Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2651/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dəymiş zərərə görə ödənilmiş 600 (altı yüz) manat pul məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu, Sabit Orucov 138 ünvanında yerləşən "xxxx" MMC-nin vermiş olduğu baxış aktına əsasən xx.xx.2021-ci il tarixdə Teymurova (Məmmədova) İrina Viktorovnaya məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 138, ev 13, mənzil 20-dən qonşusu ünvan 1-ə su axıdılaraq qəza hadisəsi törədilmişdir. X1 məxsus Bakı şəhəri Xətai rayonu, Sabit Orucov küçəsi 138, ev 13, mənzil 5 ünvanındakı yaşayış sahəsi İddiaçı SŞ-də sığortalanmışdır. Əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, ünvan 1 ünvanındakı yaşayış sahəsinə 600 manat (altı yüz manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 337 nömrəli ödəniş tapşırığına əsasən ünvan 2 ünvanındakı yaşayış sahəsinə dəymiş zərərə görə X1 600 manat (altı yüz manat) sığorta ödənişi həyata keçirmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli sıöorta hadisəsi ilə əlaqədar Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 2651/2024 saylı qərardadı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə onlar məhkəmə iclasına çağırılmışlar, lakin onlar, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarında olan 101731 saylı İddiaçı Sığorta Şirkət ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, sığortalanmış əmlak qonşu mənzildən su sızması nəticəsində zədələnmişdir və sığorta ödənişi 349,64 manat təşkil etmişdir, 0,36 manat bərpa məbləği və 250 manat isə azadolma məbləği olmuşdur. “Hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, dəymiş zərərin ümumi məbləği 600 manat həcmində müəyyən edilmişdir. İş materiallarında olan sığorta ödənişləri barədə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən təsdiq edilmiş sənəddən görünür ki, X2 349,64 manat ödəniş edilmişdir. İş materiallarında olan “hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, zədələmiş əmlaka baxış keçirilən zaman əmlaka dəymiş zərər 600 manat təşkil etmişdir. İşin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş pretenziyanın surətindən görünür ki, İrina Teymurovna borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materialarında olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, baxış zamanı "xxxx" MMMC-nin 26-cı mənzilində Məmmədova İrinaya məxsus olan yaşayış mənzildən aşağı mərtəbədə yaşayan 5-ci mənzilin sahibi X2 məxsus mənzilin sanitar qovsaq otağına su axıdılması nəticəsində divarların kafelinə ziyan dəymişdir. “Azemis” Elektron Məhkəmə-İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 13 saylı evin, 26 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 138, 13 saylı evin, 5 saylı mənzilinə həmin mənzilin üzərində yerləşən Cavabdeh məxsus 26 saylı mənzildən su axıdılması halı baş vermişdir və nəticədə birinci mənzilə zərər dəymişdir. Həmin zərər iddiaçı tərəfindən aradan qaldılıdığından iddiaçının Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair hüququ yaranmışdır. Odur ki, məhkəmə aşağıdakı qanunvericilik normalarına əsasən, hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişinin cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2651/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2651/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver