Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2689/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4045 manat məbləğində pul vəsaitinin və 60 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il, saat 17:15-də Bakı şəhəri ərazisində Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius minik” markalı, **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçı tərəfindən “Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası” üzrə CSH200422654 nömrəli sığorta şəhadətnaməsi əsasında sığortalanmış “Mitsubishi L200 minik” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “Mitsubishi L200 minik” markalı, **-AX-*** dövlət nömrə nişanlıavtomobilə vurulmuş maddizərər 9345,00 manat təşkiledir. Hadisə zamanı Cavabdeh tərəfindən dəymiş zərərin 5000 manat hissəsi ödənilmişdir. Məbləğin 4345 manat hissəsi isə ödənilməmiş qalmışdır. Hadisə üzrə, "xxxx" ASC tərəfindən CSH151894 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 300 manat şərtsiz azadolma məbləğiçıxılaraq 4045 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş, cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olduğundan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2689/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında yol-nəqliyyat hadisəsini törətdiyini etiraf etmişdir. Həmçinin qeyd etmişdir ki, həmin vaxt zədələnən maşının sığorta şirkətinin əməkdaşları ona idarə etdiyi maşının sığorta şirkətinə zəng etməməyi bildirmiş və bildirmişlər ki, zədələnən maşın "xxxx" ASC-də ikitərəfli sığorta olunduğu üçün dəymiş zərər onlar tərəfindən ödəniləcəkdir. Ona görə də, həmin vaxt o, maşına dəymiş zərəri mübahisələndirməmişdir. Əslində avtomaşına iddia ərizəsində göstərilən məbləğdə ziyan dəyməmişdir, ziyanın bir hissəsi maşının mülkiyyətçisinin sığorta şirkəti tərəfindən ödənilmişdir. Onun isə hazırda iddia ərizəsində tələb edilən məbləği ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: CSH200422654 saylı,xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsindən gprünür ki, "xxxx" MMC-yə məxsus “Mitsubishi L 200” markalı, 77AX534 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC tərəfindən sığorta edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərruatları barədə Arayışdan görünür ki, yolnəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə, saat 17:15-də Bakı şəhərində baş vermiş, hadisə vaxtı təqsirli olan şəxs “Toyota Prius” minik markalı, 77DN679 dövlət qüydiyyat nişanlı avtomobili idarə edən sürücü Cavabdeh olmuşdur, Cavabdeh avtomobili etibarnamə əsasında idarə etmişdir, hadisə nəticəsində zərər vurulan avtomobil "xxxx" MMC-yə məxsus “Mitsubishi L 200” markalı, 77AX534 dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. İnzibati xəta haqqında İXP-5644550 saylı protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:15 radələrində “Toyota Prius” markalı avtomaşının sürücüsü X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. "xxxx" MMC tərəfindən verilmiş Yekun Qüsur aktından görünür ki, “Mitsubishi L 200” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı 9345 manat xərc çəkilmişdir. CSH151894 saylı Sığorta aktından və Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim Aktından görünür ki, "xxxx" ASC tərəfindən 4045,00 manat sığorta ödənişi "xxxx" MMC-yə ödənilmişdir. Bu zaman qüsur aktında nəzərdə tutulan 9345 manat məbləğdən ZBT151297 üzrə ödənmiş 5000 manat və 300 manat azadolma məbləği çıxılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iş materialları ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, hadisədə Cavabdeh təqsirli olması və hadisə nəticəsində zədələnən avtomobilə dəymiş ziyanın 9345 manat məbləğində qiymətləndirildiyi, həmin məbləğin 4045 manatınının iddiaçı "xxxx" ASC tərəfindən ödənildiyi sübut olunmuşdur. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, hadisədən sonra "xxxx" ASCnin əməkdaşları ona idarə etdiyi maşının sığorta şirkəti olan "xxxx" ASC-yə zəng etməməyi və zədələnən maşın "xxxx" ASC-də ikitərəfli sığorta olunduğu üçün dəymiş zərərin onlar tərəfindən ödəniləcəyini bildirmişdir. Ona görə də, həmin vaxt o, maşına dəymiş zərəri mübahisələndirə bilməmişdir. Lakin, cavabdeh idarə etdiyi maşının sığortalandığı şirkətə müraciət etmək imkanı olmadığını bildirsə də, iş materialları ilə müəyyən edilmişdir ki, qüsur aktında nəzərdə tutulan 9345 manat zərərin 5000 manatı icbari sığorta qaydasında ödənilmişdir, bu faktı hazırlıq iclasında cavabdeh özü də təsdiq etmişdir. Digər tərəfdən sığorta şirkətinin əməkdaşlarının zərərin sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirməsi, sonradan sığorta şirkətini subroqasiya qaydasında ödənilmiş sığorta məbləğinin tələb edilməsi hüququndan məhrum etmir. Məhkəmə qeyd edir ki, cavabdeh hazırda avbtomobilə dəymiş ziyanın məbləğini mübahisələndirsə də, ziyanın məbləği ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı sığortaçı tərəfindən müəyyən edilir. Odur ki, qüsur aktının "xxxx" ASC tərəfindən sifariş edilməsi özlüyündə həmin aktda müəyyən edilən qiymətin mübahisələndirilməsi üçün əsas deyil. Digər tərəfdən iş materiallarında cavabdehin yolnəqliyyat hadisəsi zamanı zədələnmiş “Mitsubishi L 200” markalı avtomobilə dəymiş ziyan hesablanarkən qiymətləndirmədə iştirak etmək, məbləğlə tanış olmaq və mübahisələndirmək, alternativ qiymətləndirmə həyata keçirmək imkanından məhrum olmasına dair heç bir sübut aşkarlanmamışdır. Qeyd edilələrə əsasən məhkəmə hesab edir ki, iddiaçı “Xalq Sığorta ASC-nin yol nəqliyyat hadisəsi zamanı zərərçəkən şəxsə dəymiş 4045 manat məbləği ödədiyi sübut olunduğundan, yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələbinə əsasən sığorta ödənişini həyata keçirmiş iddiaçı yol nəqliyyat hadisəsini törətmiş cavabdehdən 4045 manat məbləği subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4045 manat pul vəsaiti və 60 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-2689/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2689/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver