Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2275/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1, maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə, daha sonra dəqiqləşdirmə ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, M.Əzizbəyov adına X23 ordenli Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra 1982-ci ildən 30.04.1987-ci il tarixə kimi X9 X11 mühəndis vəzifəsində, 04.07.1991-ci ildən 15.03.1993-cü il tarixədək Respublika Kolxoz Bazarları Birliyinin kadrlar şöbəsində müfəttiş vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 1977-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1982-ci ildə avtomatlaşdırılmış idarəetmə sistemləri ixtisası üzrə tam kursu bitirmiş, institutun göndərişi ilə X9 X15 mühəndis vəzifəsinə işləməyə göndərilmiş və həmin müəssisədə 1987-ci ilin may ayına qədər çalışmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 03.12.1985-ci il tarixli 392 №-li Qərarına əsasən Azərbaycan SSR X20 Texniki Təminatı Komitəsi ləğv edilmiş, X24 Komitəsi yaradılmış və o, yeni yaradılmış müəssisədə 30.04.1987-ci il tarixli əmrlə 03.07.1991-ci ıl tarixə kimi çalışmışdır. Lakin Komitə ləğv olunduqdan sonra sənədlər mühafizə olunmaq üçün Kənd Təsərrüfat Nazirliyinin arxivinə təhvil verilməmişdir. Bundan başqa 04.07.1991-ci il tarixdən Azərittifaqın tabeliyində olan Respublika Kolxoz Bazarları Birliyinin kadrlar şöbəsinə baş müfəttiş vəzifəsinə qəbul edilmiş və 1994-cü ilə qədər çalışmışdır. Azərbaycan Raspublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında bazarların tabeliyinin dəyişdirilməsi haqqında” 22.12.1992-ci il tarixli 683 №-li qərarının yerinə yetirilməsi ilə əlaqədar olaraq Azərittifaqın idarə Heyətinin 04.01.1993-cü ıl tarixli 01 saylı qərarına əsasən Respublika Kolxoz Bazarları Birliyi 01.03.1993-cü ıl tarixdən Azərittifaqın tabeliyindən çıxarılaraq müvafiq yerli icra hakimiyyətlərinin tabeliyinə verilmişdir. Bundan sonra da müxtəlif yerlərdə işləmiş və bununla bağlı sənədləri əldə etmişdir. Əmək kitabçasını itirdiyi üçün yuxarıda qeyd eldiyi yerlərdə işləməsi ilə bağlı ərizə və sorğularla müraciət etsə də, həmin sənədləri əldə etmək mümkün olmamışdır. Azərbaycan Raspublikası Milli Arxiv İdarəsinə sorğu ilə müraciət olunmuş, lakin eyni nəticə baş vermişdir. Həmin məlumatlar pensiya haqqımı hesablamaq üçün zəruridir. Lakin, yuxarıda qeyd etdiyim kimi həmin məlumatları əldə edə bı mirəm. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 ərizəyə etiraz edərək göstərmişdir ki, ərizə aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-cı maddəsinə əsasən, məhkəmə huquqı əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər kı, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkun oİmasın. Yəni, xüsusi icraat qaydasında məhkəmə tərəfindən huquqı əhəmiyyətli faktlar müəyyən edilən zaman iki şərt nəzərə alınır: 1) ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; 2) ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqia qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədənkənar qaydada əldə etməyin mümkün olmaması nəzərdə tutulur. Huquqı əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü halları ıkı qrupa bölünür: 1) huquqı əhəmiyyətli faktlar müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar; 2) huquqı əhəmiyyətli faktlar müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərinin faktları təsdiq edən sənədləri verə bilmədikləri hallar. Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər uzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 1.3-cü bəndinə əsasən, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2,1-ci maddəsinin tələbinə əsasəfı imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə. MPM-nın 261.0.1 -ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 13.2-cü bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndinə əsasən əmək kitabçasında və ış stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dovrun müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəma icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlara (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azə'baycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, !şçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azə’baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11.12.2017-cı il tarixli. 17 nömrəli qərarı ilə təsdiqlənmiş "Əmək pensiyaları haqqında' Azərbaycan Respubliikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir 1) Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ıl tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması uçun ümumi ış stajı; 2) Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı ıl yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 1) əmək kitabçası; 2) əmək fəaliyyət barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla baqlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. Qüvvədən düşmüş 1992-cı il 23 sentyabr tarixli “X6 haqqında' Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara ssasən, əmək fəaliyyəti barəsində sənədlər uzrlu səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı, ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq ədən sənədlər əsas götürülməklə müəyyən edilir. AR Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş “X6 haqqında” Azərbaycan Respublikası Qanur)unun qüvvəyə mınməsi ilə əlaqədar “Pensiya təyinatı üçun əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İ bölməsinin 1-ci bəndinə əsasən, əmək fəaliyyəti barəsində səıəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. Həmin Əsasnamənin İİİ bölməsinin 16-cı bəndinə əsasən. ış stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zamanı və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bır idarə müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən, Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdındə təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bır idarə, müəssisə, təşkilat, kolxoz yə ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. iş stajının (əmək fəaliyyətinin) təsdiq edilməsi barədə hüquqi əhəmiyyətli faktın tanınması zamanı qanunvericilikdə və məhkəmə təcrübəsində ən azı iki ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən nz olmayaraq şahidlərin ifadələrinə əsasən təsdiq edilməlidir. Bu cur işlərdə bır nəfər şahidin ifadəsinə əsaslanıb ərizəçinin tələbinin təmin olunması yolverilməzdir Buna görə də iş üzrə ən azından ərizəçi ilə eyni muəsssədə işləmiş və işləməsini təsdiq edən sənədlərlə birgə dindirilməli və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Belə kı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı ıl tarixli 186 №-li “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə" Qərarının 3.2-cı bəndinə əsasən, işçinin işə götürülməsi, bır işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmada əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyqun aparılır. Yuxarıda göstərilənlərə əsasən, iddia tələbinin əsassız olduğunu nəzərə alıb rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 ərizənin məzmununa uyğyn izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 ərizəyə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, ərizəçini tanıyır. Qeyd olunan dövrdə özü X9 X12 əvvəl operator, sonra mühəndis vəzifəsində işləmişdir. 1986-cı ildə işdən çıxmışdır. Ərizəçi İddiaçı da göndərişlə oraya gəlmişdir və 1987-ci ildə işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 1981-ci ilin yanvar ayında X9 X15 işə düzəlmişdir. X16 ilə bir şöbədə işləmişdir. Ərizəçi ora işə gələndə onlar artıq orada işləyirdilər. Ərizəçi İddiaçı 1991-ci ildə Respublika Kolxoz Bazarları Birliyinə işə düzəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçini tanıyır. 1993-cü ildə o, Respublika Kolxoz Bazarları Birliyinə gəlmişdir. Kadrlar şöbəsində işləyirdi. 1993-cü ildə İdarə dağılmışdır. Həmin vaxta kimi birlikdə orada işləmişdirlər. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ar DİN-in 22.12.22021-ci il tarixli, 4722517saylı arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Q-1 seriyalı, 012057 saylı diplomun surətindən görünür ki, İddiaçı 1982-ci ildə M.Əzizbəyov adına X23 ordenli Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. İddiaçı adına açılmış pensiya işində olan İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, 01.10.1991-ci il tarixində Respublika Kolxoz Bazarları Birliyinə statistik vəzifəsinə işə qəbul edilmiş, 01.02.1992-ci ildə iqtisadçı vəzifəsinə keçirilmişdir.08.11.1993-cü ildə Birlik ləğv olunduğuna görə işdən azad edilmişdir. X10 məxsus İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, 11.03.1977-ci ildən 30.06.1986-cı il tarixinədək X9 X12 işləmişdir. X2 məxsus AT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, 19.01.1981-ci ildən 30.06.1986-cı il tarixinədək X9 X12 işləmişdir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı“Azərittifaq”ın idarə Heyətinin 14.04.2021-ci il tarixli AAŞ-20/18 saylı məktubundan görünür ki, X3 1991-1994-cü illərdə Azərittlifaqın tabeliyində olan Respublika Kolxoz Bazarları Birliyində işləməsi haqda müraciətinə əsasən bildiririlmişdir ki, ərizəçi həqiqətən 04.07.1991-ci il tarixdə Birliyin kadrlar şöbəsinə baş müfəttiş vəzifəsinə qəbul edilmisdir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında bazarların tabeliyinin dəyişdirilməsi haqqında” 27.12.1992-ci ıl tarixli 683 nömrəli qərarının yerinə vetırılməsı ilə əlaqədar olaraq Azəritlilaqın idarə Heyətinin 04.01.1993cü ıl tarixli 01 saylı qərarına əsasən Birlik 01.03.1993-cü ıl tarixdən Azərittlifaqın tabeliyindən çıxarılaraq müvafiq yerli icra hakimiyyətlərinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 11.03.2021-ci il tarixli məktubundan görünür ki, X9 X13 sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 15.02.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçinin nümayəndəsinin müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 3 dekabr tarixli 392 nömrəli Qərarına əsasən Azərbaycan SSR X20 Texniki Təminat Komitəsi ləğv edilərək X25 Komitəsi yaradılmışdır. Lakin Komitə ləğv olunduqdan sonra sənədlər mühafizə olunmaq üçün Nazirliyin arxivinə təhvil verilməmişdir. Bu səbəbdən, həmin şəxsin 1982-1987-ci illər üzrə əmək fəaliyyəti barədə məlumatın təqdim edilməsi imkan xaricindədir. Həmçinin, X5 X25 Komitəs Respublika Hesablama Mərkəzinin 30.04.1987-ci il tarixli 69L nömrəli əmri ilə Elektror hesablama maşınlarının texniki xidmət şöbəsində elektromexanik, 25.03.1988-ci il tarixi 34L nömrəli əmri ilə böyük mühəndis-elektronçu, 09.02.1989-cu il tarixli 35k nömrəli əmi ilə İİ dərəcəli mühəndiselektronçu, 01.02.1991-ci il tarixli 43k nömrəli əmri ilə İ dərəcəli mühəndis-elektronçu vəzifəsinə təyin edilmiş, 03.07.1991-ci il tarixli 21 Ok nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 16.02.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçinin nümayəndəsinin Azərbaycan SSR dövründə müvafiq qurumların fəaliyyət göstərməsi ilə bağlı Qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan normativ hüquqi aktların nəzarət nüsxələrinə baxılaraq aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il 24 may tarixli 221 nömrəli Qərarının Əlavəsində Azərbaycan SSR Kənd Təsərrüfatının X1 Komitəsinin yalnız mərkəzi aparatının strukturu müəyyən edilmişdir. Sözügedən Komitənin tabeliyindəki qurumların siyahısını tənzimləyən hər hansı hüquqi akt aşkar edilmədiyindən X14 hansı illərdə fəaliyyət göstərməsi məsələsinə münasibət bildirilməsi mümkün olmadı. “Aqrar sənaye kompleksinin idarə olunmasını daha da təkmilləşdirmək haqqında” Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 3 dekabr tarixli 392 nömrəli Qərarına əsasən Azərbaycan SSR Kənd Təsərrüfatının X1 Komitəsi (həmçinin digər nazirlik və komitələr) ləğv edilmiş və onun bazasında Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsi (bundan sonra - Komitə) yaradılmışdır. Həmçinin sözügedən Qərara əsasən Komitə respublika aqrar sənaye kompleksinin dövlət mərkəzi idarəetmə orqanı kimi fəaliyyət göstərmişdir. Komitənin sonrakı illərdəki fəaliyyətinə gəldikdə isə, onun ümumi idarə edilməsi ilə bağlı strukturunu tənzimləyən 1989-cu il 6 yanvar tarixli 11 nömrəli Azərbaycan SSR Nazirlər Sovetinin Qərarından, habelə müəyyən edilmiş digər normativ hüquqi aktlardan (1991ci il 26 yanvar tarixli 72 və 80 nömrəli, 1991-ci il 4 fevral tarixli 103 və 119 nömrəli Nazirlər Sovetinin qərarları, 1991-ci il 8 aprel tarixli 190 nömrəli Fərman) belə aydın olur ki, Komitə öz mövcudluğunu 1991-ci ildə də davam etdirmişdir. Yuxarıda qeyd edilən aktlarda adıçəkilən komitələrin, eyni zamanda kolxoz bazarları birliyinin sənədlərinin hansı quruma təhvil verilməsi ilə bağlı Ədliyyə Nazirliyində hər hansı məlumat mövcud deyildir, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, !şçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azə’baycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11.12.2017-cı il tarixli. 17 nömrəli qərarı ilə təsdiqlənmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respubliikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı ıl yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 1) əmək kitabçası; 2) əmək fəaliyyət barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla baqlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. AR Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş “X6 haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mınməsi ilə əlaqədar “Pensiya təyinatı üçun əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bır idarə, müəssisə, təşkilat, kolxoz yə ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcüd olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxsləhn izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə istinadən nəzərə alınmalıdır ki, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi zamanı məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı M.Əzizbəyov adına X23 ordenli Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra 1982-ci ildən 30.04.1987-ci il tarixə kimi X9 X11 mühəndis vəzifəsində, 04.07.1991-ci ildən 15.03.1993-cü il tarixədək Respublika Kolxoz Bazarları Birliyinin kadrlar şöbəsində müfəttiş vəzifəsində işləməsi faktı iş üzrə araşdırılmış sübutlarla təsdiq edildiyinə görə ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı M.Əzizbəyov adına X23 ordenli Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra 1982-ci ildən 30.04.1987-ci il tarixə kimi X9 X11 mühəndis vəzifəsində, 04.07.1991-ci ildən 15.03.1993-cü il tarixədək Respublika Kolxoz Bazarları Birliyinin kadrlar şöbəsində müfəttiş vəzifəsində işləməsi faktları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2275/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2275/2022
27.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver