Məhkəmə qərarları › İş №e-2(011)-2462/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2462/2023

07.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2462/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən əmlaka dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr nömrəsi ******* qeydiyyat nömrəsi ********** olan xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə icasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun xalası X9 və onun mərhum əri X1 rayonundan məcburi köçkün düşdükdən sonra özünə məxsus qızıl-zinət əşyalarını sataraq əldə etdiyi pul vəsaiti ilə 1992-ci ildə mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 6 saylı evin 52 saylı mənzilini 700 000 keçmiş sovet rubluna alqı-satqı yolu ilə əldə etmiş, həmin yaşayış sahəsinin dəyərini təşkil edən 700000 keçmiş sovet rublu onlar tərəfindən X3 tam şəkildə ödənilmişdir, lakin həmin vaxt Bakı şəhərinə qeydiyyatları olmadığından yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş qeydiyyat vəsiqəsi formal olaraq Aybəniz Fərəcovanın bacısı qızı kimi onun adına rəsmiləşdirilmişdir, 1992-ci ildən etibarən xalası A.Fərəcova həyat yoldaşı və uşaqları ilə birlikdə bu mənzildə yaşamışlar, 2004cü ildə özünün ailəsində problemlər olduğundan, 40 saylı DNK notariusu Ş.Hüseynovanın mənzilə dair Bakı şəhərində qeydiyyatı olan başqa şəxsin adına alqı-satqı müqaviləsi bağlamaq barədə məsləhətini, digər uşaqlarının məcburi köçkün kimi müəyyən edilən imtiyazlardan istifadə etmək imkanını nəzərə alıb mənzili xalasının həyat yoldaşı E.Qasımovun razılığı ilə müvəqqəti olaraq A.Fərəcovanın qızı Cavabdeh adına keçirməyi qərara alırlar. xx.xx.2004-cü il tarixdə o və Cavabdeh arasında qeyd edilən mənzilə dair AN-1 seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin alqı-satqı müqaviləsi əsasında yaşayış sahəsi cavabdehin adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi formal xarakter daşımış, həmin müqavilə üzrə alıcı qismində çıxış edən Cavabdeh tərəfindən satıcı İddiaçı müqavilədə şərtləşdirilmiş 50 000 000 AZN ödənilməmiş, sadəcə olaraq ailənin bir üzvü kimi xalası A.Fərəcova və mərhum əri E.Qasımova məxsus yaşayış sahəsi cavabdehin adına keçirilmiş, yəni həmin əqdin bağlanmasında əsas məqsəd mənzilin cavabdehə satılması olmamışdır. Həmin əqd uydurma əqd olmuşdur. Bundan əvvəlki məhkəmə mübahisələri zamanı Bakı şəhəri 40 saylı DNK notariusu Ş.Hüseynova da öz izahatında göstərmişdir ki, əqdin bağlanması zamanı Cavabdeh gənc olması alqı-satqı müqaviləsində nəzərdə tutulmuş məbləğdə pul əldə etməsi mümkünsüzdür. Həmin vaxt mənzilin faktiki sahibi kimi ailənin idarəçisi sayılan Aybəniz Fərəcova olmuşdur. xx.xx.2008-ci il tarixdə A.Fərəcova həyat yoldaşı vəfat etdikdən sonra qızı Cavabdeh inanmadığından mənzili satmaq istəmiş, lakin Cavabdeh mənzilə dair sənədləri götürərək mənzilin satılmasına razılıq verməmişdir. 2008-ci ildən Cavabdeh digər ailə üzvlərinin razılığı olmadan ailə quraraq başqa mənzilə köçmüş və həmin vaxtdan sonra mübahisəli mənzildə yaşamamışdır. Bunu MKTB-nin arayışı da təsdiq edir. Mənzilin təmir olunması da məhz A.Fərəcovanın vəfat etmiş ərindən qalan vəsait hesabına həyata keçirilmişdir. İndiyədək mənzildə A.Fərəcova, onun oğlu Z.Qasımov və onun ailə üzvləri faktiki olaraq yaşayır, mənzilin saxlanılması və kommunal xərcləri (su, enerji, qaz və s.) onların hesabına ödənilir. Qeyd edilənlərə əsasən, mənzilin alqısatqısını nəzərdə tutan xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi, habelə daşınmaz əmlak hüquqlarına dair xx.xx.2014-cü il tarixli, ******* nömrəli dövlət reyestr qeydiyyatı ləğv edilməlidir. xx.xx.2023-cü il tarixli məhkəmə icasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ev iddiaçının deyil, formal olaraq onun adına alınmışdır, o, Bakı şəhərində qeydiyyatı olduğu üçün xalası Aybəniz mənzili onun adına almışdır, o zaman xalası Aybəniz və ailəsi Ağdam rayonundan köçkün kimi Bakı şəhərinə gəlmişdilər, özü 2002-ci ildə ailə qurmuş, bir müddət sonra ailəsində söz-söhbətlər yarandığına görə öz xalasından evi onun adından çıxartmasını istəmiş və onlar da belə qərara gəlmişlər ki, mənzil formal olaraq Cavabdeh adına keçsin, belə də olmuşdur, nə mənzil onun tərəfindən alınarkən pul vermişdir, nə də satılarkən pul almamışdır, hazırkı iddia tələbi ilə məhkəmədə çıxış etməkdə məqsədi, mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə mənnzilə sahiblik etmək və sonradan iddiaçının xalasına qaytarmaqla mənəvi rahatlıq əldə etməsidir. Sonda Vəkil1 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, əmlak İddiaçıin adında formal olmuşdur, subyektiv hüququ olmadığı halda müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Həm ümumi iddia müddəti ötmüşdür, yəni 10 illik ümumi iddia müddəti ötürülmüşdür, həm də əqdin etibarsızlığı ilə bağlı kəsici müddət ötürülmüşdür, habelə 2010-cu ildə tərəflər arasında məhkəmə çəkişməsi olmuş, mübahisəyə hüquqi qiymət verilmiş və iddia tələbinin rədd edildiyini təsdiq edən məhkəmə qərarları mövcuddur. Cavabdeh A.Fərəcova və digərlərinin kompensasiya ödənilməklə mənzildən çıxarılması barədə iddia qaldırmışdır və ona görə də qarşı tərəf işi uzatmaq üçün belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Sonda o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, X19 məhkəmə iclasında şahid qismində ifadə verərək bildirdi ki, tərəfləri tanıyır, iddiaçı onun xalası qızıdır, cavabdeh isə bacısıdır. 1992-1993-cü illərdə Ağdamdan qaçqın gəlmişlər, atası mənzili xalası qızının adına almışdır. Sonra 2003-2004-cü illərdə xalası qızı boşanmışdır. İddiaçı xalasına evi onun adından çıxartmasını demişdir, o dövrdə bacısı Cavabdeh ondan yaşca böyük olduğu üçün mənzili onun adına keçirtmişlər. 2004-cü ildə Cavabdeh işləyirdi və 300-400 manat maaş alırdı. İddiaçı ilə cavabdeh arasında alqı-satqı zamanı notariusda pul ödənilməyib, formal olaraq addan-ada keçib. 2009-cu ildə bacısı rus milliyyətli şəxsə ərə getmiş, mənzilin sənədlərini də özü ilə aparmışdır. Ev alınandan bəri anası ilə orada yaşayır və köçkün kimi müvəqqəti qeydiyyatı da həmin mənzilədir, Cavabdeh və digər iki bacısı ölkədən kənarda yaşayırlar. X6 məhkəmə iclasında şahid qismində ifadə verərək bildirdi ki, tərəfləri tanıyır, qonşudurlar, 2002-ci ildən həmin binada yaşayırlar, hansı səbəbə Cavabdehin adına mənzili keçirdikləri barədə məlumatı yoxdur, bildiyinə görə Zaurgilin evi olmuş və ailəlikcə yaşayıblar, o həmin binaya köçəndə artıq Fərəcova Aybəniz orada yaşayırdı. X11 məhkəmə iclasında şahid qismində çıxış edən bildirdi ki, tərəfləri tanıyır, qonşudurlar, ailəni yaxından tanıyır, ailəlikcə bir yerdə yaşayırlar, uşaqları bir yerdə məktəbə gediblər, özü 1993-cü ildən orda yaşayır, rəhmətlik X12 görüb, 2008-ci ildə rəhmətə getmişdir, bildiyinə görə, X17 evi qızı Cavabdeh adına keçirtmişdir, Cavabdeh ilə anası A.Fərəcova arasında mübahisə olmuşdur, lakin ev Zaurun anasının evidir. İş materiallarında olan xx.xx.2004-cü il AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, A.Ələsgər küçəsi, ev 6, mənzil 52-də yerləşən, ümumi sahəsi 82,15 kv. metr olan, 4 (dörd) otaqlı mənzili Cavabdeh 50000000 (əlli milyon) manata satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 0480538, 0480540, ******* və ******* saylı çıxarışlardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6, 52 saylı mənzilə X19, X13, X16 və X9 mənzilə istifadə hüququ ilə xeyrinə yüklü edilən şəxslər kimi, Cavabdeh isə mülkiyyət hüququ yüklü edilən şəxs dövlət reyestrində qeydiyyata alınmışlar. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 aprel 2010-cu il 2(011)-518/2010 saylı Qətnaməsi ilə X2 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi, əqdin bağlanmış hesab edilməsi və çıxarışın verilməsi, mənzilin bölünməsi barədə” ilkin, Cavabdeh X4 qarşı “mənzildən çıxarma” barədə qarşılıqlı iddia tələbləri rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(103)-3183/2010 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin həmin qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il 2(102)-288/11 saylı Qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(103)-3183/10 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-250/2012 saylı 27 fevral 2012-ci il tarixli Qətnaməsi ilə, X2 İddiaçı və Cavabdeh qarşı Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər küçəsi 6 saylı evin 52 saylı mənzilinə dair X8 və İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə, 01 mart 1965-ci il tarixdən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 53-cü maddəsinə uyğun olaraq 16.04. tarixli 2014-cü il alqı-satqı müqaviləsinə, 01 mart 1965-ci il tarixdən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 53-cü maddəsinə uyğun olaraq başqa əqdi pərdələmək üçün bağlanmış əqd kimi, tərəflərin əslində nəzərdə tutduqları əqdə aid qaydalar tətbiq olunaraq həmin müqavilənin alıcı qismində onun əri X17 ilə bağlanmış hesab edilməsinə, ünvan 1 saylı mənzilin İddiaçı adına şəxsi mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrində 28 saylı reyestr kitabının 4188 saylı səhifəsində aparılmış 30/4947 saylı xx.xx.1992-ci il tarixli qeydin dəyişdirilərək həmin yaşayış sahəsinin mülkiyyətçi hüququ ilə onun və mərhum əri X10 adına qeydiyyata alınmasına dair müvafiq qeydin aparılması və bu barədə onun və mərhum əri X10 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə, Bakı şəhəri Xətai rayonu Aşıq Ələsgər küçəsi 6 saylı evin 52 saylı mənzilinə dair İddiaçı, Cavabdeh arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 16 aprel 2004-cü il tarixli alqı-satqı müqaviləsinin Azərbaycan Respublikası MM-nin 340.1, 337.1, 337.3-cü maddələrinə müvafiq olan uydurma əqd kimi etibarsız hesab edilməsi və onun əsasında Bakı şəhəri Xətai rayonu Aşıq Ələsgər küçəsi 6 saylı evin 52 saylı mənzilinə dair Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın çıxarılmasına dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 12 oktyabr 2012-ci il 2in (82)-1350/2012 saylı Qərarına əsasən iddiaçılar X2, X14, X7, X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı xx.xx.2012-ci il tarixli, **********11 saylı məktub verməklə ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıların ünvan 2-yə olan istifadə hüquqlarının dövlət reyertrlərində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 31 yanvar 2013-cü il 829/2013 saylı qərarı ilə iddiaçılar X2, X14, X7, X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı xx.xx.2012-ci il tarixli, **********11 saylı məktub verməklə ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçıların ünvan 2-yə olan istifadə hüquqlarının dövlət reyertrlərində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 iyul 2013cü il 2-1 inz (103)-926/13 saylı qərarına əsasən üçüncü şəxs Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2 inz (82)-829/2013 saylı iş üzrə qəbul etdiyi 31 yanvar 2013-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar çıxarılmış, iİddiaçılar X2, X14, X7, X5 iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-2(102)-1253/2013 saylı qərarı ilə Bakı İnzibati-İqtisad Məhkəməsinin 31 iyul 2013-cü il 2-1 inz (103)-926/13 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, X2, X14, X7, X5 Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 6 saylı evin 52 saylı mənzilinə istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)- 669/2014 saylı qərarına əsasən iddia tələbi təmin edlmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 9/11-12665, F-32 №li 12 oktyabr 2011-ci il tarixli məktubu əsassız və qanunsuz hesab edilmiş, X2, X14, X7, X5 ünvan 2 ünvanına qeydiyyata alınmaları öhdəliyi Daxii İşlər Nazirliyinin Bakı şəhər Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı Mədaxil qəbzindən görünür ki, X15 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisəli mənzil xx.xx.2004-cü ildən əmlak hüququ ilə Cavabdeh məxsusdur, o, həmin mənzili İddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etmişdir, iddia tələbi, mübahisəli mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestr çıxarışının ləğv edilməsi barədədir. Bununla belə, mübahisəli əmlakın alqı-satqısının etibarsız hesab edilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, şahid ifadələrinə münasibətdə qeyd edir ki, bu sübutlar mənzilə dair müqavilənin etibarsızlığını təsdiq edən halları özündə ifadə etmir, əksinə tərəflər arasında mənzilinə dair müqavilənin bağlanmasını, o cümlədən iddiaçıya məxsus əmlakın cavabdehə satılmasını təsdiq edir. Ona görə də bu sübutlar iddia tələbinin təmin edilməsi üçün əsas kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır, iddiaçı iddia tələbinin əsası kimi irəli sürdüyü dəlillərə dair sübutetmə vəzifəsi daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, iddiaçının “mənzilin alqı-satqısının formal olması, həmin mənzil alınarkən pulun digər şəxs (Fərəcova Aybəniz və onun həyat yoldaşı) tərəfindən ödənilməsi, cavabdehə satılarkən də hər hansı bir ödənişin həyata keçirilmədiyi, həmin dövrdə cavabdehin ödəniş etmək iqtidarında olmaması, alqı-satqı barədə müqavilənin başqa şəxsin (Aybəniz Fərəcovanın) göstərişi ilə yerinə yetirilməsi barədə” dəlillərinə münasibətdə hesab edir ki, bu hallar müqavilənin etibarsız hesab edilməsi barədə nəticəyə gəlmək üçün kifayət deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi buna hüququ olan şəxslər tərəfindən bağlanılmış, müqaviləyə dair tələblərə riayət olunmuşdur. Mənzilə dair ödənişin olmaması və alqı-satqı müqaviləsinin üçüncü şəxsin maraqları əsasında bağlanması barədə dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, bu hallar əvvəla, iş materialları ilə sübut olunmur, ikinçisi, belə hallar alqı-satqı müqaviləsinin etibarsızlığına deyil, öhdəliklərin yerinə yetirilməməsi səbəbi ilə onun ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı girov hüququ (158.1.1), əmlakdan istifadə hüququ (158.1.2), servitutlar (158.1.3) əmlak hüquqları sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 393-ci maddəsinə əsasən, Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin hüququi mövqeyinə görə, “Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir” (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il Qərarı). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən əmlaka dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestr nömrəsi ******* qeydiyyat nömrəsi ********** olan xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar