Məhkəmə qərarları › İş №e-2(011)-2718/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2718/2023

28.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2718/2023 28.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı “pul və daşınmaz əmlaka mülkiyyət hüququn tanınması” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlkin iddia tələbi: İddiaçı Cavabdeh qarşı – iddianı təmin edərək, ünvan 1 ünvanıda yerləşən 83 saylı mənziliin Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunaraq, iddiaçının həmin mənzil üzərində ½ hissədə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 53, 149 və 150-ci maddələrinə əsasən, Cavabdeh 40780,23 manat məbləğində pulun tutularaq, İddiaçı Fizuli qızına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin (dəyişdirilmiş) iddia tələbinin dəlilləri: İddiaçı ilkin iddia tələbini dəqiqləşdirdikdən sonra onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdehla xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş No- 2(011)-925/2023) qətnaməsi ilə aralarındakı nikah pozulmuş və X7 anasının yanında qalması qət olunmuşdur. Tərəflər arasında payın ayrılmasının tələb olunduğu əmlak ünvan 1 ünvanıda yerləşən 83 saylı mənzili cavabdeh onların nikahından əvvəl, xx.xx.2015-ci il tarixli, 100.CL.240215.00001/a nömrəli “alqısatqı və ipoteka müqaviləsi” əsasında almışdır. Müqavilədən görünür ki, mənzilin qiyməti 84.700,00 manat olmuşdur. Cavabdeh mənzilin qiymətinin 34.700,00 manat məbləğində hissəsini özü ödəmiş, qalan 50.000,00 manat məbləğində hissəsi isə Kreditor-İpoteka saxlayan "xxxx" ASC-dən (Bank) borc alınmaqla ödənilmişdir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Banka sonuncu ödəniş 2017-ci ilin dekabr ayında edilmiş və alınmış borca görə bank faizləri ilə birlikdə cəmi 59.720,67 manat məbləğində pul qaytarılmışdır. Həmin ödənişin 54.512,68 manat hissəsi onların birgə nikahı dövründə ailənin ümumi qazancı (gəliri) hesabına ödənilmişdir (may 2016- dekabr 2017-ci il). Cavabdeh tərəfin də etiraf etdiyi kimi bankdan alınmış borc Cavabdeh olmuş, İddiaçı aidiyyəti olmamışdır. Lakin həmin borcun 91 faizdən çox hissəsi birgə nikah dövründə ailənin ən azı ½ hissəsi iddiaçıya aid olan birgə gəlirləri hesabına ödənildiynə görə, deməli, İddiaçı Azərbaycan Respublikası MM-nin 431-ci maddəsinin mənası baxımından, üçüncü şəxs qismində Cavabdeh şəxsi öhdəliyini icra edərək, borcunun ödənilməsində iştirak etmiş və onun əvəzindən 27.256,34 manat pul ödəmiş və nəticədə Cavabdeh iddiaçının hesabına pul əldə edərək faydalanmaqla əsassız valanmış, onun iddiaçıya həmin məbləğdə borcu yaranmışdır. Bankın borcunun ödənilməsi 2017-ci ilin dekabr ayında başa çatmışdır, ona görə də Cavabdeh iddiaçı qarşısında borcu ödəmək öhdəliyi həmin vaxtdan etibarən yaranmışdır. Qeyd edilir ki, MM-nin 449-cu maddəsinin tələbinə görə, başqa şəxsin hesabına əsassız pul əldə etməklə (əsassız varlanmaqla faydalanmış) şəxs həmin vəsaitin məbləğindən Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə faizlər ödəməlidir. Yuxarıda göstərildiyi kimi, Cavabdeh şəxsi borcunun bir hissəsi ailənin birgə gəliri hesabına vaxtından əvvəl (borc 25 il müddətinə verilmişdir) ödənildiyindən, o, əlavə faiz ödəməmiş və nəticə etibarı ilə əlavə pul itkisinə məruz qalmamış, bununla da faydalanmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində www.cbar.az/infoblocks/corridor_percent?year) yerləşdirilmiş məlumatlara əsasən, 2018/23-cü illər üçün müəyyənləşdirilmiş uçot faiz dərəcəsi qeyd olunan illər üzrə orta hesabla aşağıdakı kimi olmuşdur: - 2018-ci il üçün 10,94 %; - 2019cu il üçün 8,38 %; - 2020-ci il üçün 6,75 %; - 2021-ci il üçün 6,92 %; -2022-ci il üçün 7,88 % və - 2023-cü ilin ötən dövrü üçün 8,75 %. Cavabdehin İddiaçı olan 27.256,34 manat məbəlğində əsas borcunun qeyd Göstərilən uçot faiz dərəcələri nəzərə alınmaqla, illər üzrə faiz məbləğləri aşağıdakı kimidir: - 2018-ci il üçün 10,94 % - 2.981,84 manat; - 2019cu il üçün 8,38 %- 2.284,08 manat; - 2020-ci il üçün 6,75 %- 1.839,70 manat; - 2021-ci il üçün 6,92 %- 1.886,14 manat; -2022-ci il üçün 7,88 %- 2.147,20 manat və - 2023-cü ilin ötən dövrü üçün 8,75 %- 2.384,93 manat olmaqla, ümumi faiz borcu 13.523,88 manat təşkil edir. Beləliklə, Cavabdeh İddiaçı ümumilikdə 40.780,23 manat borcu yaranmışdır və həmin pul ondan tutularaq, iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbi: İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək– 8277 manat əmanət üzərində tərəflərin bərabər paylarının müəyyən edilməsi və 4138,5 manat İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh daha sonra məhkəməyə qarşılıqlı iddia ərizəsi üzrə tələblərin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 8277 manat əmanət üzərində tərəflərin bərabər paylarının müəyyən edilməsi və 4138,5 manat İddiaçı alınaraq Cavabdeh verilməsi, Bakı şəhəri, Səbail rayonu, Qəsr küç, ev 13, 4 saylı mənzilin aralarında bölünməsi, mənzilin ikidə bir hissəsinə Cavabdeh mülkiyyət hüququnun tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələblərinin dəlilləri: Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraatda olan İddiaçı Cavabdeh qarşı “payın müəyyən olunması” tələbi üzrə e-2(011)-2718/2023 saylı mülki iş vardır. İş üzrə iddia ərizəsini xx.xx.2023-cü il tarixində məhkəmə iclasında əldə edilmişdir. Məhkəmənin xx.xx.2023 tarixli e-2(011)-2718/2023 saylı qərardadı ilə hər iki tərəfin bəzi banklarda olan əmanətləri barədə məlumatların sorğu edilməsi qərara alınmışdır. Qeyd edilir ki, əvvəlki dövrlərdə qoyulmuş əmanətlərin təkrar əmanətə qoyulması nəticəsində xx.xx.2022 tarixində İddiaçı adına "xxxx" ASC-də 35000 manat əmanət qoyulmuş, bu əmanət xx.xx.2023-cü il tarixində faizlərlə birlikdə 38895 manat olmaqla İddiaçı tərəfindən çıxarılmışdır. Eyni zamanda əvvəlki dövrlərdə qoyulmuş əmanətlərin təkrar əmanətə qoyulması nəticəsində xx.xx.2021 tarixində Cavabdeh adına “X12” ASC-də 30000 manat əmanət qoyulmuş, bu əmanət xx.xx.2022-ci il tarixində faizlərlə birlikdə 30618 manat olmaqla Cavabdeh tərəfindən çıxarılmışdır. Belə ki, 38895 manat İddiaçı, 30618 manat Cavabdeh tərəfindən çıxarıldığından, İddiaçı xeyrinə fərqi təşkil edən 8277 manat əmanət üzərində tərəflərin bərabər payları müəyyən edilməli və 4138,5 manat İddiaçı alınaraq Cavabdeh verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə tələblərin həcminin artırılması barədə ərizə ilə müraciət etmiş və ərizəsini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatın verilməsi barədə məktubundan məlum olmuşdur ki, İddiaçı adına nikah dövründə əldə edilmiş əmlak – Bakı şəhəri, Səbail rayonu, Qəsr küç, ev 13, m 4 mövcuddur. Həmin əmlak xx.xx.2020-ci il tarixində alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Tərəflərin izahatları: İlkin iddia ərizəsi üzrə iddiaçının, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdehin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilk iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, hazırda mübahisəsi olunan kredit müqaviləsi üzrə ödənişlər Cavabdeh tərəfindən ödənildiyindən və ilkin iddia üzrə iddiaçı da həmin mənzildə yaşayıb, istifadə etdiyindən həmin xərc tərəflər arasında bölünməməlidir. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilk iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-925/2023 saylı xx.xx.2023-cü il tarixli İddiaçı Cavabdeh qarşı – “nikahın pozulması, uşağın iddiaçının himayəsində saxlanması və aliment” tələbi barədə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış 1205 saylı qeydə alınmış nikah pozulması, xx.xx.2017-ci il təvəllüdlü X14 boşanmadan sonra anası İddiaçı yanında qalması, Cavabdehdan xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin aylıq gəlirinin (qazancın) dörddə bir hissəsində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşənmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh adına ünvan 1, 83 saylı mənzil Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-154 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2015-cı il tarixdə qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. İş materiallarında olan, xx.xx.2015-ci il tarixli Beh haqqında müqavilənin surətindən görünür ki, ünvan 1, 83 saylı mənzili ilə bağlı alqı-satqı müqaviləsi dərhal rəsmiləşdirilmədiyi üçün beh verən Cavabdeh beh alan X1 300 manat beh vermiş, beh alan həmin behi qəbul etmişdir. İş materiallarında olan Bakı şəhər 12 saylı notariat kontoru tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı –ipoteka qoyan Cavabdeh və satıcı X4 aralarında qarışıq müqavilə bağlanmışdır.Satıcı ünvan 1, 83 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verilmişdir. İş materiallarında olan, "xxxx" ASC tərəfindən verilən Cavabdeh adına olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışlardan görünür ki, xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək kredit müqaviləsi üzrə ümumilikdə 59720.67 manat ödəniş edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-01 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 3, 4 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-110 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsi, 15 saylı fərdi yaşayış evinin 1 otaq (y/s-23.9 kv.m, k/s-22.3 kv.m), açıq eyvan 8.1 kv.m hissəsini İddiaçı adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 46 saylı notariat kontorunun xx.xx.2019-cu il tarixli 4Ə-421 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmişdir. İddiaçı adına qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşakar edilməmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, iddiaçı X10 xx.xx.2020-ci il tarixdə cavabdehlər X8 və İddiaçı qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan mənzilə və fərdi yaşayış evinə dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1179/2020 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9418/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-6573/2022 nömrəli iş üzrə 23 may 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, X3 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, X6 X8 və İddiaçı qarşı “alğı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzilə dair X2 adından X11 ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X2 adından X11 ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ № ******* saylı alğı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, X6 iddia tələbinin qalan hissədə, həmçinin X3 İddiaçı və X15rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, X5 210 000 (iki yüz on min) manat pulun alınaraq X9 ödənilməsi qət edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-717/2023 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5387/2021 nömrəli mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materillarında olan, "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh adına olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən 30618.13 manat pul vəsaiti hesabdan çıxarılmışdır. İş materillarında olan, "xxxx" QSC tərəfindən verilmiş İddiaçı adına olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixinə 35000 manat mədaxil, 38895 manat məxaric, əməliyyatları həyata keçirilmiş, qalıq 0.25 manat göstərilmişdir. xx.xx.2023-cü il tarixli Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən, 50 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, **********4 nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən, 62 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Cavabdeh tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən, 38 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan,xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən, 50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin, cavabdehin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2016cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-925/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Nikahın pozulması ilə bağlı mülki işə baxılarkən iddiaçı tərəf bildirmişdir ki, onların ailə münasibətləri 2022-ci ilin sentyabr ayından pisləşmiş və İddiaçı xx.xx.2022-ci il tarixində mənzili tərk etmişdir. Həmin mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, mediasiya tətbiqi barədə təklif xx.xx.2022-ci il tarixində göndərilmişdir. Göründüyü kimi tərəflər arasında olan münasibətlər 2022-ci ilin sentyabr ayında pisləşdiyi öz təsdiqini tapır. ünvan 1 ünvanında yerləşən 83 saylı mənzili Cavabdeh nikahdan əvvəl, xx.xx.2015ci il tarixli, 100.CL.240215.00001/a nömrəli “alqı-satqı və ipoteka müqaviləsi” əsasında almışdır. Müqavilədən görünür ki, mənzilin qiyməti 84.700,00 manat olmuşdur. Cavabdeh mənzilin qiymətinin 34.700,00 manat məbləğində hissəsini özü ödəmiş, qalan 50.000,00 manat məbləğində hissəsi isə Kreditor-İpoteka saxlayan "xxxx" ASC-dən borc alınmaqla ödənilmişdir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Banka sonuncu ödəniş 2017-ci ilin dekabr ayında edilmiş və alınmış borca görə bank faizləri ilə birlikdə cəmi 59.720,67 manat məbləğində pul qaytarılmışdır. Həmin ödənişin 54522.79 manat hissəsi onların birgə nikahı dövründə (may 2016-dekabr 2017-ci il) ailənin ümumi qazancı hesabına ödənilmişdir. Belə ki, iş materiallarında olan, "xxxx" ASC tərəfindən verilən Cavabdeh adına olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışlardan görünür ki, ipoteka ödənişi üçün mədaxil xx.xx.2016-cı il tarixdə 57.70 manat və 350.09 manat, xx.xx.2016-cı il tarixdə 58.09 manat və 316.90 manat, xx.xx.2016-cı il tarixdə 36.52 manat və 58.47 manat, xx.xx.2016-cı il tarixdə 348.85 manat və 58.86 manat, xx.xx.2016-cı il tarixdə 59.26 manat və 304.88 manat, xx.xx.2016-cı il tarixdə 59.65 manat və 348.01 manat, xx.xx.2016-cı il tarixdə 304.14 manat və 60.05 manat, xx.xx.2016-cı il tarixdə 60.45 manat və 336.31 manat, xx.xx.2017-ci il tarixdə 60.85 manat və 357.56 manat, xx.xx.2017-ci il tarixdə 61.26 manat və 292.19 manat, xx.xx.2017-ci il tarixdə 324.24 manat və 61.67 manat, xx.xx.2017-ci il tarixdə 62.08 manat və 334.63 manat, xx.xx.2017-ci il il tarixdə 10956.88 manat və 21.56 manat, xx.xx.2017-ci il tarixdə 225.34 manat və 135.54 manat, xx.xx.2017-ci il tarixdə 136.44 manat və 241.15 manat, xx.xx.2017-ci il tarixdə 41.43 manat və 6958.57 manat, xx.xx.2017-ci il il tarixdə 181.95 manat və 183.74 manat, xx.xx.2017-ci il tarixdə 184.97 manat və 200.94 manat, xx.xx.2017-ci il tarixdə 9906.80 manat və 79.88 manat, xx.xx.2017-ci il tarixdə 252.24 manat və 89.11 manat, xx.xx.2017-ci il tarixdə 2969.20 manat və 13.20 manat, xx.xx.2017-ci il tarixdə 273.72 manat və 89.75 manat, xx.xx.2017ci il tarixdə 3988.96 manat və 7.36 manat, xx.xx.2017-ci il tarixdə 78.19 manat və 2921.88 manat, xx.xx.2017-ci il tarixdə 62.15 manat və 321.62 manat, xx.xx.2017-ci il tarixdə 8.29 manat və 5991.71 manat, xx.xx.2017-ci il tarixdə 3330.49 manat və 17.02 manat olmaqla, ümumilikdə 54522.79 manat məbləğində ödəniş tərəflərin birgə nikahda olduqları dövrdə ödənilmişdir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh tərəfindən həmin əmlakın əldə edilməsi üçün bankdan götürülmüş kreditin qaytarılmasında İddiaçı da iştirak etdiyindən ödənilmiş vəsaitinin (54522.79 manatın) ½ hissəsi yəni 27.261 manat Cavabdeh alınaraq İddiaçı verilə bilərdi. Lakin məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, 27.256,34 məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. İlkin İddiaçı cavabdehdən tələb etdiyi vəsaitin məbləğindən Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə faizlər ödəməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı da cavabdeh ilə birlikdə həmin mənzildə yaşamış, həmin mənzildən istifadə etmişdir. Məhkəmə həmin iddianın həmin hissəsi ilə bağlı xüsusi olaraq qeyd edir ki, Cavabdeh tərəfindən "xxxx" qarşısındakı öhdəliyini vaxtından tez yerinə yetirdikdən sonrakı (2018-2023) illər üzrə faiz məbləğlərinin hesablanaraq Cavabdeh tələb edilməsinin heç bir hüquqi əsası yoxdur. Odur ki, ilkin iddia tələbi yuxarıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, tərəflərin arasında münasibətlərin pisləşdiyi vaxt 2022-ci ilin sentyabr ayı olmuşdur. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışda görünür ki, xx.xx.2022-ci ildə Cavabdeh "xxxx" KB ASC-dəki hesabdan 30 618.13 manat məbləğində pulu məxaric etmiş, xx.xx.2023-cü il tarixdə isə İddiaçı "xxxx" QSC-dəki hesabından 38 895 manat məbləğində pulu məxaric etmişdir. Qeyd edilən bank hesablarındakı pulun tərəflərin birgə nikahları dövründə qoyulduğunu və tərəflərin arasındakı münasibətin pisləşdikdən sonra hər biri tərəfindən məxaric edilməsini nəzərə alaraq, məhkəmə qeyd edir ki, məxaric edilmiş hər bir pul vəsaitindən iddiaçının və cavabdehin payları bərabərdir və tərəflərə eyni məbləğdə pul vəsaiti çatmalıdır. Lakin öz təsdiqini tapan hal ilə görünür ki, İddiaçı 38 895 manat, Cavabdeh isə 30 618.13 manat məbləğində pul çatmışdır. Buna görə də İddiaçı 4138.5 manat məbləğində pul alınaraq Cavabdeh ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin “Bakı şəhəri, Səbail rayonu, Qəsr küç, ev 13, 4 saylı mənzilin aralarında bölünməsi, mənzilin ikidə bir hissəsinə Cavabdeh mülkiyyət hüququnun tanınması” hissəsində qeyd edir ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən ünvan 3 ünvanında yerləşən 4 saylı mənzilə dair X2 adından X11 ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ No ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv olunmuşdur. Odur ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. 27.256,34 (iyirmi yeddi min iki yüz əlli altı min manat otuz dörd) qəpik məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. 4138.5 (dörd min yüz otuz səkkiz manat beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar