulu qərəzli olaraq iddiaçıya qaytarmaması Cavabdeh həmin pulu dələduzluq niyyəti ilə aldığının mötəbər sübutlarından biridir. Cavabdeh məhkəmə iclasında səs yazılarının təsir və təzyiq altında yazıldığını desə də, bunu təsdiq edəcək heç bir sübut təqdim etmədi. Cavabdeh məhkəmə prosesində təqdim etdiyi qərarların surətindən də görünür ki, həmin qərarlarda iddiaçıya aid bir cümlə belə yoxdur. Cavabdeh şikayət etdiyi şəxslər ilə bağlı araşdırma aparılıb müvafiq qərar qəbul olunub. Lakin həmin şəxslərin iddiaçı ilə heç bir əlaqəsi, tanışlığı, münasibəti heç vaxt olmayıb. Cavabdeh həmin səs yazıları eyni bir gündə qeydə alınmayıb. Cavabdeh müxtəlif vaxtlarda iddiaçı ilə telefon danışıqları zamanı eləcə də üz-üzə görüş zamanı həmin səslər yazılıb. Bunu şahidlər təsdiq edir. Cavabdeh həmin səslərin təsir və təzyiq altında danışaraq yazıldığını deməsi ancaq özünü müdafiə xarakterlidir. Cavabdeh iddiaçıdan mənimsədiyi külli miqdarda pulla özünə bahalı avtomobillər aldı, taksi şirkəti açdı, xarici ölkələrdə bahalı otellərdə istirahət edir və digər öz ehtiyacları üçün xərclədi. Cavabdeh həmin məbləğdə pulu iddiaçını aldadaraq etibarından sui-istifadə etməklə götürməsini şahid ifadələri, onun səs yazıları, imzaladığı sənədlər, iddiaçının ona pulu bankdan kredit olaraq götürüb verməyini əks etdirən kredit müqavilələri və öz ifadəsi sübut edir. Cavabdeh istintaqa verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı guya ona hər gün 1 ton yanacağı azaltmağı tapşırmış və yanacaq satışından əldə olunan vəsaitdən hər gün 600 manat götürmüşdür. İstintaqa bu halı sübut edəcək heç nə təqdim olunmayıb və həmin dediyi 600 manatın iddiaçı tərəfindən hər gün götürülməsi ilə bağlı heç bir sübut yoxdur. Cavabdeh özünü müdafiə xarakterli vəziyyətdən çıxmaq üçün verdiyi tamamilə şər böhtan xarakterli ifadədir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göstərilənləri nəzərə alaraq, nümayəndə Cavabdeh iddiaçıya qarşı etdiyi cinayət əməllərinə görə onun barəsində xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində və iddia ərizəsinə əlavədə göstərilmiş xüsusatları təsdiq etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdehin qohumluq əlaqələri mövcuddur, cavabdeh iddiaçının etibarından istifadə edərək, ondan 365000 manat pul almışdır. Bu pulun qaytarılması barədə tərəflər dəfələrlə görüşlər keçirmişlər. Həmin söhbətlər əsnasında cavabdeh iddiaçıdan dəfələrlə möhlət istəmişdir. İddiaçı cavabdehin bu pulu ödəmək istəmədiyini gördükdə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Cavabdeh öz qohumlarını İddiaçı xahişə çıxartmışdır ki, iddiaçı ona yenidən müddət versin. Həmin müddət ərzində cavabdeh pulu ödəmədiyi üçün iddiaçı aidiyyəti üzrə şikayət etmişdir. Qeyd olunanların təsdiqi kimi İddiaçı yox, Cavabdeh qohumları şahid kimi dəvət edilmişdir. Həmin şahidlər müddətlərin istənilməsində, aparılan danışıqlar barədə məlumatlıdırlar. Bununla bağlı Abşeron Rayon Məhkəməsinə də iddiaçı tərəfindən şikayət edilmiş, şikayət geri götürülmüşdür. Bu, iddiaçının subyektiv hüququdur. Tərəflər arasında ucuz yanacaq barədə şifahi sövdələşmə olmuşdur. İddiaçının cavabdehə qarşı etimadı olmuşdur. Cavabdeh ucuz yanacaq təşkil edəcəyini demiş və tərəflər şifahi qaydada razılaşmışlar. İddiaçı həmin razılaşmaya əsasən öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş və "xxxx" ASC-dən hissə-hissə olaraq kredit götürərək, 365000 manat cavabdehə pul vermişdir. Bununla bağlı olan kredit müqavilələri məhkəməyə təqdim edilmişdir. Həmin məbləğlə bağlı İddiaçı adına kredit götürülmüşdür. Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və eyni zamanda həmin məbləği qaytarmaqdan imtina etmişdir. Cavabdeh səs yazıları məhkəməyə təqdim edilmişdir. Keçən məhkəmə iclasında cavabdeh qeyd etmişdir ki, həmin səs yazıları təzyiq altında qeydə alınmışdır. Lakin Cavabdeh səsi bir gündə yazılmamış, müxtəlif vaxtlarda, müxtəlif görüşlərdə telefon danışıqlarında qeydə alımışdır. Həmin səs yazıları, bir gündə yazılsaydı bir bütöv səs olardı. Cavabdeh tərəfindən pulun götürülməsi səs yazıları, mülki işin materialları ilə sübut olunur. Bununla bağlı şahidlər də var. Cavabdeh izahatı sadəcə özünü müdafiə xarakterlidir. Bu adam pulu götürməsəydi, səs yazılarının hamısında pulu qaytaracağını bildirməzdi. Bununla bağlı iddiaçı tərəfindən 4-5 səs yazısı təqdim edilmişdir. Tərəflər qohum olduqlarına görə, qohumları vasitəsilə də iddiaçıdan 5-6 ay vaxt istəmişdir. Cavabdeh heç vaxt pulu ödəməyəciyini deməmişdir. İddiaçı pulu cavabdehə 2015-ci ildə vermişdir. Yanacaq isə iki il müddətində mütəmadi olaraq verməli idi. İddiaçı 2017-ci ilə polisə müraciət etmişdir. Cinayət işinin rədd edilməsi barədə qərar olsa da, tərəfin hüququ var idi ki, həmin qərardan şikayət versin. Pulun alınması, nə məqsədlə verilməsi, hansı müddətlərdə verilməsi ilə bağlı şahidlər həmin proseslərdə iştirak ediblər. Ona görə də onların dindirilməsi zəruridir. Eyni zamanda İdrisin qohumları məhkəmənin hazırlıq iclasından sonra da Elnura xahişə çıxmışlar. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iş üzrə təqdim edilmiş səs yazılarındakı səs ona məxsusdur, lakin iddiaçı tərəfindən qaçırıldığı üçün məcburən belə danışmaq məcburiyyətində qalmışdır. Belə ki, 22 may 2018-ci il tarixdə Bulaq kafesində İddiaçıla görüşmüş, sonra onun qarşısı bir neçə nəfər tərəfindən kəsilərək, X16 avtomobilinə məcburi mindirilmiş və həmin vaxt onu İddiaçıla danışmağa məcbur edilmişdir. Bununla bağlı o, müvafiq orqanlara şikayət etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, bu fakt barədə cinayət işi rədd olunmuşdur. İddia ərizəsindən də görünür ki, bu hadisə "xxxx" MMC olan vaxt baş vermişdir. Həmin MMC-nin nəzdində avtoyanacaq olmuş, həmin MMC-də Elnur müəlim müavin, İdris isə mühasib işləmişdir. Cavabdeh mühasib olmuş və əmək funksiyasını yerinə yetirmişdir. Həmin MMCnin fəaliyyəti yanacaq doldurma ilə bağlı olmuşdur. Hazırlıq iclasında da iddiaçının cavabdehi düzgün seçmədiyi bildirilmişdir. İddiaçı pulu MMC-yə qoymuş və MMC-dən də tələb etməlidir. İddiaçı pulu reqres qaydada İdrisdən tələb edə bilər, birbaşa tələb edə bilməz. Tərəflər arasında müqavilə olmamış, heç bir şey olmamışdır. Absurd bir məsələdir. Bu şirkətdə olan bir məsələdir. Xüsusi qərar çıxarılması ilə bağlı bildirmişdir ki, hüquq mühafizə orqanlarında artıq qiymət verilmişdir. Qərarda da qeyd olunmuşdur ki, iddiaçı bununla bağlı mülki qaydada iddia qaldırmalıdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 tərəfindən qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş və ona özünə maddi ziyan dəymiş hesab edirsə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarda göstərilmişdir ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2012-ci ilin aprel ayından 2015-ci ilin sentyabr ayına kimi Bakı Beynəlxalq Avtovağzal kompleksində fəaliyyət göstərmiş "xxxx" MMC-də əmək müqaviləsi əsasında işləmişdir. Qeyd olunan avtovağzalda yanacaq doldurma məntəqəsi fəaliyyət göstərirmiş və həmin məntəqə üzrə mühasibatlıq işləri ona həvalə edilmişdir. İddiaçı isə MMC-nin baş direktorunun müavini olmuşdur. Yanacaq doldurma məntəqəsi və texniki baxış bilavasitə İddiaçı kurasiyasında olmuşdur, Hər gün yanacaq satışında 1 ton dizel yanacağı faktiki satışından İddiaçı göstərişinə əsasən azaldılmışdır. Həmin azaldılan yanacaq isə hər gün etibarı ilə faktiki satışdan 600 manat götürmüşdür. Bu da aylıq 18500 manat kassa kəsiri yaratmışdır. Dəfələrlə o, yanacaq doldurma məntəqəsinin rəisi X13 Məmmədova demişdir ki, kassadan götürdüyü pul düzgün deyil, həmin pul gələcəkdə yanacaq alışı zamanı növbəti borcu yaradacaqdır. İddiaçı isə ona “bura öz obyektimizdi, mən bilirəm” demişdir. Müəyyən zamandan sonra İddiaçı kassadan hər gün götürdüyü pula görə borc yaranmışdır. Məntəqənin təchizat işinə Rüfət Əliyev cavabdeh olmuşdur. Rüfət Əliyev yanacaq alışını öz vəsaiti hesabına aldığından şirkətin təxmini olaraq 225.000 manat borcu yaranmışdır. Rüfət özü şirkətin Socara yaranmış borcunu bağlamış və İddiaçı bunu dəqiq bilirmiş. Rüfət həm təchizatçı işləmiş, həm də şirkətin “Socar” şirkətində nümayəndəsi olmuşdur. Yanacaq doldurma məntəqəsi üçün rəsmi və qeyri-rəsmi yanacaq alınmışdır. Qeyri-rəsmi alınan yanacağın qiyməti rəsmi alınmış yanacağın qiymətindən daha ucuz olurmuş, bu işləri də Rüfət görə bilirmiş. Belə ki, Rüfət yanacaq üzrə təchizatçı olmuşdur. Rəsmi və qeyri-rəsmi alınan yanacaq işinə bilavasitə Rüfət özü nəzarət etmişdir. Buna görə də İddiaçı Rüfətə borcu yaranmışdır. Uzun mübahisələrdən sonra İddiaçı Rüfətə olan borcunu ödəmiş və 2014-cü ildə işdən azad edilmişdir. X7 borcu Socara olan borc demək imiş. Yadında qaldığı qədər Rüfət işdən çıxdıqdan sonra Elnur daha kassadan pul götürməmişdir. 2015-ci ilin sentyabr ayında isə şirkət başqa bir şəxsə təhvil verilmişdir. Təhvil-təslim zamanı da heç bir problem yaranmamışdır. Məntəqə üçün həm rəsmi, həm də qeyri-rəsmi yanacaq alınmışdır. Rəsmi alınan yanacaqdan qaimə-faktura tərtib edilmiş va pul köçürməsi ilə yanacağın pulu ödənilmişdir. Lakin qeyri-rəsmi alınan yanacaqda isə heç bir sənəd tərtib edilmirmiş. İddiaçı ona aktla verdiyi pullar qeyri-rəsmi yanacağın alınmasına xərclənmişdir. Həmin pullar isə İddiaçı tərəfindən bankdan kredit götürülərək ona verilirmiş. O, da qeyri-rəsmi yanacağın alınmasında həmin vəsaiti xərcləmişdir. İddiaçı bankdan pulu kreditlə götürmüş və həmin pulun krediti də, şirkətin kassasından ödənilmişdir. Ona İddiaçı heç bir zaman aldatmağı barədə bir söz deməmişdir. 2018-ci ilin may ayında İddiaçı ona aldatdığını və 365.000 manat pulunu guya ələ keçirdiyini demişdir. İddiaçı yanacaq doldurma məntəqəsi üçün alınmış yanacağın qiymətini özü dəqiq bilirmiş və özü də hesabatlarda fərqin yaranmasını və xeyir götürməsini istəmiş, sonda buna da nail olmuşdur. İddiaçı özü ona yanacağın qiymətinin hesabatlarda dəyərindən yüksək göstərilməsini bildirmişdir. Qəbzdə olan qeydlər İddiaçı kassaya qoyduğu pulların yanacaq satıldıqda özünə qaytarılan pullarını ifadə etmişdir. Həqiqətən İddiaçı istintaqa təqdim etdiyi aktlarda olan imzalar ona məxsus olmuşdur. Həmin aktları İddiaçı tərtib etdirməkdə məqsədi şirkəti təhvil verən zaman həmin qəbzləri şirkəti alan şəxsə təqdim etməsi və şirkəti təhvil alan şəxsdə ona borc yaratması olmuşdur. Lakin yanacaq doldurma məntəqəsi üçün qeyri-rəsmi alınmış yanacağın hesabatı heç bir yerdə olmadığı üçün həmin halı izah edə bilməmişdir. Həmçinin həmin qərarda (9-cu vərəqin ikinci abzası) qeyd edilmişdir ki, araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birlikdə islədikləri müddət ərzində ay sonu olan hesabatlarda və digər ödənişlərdə qeyri-rəsmi götürmələr etdiklərindən xəzinədə bu kimi kəsrlər yaranmışdır. İş materiallarında olan 2014-cü ildə rəsmi mədaxil olunan yanacağına əlavə olunan vəsaitlərin hesabatından görünür ki, aprel ayı üzrə 12654 manat, may ayı üzrə 11248 manat, iyun ayı üzrə 18985 manat, iyul ayı üzrə 16872 manat, avqust ayı üzrə 18145 manat, sentyabr ayı üzrə 9802 manat, oktyabr ayı üzrə 2598 manat, noyabr ayı üzrə 4924 manat, dekabr ayı üzrə 2612 manat olmaqla, ümumilikdə 97840 manat vəsait əlavə olunmuşdur. İş materiallarında olan 2015-ci ildə rəsmi mədaxil olunan yanacağına əlavə olunan vəsaitlərin hesabatından görünür ki, yanvar ayı üzrə 3898 manat, fevral ayı üzrə 5171 manat, mart ayı üzrə 5002 manat, aprel ayı üzrə 6191 manat olmaqla, ümumilikdə 20262 manat vəsait əlavə olunmuşdur. İş materiallarında olan dizel yanacağı satışından gündəlik çıxılan 1 ton yanacağın hesabatlarından görünür ki, xx.xx.2013-cü il tarixdə 12600 manat, xx.xx.2013-cü il tarixdə 13950 manat, 2013-cü ilin may ayında 13500 manat, xx.xx.2013-cü il tarixdə 13950 manat, xx.xx.2013-cü il tarixdə 13500 manat, xx.xx.2013-cü il tarixdə 13950 manat, xx.xx.2013-cü il tarixdə 13950 manat, xx.xx.2013-cü il tarixdə 13500 manat, xx.xx.2013-cü il tarixdə 13950 manat, xx.xx.2013-cü il tarixdə 13500 manat, xx.xx.2014-cü il tarixdə 18600 manat, xx.xx.2014-cü il tarixdə 18600 manat, xx.xx.2014-cü il tarixdə 16800 manat, xx.xx.2013-cü il tarixdə 18600 manat, xx.xx.2013-cü il tarixdə 18000 manat, xx.xx.2014-cü il tarixdə 18600 manat, xx.xx.2014-cü il tarixdə 18000 manat, xx.xx.2014-cü il tarixdə 18600 manat, xx.xx.2014-cü il tarixdə 18600 manat, xx.xx.2014-cü il tarixdə 18000 manat İddiaçı təhvil verilmişdir (imza ilə təsdiq olunmayıb). İş materiallarında olan Sosial arayışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də mühasib vəzifəsində işləmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 027 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilənin surətindən görünür ki, bank tərəfindən İddiaçı 7 ay müddətinə, illik 20% olmaqla 105000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 027 saylı girov müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-də olan ********* saylı hesabında yerləşən 890000 manat məbləğində vəsait kredit müqaviləsi üzrə öhdəliyinin təmini məqsədi ilə girov qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 83 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilənin surətindən görünür ki, bank tərəfindən İddiaçı 12 ay müddətinə, illik 14.50% olmaqla 153000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 83 saylı girov müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-də olan ********* saylı hesabında yerləşən ******* manat məbləğində vəsait kredit müqaviləsi üzrə öhdəliyinin təmini məqsədi ilə girov qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 015 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilənin surətindən görünür ki, bank tərəfindən İddiaçı 10 ay müddətinə, illik 14.50% olmaqla 50500 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 015 saylı girov müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-də olan ********* saylı hesabında yerləşən ******* manat məbləğində vəsait kredit müqaviləsi üzrə öhdəliyinin təmini məqsədi ilə girov qoyulmuşdur. İş materiallarında olan CD diskdəki səs yazılarından müəyyən olunur ki, Məmmədov X4 İdris Vəkil oğlu ilə telefon zəngi vasitəsi ilə əlaqə saxlamış, Cavabdeh ona 365000 manat pul verməli olduğunu bildirmiş, Cavabdeh isə qeyd olunan məbləği İddiaçı qaytarmalı olduğunu təsdiq etmiş, pulun yığılması üçün ona 1-2 gün vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, Cavabdeh 2012-ci ilin aprel ayından 2015-ci ilin sentyabr ayınadək Bakı Beynəlxalq Avtovağzal Kompleksində fəaliyyət göstərmiş "xxxx" MMC-də əmək müqaviləsi əsasında mühasib işləmişdir. Qeyd olunan avtovağzalda yanacaq doldurma məntəqəsi fəaliyyət göstərmiş və həmin məntəqə üzrə mühasibatlıq işləri ona həvalə edilmişdir. İddiaçı isə MMC-nin baş direktorunun müavini olmuşdur. Yanacaq doldurma məntəqəsi və texniki baxış bilavasitə İddiaçı kurasiyasında olmuşdur. Yanacaq doldurma məntəqəsi ilə bağlı bütün məsələlərə o özü nəzarət etmişdir. Cavabdeh işi isə mühasib olaraq sadəcə aylıq və illik gəlirlər üzrə hesabatların aparılmasından ibarət olmuşdur. Məhkəmə prosesi zamanı iddiaçıya əsl cavabdehlə əvəz olunması barədə təklif edilmişdir. Yəni əsl cavabdeh şirkət olmalıdır. Lakin iddiaçının nümayəndəsi əsl cavabdehlə əvəz olunmasından imtina etmişdir. Cavabdeh 02 may 2023cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçıdan heç vaxt pul almadığını bildirmişdir. İddiaçı nümayəndəsi 02 may 2023-cü il tarixdə məhkəməyə disk vasitəsilə Cavabdeh səs yazıları təqdim edilmişdir. Guya həmin səs yazılarında Cavabdeh iddiaçıya məxsus 365000 manatı ələ keçirdiyini etiraf edir. Lakin qeyd olunmalıdır ki, həmin səs yazıları ilə bağlı 02 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, həmin telefonla yazılmış səs yazıları təzyiq altında gizli yazılmışdır. Bununla bağlı 2018-ci ildı Cavabdeh dəfələrlə DİN və digər hüquq mühafizə orqanlarına müraciət etmişdir, bununla bağlı sənədləri məhkəmə iclasında təqdim etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarında olan AR Baş Prokurorluğunun DİO-nın istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayevin 15 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Bayramov Vəkil Bayram oğlunun övladı Cavabdeh 22 may 2018-ci il tarixdə DİN İdman Cəmiyyətinin əməkdaşları tərəfindən onun iradəsinə zidd avtomobilə mindirməklə qanunla qorunan hüquqlarının pozulmasına dair müraciətləri müvafiq qaydada baxılması üçün Bakı şəhər prokurorluğuna göndərilmişdir. İş materiallarında olan AR DİN Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi Əlaslan Ağayevin imzaladığı Cavabdeh ünvanlanmış 20 iyul 2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Biləcəri qəsəbəsində yerləşən Bulaq kafesində 22 may 2018-ci il tarixdə İddiaçı ilə görüşəndən sonra qarşısının kəsilərək “X16” markalı avtomomaşınla şəhər istiqamətində gətirilməyi barədə AR DİN və digər instansiyalara ünvanladığı müraciətlərinə baxılmışdır. Araşdırma zamanı göstəridiyi xüsusatlar təsdiqini tapmadığından toplanmış material Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin dəftərxanasına işə alınmışdır. İş materiallarında olan AR DİN Daxili Təhqiqatlar İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Azər Məmmədovun imzaladığı Cavabdeh ünvanlanmış 29 noyabr 2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə Biləcəri qəsəbəsində yerləşən kafedə Cavabdeh İddiaçı adlı tanışı ilə görüşməyi, sonuncunun Cavabdeh 365000 manat pul verməyini tələb etməsi, Cavabdeh borclu olmadığını bildirməsi, kafedən çıxdıqdan sonra tanımadığı şəxslər tərəfindən avtomobilə mindirilərək naməlum istiqamətə aparılmağı, Elnura pulunu qaytaracağı haqda vəd verdikdən sonra sərbəst buraxıldığı barədə DİN-in rəhbərliyinə ünvanlanan müraciətə baxılaraq, bildirilmişdir ki, 2012-2015-ci illərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktor müavini vəzifəsində işləmiş İddiaçı Cavabdeh oranın mühasibi kimi yanacaq satışından xəzinəyə ödənilməli olan pul vəsaiti ilə bağlı onunla aralarında narazılıq yaranmış, xx.xx.2018-ci il tarixdə DİN-i İdman Cəmiyyətinin əməkdaşları Rüstəm Ağamalıyev, Elşən İbişov, Dəyanət Ağayev və Rəvan Qasımlı sonuncunun idarə etdiyi avtomaşınla “Bulaq” restoranının qarşısına gəlib özlərini təqdim etmədən Cavabdeh iradəsinə zidd həmin avtomobilə mindirilməklə qanunla qorunan hüquqlarını pozmuşlar. Cavabdeh tərəfindən 365000 manat pulun ələ keçirilməsi barədə İddiaçı, eləcə də sonuncu tərəfindən müxtəlif şəxslər vasitəsilə Cavabdeh hədələnməyi barədə qarşılıqlı müraciətləri üzrə hazırda Bakı şəhər Prokurorluğunda araşdırma aparılır. Qeyd olunan nöqsanlara yol verdiklərinə görə DİN-in müvafiq əmri ilə DİN-in İdman Cəmiyyətinin aidiyyəti əməkdaşları intizam məsuliyyətinə cəlb edilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, o, Cavabdeh ilə qohum olmuşdur, Elnur və İdrislə heç bir düşmənçiliyi yoxdur. İdrisin atası ilə xala uşağıdırlar. O, həm də İddiaçı ilə də qohumdur. Elnurun anası onun anasının əmisi oğlunun qızıdır.Yəni, hər iki tərəflə qohumdur. İdris Elnurdan 365000 manat pul götürüb. H.Seyfəddin həmin pulun 150000 manatını 5 nəfərin qarşısında İdrisə vermişdir. Digər 50000 manatı sürücü gətirmiş, H.Seyfəddin özü iştitak etməmişdir. Sadəcə məlumatı olmuşdur. 25000 manat Xırdalanda ofisdə verilib o zaman da, H. Seyfəddin özü iştirak etməmişdir. İdris müəllimlə görüşlərdə H. Seyfəddin həmişə iştirak etmişdir. İdris müəllimlə Elnur 5-10 dəfə görüşüb və görüşlərdə Elnur İdrisdən 365000 manat tələb edirdi. İdris də hər dəfə pulu verəcəyini bildirmişdir. Lakin bu məsələ çox uzandı. Onların valideynlərinin də görüşləri oldu. Bir dəfə H.Seyfəddin də Elnur müəllimdən şikayət etməməsini, vaxt verməsini xahiş etmişdir. Ancaq nəticə olmadı. Elnurla İdrisin münasibətləri qardaş kimi olub. Elnur müəllim özünə 1 saat alanda birini də İdrisə alırdı. Bir dənə yatmaqları ayrıydı. İdris pul yanacaq gətirmək adı ilə götürülmüşdü. X10 götürmüşdü. Elnur İdrisə hər hansı hədə qorxu etməmişdi. Tərəflər dəfələrlə görüşüb. X18 ödəyə bilmədiyini deyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, tərəflərin hər ikisini də tanıyır və heç biri ilə düşmənçiliyi yoxdur. Əksinə yaxşı münasibəti olub. Y.Nəriman tərəflərlə birgə işləmişdir. Təchizatçı olaraq çalışırdı. Elnur İdrisə 365000 manat pul verib. 17000, 100000 və 90000 manatı Nəriman Yusifovun yanında verib. Pulun şirkətin və ya Elnurun pulu olduğunu dəqiq bilmir. Yəqin ki, iddiaçının özünün pulu idi. Pulun verilməsi yanacaq almaqla bağlı idi. Bir dəfə Seyfəddin müəllim Dəmirbankda 100000 manat gətirib verdi. Elnur müəllimin verdiyi 90000 manat pulun 58000 manatını borca ödəmişdir. İdris ona pulu SOCAR ödəməyini bildirmişdir. Mühasib və müdir arasında olan məsələni Y.Nəriman bilmir, lakin ona aid olan hissəyə cavab verə bilər. Elnur müəllim Nəriman Yusifova 17000 manat verdi, bununla yanacaq alınmalı idi. SOCAR ödəmək üçün verilən pulu X12 müəllim vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin predmeti olan pul vəsaitləri ilə bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 tərəfindən qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında qərara əsasən Cavabdeh barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilərək, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilərək, ona özünə maddi ziyan dəymiş hesab edirsə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsə də, həmin qərarın məzmunundan müəyyən edilir ki, istintaq səthi aparılmış, iş üçün əhəmiyyətli olan bütün hallar araşdırılmamış, müstəntiqin gəldiyi müəyyən nəticələr sübutlara əsaslanmamışdır. Belə ki, həmin qərarda (9-cu vərəqin ikinci abzası) müstəntiq qeyd etmişdir ki, araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birlikdə islədikləri müddət ərzində ay sonu olan hesabatlarda və digər ödənişlərdə qeyri-rəsmi götürmələr etdiklərindən xəzinədə bu kimi kəsrlər yaranmışdır. Halbuki, iş üzrə müvafiq audit ekspertizası keçirilməmiş, bu qənaətə gəlməyə əsas olan sübutlar qərarda göstərilməmişdir. Bununla yanaşı hazırki iş üzrə maddi sübut qismində təqdim olunmuş CD diskdəki İddiaçı ilə Cavabdeh arasında mübahisəli pul vəsaitləri ilə bağlı danışıqları əks etdirən səs yazılarına həmin qərarda ümumiyyətlə qiymət verilməmişdir. Məhkəmə həmçinin hazırki iş üzrə maddi sübut qismində təqdim olunmuş CD diskdəki İddiaçı ilə Cavabdeh arasında mübahisəli pul vəsaitləri ilə bağlı danışıqları əks etdirən səs yazıları ilə bağlı Cavabdeh iddiaçı tərəfindən qaçırıldığı üçün məcburən belə danışmaq məcburiyyətində qalmağı məsələsinə münasibətdə bildirir ki, cavabdehin məhkəməyə təqdim etdiyi məktublarla cavabdehin xx.xx.2018-ci il tarixdə Biləcəri qəsəbəsində yerləşən Bulaq kafesindən çıxdıqdan sonra tanımadığı şəxslər tərəfindən məcburi avtomobilə mindirilərək naməlum istiqamətə aparılması faktı təsdiqini tapsa da, həmin şəxslərin İddiaçı göstərişi ilə hərəkət etdiklərini, habelə qeyd edilən faktla bağlı İddiaçı cinayət məsuliyyətinə cəlb edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı mülki işin materialları, tərəflərin nümayəndələrinin izahatları və Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 tərəfindən qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında qərarda müəyyən edilmiş xüsusatlarla təsdiq edilir ki, İddiaçı ilə Cavabdeh qohum olmaqla yanaşı "xxxx" MMC-də işləmişlər (İddiaçı direktor müavini vəzifəsində, Cavabdeh isə mühasib vəzifəsində) və tərəflər arasında işgüzar münasibətlər yaranmışdır. Bu məqsədlə İddiaçı tərəfindən müxtəlif tarixlərdə "xxxx" ASC-dən kredit məbləğləri götürülmüş və qazanc əldə etmək məqsədilə yanacaq alqı-satqısı üçün "xxxx" MMC-də mühasib işləyən Cavabdeh verilmişdir. Lakin cavabdeh qohumluq münasibətlərdən və iddiaçının yaxşı münasibətindən sui-istifadə edərək, heç bir hüquqi əsas olmadan müxtəlif vaxtlarda ümumilikdə 365000 manat məbləğində aldığı pul vəsaitini hazırki günədək iddiaçıya geri qaytarmamışdır. İşin bu halı məhkəmə iclasında dindirilmiş şahid ifadələri və iş materiallarında olan 1 ədəd “CD disk” də olan tərəflər arasında aparılmış telefon danışıqlarında da bir daha öz təsdiqini tapmışdır. Cavabdeh tərəf tərəflər arasında borc münasibətlərinin olmamasını, aralarında olan münasibətlərin yalnız "xxxx" MMC-də hər iki tərəfin işlədiyi vaxt MMC-nin fəaliyyəti ilə bağlı olmasını, yəni yanacaq doldurma məntəqəsi üçün yanacağın alınması ilə əlaqələndirsə də, qeyd edilən halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 365000 manat məbləğində maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi, müki işdəki sübutlarla təsdiq edilən halları təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün Cavabdeh 365000 manat və dövlət rüsumu olaraq ödənilmiş 670 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 365000 (üç yüz altmış beş min) manat pul vəsaiti və 670 (altı yüz yetmiş) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar