Məhkəmə qərarları › İş №e-2(011)-2589/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2589/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2589/2023 18.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC “VAZ 21074” markalı **-ZJ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilmiş 120 (bir yüz iyirmi) manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-nə verilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Toyota Prius” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Toyota Prius” markalı **- UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri Ukrayna dairəsi ərazisinidə yol-nəqliyyat hadisəsi törədərək, X2 məxsus olan “VAZ 21074” markalı **-ZJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə törətdikdən sonra hadisə yerindən yayınmışdır. Hadisə ilə bağlı Xətai RPİ-nin DYPŞ tərəfindən qeydə alınmış, hadisəni törədən Cavabdeh barəsində İXP ******* saylı İXM-nin 327.1 və 327.6-cı maddələri ilə tərtib olunmuş TP ******* nömrəli protokol yazılmışdır. TP ******* nömrəli xx.xx.2020-ci il tarixli qərar qəbul edilərək o, 100 manat məbləğində cərimələnmişdir. İddiaçı ASC tərəfindən CML-1775/2020-AKT 2659 nömrəli akta əsasən “VAZ 21074” markalı **-ZJ- *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 120 manat avtomobilin sahibinə ödənilmişdir. Cavabdeh məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD № 255537 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” minik markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, CML-1775/2020-AKT2659 saylı, siğorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21074”markalı **-ZJ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 120 AZN məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli izahatın surətindən görünür ki, X5 bildirmişdir ki, “Toyota Prius” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun nəqliyyat vasitəsinin arxa sol hissəsi ilə toqquşmuş və hadisə yerindən yayınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli izahatın surətindən görünür ki, Cavabdeh bildirmişdir ki, “VAZ 21074”markalı **-ZJ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş və tələsdiyi üçün zərəri ödəyəcəyini bildirib hadisə yerindən getmişdir. İş materiallarında olan sığortaçı İddiaçı ASC ilə sığortalı X6 arasında bağlanmış müqavilənin surətindən görünür ki, X4 məxsus “Toyota Prius” minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı tərəfindən sığortalanmışdır İş materiallarında olan İXP ******* nömrəli xx.xx.2020-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “Toyota Prius” minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Mirzəyev X7 Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarında olan TP3762390 nömrəli xx.xx.2020-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə “Toyota Prius” minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən X1 hesabına 120 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə banka tapşırıq verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci və 63.1-ci maddələrinə görə həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi hallar, yəni Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” minik markalı **-UL-*** nişanlı avtomobilin “VAZ 21074” minik markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, bunun nəticəsində sonuncu avtomobilə zərər dəyməsi və yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınması iş materialları ilə sübut olunur. Sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “Toyota Prius” minik markalı ** UL *** nişanlı avtomobillə “VAZ 21074” minik markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncu avtomobilə vurulmuş ziyanın İddiaçı ASC tərəfindən aradan qaldırılması və sonuncu tərəfindən X1 hesabına 120 manat məbləğində pul vəsaitinin köçürülməsi də iş materialları ilə təsdiq olunur. Bununla da, “Toyota Prius” minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsinın sürücüsü olaraq yol nəqliyyat hadisəsi yerindən yayındığına görə İddiaçı ASC-nin Cavabdeh subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini tələb etmək hüququ vardır. Buna görə də İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiası təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. “VAZ 21074”markalı **-ZJ-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilmiş 120 (bir yüz iyirmi) manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar