Məhkəmə qərarları › İş №e-2(011)-2358/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2358/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2358/2022 18.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-in nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X6 iştirakları ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1488 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu Ə.Rəcəbli küçəsi və S.S.Axundov küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mercedes Benz minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Toyota Yaris” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Mercedes Benz minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. xx.xx.2019-cu il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 1488 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X10 ödənilmişdir. Binəqədi RPİ-nin DYPŞ tərəfindən YNH-nin təfərrüatları barəsində xx.xx.2019-cu il tarixli, 059-38679-1219 saylı arayış tərtib olunmuşdur. xx.xx.2019-cu il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Zamanlı X8 Xətalar Məcəlləsinin 327.2ci və 327.6-cı (hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilinmişdir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili M.N.Nemətov iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddia tələbi üçün heç bir əsas yoxdur, sürücünün hadisə yerindən yayınması ilə bağlı sübut iş materiallarına əlavə edilməmişdir, hadisə olduqdan sonra tərəfə yaxınlaşmış, tərəf isə çıxıb getmişdir, bu da yayınma kimi qiymətləndirilmişdir, iddiaçı özü qəsdən vaxtı uzatdıqdan sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, qəza ilə bağlı görüntülər silinmiş olsun. Sonda M.N.Nemətov iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli PXA********** saylı AVSMMİS növlü icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortalı X9, avtonəqliyyat vasitəsi “Mercedes Benz minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil, sığorta məbləği əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000, bir hadisə üzrə 50.000 azn həddində sığortalanmışdır. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 18:30-da S.S.Axundov küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir, yol nəqliyyat hadisəsinin növü toqquşmadır, hadisənin baş verməsində təqsiri olan şəxsin idarə etdiyi avtonəqliyyat vasitəsi “Mercedes Benz minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi X9, hadisə zamanı sürücüsü Cavabdeh olmuşdur, zərərçəkən şəxs X3, idarə etdiyi avtomobil “Toyota Yaris” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildir. İş materiallarında olan AP ******* saylı xx.xx.2019-cu il tarixli “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, “Mercedes Benz minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İş materiallarında olan TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixində saat 18:00 radələrində “Mercedes Benz minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, əks istiqamətli hərəkət zolağına çıxaraq manevr qaydalarını pozduğuna və yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Avtomobillərin texniki xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Qüsur Aktının surətindən görünür ki, “Toyota Yaris” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci ehtiyat hissələri 728 manat və işçilik 760 manat olmaqla, cəmi 1488 manatdır. İş materiallarında olan PXA52190 saylı “Sığorta aktı”-ından görünür ki, xx.xx.2019-cu il tarixdə S.S.Axundov küçəsində baş vermiş hadisə nəticəsində X4 ATXS-nin təqdim etdiyi xx.xx.2019-cu il tarixli Qüsur Aktına uyğun olaraq "xxxx" ASC tərəfindən 1488 manat sığorta ödənişi X1 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhvil-təslim aktının surətindən görünür ki, plastik kart X7 təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 34,88 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Mercedes Benz” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdə sığortalanmışdır, Cavabdeh xx.xx.2019-cu il tarixdə həmin avtomobili idarə edərkən X2 idarə etdiyi “Toyota Yaris” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur, sonuncuya vurulan zərər 1488 manat dəyərindədir, hadisə nəticəsində cavabdeh əks hərəkət zolağına çıxmaqla manevr qaydasının pozulmasına və yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə AR İXM-nin 327.2-ci və 332.6-cı maddələri ilə təqsirli bilinmiş, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və o, inzibati tənbeh vermə haqqında Qərar ilə 100 manat cərimə olunmuşdur, sığortaçı tərəfindən zərərçəkmişə 1488 manat məbləğində sığorta ödənişi edilmişdir. Bununla belə cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortlara haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 1488 məbləğində sığorta ödənişi "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 34,88 manat ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq 1488 (min dörd yüz səksən səkkiz) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 34 (otuz dörd) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul alınarq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar