Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-271/2023 10.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında bağlanmış əqd üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 9000 (doqquz min) manat maddi ziyan, avtomobilin təmirinə xərclənmiş 5000 manat, 132 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cəmi 14132 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və X1 tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 9500 manat, avtomobilin təmirinə 5000 manat, 132 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cəmi 14632 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və X1 tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, özü fərdi qaydada avtomobil təmiri və satışı ilə məşğul olur, 2021-ci ilin noyabr ayında “tap.az” saytında gördüyü elandan hazırki iş üzrə Cavabdeh2 2011-ci il buraxılışlı, **-ZF-*** dövlət qeydiyyat nişanlı qəzalı vəziyyətdə olan “Hyundai Elantra” markalı avtomobili razılaşaraq almışdır, həmin vaxt avtomobil etibarnamə üzrə Cavabdeh2 idi, lakin özgəninkiləşdirmə səlahiyyəti verilmiş baş etibarnamə vermək üçün iş üzrə digər Cavabdeh1 gəlmiş və ona etibarnamə vermişdirlər, qəzalı vəziyyətdə olan avtomobilə 5000 manat xərcləmişdir, belə ki, saytda da avtomobilin arxa hissəsinin qəzalı olduğunu görmüşdür, avtomobil arxadan vurulmuşdur, həmin avtomobili almış, avtomobilin alınması üçün 9500 manat Kürsümə vermişdir, bunu o özü də bildirir, avtomobilə vurulmuş zərər kimi isə 5000 manat istəyir, belə ki, avtomobilin motor hissəsindən səs gəldiyi üçün, motor hissəsini də təmir etdirmiş, motora görə 1200 manat, qalan 3800 manat isə arxa hissəyə dəymiş ziyana görə - disk, təkər, boya, kimyəvi təmizlənmə, usta xidməti və digər hissələrə xərcləmişdir, təmizləməyə görə 100 manat, boyaya görə 300 manat, disk təkərə görə 150 manat, boya ustasına 1000 manat, dəmirçiyə 1000 manat, elektrik işi üçün 50 manat ödəmişdir, bir neçə ay ərzində təmir və bərpa edərək 2022-ci ilin may ayında pul lazım olduğu üçün ona 14.000 manata başa gəldiyi halda dəyərindən aşağı internetdə satışa qoymuş, avtomobili X3 13.500 manata satmışdır, avtomobillə bağlı Coşqun Ləzgiyevə baş etibarnamə vermiş, təxminən 8-10 gündən sonra avtomobili satdığı şəxs mənə zəng edərək həmin etibarnamənin ləğv edildiyini bildirmişdir, o da öz növbəsində avtomobili ona satmış şəxslərə Cavabdeh2 və Cavabdeh1 zəng edərək niyə belə etdiklərini soruşmuşdur, Cavabdeh2 etibarnaməni Əlinin ləğv etdirdiyini və məsələni həll edəcəyini bildirmişdir, hadisənin üstündən nə qədər müddət keçməsinə baxmayaraq onlar yeni etibarnamə verməmişlər, ona dəymiş zərəri ödəməmişdirlər, avtomobili alan şəxs isə özü Abşeron Rayon Məhkəməsinə müraciət edərək avtomobilə ödədiyi 13.500 manatı ondan istəmişdir, onun iddiası təmin olunmuş, bu barədə qətnamə çıxarılmışdır, hazırda avtomobilə görə Kürsümə ödədiyi 9500 manat və avtomobilə görə çəkdiyi xərci digər cavabdehdən istəyir, belə ki, o avtomobili öz puluna təmir etdirmişdir, lakin avtomobil hazırda onda deyildir, ona zərər dəymişdir, həm maşını, həm pulu getmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, “Hyundai Elantra markalı” **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alanda onu Sarayevdə ustaya aparmışdır, bu zaman ona demişdirlər ki, motorda səs var, düzəlməlidir, lakin bunun üçün pulu olmamışdır, bu səbəbdən düzəltdirməmişdir, maşın sürüləsi vəziyyətdə olduğu üçün sürmüşdür, ondan istifadə etmişdir, İddiaçı həmin maşın üçün 500 manat beh, 9000 manat nəğd olaraq, ümumilikdə 9500 manat pul almışdır, bunu qəbul edir, dəfələrlə cavabdeh Orxanın atasının evində olmuş, bu barədə onunla da danışıqlar aparmışdır, avtomobili kirayəyə götürməmişdir, onu almışdır, bu barədə ödənişlər də var, əgər almamışdısa, X9 Elşada etibarnamə verməzdi, barəsində çıxan digər məhkəmə qətnaməsindən isə məlumatı olmamışdır, bu barədə yeni öyrənmişdir, həmin qətnamədən şikayət vermişdir, avtomobili idarə edərkən qəza olmuş, sığorta gəlmiş fotoşəkillər çəkmişdir, təqsirkar özü yox, digər şəxs olmuşdur, ona görə ona 5000 manat sığorta ödənişi edilmişdir. Sonda Cavabdeh2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Həmçinin Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, İddiaçı sözü gedən NV-si üçün 500 azn beh, 9000 azn nağd olaraq, ümumilikdə 9500 manat aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi izahatında bildirmişdir ki, avtomobil oğlunun adına olsa da, etibarnamə əsasında hər şeyi özü etmişdir, bu səbəbdən hazırki işdə də özü çıxış edir, “Hyundai Elantra markalı” **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əvvəlcə özü taksi fəaliyyəti ilə məşğul olmuşdur, daha sonra Cavabdeh2 ona yaxınlaşaraq, avtomobili ona kirayəyə verməsini istəmiş, bildirmişdir ki, qadın sürücülük kursu işlədir, o da, avtomobili etibarnamə ilə kirayəyə Cavabdeh2 vermişdir, xanım təlim keçmək üçün avtomobili ondan istəmiş, o da razılaşmışdır, 8 ay ərzində ona 8000 manat pul vermişdir, avtomobil bu zaman saz vəziyyətdə olmuşdur, daha sonra pandemiya dövrü olmuş, işləyə bilməmişdir, bu səbəbdən Kürsüm ona pul ödəməmişdir, bu zaman onunla danışmış, iş olmadığı üçün ona güzəştə getmişdir, daha sonra avtomobil Kürsüm tərəfindən idarə olunarkən Dərnəgüldə qəza baş vermişdir, Kürsüm də ondan maşını istəmiş, 20000 manat verəcəm demişdir, o da satmışdır, lakin 7 ay ərzində 1600 manat pul vermişdir, Kürsüm qəzalı vəziyyətdə avtomobili satışa qoymuş, Elşad avtomobili ondan almışdır, daha sonra Elşad avtomobili təmir etmiş, 7 ay sonra təmir edilmiş vəziyyətdə maşını satılığa qoymuşdur, 13.500 manata Elşad maşını Coşquna satmışdır, Elşad və Coşqunu tanımır, daha sonra oğlu Orxan, avtomobilin təmirli şəkildə satışa qoyulduğunu görmüş, bu səbəbdən Gənclikdə notariusda etibarnaməni ləğv etdirmişdir, Kürsüm anası ilə onlara gəlmiş, danışmışdırlar, hazırda maşınını istəyir, Elşada pul verməli deyil, maşını isə Coşqundan istəyə bilməz, çünki maşını ona o satmamışdır, maşını Kürsümə vermişdir, həm də saz vəziyyətdə vermişdir, lakin o qadındır deyə sürə bilməmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1978-ci il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirdi ki, ustadır, iddiaçını tanıyır, onunla bir yerdə işləyirlər, onun gətirdiyi metallik rəngli “Hyundai” markalı avtomobil qəzalı vəziyyətdə olmuş, arxa hissəsi əzik olmuşdur, avtomobilin dəmir işini görmüşdür, bufer, stop işığı, panel və s. hissələrini dəyişmişdir, bu hissələri özü alıb gətirmiş, hamısına 2000 manat pul vermişdir, Elşad özünə isə zəhmət haqqı kimi 1000 manat pul vermişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.2001-ci il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirdi ki, özü ustadır, motoristdir, Xırdalan şəhərində yanacaq doldurma məntəqəsinin yanında işləyir, iddiaçı onun müştərisi olmuşdur, onun yanına metallik rəngli 502 nömrəli “Hyundai” markalı avtomobil gətirmişdir, avtomobilin motorundan səs gəldiyi üçün onu təmir etmişdir, yağ filterini və s. dəyişmişdir, 1000 manat xərci çıxmışdır, zəhmət haqqı kimi isə 500 manat almışdır, 12 gün avtomobilin üzərində işləmişdir, avtomobil ona gətirilən zamanı vuruğu, əziyi yox idi, yaxşı düzəldilmişdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1983-cü il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirdi ki, iddiaçını tanımır, 502 nömrəli metallik rəngli “Hyundai” markalı avtomobili internetdə saytda görmüşdür, avtomobil arxa hissədən vurulmuş, təmir olunmuşdur, 100 manat beh verərək, ona dair etibarnaməni almışdır, avtomobili 13500 manata alımışdır, lakin pulu verdikdən sonra etibarnamənin ləğv olunduğu bilmişdir, bu barədə cavabdehlərlə danışmış, bildirmişlər ki, xanımın borcu olduğu üçün etibarnamə ləğv edilmişdir, bu səbəbdən hazırki iddiaçı Elşadı məhkəməyə vermiş, ondan pulunu tələb etmişdir, həmin markalı avtomobilin adi halda qiyməti 17000-18000 manat ola bilər, hazırki mübahisəli avtomobil isə 13500 manat olar, avtomobilə 300-500 manat arası xərc çəkmiş, yağını dəyişmişdir, avtomobil hazırda özündə, evinin həyətindədir, ondan heç istifadə etmir. İş materiallarında olan AD 851994 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90ZF502 dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” xüsusi təyinatlı təlim avtomobilin sahibi Cavabdeh1dur. İş materiallarında olan 20 avqust 2020-ci il tarixdə verilmiş ƏN-İV 735932 №-li “nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında” etibarnamədə görünür ki, mülkiyyətçi Cavabdeh1 Cavabdeh2 xx.xx.2028-ci il tarixədək **-ZF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili idarə etmək səlahiyyətini vermişdir. İş materiallarında olan “Xalq Sığorta” tərəfindən məhkəməyə ünvanlanmış 24 yanvar 2023-cü il tarixli 05/01-176 №-li məktubdan görünür ki, sığortalı “Howo” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixində Bakı şəhəri Nərimanov rayonu ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən Cavabdeh1 “Hyundai Elantra markalı” **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi xx.xx.2021-ci il tarixində ödənilmişdir. İş materiallarında olan Salyan rayon Məhkəməsinin 2(057)-1482/2022 saylı 09 sentyabr 2022-ci il tarixli Qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, **-ZF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobil Cavabdeh2 alınaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-4385/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 13.500 manat məbləğində pul iddiaçı X3 qaytarılması qət edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı X5 “tap.az” elan saytında satışa qoyulan “Hyundai Elentra” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almaq üçün cavabdeh İddiaçı ümumilikdə 13500 manat məbləğində pul vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, "Hyundai Elentra" markalı avtomaşına dair cavabdeh İddiaçı tərəfindən iddiaçıya verilmiş etibarnamə dörd gendən sonra “Hyundai Elentra” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 tərəfindən ləğv edilmiş və nəticədə Coşqun Ləzgiyev həm sözügedən avtomobildən, həm də cavabdeh İddiaçı ümumilikdə 13500 manat məbləğində ödədiyi puldan məhrum olmuş, verdiyi pulu tələb etsə də pul ona qaytarılmamış və göstərilən xüsusatlar tərəflərin izahatı və iş materialları ilə tam təstiq olunur. Odur ki, cavabdeh İddiaçı heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, məhkəmə hesab edir ki, cavabdeh İddiaçı 13500 manat pul alınaraq iddiaçı X3 ödənilməlidir. Həmçinin həmin qətnamədən görünür ki, şahid qismində cəlb edilmiş Cavabdeh2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, o, avtomobili Heydərov Əli adlı şəxsdən etibarnamə ilə almışdır. O, təlimçi kimi fəaliyyət göstərir və maşından təlim keçmək üçün istifadə edir. Cavabdeh1 onun tələbəsi olmuşdur. Orxan ona avtomobillərini satdığını bildirmiş və o, Orxanın atası Əli adlı şəxs ilə hər ay 1000 manat ödəniş etməklə ümumi 17 000 manat ödəməklə maşını almaq barədə razılığa gəlmişdir. O, 15 ay ödəniş etdikdən sonra avto-qəza törətdim və nəticədə avtomobilə ziyan dəymişdir. Bu səbəbdən də, avtomobili qəzalı vəziyyətdə internetdə satışa qoymuş və maşını İddiaçı 9000 manata satmışdır. Eyni zamanda, sığortadan da, 5000 manat pul almışdır. Bu puldan 1600 manatı Heydərov Əliyə vermişdir. Məlumat üçün bildirir ki, o, ödənişləri əlbəəl etdiyi üçün ödənişlərlə bağlı heç bir sübutu yoxdur. Heydərov Əli borcla bağlı o, ödəniş etdikcə öz dəftərində qeydlər aparsa da, hal-hazırda Heydərov Əli dəftərin itdiyini bildirmişdir. Halhazırda nə Heydərov Əli nə də ki, Cavabdeh1 ilə heç bir əlaqəsi yoxdur. X12 350 manat borcu qalmışdır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 132,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Hyundai Elantra” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur, o, 20 avqust 2020-ci il tarixli etibarnaməyə əsasən digər Cavabdeh2 xx.xx.2028-ci il tarixədək həmin avtomobili idarə etmək səlahiyyəti vermişdir, xx.xx.2021-ci il tarixində avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən – avtomobilin sahibi Cavabdeh1 “Hyundai Elantra markalı” **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000 manat sığorta ödənişi ödənilmiş, həmin məbləğ sonuncunun razılığı ilə Cavabdeh2 tərəfindən alınmışdır, avtomobil həmçinin etibarnamə əsasında İddiaçı verilmiş və bu məqsədlə də Cavabdeh2 ondan 9500 (500 manat beh, 9000 manat satış) manat pul almışdır, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin arxa hissəsinə zərər dəymişdir və avtomobil belə vəziyyətdə iddiaçıya verilmişdir, İddiaçı tərəfindən avtomobil təmir olunmuşdur və bu məqsədlə də 3800 manat xərc çəkilmişdir, o avtomobili satmaq məqsədilə Coşqun Ləzgiyevdən 13500 manat pul almış, Abşeron rayon Məhkəməsinin 2(012)-4385/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən, həmin 13.500 manat məbləğində pulun İddiaçı alınaraq C.Ləzgiyevə qaytarılması qət edilmişdir, Salyan rayon Məhkəməsinin 2(057)-1482/2022 saylı 09 sentyabr 2022-ci il tarixli Qətnaməsinə əsasən, **-ZF-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilin Cavabdeh2 alınaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir, Cavabdeh2 iddiaçıdan cəmi 9500 manat məbləğində pul aldığını etiraf edir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır, hazırki mübahisə avtomobilin motor hissəsinin təmirinə xərclənmiş məbləğlə bağlıdır və bu məbləğ 1200 manat təşkil edir. Bununla belə, iddiaçı tərəfindən ödənilmiş məbləğin qaytarılmasını, həmçinin avtomobilin digər hissəsində (motor) yaranmış nasazlığın cavabdehlərin təqsiri üzündən baş verməsini təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin Cavabdeh2 qarşı olan hissəsinə münasibətdə qeyd ki, cavabdeh qanuni əsas olmadan avtomobili satmaq adı ilə iddiaçıdan aldığı pul məbləği müqabilində əsassız varlanmışdır ki, bu da onun həmin məbləğ üzərində əmlak hüququnu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə Cavabdeh2 qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə, iddia tələbinin Cavabdeh1 qarşı hissəsinə münasibətdə isə qeyd edir ki, Cavabdeh1 tərəfindən ona mülkiyyət hüququ ilə məxsus olan avtomobili qəzalı vəziyyətdə iddiaçıya etibar etməsi, iddiaçının avtomobili təmir edərək üçüncü şəxsə satma adı ilə verməsi, sonda isə cavabdehin avtomobilə dair mülkiyyət hüququnu istisna edən halların olmaması, yaranmış hüquq münasibətləri üzrə, o cümlədən avtomobilin təmiri üçün çəkilmiş xərclər həddə mülkiyyətçiyə qarşı tələb hüququ yaradır. Başqa sözlə desək, iddiaçı öz vəsaiti hesabına cavabdehin əmlakının dəyərini artırdığından, o, çəkdiyi xərclərinin əvəzinin ödənilməsini də tələb etməklə haqlıdır. Məhkəmə, avtomobilə çəkilmiş təmir xərcininin məbləğinə münasibətdə isə qeyd edir ki, xərclənmiş vəsait tutularkən, cavabdehlər tərəfindən iddiaçıya verildiyi vaxt avtomobilin vəziyyəti, təmir-bərpa xərclərinin vurulmuş zərərə mütənasibliyi, tərəflər arasında yaranmış münasibətlərindən irəli gələn öhdəliklər nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəsiz hal kimi müəyyən olunan yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvəzi kimi xərclənmiş 3800 manat məbləğ, bu məqsədlə ağlabatan həddədir. Məhkəmə, avtomobilin motor hissəsinin təmiri üçün çəkilmiş xərcin tutulmasına münasibətdə isə qeyd edir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır və belə sübutlar, avtomobildə yaranmış qüsurun bilavasitə avtomobilin iddiaçıya təhvil verilməsindən sonra iddiaçının ixtiyarında olduğu, təmirə saxlandığı dövrdə və ya avtomobilin iddiaçıya verildiyi tarixə qədər yaranmış hallarla bağlıdır, lakin iş materialları ilə belə hallar məhkəmə tərəfindən müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən avtomobilin arxa hissəsində olan zərərin aradan qaldırılması məqsədilə ödənilmiş 3800 manat avtomobilin sahibi Cavabdeh1 tərəfindən alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə (motora görə ödənilmiş 1200 manat hissədə) rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.6-cə maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 9500 manat, Cavabdeh1 3800 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehlərin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissədə cavabdehlərə aid edilməli, iddia tələbinin təmin edilmiş hissəsi (9500; 3800) nisbətinə uyğun olaraq Cavabdeh2 dövlət rüsumu qismində ödənilmiş 93 manat, Cavabdeh1 37 manat alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 9500 (doqquz min beş yüz) manat, Cavabdeh1 3800 (üç min səkkiz yüz) manat alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumu qismində ödənilmiş 93 (doxsan üç) manat Cavabdeh2 və 37 (otuz yeddi) manat Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-271/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-271/2023
10.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver