Məhkəmə qərarları › İş №e-2(011)-2368/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2368/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2368/2022 11.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – Sığortalanmış avtomobil) xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” növü (kasko sığorta) üzrə sığortalanmışdır.

2. xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh Vüsal Ağzadə etibarnamə ilə idarə etdiyi və Cavabdeh1 məxsus “Chevrolet Cruze” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində Sığortalanmış avtomobilə zərər vurmuşdur.

3. Həmçinin, Cavabdeh2 barəsində xx.xx.2020-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar (xx.xx.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol əsasında) qəbul edilməklə, o, İXM-nin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur.

4. Sığorta hadisəsi nəticəsində Sığortalanmış avtomobilə dəyən zərər iddiaçı tərəfindən zərər aktı tərtib edilməklə 5628,58 manat məbləğində qiymətləndirilmiş, təmir edildiyi təqdirdə əlavə xərc (ƏDV) 1013,14 manat məbləğində sığorta ödənişi müəyyələnşdirilərək, xx.xx.2020-ci il tarixdə köçürmə yolu ilə "xxxx" MMC-yə ödənilmişdir.

5. “Chevrolet Cruze” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi digər Cavabdeh1dir. Hadisə baş verdiyi anda sürücü Cavabdeh2 olmuşdur.

6. Zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 5000,00 manat məbləği sığortaçı tərəfindən ödənilmişdir.

7. İddia ərizəsinin və ona etirazın dəlilləri:

8. İddia ərizəsinin dəlilləri:

9. İddiaçı cavabdehlərsdən subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 1641,72 manat sığorta ödənişinin, ödənilmiş 36.42 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 məxsus olan sürücü Cavabdeh2 tərəfindən idarə olunan ** KJ *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtonəqliyyat vasitəsi ilə iddiaçı tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar Cavabdeh2 təqsirli bilinmişdir. Tərəfindən müqavilə üzrə öhdəliyi əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Crealis” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5628,58 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 1013,14 manat müəyyən edilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 6 641,72 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına köçürülmüşdür. Ödəniş edildikdən sonra 5000,00 manat icbari sığortaçı tərəfindən ödənilmişdir.

11. Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:

12. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.

13. Məhkəmə iclasında verilən izahatlar:

14. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

15. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin o, ərizə ilə məhkəməyə müraciət edərək səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

18. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

19. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Məhkəmənin mövqeyi:

25. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

26. AR MM-nin 936.1 və 936.2-ci maddələrinin mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İddiaçının subroqasiya hüququnun yaranması isə iş materialları ilə müəyyən edilir.

27. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə Sığortalanmış avtomobilin sığorta müqaviləsi qüvvədə olduğu vaxt (xx.xx.2020-ci il) sığorta hadisəsi baş vermiş və Sığortalanmış avtomobil Cavabdeh2 tərəfindən “Chevrolet Cruze” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində zədələnmişdir. İddiaçı tərəfindən zərər dəymiş avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına 6641,72 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Sonradan isə cavabdehin idarə etdiyi avtomobili icbari qaydada sığorta etmiş "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin 5000 manat hissəsi iddiaçıya geri qaytarılmışdır.

28. Həmçinin, Vüsal Ağzadə törətdiyi yol nəqliyyat hadisəsinə görə xx.xx.2020-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə İXM-nin 327.1-ci maddəsilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.

29. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şığortalanmış avtomobilə yol nəqliyat hadisəsi nəticəsində dəymiş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından iddiaçının subroqasiya hüququ yaranmışdır.

30. Lakin məhkəmənin qənaətinə görə, iddiaçı hazırkı iddia tələbini yalnız Cavabdeh2 qarşı irəli sürməkdə haqlıdır.

31. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunduğundan, Sığotalanmış avtomobili isə Cavabdeh2 idarə etməyə qanunla müəyyən edilmiş qaydada hüququ olduğundan, habelə yol nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri polis orqanının qərarı ilə müəyyən edildiyindən, Cavabdeh2 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşıyır.

32. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya tələbi ilə, Cavabdeh2 münasibətdə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır.

33. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4991 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünü ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “İvece Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə 4415 manat maddi ziyan dəymişdir.

34. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

35. Məhkəmə qeyd edir ki, belə olan halda Sığotalanmış avtomobilin təmir-bərpa xərci olaraq ekspert rəyi ilə müəyyən edilmiş 4415 manat və avtomobil təmir edildiyi təqdirdə 1013,14 manat əlavə xərc olmaqla, ümumilikdə 5428,14 manatdan, yəni zərər məbləğindən "xxxx" ASC tərəfindən iddiaçıya qaytarılmış 5000 manat sığorta ödənişi çıxıldıqdan sonra ödənilməmiş qalan 428,14 manat məbləğində sığorta ödənişi (5428,14 – 5000 = 428,14 manat) Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.

36. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, iddiaçının ödədiyi dövlət rüsumu və ekspertiza xərci iddianın təmin olunması (iddia 26% hissədə təmin olunmuşdur) nisbətində tərəflər arasında bölüşdürülməlidir.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 428,14 manat məbləğində sığorta ödənişi, 9,47 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh2 alınaraq "xxxx" ASC-yə ödənilsin. Dövlət rüsumunun 26,95 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 26 manat hissəsi Cavabdeh2, 74 manat hissəsi isə "xxxx" ASCdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar