Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2364/2022 03.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu İddiaçılar X1 və İddiaçı2 “hərrac nəticələrinin etibarsız hesab edilməsi və sair” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərini nəzərdən keçirərək müəyyən etdi: X2 və İddiaçı2 "xxxx" MMC-yə, "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində yerləşən 25 nömrəli evin 9 nömrəli mənzilinə dair "xxxx" MMC-nin 29.09.2010-cu il tarixli 677 saylı “Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin”, habelə həmin mənzilə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin, o cümlədən 21.06.2011-ci il tarixli, 63/02 nömrəli hərracın yekunlarına dair protokolun və "xxxx" ASC ilə "xxxx" MMC arasında imzalanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 25 ünvanındakı 9 mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 25 ünvanındakı 9 mənzilə mənzilinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən mənzillə bağlı hərrac nəticələrinin etibarsız hesab edilməsi və sair barədədir, iddiaçı cavabdeh "xxxx" MMC-nin rəsmi qeydiyyat ünvanı kimi ünvan 2şınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin rəsmi qeydiyyat ünvanı kimi ünvan 3-nin rəsmi qeydiyyat ünvanı kimi Bakı şəhəri, Nizami küçəsi 111 ünvanını göstərmişdir. Həmçinin iş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışlardan və Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsinin “Kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatları” haqqında çıxarışlardan da görünür ki, cavabdehlərin hüquqi ünvanı müvafiq olaraq ünvan 6ov rayonu, Heydər Əliyev prospekti ev 78; Bakı şəhəri, Nəsimi rayonu, Nizami ev 111-dir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi, qanunvericiliyə uyğun olaraq, cavabdehlərin hüquqi ünvanı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə və ya Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməli olduğu halda Bakı şəhəri Xətai rayon məhkəməsinə verildiyindən onun Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması da mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Göstərilən qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi, ərazi aidiyyatına uyğun olaraq verilmədiyindən geri qaytarılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar X1 və İddiaçı2 “hərrac nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2364/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2364/2022
03.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver