Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2643/2023 19.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs üçüncü şəxs qismində cəlb olunduğu “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs üçüncü şəxs qismində cəlb olunduğu “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı 2016-cu ilin yanvar ayında ev almaq məqsədilə əmək haqqı ilə yığdığı 81830 manat pulu dollara çevirmək üçün ailəvi (dost) münasibətdə olduğu Maraqlı şəxs zəng vuraraq xahiş etmişdir ki, onun oğlu Cavabdeh iddiaçıya kömək etsin. Belə ki, Maraqlı şəxs sözlərinə görə oğlu Cavabdeh “xarici şirkətdə işləyir və işçilərinə əmək haqlarını dollarla ödəyir.” Maraqlı şəxs də oğluna bu barədə məlumat vermiş, oğlu Cavabdeh də buna etiraz etmədiyini bildirmişdir. Beləliklə, Cavabdeh də pulunu Həsən Əliyev küçəsində yerləşən "xxxx" ASC-də “Mamed” adlı şəxsin vasitəsilə 49000 ABŞ dollarına dəyişdi. Daha sonra Cavabdeh iddiaçını şəxsi maşını ilə anası Maraqlı şəxs evinə apardı. (Sən demə bu iddiaçıya qarşı əvvəlcədən hazırlanmış plan idi.) Cavabdeh anasının yanında iddiaçıya pulunu evdə saxlamaq əvəzinə ona borc olaraq verməyini, pulu isə özünün şəxsi biznesinə sərf edəcəyini və pul iddiaçıya lazım olduqda maksimum 3 gün müddətində qaytaracağını bildirdi. İddiaçı Maraqlı şəxs (iddiaçı ona xala deyə müraciət edirdi) oğlu Natiqə etibar edə biləcəyini soruşduqda, anası tam əminliklə heç bir narahatçılığın olmayacağını bildirdi. Hətta Cavabdeh bu zaman ona inanmağını sübut etmək üçün hələlik ayda 600 ABŞ dollar iddiaçıya qaytaracığını bildirdi. İddiaçı da belə olan halda 600 ABŞ dolların 500-nü iddiaçıya verməyi, 100-nü isə şirinlik məqsədilə anası Maraqlı şəxs verməsini bildirmişdir. 2016-ci ilin fevral ayından 2018-ci ilin sentyabr ayına qədər Cavabdeh anası Maraqlı şəxs vasitəsilə iddiaçıya borc olduğu puldan hər ay 500 ABŞ dolları olmaqla, ümumilikdə 16500 ABŞ dollar iddiaçıya vermişdi. 2018-ci ilin oktyabr ayının əvvəlində Cavabdeh anası Maraqlı şəxs iddiaçının yaşadığı evə gələrək, oğlu Natiqə yenidən pul lazım olduğunu və ona 5000 ABŞ dolları verməyini xahiş etdi. İddiaçı da onun bu sözlərinə aldanaraq 5000 dolları ona vermişdir. Lakin iddiaçıdan borc götürdüyü 5000 dolları qaytarmaq əvəzinə oğlu Natiqə yenidən pul lazım olduğuna görə iddiaçıda olan bütün pulları istədi. İddiaçı yenə ailəvi münasibətlərini nəzərə alaraq əlində olan 15000 dolları da Maraqlı şəxs vermişdir. Beləliklə, Cavabdeh iddiaçıya 52500 ABŞ dolları borcu qalmışdır. 2018-ci ilin noyabr ayından 2019-cu ilin iyun ayına qədər Maraqlı şəxs vasitəsilə iddiaçıya borc olduğu puldan hər ay 690 ABŞ dolları olmaqla, ümumilikdə, 5520 ABŞ dolları iddiaçıya vermişdir. Həmin vaxt, yəni 2019-cu ilin iyun ayında Cavabdeh iddiaçıya 46980 ABŞ dollar borcu qaldı. 2019-cu ilin iyul ayında Maraqlı şəxs iddiaçının yaşadığı ünvana gələrək, ağlaya-ağlaya Natiqin işlərinin yaxşı getmədiyni, məcbur olub Elmlər Akademiyası tərəfdə ona məxsus olan, kirayə verdiyi evini satdığını bildirdi. Maraqlı şəxs yalvararaq Natiqə yenidən borca pul verməyini istədi və digər oğlu Vüqarın Badamdar qəsəbəsində yerləşən 3 sot torpaqlarını satacaqlarını və iddiaçının bütün pullarını verəcəyini bildirdi. İddiaçı da özündə olan-qalan 10000 ABŞ dolları pulu ona yenidən borca vermişdir. Beləliklə, Cavabdeh iddiaçıya 56980 dollar borcu qalmışdır. 2019-cu ilin avqust ayında Cavabdeh anası Maraqlı şəxs vasitəsilə iddiaçıya 1400 dollar vermişdir. Onun iddiaçıya 55580 ABŞ dollar borcu qalmışdır. İddiaçıya pul lazım olduğuna görə 2019-cu ilin noyabr ayında Maraqlı şəxs zəng edərək oğlu Natiqin iddiaçıya borclu olduğu 55580 ABŞ dolları qaytarmasını bildirmişdir. Maraqlı şəxs isə Natiqin müflis olduğunu, pulu iddiaçıya hələlik verə bilməyəcəyini bildirdi. Natiqlə iddiaçının özünün əlaqə saxlamağını bildirdi. İddiaçı Natiqə zəng edərək borcunu istədikdə, işlərinin yaxşı getmədiyini, problemləri olduğunu, ona möhlət verməyini istədi və iddiaçıya olan borcunu artıqlaması ilə verəcəyini bildirdi. İddiaçı da bununla razılaşmışdır. Bu söhbətlərdən sonra Natiq özü bayramlarda iddiaçıya zəng edərək bayramlaşır, işlərini yavaş-yavaş qaydaya saldığına görə iddiaçıya olan borcunu tezliklə qaytaracağını demişdir. 2020-ci ilin avqustunda Cavabdeh iddiaçıya zəng edərək yaşadığı ünvana gələcəyini bildirdi. İddiaçı da borcu qaytaracağına görə gəldiyini zənn etmişdir. O, iddiaçıya işlərinin artıq düzəldiyini, sentyabr ayında iddiaçının pulunun hamısını qaytaracağını bildirdi. X10 məktəbə daxil olduğunu, onun təhsil haqqını ödəməli olduğunu, ona 2000 ABŞ dolları verməyini istədi. İddiaçı yenidən onun yalan vədlərinə aldanaraq ona 2000 ABŞ dolları vermişdir. Beləliklə, Cavabdeh iddiaçıya 57580 ABŞ dollar borcu qalmışdır. İddiaçı dəfələrlə Cavabdeh zəng edərək borcun qaytarılmasını bildirsə də, o, hər dəfə bir bəhanə gətirərək iddiaçının pulunu verməkdən yayınmışdır. Onunla hər dəfə danışandan sonra iddiaçı psixoloji gərginlik yaşayır. İddiaçı həmçinin qeyd etmişdir ki, 2017-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir və ona əsəbiləşmək olmaz. Lakin Cavabdeh təqsirli hərəkəti iddiaçının səhhətinə də mənfi təsir edir. İddiaçıya ağır gələn həm də odur ki, həmin pulları illərlə maaşını yığaraq toplamışdır. Qeyd olunanlarla əlaqədar iddiaçı tərəfindən Yasamal RPİnin 27-ci PB-yə şikayət edilmişdir. İddiaçının ərizəsi “Cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında” HK-1/2077 nömrə ilə qeydiyyata alınaraq Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Tahir Əzizov tərəfindən araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-yə göndərilmiş, xx.xx.2023-cü ildən Yasamal RPİnin İŞ-nin müstəntiqi X7 tərəfindən ilkin yoxlama aparılmışdır. 28 yanvar 2022-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X7 tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh verdiyi izahatda göstərilmişdir ki, “İddiaçı 2015-cı ilin aprel ayında ona 48000 ABŞ dolları pul vermiş, bu pulları biznesdə dövriyyəyə buraxmağını və ona da pul qazandırmağını istəmişdir. Onunla razılaşaraq ayda 600 ABŞ dollar pul verəcəyini dedikdə, Sevinc ona ayda 500 ABŞ dolları verməyini qalan 100 ABŞ dollar pulu isə şirinlik kimi hər ay onun anası Ş.Quliyevaya verməyini istəmişdir. 2015-cı ilin may ayından 2019-cu ilin avqust ayınadək, yəni 51 ay ərzində ümumilikdə İddiaçı 25500 ABŞ dollar pul verdiyini bildirmişdir. Sonradan anası Ş.Quliyeva 2018-cı ilin oktyabr ayında Sevincdən 21000 ABŞ dollar, 2019-cu ilin iyul ayında 10000 ABŞ dolları, sonuncu dəfə 2000 ABŞ dolları pul borc aldığını bildirmişdir.” Göründüyü kimi, Cavabdeh iddiaçıya borclu olduğunu etiraf etmişdir. Lakin iddiaçı ona 48000 ABŞ dolları deyil, 49000 ABŞ dolları, 2015-cı ilin aprel ayında deyil, 2016-cı ilin yanvar ayında vermişdir. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X5 28 yanvar 2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərar”-ın 3cü bəndində iddiaçı tərəfindən verilmiş ərizə və izahatlarda göstərilən xüsusat mülki xarakter daşıdığından və mülki qanunvericiliyə əsasən bu qəbildən olan mübahisələrin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulduğundan iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cu maddəsinə əsasən bu xüsusatla əlaqədar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərar qəbul edildikdən sonra da cavabdeh borcu qaytarmağa heç bir cəhd belə etməmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə rəsmi qaydada məktub göndərilərək 1 həftə ərzində iddiaçıya olan 57580 ABŞ dollar məbləğində borc pulun qaytarılması, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilsə də, cavabdeh tərəfindən ödəniş edilməmiş, iddiaçıya SMS “mesaj” yazaraq ödəniş edilməsi üçün ona 2 həftə vaxt verməyini xahiş etmişdir. Bütün bunlara əsasən iddiaçı 57580 ABŞ dollar məbləğində borc pulun və mənəvi zərərə görə 10000 manat pulun cavabdehdən alınaraq geri qaytarılması və pozulmuş hüquqlarının bərpası üçün son ümid yeri olan ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Rusiyada dayısının və balaca qardaşının adına aldığı mənzilləri onları orda qeydiyyata almaq üçün onların adına alsa da, satarkən də həmin alqı-satqıda əldə olunan pulları ona vermiş və ona pulları ona vermiş və ona qarşı heç vaxt yanlış hərəkət etməmişlər. Elə bu kimi etibar, güvən və yaxın qohumluğa arxayın olub Azərbaycanda biznesini qurmaq, gəlir yerini yaratmaq barədə tam qərara gəlib qazanclarını və evlərini də sataraq pulu qardaşına göndərməyə qərar vermişdir. Elə həmin vaxtdan o, Rusiya Federasiyasında yerləşən Bank vasitəsi ilə Vüsala və Vüsala verilməsi məqsədi ilə anasının, balaca qardaşının və dostlarının adına pul göndərməyə başlamışdır. Bəzi vaxtlarda o, banka gedib pulu götürə bilməyəcəyini dediyindən, o, pulu digər qardaşının və anasının adına, dostlarının adına göndərsə də, həmin pullar da Vüsala verilirdi ki, bunu nə Vüsal, nə anası, nə dostları, nə də balaca qardaşı inkar etmir. O, isə 2010-cu ildən 2015-ci ilə qədər müxtəlif banklardan öz adı ilə cavabdeh və digər ailə üzvlərinin adına pul göndərməklə ümumulikdə 985000 ABŞ dolları pulu ona göndərmişdir. Onu da qeyd etmişdir ki, o, hətta balaca qardaşı Vüqar Süleymanovun (arvadı X1 ilə birlikdə) və dayısı X2 da adına Rusiyada ev almışdır ki, onlar etibarından istifadə etməsələr də, Vüsal qanunsuz olaraq pullarına və evinə sahiblənmiş və qaytarmaqdan imtina edir. Belə ki, bəzən evi satıb verəcəyini desə də, sonradan guya ona hədiyyə etdiyini bildirib qaytarmayaraq, onu çox çətin duruma salmışdır. 2012-ci ildə cavabdeh ona həmin puldan 130000 ABŞ dollarına ata yurdlarının yerləşdiyi məhəllədə satılan evi də almaq istədiyini bildirmişdir. O, isə həmin məhəllədə böyüdüyündən buna razılıq vermişdir. Həmin mənzili aldıqdan sonra mənzilin ən yüksək səviyyədə təmirini etdirmək məqsədilə əlavə olaraq pullar göndərmiş və ustalar da qonşuları olduğundan onların zəhmət haqqısını da danışıb evi təmir etdirmişdir. Bu halları bütün qohum və qonşuları bilir və cavabdehi etdiyi hərəkətlərə görə qınasalar da, o, öz əməlindən daşınmayaraq hərdən bir onu aldadaraq, evi sataraq pulunu verəcəyini, pullarını qaytaracağını bildirsə də, onu aldadaraq nə evini özünə vermir, nə də pullarını vermir. Qardaşı Vüsal dərzi işləyir və onun bu qədər qazanc əldə edərək o evi alması qeyri-mümkündür. O, cavabdehə yaxşı qardaş olmuşdur. O, bu əməlləri – onun mənzilini öz adına alaraq ona qaytarmayaraq aldatması azmış kimi indi də onun puluna ona aldığı evini sataraq ona heç nə verməməklə yanaşı, heç bir qardaşa və insana yaraşmayan şərlər deyərək onu mənəvi cəhətdən də stressə salmışdır. Onun evini və ya ona evlər alması üçün göndərdiyi pulları (985000 ABŞ dolları) verməkdən imtina etdiyindən, hər dəfə verəcəyinə dair bəhanələrinə davam etdiyindən və hazırda mənzili satışa qoyaraq satmağa çalışdığından onun nə evini, nə də pulunu qaytarmayacağına tam əmin olduqdan sonra o, artıq məcbur qalıb Polis İdarəsinə şikayət etmişdir. O, həmin məbləği müxtəlif banklardan və müxtəlif vaxtlarda onun və anasının, balaca qardaşının adına göndərmişdir. Anasının və digər qardaşının adına göndərdiyi pullar da Vüsala verildiyindən bütün pullar ona məhz Vüsal tərəfindən qaytarılmalıdır. Belə ki, anası bəzi vaxtlarda göndərdiyi pullardan cəmi 60-70 min manatı Vüsaldan gizlədərək öz adına onun üçün 12, 7, 6, 3 sotdan ibarət 4 torpaq sahəsi almış, qalan pulu isə Vüsala vermişdir ki, Vüsal o puldan yalnız 130 min manata ev aldığını və 70000 evin təmirinə xərclədiyini bildirsə də, qalan pulları nə etdiyini belə bildirmir. Onun həm pulunu və ya evini qaytarmaması azmış kimi qardaşı evini və pulunu mənimsəmək naminə arvadı ilə əlbir olub ona şər atmaları və onu polislə hədələmələri nəticəsində o, xeyli miqdarda faydadan məhrum olmuş və ona mənəvi zərər dəymişdir. Belə ki, o, evi alarkən evi kirayəyə verərək qazanc əldə etmək və anasının və ailəsinin daha yaxşı yaşamasını təmin etmək istəsə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində 8 illik həmin mənzildən gələcək kirayə pulundan məhrum olmuşdur. Halbuki, təkcə onun pul ilə özünə aldığı mənzildən aylıq 600 manat kirayə pulu gəldiyi təqdirdə ən azı 57600 manat (8il*12ay=96ay*600=57600) faydası əldən çıxmış, həm də ən güvəndiyi qardaşının bu və şər böhtan xarakterli hərəkətləri ilə çox sarsıntılar keçirmiş və hazırda milyon dollardan artıq pul qazanan və təkcə Rusiyada 3-4 evi ola ola qardaşına güvənərək biznesini ölkəsində qurmağa və xeyiri öz ölkəsinə verməyə çalışdığından qardaşının hərəkətləri nəticəsində o, ailəsini dolandırmaqda da çətinlik çəkir. Bununla da cavabdehin əməli ilə ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Hazırda həmin pullarını və evini qaytarmaqdan imtina etdiyi üçün məhkəmə qaydasında həmin pulun alınması xahişi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, 57580 ABŞ dollar məbləğində borc pulun, mənəvi zərərə görə 10000 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən göndərilən smslərdən görünür ki, “Shixovda torpagin senedlerini goturmushem mendedir. 12 sotdur. 2 nefer var ki almag isteyir onunla mesgulam. Tez bir zamanda satilacag. Onun pulunu size getirib veracam. Mene cox az vaxt verirsiniz biraz sebrli olun men de odenish eda bilim. Bu geder gozlemisiz bir 2 hefte de mene vaxt verin. Bu 2 hefte erzinde men bu ishi yoluna goyaram.” qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilmiş vətəndaş İddiaçı ərizəsi əsasında 28 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 28 yanvar 2022-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X7 tərəfindən vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı 2015-cı ilin aprel ayında ona 48000 ABŞ dolları pul vermiş, bu pulları biznesdə dövriyyəyə buraxmağını və ona da pul qazandırmağını istəmişdir. Onunla razılaşaraq ayda 600 ABŞ dollar pul verəcəyini dedikdə, Sevinc ona ayda 500 ABŞ dolları verməyini qalan 100 ABŞ dollar pulu isə şirinlik kimi hər ay onun anası Ş.Quliyevaya verməyini istəmişdir. 2015-cı ilin may ayından 2019cu ilin avqust ayınadək, yəni 51 ay ərzində ümumilikdə İddiaçı 25500 ABŞ dollar pul verdiyini bildirmişdir. Sonradan anası Ş.Quliyeva 2018-cı ilin oktyabr ayında Sevincdən 21000 ABŞ dollar, 2019-cu ilin iyul ayında 10000 ABŞ dolları, sonuncu dəfə 2000 ABŞ dolları pul borc almışdır, Sevincə ümumilikdə 81000 ABŞ dollar pul borcludur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı 2 həftə ərzində 10000 ABŞ dollar və qalan pulu isə dekabr ayının sonuna kimi ödəməyə söz vermişdir. İş materiallarında olan CD Diskdə olan telefon danışıqlarından müəyyən olunur ki, Cavabdeh İddiaçı ilə telefon danışığı zamanı İddiaçı olan borcunu əlində olan torpaq sahələrini satmaqla ödəyəcəyini, pulun ödənilməsi üçün möhlət verilməsini, ödənişi hissəhissə 15000-20000 olmaqla həyata keçirəcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 14 fevral 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehin İddiaçı 57580 ABŞ dolları borcunun olduğu, borcun 1 həftə ərzində ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarda həmçinin göstərilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir". Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyi də bundan ibarətdir ki, mənəvi zərər qeyri-əmlak zərəridir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddia ərizəsinin məzmunu və Yasamal Rayon Polis İdarəsində cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, iddiaçı ilə cavabdeh arasında ailəvi (dost) münasibətləri olmuşdur. Cavabdeh İddiaçı ümumilikdə 81000 ABŞ dolları borc aldığını izahatında təsdiq etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi üçün Cavabdeh 57580 (əlli yeddi min beş yüz səksən) ABŞ dolları tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi zərər ağlabatan məbləğdə - 1000 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 57580 (əlli yeddi min beş yüz səksən) ABŞ doll arı (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2643/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2643/2023
19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver