Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-268/2025 24.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakların paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakların paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən **********28- 05301-093036 reyestr nömrəli, ünvan 1 ünvanında yerləşən 152 nömrəli mənzilin ½ hissəsi (qeydiyyat nömrəsi: **********) paylı mülkiyyət hüququ əsasında İddiaçı, geriyə qalan hissəsi isə Cavabdeh məxsusdur. Hazırda iddiaçı öz mülkiyyətində olan müvafiq əmlak üzrə paydan istifadə etməkdə çətinlik çəkir. Əmlakın digər mülkiyyətçisinin olması onun mülkiyyət hüquqlarını maneəsiz həyata keçirməsini mümkünsüz edir. Belə ki, tərəflər əmlakın istifadə qaydası barədə razılığa gələ bilmirlər, bu da hər iki tərəfin haqlı narazılığına səbəb olur. Qeyd edilənlərə görə, iddiaçı ünvan 1 ünvanında yerləşən 152 nömrəli mənzil üzrə müvafiq çıxarış əsasında ona məxsus olan payını satmaq qərarına gəlmiş və qanunvericiliyin tələblərini gözləməklə həmin ½ hissə payının alınmasını üçüncü şəxsdən əvvəl cavabdehə təklif etmişdir. Qeyd edilənlərə dair xx.xx.2024-cü il tarixli bildiriş cavabdehə rəsmi qaydada ünvanlanmış (qoşmaya əlavə edilir), lakin aradan kifayət qədər vaxt keçməsinə baxmayaraq cavabdehdən hər hansı cavab alına bilməmişdir. Bu səbəbdən, məsələnin qanuni yolla həll edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 152 nömrəli mənzilin paylı mülkiyyət hüququ əsasında ½ hissəsinin İddiaçı, ½ hissəsinin isə Cavabdeh naturada ayrılması, bu mümkün olmadıqda əmlakların qiymətləndirilməsi və açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaitinin paylara mütənasib bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4915/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66B, 152 saylı mənzilin üzərində X2 ½ hissədə, ½ hissədə isə Cavabdeh pay hüququ tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında olan 58.20 kv.m ümumi sahədən ibarət 152 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 03 may 2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 17 may 2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı müvafiq daşınmaz əmlak üzrə ********** qeydiyyat nömrəsi ilə ona məxsus olan ½ hissə payının alınmasını Cavabdeh təklif etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2024-cü il tarixli, 10/6733 nömrəli rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-2946-cı məhəllə, 66B saylı evin, 152 nömrəli mənzilin tərəflərin paylarına uyğun naturada ayrılmasının “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları” nın 5.2, 5.5., 5.6., 5.7, və 5.8 bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-tikintitexniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli, QCM/A 012-034/24 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1, mənzil 152 (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanının 03 sentyabr 2024-cü il tarixinə likvid dəyəri 105000 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66B, 152 saylı mənzil üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh mülkiyyət hüquqları müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ünvan 1, mənzil 152 (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanının 03 sentyabr 2024-cü il tarixinə likvid dəyəri 105000 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ümumi paylı əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir və tərəflər arasında iddia tələbində göstərilən mənzilin məhkəmədən kənar satılması barədə razılıq əldə olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2024-cü il tarixli, 10/6733 nömrəli rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-2946-cı məhəllə, 66B saylı evin, 152 nömrəli mənzilin tərəflərin paylarına uyğun naturada ayrılmasının “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları” nın 5.2, 5.5., 5.6., 5.7, və 5.8 bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə yuxarıda qeyd edilmiş mülki qanunvericilik normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payları müəyyən edildiyindən və həmin mənzilin dəyəri mütəxəssis rəyinə əsasən müəyyən edildiyindən, həmçinin tərəflər arasında əmlakın məhkəmədənkənar satılması ilə bağlı razılıq olmadığından, həmçinin həmin əmlakın naturada bölgüsü mümkün olmadığından ünvan 1, (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında yerləşən 152 nömrəli mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə həmin əmlak açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1, (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında yerləşən 152 nömrəli mənzilin ilkin satış qiyməti 105000 ünvan 1, (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında yerləşən 152 nömrəli mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-268/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-268/2025
24.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver