Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2676/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 6100 (altı min yüz) manat borc pulun və məhkəmə xərclərinə görə tərəfimdən ödənilmiş 81 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qazax rayonunun Sadıxlı kəndində qeydiyyatda olsada, hal- hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçı qeyd edir ki, ayrı-ayrı mülki işlər üzrə vətəndaşların ona külli miqdarda borcu olduğundan həmin şəxslərdən pulunu almaq məqsədi ilə mülki qaydada məhkəmədə iddia qaldırmaq üçün X5 Məhdud Məsuliyyətli Cəmiyyəti Hüquq Xidmətində özünü vəkil kimi təqdim edən şəxs Cavabdeh ilə tanış olmuşdur və bu tanışlıq zəminində Cavabdeh onun mülki işlərini həll edəcəyini ona bildirmişdir. Cavabdeh ilkin olaraq ona kredit müqaviləsi üzrə borclu olan şəxs X1 və İran İslam Respublikasının vətəndaşı X7 məhkəmə qaydasında pulunun alınması üçün 2014-cü ildə 500 ABŞ dollaı pul aldı və pulların məhkəmə qaydasında tələb edilməsi üçün Qazax rayon məhkəməsinə ərizə verildi, Qazax rayon məhkəməsinin xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli məhkəmə əmrləri çıxarıldı. O məhkəməyə verilən ərizələr əsasında heç bir məhkəmə iclaslarında iştirak etmədi, çünki hazırda qüvvədə olan Mülki Prossesual Məcəllənin müvafiq maddəsinin tələblərinə əsasən məhkəmə əmri çıxarılarkən tərəflərin məhkəmədə iştirakı tələb olunmurdu. Məhkəmə qərarları icra olunmadığı üçün iddiaçı dəfələrlə Cavabdehlə telefon əlaqəsi saxlayıb qərarların icrasını ondan tələb edirdi və iddiaçının tələbkarlığını görərək 2016-cı ildə borclu X2 Azərbayacn Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdiyini və idarənin əməkdaşları həmin şəxsi axtarışa verdiyini ona bildirdi. Bir müddət sonra o iddiaçıya zəng edərək “X3 Banditizimin əməkdaşları saxlayıb gəl görüşək” demiş və iddiaçı ilə cavabdeh görüşmüş nəticədə o iddiaçıya Banditizimin əməkdaşları həmin şəxsin tutulması üçün 2000 ABŞ dolları pul istəyirlər, əgər pulu versən sənin borcunu alıb qaytaracaqlar və məhkəmə qərarıda icra olunacaq dedi” İddiaçı da pulunun alınması üçün bütün təkiflərə razı idi çünki iddiaçı Cavabdeh Vəkillər Kollegiyasının üzvü vəkil kimi tanıyırmış və bu səbəbdən də Cavabdeh 2000 ABŞ dolları verib, amma buna baxmayaraq 2019-cu ilədək güya bu işlə bağlı araşdırma aparılır deyərək müxtəlif bəhanələrlə işini uzatmış, nəticədə iş alınmadı. 2019-cu ildə onlar yenidən görüşmüş və o iddiaçının yanında telefonla güya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi ilə telefonla danışmış və rəis bu işin həll edilməsi üçün ondan 5000 manat pul istədiyini, əgər pul verildiyi halda iddiaçının işinin qısa müddət ərizində həll ediləcəyini dedi və iddiaçı yenə də onunla razılaşdı çünki inanmış ki bu rəislə danışır. İddiaçının razılığına əsasən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Ayna Sultanova heykəlinin yanındakı parkada iddiaçı Cavabdeh 5000 manat pul verdi ki, o bu pulu Banditizimin rəisinə verəcək və həmin şəxs tutularaq iddiaçının pulu ondan alınacaq. Amma yenədə həmişə olduğu kimi Cavabdeh iddiaçını aldadaraq 2500 ABŞ dolları bir 5000 manat bir pulları vəzifəli şəxslərin adından alaraq iddiaçını aldatdı. İddiaçı bununla bağlı dəfələrlə hüquq mühafizə orqanlarına şikayət edəcəyini Cavabdeh bildirmişdi və nəticədə iddiaçıya pulunu qaytaracağına söz vermiş və şikayət etdiyi halda onu tutacaqlarını, pulunun da batacağını iddiaçıya bildirmişdir. Amma buna baxmayaraq özünü vəkil kimi təqdim edərək ayrı-ayrı qurumların rəhbər şəxlərinin adından qulluq mövqeyindən sui-istifadə edərək iddiaçıdan pul alaraq dələduzluq etdiyi üçün artıq iddiaçı hüquq mühafizə orqanlarına şikayət etmək qərarına gəlmişdir. İddiaçı Cavabdeh qanunsuz əməllərindən AR-nın DİN-nə və Baş Prokurorluğa müraciətlər etdim, etdiyim müraciətlər araşdırılması üçün Bakı şəhəri Binəqədi RPİnin 5-ci Polis Bölməsinə həvalə edildi. 5-ci PB-nin təhqiqtçısı tərəfindən izahatı alınan Cavabdeh öz izahatında göstərmişdir ki, tərəfimdən ona 1000 manat bir 1500 manat bir 5000 manat bir pul aldığını etiraf etmişdir. Sonra həmin 2400 manatını qaytarsada yerdə qalan məbləği vergi maliyyə intizamsızlığı sayaraq hüquq şirkətini riskli vergi vergi ödəyicisi siyahısına salaraq belə mübahisəli müştərilərə münasibətdə ancaq məhkəmə qətnaməsi olmadan pulun qaytarılması qanunsuz hesab edildiyindən qalan məbləği hüquq şirkətinində işi udulub, icra mərhələsi şirkətə aid oladığı göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Əli Əliyevin “cinayət işinin başlanmasının rədd edilməsinə” dair Qərarındanda göründüyü kimi cavabdeh məndən ümumilikdə 7500 manat pul almış onun 2400 manatını qaytarmış qalıq borcunu qaytarmamışdır. İddia ərizəsinə əlavə edilmiş X5 MMC-nin direktoru Cavabdeh tərəfindən “borcun etiraf edilməsinə dair” yazılmış əlyazmadan göründüyü kimi o, iddiaçıya qətnamələrin icra çıxarılaraq icra edildiyini, lakin icra sənədinin icrası gecikdiyi üçün iddiaçıdan aldığı 4500 manat pulumu kart hesabına xx.xx.2020-ci il tarixədək qaytaracağı öhdəliyini götürmüşdür. Amma buna baxmayaraq öhdəliyini bu günədək icra etməmişdir. Bundan əlavə Cavabdeh Polis bölməsində izahat verərəkən iddiaçıdan aldığı ümumilikdə 7500 manat pulu məhkəmə qərarlarının çıxarılması qarşlığında aldığını, qərarların icra edilməsi ilə bağlı heç bir öhdəlik götürmədiyini göstərsədə, lakin 4500 manat mənə qaytaracağı pulu icra sənədinin icrasının gecikməsi səbəbindən qaytaracağı öhdəliyini öz üzrənə götürmüşdür. Hesab edir ki, Cavabdeh məndən 1000-1500-5000 manat pul alması istər PB-nin qərarı istərsə də onun yazdığı əlyazma ilə sübuta yetirildiyindən onun həmin borcdan 2400 manat qaytardığı pulu çıxmaq şərtilə 6100 manat pul Cavabdeh alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh 5100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, «X5» MMC-nin Hüqüq Xidmətinin direktoru Cavabdeh vətəndaş İddiaçı etibarından sui-istifadə edib aldatma yolu ilə əmlakını ələ keçirərək dələduzluq etməsi öz təsdiqini tapmamışdır. Material üzrə toplanmış yuxarıda qeyd olunan sübutlarla müəyyən edilir ki, Cavabdeh təsisçisi olduğu «X5» MMC-nin Hüqüq Xidməti dövlət orqanlarında rəsmi surətdə qeydiyyatdan keçərək fəaliyyət göstərir. Vətəndaş İddiaçı iki məhkəmə işində hüquqi yardım göstərilməsi ilə bağlı vətəndaşla «X5» MMC-nin Hüqüq Xidməti arasında bağlanmış 04 yanvar 2012-ci il tarixli 002 saylı müqaviləyə əsasən xx.xx.2012-ci il tarixdə hüquq şirkəti borc tələbinə dair iki predmet üzrə İddiaçı ilə 002 saylı 2 illik müqavilə bağlayaraq 1000 manat xidmət haqqı keçirmiş və əlavə olaraq udulan halda 10.000 manat ödəməyi öhdəsinə götürmüşdür.Hər iki məhkəmə işi hüquqi şirkət tərəfindən icra olunmuş, 02,09.2014-cü il tarixli 2(004)-921 /2014 saylı Bakı şəhər Yasamal rayon məhkəməsinin əmri və Qazan rayon məhkəməsinin 25.01,2014-cü il tarixli 2(023)-448/2014 saylı ilə hər iki mülki iş udulmuş və 2014-cü ildə İddiaçı hüquq şirkətinə işlər udulduğu halda ödəməyi öhdəsinə götürdüyü 10.000 manatdan 5000 manat ödəmişdir. İcra mərhələsi uzun çəkdiyindən İddiaçı mübahisə yaradaraq dializ xəstəsi olduğuna görə 5000 manatı geri istəmişdir ki, icra ediləndə 10000 və daha çox 20000 manat ödəyəcəkdir ki, hətta ofisdə davada salaraq mübahisə yaratmışdır. Hüquq şirkətinin ziyanına 2400 manat geri qaytarılmış və bundan sonra vergi bu halı maliyyə intizamsızlığı sayaraq hüquq şirkətini riskli vergi ödəyicisi siyahısına salaraq belə mübahisəli müştərilərə münasibətdə ancaq məhkəmə qətnaməsi olmadan pulun qaytarılması qanunsuz hesab edildiyindən 'qalan məbləği hüquq şirkətinində ziyanına da olsa məhkəmə qətnaməsi olmadan geri qaytara bilməmişlər.Müştərinin məhkəmə işi udulub, icra mərhələsi şirkətə aid deyil, müştərilərdən əvəzsiz pul alınmayıb və vəzifəli şəxsin adından istifadə edilməyib. Mülki iş materiallarında olan , «X5» MMC-nin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 002/000 nömrəli məktubun surətindən görünür ki, İddiaçı ilə hüquq xidmətinə dair 002 saylı müqaviləyə əsasən İddiaçın xidmət göstərilərək 22 sentyabr 2014-cü il iş № 2(004)-9213/2014 saylı Bakı şəhəri Yasamal Rayon Məhkəmə əmri və Qazax Rayon Məhkəməsinin 25 avqust 2014-cü il tarixli, iş № 2(023)-448/2014 saylı qətnaməsinin İddiaçı xeyrinə udularaq icra göndərilmişdir. İcra məhrələsi uzandığından İddiaçı ödənilən pulun geri qaytarılması barədə ərizəsi qəbul edilmiş və qalmış 4500 manat pulun İddiaçı kart hesabına 1 oktyabr 2020-ci il tarixdə köçürülməsi qeyd edilmişdir. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər avabdeh tərəfindən iddiaçıya hüquqi xidmətin göstərilməsi ilə əlaqədar razılaşmışdırlar. İddiaçı tərəfindən cavabdehə bu məqsədlə 5000 manat məbləğində pul ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-9213/2014 saylı əmri və Qazax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(023)-448/2014 saylı qətnaməsi iddiaçının xeyrinə olaraq icraya yönəldilmiş, lakin icra mərhələsi uzanmışdır. Daha sonra cavabdeh məhkəmə aktlarının icrası mərhələsi uzandığına görə iddiaçı tərəfindən ona ödənilmiş 4500 manat məbləğində pulun geri qaytarılması ilə bağlı öhdəliyi etiraf etmişdir. Cavabdeh iddiaçıya 2400 manat məbləğində pulu geri ödəmişdir. İddiaçı cavabdehə 2500 dollar və 5000 manat məbləğində pulun ödənildiyini bildirsə də, bu hal məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda göstərilən müddəalarının tələblərini nəzərə alaraq məhkəmə belə qənaət gəlir ki, Cavabdeh Hüsyen oğlu iddiaçı tərəfindən ona ödənilmiş 5000 manat məbləğində pulun ödənilməsinə dair sərbəst iradəsini ifadə etmiş və üzərinə öhdəlik götürdüyünə baxmayaraq öhdəliyini icra etməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməli, Cavabdeh 2600 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ğdənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2600 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2676/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2676/2022
10.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver