Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2800/2023 10.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İlkin iddia üzrə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” barədə ilkin iddia tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” barədə iddia tələbinə, Cavabdeh İddiaçı qarşı “təmir xərcinə görə yenidənqurma və yaxşılaşmalara sərf edilmiş 195.300 manat pulun tutulması” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İlkin iddia tələbi üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının əmlakından qanunsuz istifadəsi nəticəsində ona vurmuş olduğu maddi zərər kimi 137.228 manat pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 430 manat, ümumilikdə 137.658 manat pul vəsaitinin Cavabdeh Mürşüd qızından tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mürşüd qızı qanunsuz olaraq zəbt etdiyi iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu S.Vəzirov küç 11 i–də yerləşən 1 saylı binanın 126 kv.m olan 1 saylı və 154 kv.m olan 2 saylı qeyri-yaşayış obyektlərindən ona məxsus olan əşyalarla birlikdə boşaldılmasına, obyektlərin boş vəziyyətdə iddiaçıya təhvil verilməsinə, dövlət rüsumu kimi ödəmiş olduğu 100 manat məbləğin cavabdehdən tutularaq ödənilməsinə dair iddia ərizəsi Xətai Rayon Məhkəməsində olmuş, 2(011)-796/2022 xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia tələbi təmin edilmiş, 2(011)-796/2011-011 nömrəli 21 aprel 2022-ci il tarixli icra sənədi verilmişdir. Uzun müddət icrada olmasına baxmayaraq Cavabdeh tərəfindən Xətai Rayon Məhkəməsinin qətnaməsi icra edilməmişdir. Sonda Xətai rayon İcra şöbəsi tərəfindən qətnamə tam icra edilməklə 28 fevral 2023-cü il tarixli icraata xitam verilərək qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus olmuş qeyri-yaşayış obyekti uzun müddət istismar edilərək vəsait əldə edilmiş və iddiaçıya külli miqdarda zərər dəymişdir. Belə ki, iddiaçı tərəfindən obyektin gəlirlilik dəyəri müəyyən oluması üçün alternativ ekspertiza mərkəzinə müraciət olunmuş, 28 fevral 2023-cü il tarixli mütəxəssis rəyi alınmışdır. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur. Bakı şəhəri, Xətai rayonu,S.Vəzirov küçəsindəki 11 i saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, üç hissədən ibarət ümumi sahəsi 434 kv.m olan qeyri yaşayış sahəsinin 2021-ci ilin sentyabr ayından hazırkı dövrə qədər aylıq icarə haqqı nə qədərdir? Tədqiqatın nəticəsinə görə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsindəki 11 i saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, üç hissədən ibarət ümumi sahəsi 434 kv m olan qeyri yaşayış sahəsinin 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına qədər aylıq icarə haqqı 6.510 manat, 2022-ci ilin mart ayından hazırkı dövrə qədər aylıq icarə haqqı isə 7.378 manat təşkil etmişdir. Cavabdeh 2021-ci ilin sentyabr ayına kimi isə borcu olduğu həmin məbləğin 10.500 manat olmasını nəzərə aldıqda ümumi məbləğ 137.228 manat təşkil edir. Həmin məbləğləri tam olaraq açıqlaması isə 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına qədər aylıq icarə haqqı 6.510 manat * 7 aya=45.570 manat təşkil edir. 2022-ci ilin mart ayından hazırkı dövrə qədər aylıq icarə haqqı isə 7.378 manat * 11 aya = 81.158 manat təşkil edir. Cavabdeh ona verməli olduğu məbləğ 45.570+ 81.158+10.500=137.228 manat təşkil edir. Bu isə iddiaçının yuxarıda qeyd edilən dövrlər üzrə əldə edə biləcəyi gəlir idi. Lakin cavabdehin qanunsuz sahibliyi nəticəsində həmin vəsaitlərin əldə edilməsi mümkünsüz olmuşdur. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı mülkiyyətində olmuş Xətai rayonu S.Vəzirov küçəsi 11, 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzillərin qeyri-yaşayış sahəsi kimi təmin edilməsi və quraşdırılmasına sərf edilmiş 195.300 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qismində İddiaçı ona qarşı iddia irəli sürərək vaxtilə mülkiyyətində olan Xətai rayonu S.Vəzirov küçəsi 11, 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 3 hissədən ibarət ümumi sahəsi 434 kv metr olan qeyri-yaşayış sahəsinə görə 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına qədər olan dövr üzrə 6.510 manat aylıq, 2022-ci ilin mart ayından 2023-cü ilin martına qədər olan dövr üzrə hər ay 7.378 manat aylıq kirayə haqqı olmaqla cəmi 137.228 manat pul tələbi irəli sürmüşdür. Cavabdeh mübahisəli qeyri-yaşayış obyektlərini iddiaçıdan təmirsiz vəziyyətdə istifadəyə götürülmüş, iddiaçının mülkiyyətində olan həmin qeyriyaşayış sahələrinə faktiki olaraq 2019-cu ilin fevral ayından 6 ay ərzində təmir etmiş, icarə obyektini tam olaraq yüksək səviyyədə təmir edərək iddiaçının razılığı ilə ayrıla bilən və ayrılmayan yaxşılaşdırmalar aparmış, təmir və əşyalarla birlikdə icarə təyinatına uyğunlaşdırılmasına görə 120.000 manat sərmayə qoymuş və hətta pandemiya dövründə belə iddiaçı icarə haqqı almış və bu səbəbdən də iddia verərkən icazə haqqı verilməməsini əsas gətirsə də, icarə haqqı tələbi cavabdehdən tələb etməmiş, belə ki, hər ay iddiaçı vaxtı-vaxtında icarə haqqını əldə etmiş, bunu təsdiq edən bağça işçiləri də canlı şahid olaraq görmüşdür, təmir və yaxşılaşdırmalaraın aparılması cavabdehin xərci hesabına iddiaçının tam nəzarətində aparılmışdır, icarə obyekti təmir edilərək reklam edildikdən və bağçaya gələn uşaqların sayı artdıqdan sonra iddiaçı həmin sərmayəni qaytarmamaq üçün və artıq hazır obyekti özü istifadəyə vermək və ya daha baha qiymətə icarəyə vermək üçün cavabdehdən obyekti boşaltmağını tələb etmiş, cavabdeh ən azından aralarında olan 10 illik şifahi icarə müqaviləsinin şərtlərini iddiaçı pozsa da ən azından təmir və ayrıla bilinməyən yaxşılaşdırmalaraq sərf edilmiş 102.000 manat pulu iddiaçının qaytarmasını istəsə də, o, pulu qaytarmaqdan da, razılaşdırılmış icarə münasibətlərinin davam etdirilməsindən də imtina etmişdir. Qeyd etmək lazımdır ki, cavabdehdən öncə də, həmin qeyri-yaşayış sahələri bağça kimi başqa şəxslər tərəfindən fəaliyyət göstərmiş, obyektin hazırki vəziyyəti və əvvəlki görüntüləri instaqram facebook sahifələrində yerləşdirilmişdir. (Bağça olaraq əvvəlki icarəçi tərəfindən və hazırda cavabdeh tərəfindən reklam olunmuşdur). İddiaçı daha çox gəlir əldə etmək və qoyulmuş sərmayəni geri qaytarmamaq üçün məhkəməni yanıltmış, şifahi icarə müqaviləsinin şərtlərini pozmuşdur. İş üzrə təyin edilmiş müstəqil ekspert Talıblı Əhmədin verdiyi xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, icarəyə götürülmüş 4 otaqdan ibarət 154 kv.metrlik, ikinci mənzil isə 126 kv.metrdən ibarət olmuş, 3-cü mənzil isə istifadə edilməsə də gələcəkdə istifadə edilməsi məqsədilə Cavabdeh tərəfindən təmin edilmiş və təmirə ayrıla bilməyən yaxşılaşdırmalarla birlikdə 195.300 manat pul sərf etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X6 həmin yaşayış sahəsindən çıxarılmışdır. Odur ki, hazırda eyni sahə üzrə pul tələbi ilə bağlı qarşıqlıqlı iddia tələbi irıli sürmək hüququ yaranmışdır. Daha sonra Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı mülkiyyətçisi olduğu ünvan 1 ünvanında "xxxx" MMC-yə məxsus olan 1-ci mərtəbədə yerləşən 126 kv. metrdən ibarət olan 1-ci mənzil və 154 kv. metrdən ibarət olan 2 saylı mənzilin təmiri, yenidənqurmasına və ayrıla bilən və bilinməyən yaxşılaşmalara sərf edilmiş cəmi 195.300 manat pulun cavabdehdən tutularaq Cavabdeh ödənilməsi, birləşdirilmiş həmin mənzillərdə olan videogörüntü ilə qeydə alınmış ağ pianonun, televizorun, kondisionerlərin, uşaq geyimlərinin, mebellərin, bəzək əşyalarının, pərdələrin, mətbəx ləvazimatlarının (sobalar, dəmir alətlər və s.) cavabdehdən alınaraq Cavabdeh təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı yaşayış binasında 1-ci giriş 1-ci mərtəbə, 154 kv.metr qeyri-yaşayış obyektini qanunsuz olaraq zəbt edərək istifadə etdiyi üçün Cavabdeh 44.968 manat əldən çıxmış fayda kimi pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 246 manat olmaqla, ümumilikdə 45.214 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanunsuz olaraq zəbt etdiyi Bakı şəhəri Xətai rayonu S, Vəzirov küçəsi 11i-də yerləşən 1 saylı binanın 126 kv.m olan 1 saylı və 154 kv.m olan 2 saylı qeyri-yaşayış obyektlərindən ona məxsus olan əşyalarla birlikdə boşaldılmasına, obyektlərin boş vəziyyətdə İddiaçı təhvil verilməsinə, dövlət rüsumu kimi ödəmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi Xətai Rayon Məhkəməsində olmuş, 2(011)-796/2022 xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia tələbi təmin edilmiş, 2(011)-796/2011-011 nömrəli 21 aprel 2022-ci il tarixli icra sənədi verilmişdir. Uzun müddət icrada olmasına baxmayaraq Cavabdeh tərəfindən Xətai Rayon Məhkəməsinin qətnaməsi icra edilməmişdir. Sonda Xətai rayon İcra şöbəsi tərəfindən qətnamə tam icra edilməklə 28 fevral 2023-cü il tarixli icraata xitam verilərək qərar qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən obyektin gəlirlilik dəyəri müəyyən oluması üçün alternativ ekspertiza mərkəzinə müraciət olunmuş, 28 fevral 2023-cü il tarixli mütəxəssis rəyi alınmış və hər 3 obyektin faktiki gəlirliliyi barədə suallar nəticəsində mötəbər əsaslar əldə olunmuşdur. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur. Bakı şəhəri, Xətai rayonu,S.Vəzirov küçəsindəki 11 i saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, üç hissədən ibarət ümumi sahəsi 434 kv.m olan qeyri yaşayış sahəsinin 2021-ci ilin sentyabr ayından hazırkı dövrə qədər aylıq icarə haqqı nə qədərdir? Sualda qeyd edilən 234 kv.m olan sahənin 154 kv.m olan hissəsi 16 yanvar 2014-cü il tarixli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə ilə ona məxsusdur. Tədqiqatın nəticəsinə görə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsindəki 11 i saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, üç hissədən ibarət ümumi sahəsi 434 kv.m olan qeyri yaşayış sahəsinin 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına qədər aylıq icarə haqqı 6.510 manat, 2022-ci ilin mart ayından hazırkı dövrə qədər aylıq icarə haqqı isə 7.378 manat təşkil etmişdir. Həmin məbləğlər tam olaraq açıqlaması isə 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına qədər aylıq icarə haqqı kv m 15 manatdan olmaqla 15*154 kv m= 2310* 7 aya= 16.170 (on altı min yüz yetmiş) manat təşkil edir. 2022-ci ilin mart ayından hazırkı dövrə yəni 2023-cü ilin mart ayına kimi aylıq icarə haqqı isə kv m 17 manatdan olmaqla 17 *154 kv m= 2618* 11 aya = 28.798 (iyirmi səkkiz min yeddi yüz doxsan səkkiz) manat təşkil edir. Cavabdeh ona verməli olduğu məbləğ 16.170 + 28.798 = 44.968 manat (qırx dörd min doqquz yüz altmış səkkiz) təşkil edir. Qeyd edilən məbləğin dövlət rüsumu 246 (iki yüz qırx altı) manat təşkil edir. Tərəflərin izahatları: Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsini müdafiə edərək onların təmin edilməsini xahiş etdi və iddia ərizələrinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin rədd edilməsini xahiş edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, İddiaçıı həmin sahədə işlədiyi müddət ərzində, yəni 2013-ci ildən 2019-cu ilə kimi tanımışdır. Həmin qeyri-yaşayış sahəsinin ünvanı S.Vəzirov 11-dədir. Qeyri-yaşayış ümumi sahəsi təxmini 300 kv metrə yaxın idi. Birinci mərtəbədə və neçə giriş-çıxışı mövcud idi. Əvvəlcədən təmirli idi, çünki həmin sahə əvvəlcə “Sigma” klinikası kimi fəaliyyət göstərmişdir. Ancaq həmin klinikanın otaqları yığcam olduğuna görə biz oranı söküb özlərinə uyğunlaşdırmışlar. Tavandan başqa həmin sahənin hər şeyini (divarlar, döşəmə və s.), bir müddətdən sonra isə bütün kombi sistemlərini dəyişdirmişlər. Onlardan sonra həmin sahəni işlədən qadın həmin sahədən köçərkən mebelləri və özlərinin gətirdiyi əşyaları götürmüşdük. Kondisionerlər onlar gələndə var idi. Sanuzeldə olan ləvazimatları isə özləri ilə götürməmişlər, yararlı vəziyyətdə olmuşdur. Hər il kosmetik təmir işləri görmüşlər. Rəsmi icarə müqaviləsi bağlayaraq həmin sahəni istifadə etmişlər. Hazırda təsisçisi olduğu “Toto Moto”-nun facebook səhifəsində həmin sahənin təmirin hansı vəziyyətdə olduğunu görmək mümkündür. 1 boks otağı, 2 giriş, üzbəüz kabinet, sağ tərəfdə 2 otaq, sol tərəfdə 1 otaq, hamam, üzbəüz tərəfdə zal, əlavə üç otaq və ən başda mətbəx otaqları var idi. Əsas 1 giriş qapısı olub, digər 2 qapıdan istifadə etməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, Xətai rayonu, S.Vəzirov küçəsində 2016-cı ildən, yəni 8 ildi yaşayır. Həmin bağça yaşadığı bina ilə üzbəüz ərazidə yerləşir. O, həmin əraziyə köçəndən, yəni 2016-cı ildən ora bağça kimi fəaliyyət göstərir. 2019-cu ildən etibarən həmin sahədə mübahisələr baş verirdi. İcarə haqqının ödənilməməsi səbəbəbindən iki tərəf arasında tez-tez münaqişələr yaranırdı. İrihəcmli tikinti-təmir işlərinin aparıldığını görməmişdir. Həmin sahə dəqiq tarix deyə bilməsə də, əvvəllər idman zalı kimi fəaliyyət göstərirdi. 2021-ci ilin noyabr ayında Səhrab ona həmin sahəni işlədənləri haqq ödəmədiyi üçün çıxartmaq istədiyini və onların çıxmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9izahatında bildirmişdir ki, obyekt atasının adınadır, yaşlı olduğuna görə icarə ilə bağlı işləri o həyata keçirmişdir. Obyekt ilk dəfə 2008-2013-cü il tarixlərində “Sigma” kimi fəaliyyət göstərmişdir. 2013-2019-cu ilə qədər Nübar xanıma uşaq qayğı mərkəzi kimi fəaliyyət göstərmələri üçün icarəyə verildi. Onlar öz üslublarına uyğun olaraq təmir işləri görürdülər. Daha sonra həmin sahə onlara kiçik gəldiyi üçün 2019-cu ilin oktyabr-noyabr aylarında oradan çıxmalı oldular. Qabil adlı şəxsin vasitəsilə İnarə xanım obyekti icarəyə götürdü və həmin vaxt obyekt təmirli vəziyyətdə idi. Onlar bir ay müddətində tam yerləşdilər və fəaliyyət göstərməyə başladılar. Qış vaxtı olduğuna görə onlarla icarə haqqını 3.000 manata razılaşmışlar, lakin icarə haqqını ödəməkdə çətinlik yaşayırdılar. Yazılı müqaviləni isə işə başladıqdan sonra bağlamağı xahiş etdilər, ancaq sonradan onları tapa bilmədiklərinə görə bağlaya bilməmişlər. Obyektin bir hissəsi əvvəlcə 3.000 manata danışılmışdı, sonra həmin məbləği 2.500 manata endirmişlər. Daha sonra arxa tərəfdəki obyektlə (1.300 manat) birlikdə ümumilikdə 3.800 manat icarə haqqı razılaşdırıldı. 2021-ci ilin yaz aylarında Cavabdeh dedi ki, yay aylarında bağçanın fəaliyyətində zəifləmə olduğundan icarə haqqını ödəyə bilməyəcək. Ona görə də yay aylarının pulunu sentyabr ayından may ayına qədər olan ayların üzərinə gəlib (1.266 manat) hər ay 5.066 manat ödəniş məbləğini razılaşdırmışlar. Sonuncu dəfə 2021-ci ilin sentyabrın 5-də pulu almışlar və daha ala bilməmişlər. 3.000 manatı 2-3 aya ödəyirdilər. Pandemiya dövründə icarə haqqı almamışdırlar, lakin işləyirdilər. İşlədiyi dövr ərzində, yəni 2019-cu ildən 2021-ci ilin sentyabr ayına qədər 10.500 manat borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, həmin sahədə fəhlə kimi fəaliyyət göstərir. Obyektdə 2013-cü ildən 2019-cu ilə kimi Nübar xanım fəaliyyət göstərmişdir. Malların boşaldılması, yığılması, hər hansı bir avadanlığın xarab olması hallarında Nübar xanıma köməklik göstərmişdir. Bir neçə aydan sonra İnarə xanım həmin obyekti icarəyə götürmüş və 3.000 manata danışılmışdır. Bir-iki ay iş gedəndən sonra pul verildi, lakin məbləği tam ödəyə bilmədiyindən borcları yığılırdı. Pulları yığıb sahibinə o verirdi. Obyektin digər hissəsini də icarəyə götürəndə ümumi məbləğ 3.800 manat etmişdi. İnarə xanım ödənişləri edirdi, ancaq borcları yığılırdı, ümumi 10.500 manat borcu yığılmışdı. 2021-ci ilin sentyabrında təxminən 5.600 manat ödədi. Həmin son pulu o, burda olmadığına görə Hacı özü götürmüşdü. Obyekt hazır təmirli idi. Ola bilsin ki, İnarə xanım müəyyən xoşagəlməyən hissələri dəyişə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, o, həmin bağçada administrator işləmişdir. Lakin bağçanın gələcəkdə necə fəaliyyət göstərəcəyini bilmədiklərinə görə müqaviləsiz fəaliyyət göstərmişdir, əmək fəaliyyətinə görə 400 manat əmək haqqı almışdır. İnarə xanımın övladı işlədiyi bağçaya gəlirdi və onlar orada tanış olmuşdurlar, iş haqqında söhbətləşmişlər və xanımın işə marağı yaranmışdır. İcarəyə götürülən obyektin təmirə ehtiyacı var idi. Nəmişliyə görə həmin obyektin götürülməsindən narazı idi. Uşaq yığılana kimi, təxmini iki ay orada təmir getmişdir. Obyektin icarəyə götürülməsi zamanı aparılan danışıqlardan xəbəri yoxdur. İnarə xanım ona yalnızca təmir işləri aparacağını, lakin icarə haqqı ilə bağlı heç bir məsələnin olmadığını demişdi. Koronadan sonra, 2022-ci ildə icarə haqqının istənilməsi ilə bağlı məsələ yaranmışdır. Hər ay 5.066 manat ödənilməli idi. Obyektdə heç bir əşya olmayıb, bomboş idi. Orada elektrik, alçipan, divarların sökülməsi-tikilməsi işləri görülmüş, yerə laminat vurulmuşdur. Obyektin özünün istilik sistemi mövcud idi. İnarə xanım ona bağçaya qoyduğu xərcin 150.000- 200.000 manata yaxın olduğunu deyirdi. Eyni zamanda, 2 dəfə qonşu tərəfdən obyektə su axıdılıb. İşin faktiki halları: İş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanında yerləşən 1 saylı binanın 126 kv.m. olan 1 saylı qeyri-yaşayış sahəsi 14 yanvar 2005-ci il tarixli müqavilə əsasında İddiaçı məxsusdur. Sonuncu həmin qeyri-yaşayış sahəsini Cavabdeh istifadəsinə vermişdir. Tərəflər arasında yazılı tərtib olunmuş müqavilə mövcud deyildir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin verdiyi izahatlarla tərəflər arasında icarə münasibətlərinin mövcud olması qeyd edilmişdir. Cavabdeh icarə münasibətləri üzrə öhdəliyini icra etmədiyinə görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hazırkı müraciətdən öncə Xətai Rayon Məhkəməsinə qeyri-yaşayış obyektlərinin boşaldılması tələbi ilə müraciət edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2(011)-796/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış obyektlərinin boşaldılması” barədə iddiasına dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanında yerləşən 1 saylı binanın 126 kv.m. olan 1 saylı və 154 kv.m. olan 2 saylı qeyri-yaşayış sahələrinin ona məxsus əşyalarla birlikdə Cavabdeh tərəfindən boşaldılması və Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11 ünvanında yerləşən 1 saylı binanın sahəsi 126 kv.m. olan 1 saylı və 154 kv.m. olan 2 saylı qeyri-yaşayış sahələrinin boş vəziyyətdə İddiaçı oğuna təhvil verilməsi qət edilmişdir. Sözügedən qətnamə üzrə verilmiş icra vərəqəsinə icra məmuru tərəfindən 28 fevral 2023-cü il tarixdə qəbul edilmiş qərarla icraata xitam verilmişdir. İş materiallarında olan 16 yanvar 2014-cü il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən 154 kv.m. olan qeyri-yaşayış sahəsi Səbuhi Məmmədova məxsusdur. Səbuhi Məmmədov həmin qeyri-yaşayış sahəsini Cavabdeh istifadəsinə vermişdir. Tərəflər arasında yazılı tərtib olunmuş müqavilə mövcud deyildir. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlardan görünür ki, Cavabdeh müəyyən müddət iddiaçı Səhraba məxsus əmlakı istifadə etdikdən sonra Səbuhiyə aid əmlakdan da istifadə etməyə başlamışdır. Cavabdeh tərəfin məhkəmə araşdırması zamanı verdiyi izahatlardan görünür ki, Cavabdeh iddiaçı Səhraba aid olan əmlakı istifadəsinə qəbul etdiyini bildirmiş, Səbuhi Məmmədova aid olan hissədən istifadə etmədiyini bildirmişdir. Həmçinin Cavabdeh vəkili tərəfindən bildirilmişdir ki, tərəflər icarə münasibətlərində olmamışlar və razılaşma əsasında hüquqlarını müdafiə etdiyi şəxs istifadəsinə götürdüyü əmlakı təmir etmiş, oraya külli miqdarda vəsait sərf etmişdir. Sərf etdiyi məbləğləri istifadəsinə götürdüyü əmlakın istismar olunmasından əldə olunmuş vəsait hesabına tamamladıqdan sonra İddiaçı ödəməyə başlamalı idi. Odur ki, onlar arasında əmlakın icarə haqqı olaraq hər hansı məbləğ müəyyənləşdirilməmişdir. Hazırda Cavabdeh istifadəsində olan əmlakın təmirbərpa və yenidənqurma işlərinə sərf etdiyi məbləğləri tələb etməkdədir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə İddiaçı tərəfindən verilmiş iddiaya münasibətdə qeyd edir ki, iddiaçı 2021ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına qədər icarə haqqını 6.500 manatdan hesablayaraq 45.570 manat, 2022-ci ilin mart ayından 2023-cü ilin fevral ayı da daxil olmaqla icarə haqqını 7.378 manatdan hesablayaraq ümumilikdə 81.158 manat və 2021-ci ilin sentyabr ayına qədər də cavabdehin ona 10.500 manat borcu olduğunu göstərərək ümumi məbləğ kimi 137.228 manat tələb etmişdir. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, araşdırılmış mülki iş üzrə müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıya məxsus əmlakdan istifadə etməklə orada bağça fəaliyyəti ilə məşğul olmuşdur. Müəyyən müddətdən sonra ödənişlərin gecikməsinə görə tərəflər arasında münasibətlər pisləşmiş və nəticədə iddiaçı cavabdehi məhkəməyə verərək ona aid qeyri-yaşayış sahəsindən çıxarılmasını istəmişdir. İstinad olunan qərar 28 fevral 2023-cü il tarixdə icra edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya məxsus sahədən 2021-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayının 28-nə qədər hər hansı bir qanuni əsas olmadan istifadə etmişdir. Qeyd olunan hal Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş və hazırda qanuni qüvvəsini almış 21 aprel 2022-ci il tarixli 2(011)-796/2022 saylı qətnaməsi ilə də müəyyən edilmişdir. İstinad olunan müddət ərzində Cavabdeh əmlakdan istifadə etməsinin əvəzində iddiaçıya hər hansı vəsait ödəməmişdir. Belə olan halda iddiaçı bu müddət ərzində cavabdehin istifadə etdiyi əmlakdan vəsait ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddiaçının tələb etdiyi məbləğlə məhkəmə razılaşmayaraq qeyd edir ki, tələb edilən məbləğ yüksək olmaqla bundan öncəki dövr üçün tərəflərin razılaşdığı məbləğdən artıqdır. İddiaçı istinad olunan əmlakın daha yüksək məbləğə icarəyə verə biləcəyini və vəsait əldə edəcəyini qeyd etsə də, bundan öncəki dövr üçün məhkəmədə verdiyi izahatlarda əmlakı 2.500 manat məbləğində istifadəyə verdiyini qeyd etmişdir. Məhkəmə istinad olunan hala əsaslanaraq qeyd edir ki, Cavabdeh 2021-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayının 28-nə qədərki dövr üçün istifadəsinin əvəzi olaraq məhz tərəflər arasında razılaşdırılmış vəsait həcmində hesablama aparılmalıdır. Belə olan halda 18 ay müddətini 2.500 manata vurmaqla cavabdehdən iddiaçının xeyrinə 45.000 manat pulun tutulmasını məhkəmə ağlabatan hesab edir. Məhkəmə iclasında yazılı qaydada iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə təqdim edilməsə də, iddiaçının vəkili məhkəmə çıxışı zamanı Məmmədov Səbuhiyə aid əmlakın istifadəsi üçün də tələb etdiyi miqdarın yekun məhkəmə qərarı çıxarılarkən nəzərə alınmamasını xahiş etmişdir. Eyni zamanda məhkəmə iddia tələbinin 10.500 manat məbləğində borcun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı cavabdehin məhz bu məbləğdə borcunun olmasını hər hansı mötəbər sübutla məhkəmədə təsdiq edə bilməmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin oluna bilməz. Məhkəmə X2 iddiasına münasibətdə qeyd edir ki, iddiaçı 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına qədər icarə haqqını 2.310 manatdan hesablayaraq 16.170 manat, 2022-ci ilin mart ayından 2023-cü ilin fevral ayı da daxil olmaqla icarə haqqını 2.618 manatdan hesablayaraq ümumilikdə 28.798 manat olmaqla, ümumi məbləğ kimi 44.968 manat tələb etmişdir. Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh bildirsə də ki, Səbuhi Məmmədova aid hissədən istifadə etməyib, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Səbuhi Məmmədova aid hissə də bağça kimi fəaliyyət göstərmişdir. Belə ki, cavabdeh İddiaçı aid hissə ilə Məmmədov Səbuhiyə aid hissələr arasında qapı açmış, sahənin bir hissəsi idman zalı kimi, digər bir hissəsi isə cavabdeh tərəfindən inşa etdirilmiş arakəsmələrlə uşaq otaqlarına çevrilmiş və istifadə edilmişdir. Odur ki, yuxarıda qeyd olunduğu kimi Məmmədov Səhubi istinad olunan əmlakı daha yüksək məbləğə icarəyə verə biləcəyini və vəsait əldə edəcəyini qeyd etsə də, bundan öncəki dövr üçün məhkəmədə şahidlərin verdiyi izahatlardan əmlakın 1.300 manat məbləğində istifadəyə verildiyi müəyyən edilmişdir. Məhkəmə istinad olunan hala əsaslanaraq qeyd edir ki, Cavabdeh 2021-ci ilin sentyabr ayından 2023-cü ilin fevral ayının 28-nə qədərki dövr üçün istifadəsinin əvəzi olaraq məhz tərəflər arasında razılaşdırılmış vəsait həcmində hesablama aparılmalıdır. Belə olan halda 18 ay müddətini 1.300 manata vurmaqla cavabdehdən iddiaçının xeyrinə 23.400 manat pulun tutulmasını məhkəmə ağlabatan hesab edir. Məhkəmə Cavabdeh İddiaçı qarşı olan qarşılıqlı iddiasına qiymət verərək hesab edir ki, hazırkı iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilk olaraq İddiaçı məxsus olan əmlakı istifadəsinə qəbul etmişdir. İstinad olunan əmlak Cavabdeh təhvil verilməmişdən öncə də bağça kimi fəaliyyət göstərmişdir. Bu halı məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatlarında da qeyd etmişdir. Məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, keçmiş bağça kimi fəaliyyət göstərən “Toto-Moto” bağçasından sonra Cavabdeh İddiaçı aid sahədə mətbəxlə otağın yerini dəyişdirmiş və müəyyən dekorasiyalardan istifadə etməklə bağçada kosmetik işlər və düzəlişlər aparmışdır. Məhkəmə tərəfindən keçirilən ikinci yerli baxış zamanı mütəxəssis cəlb edilərək onun qarşısında İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində (2019-cu ildən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində) təmir işlərinin aparılıb-aparılmamasına dair sual qoyulmuşdur. Mütəxəssis tərəfindən təqdim olunmuş cavabda qeyd edilir ki, sözügedən qeyri-yaşayış sahəsində son 5 il ərzində təmir işlərinin aparılması müşahidə olunmamışdır. Məhkəmə araşdırması zamanı Səbuhi Məmmədova aid sahənin Cavabdeh təhvil verilməmişdən öncə idman zalı kimi fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən mütəxəssisin iştirakı ilə həyata keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı aid hissə ilə Məmmədov Səbuhiyə aid hissələr arasında qapı açılmış və sahələr arasında keçid təmin edilmişdir. Məhkəmə tərəfindən mütəxəssisin iştirakı ilə həyata keçirilmiş yerli baxış zamanı Səbuhi Məmmədova aid olan sahənin bir böyük zalının alçipan arakəsmələr ilə 3 otağa bölündüyü bildirilmişdir. Görülən işlərin söküntü, daşınma, material və tikinti daxil ümumi dəyərinin 4.818 manat olduğu müəyyən edilmişdir. Cavabdeh iddia ərizəsində istifadəsində olan əmlakda əsaslı təmirbərpa işlərinin aparıldığını qeyd etsə də, bunu hər hansı mötəbər sübutla təsdiq edə bilməmişdir. Belə ki, qeyri-yaşayış sahəsinin özünün istifadəsinə qəbul edildiyi zaman hansı vəziyyətdə olması, onun tərəfindən hansı işlərin aparılması nəticəsində bağçanın yeni vəziyyətini əks etdirən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasına Cavabdeh tərəfindən dəvət edilmiş şahidin ifadələrini məhkəmə iddianın təmin edilməsi üçün kifayət hesab etmir. Belə ki, şahidin izahatları araşdırma zamanı digər yanakı sübutlarla öz təsdiqini tapmamışdır. Eyni zamanda, Cavabdeh iddiasının əsasını müstəqil qiymətləndiricinin rəyində qeyd olunmuş rəqəmlərlə əsaslandırmışdır. Məhkəmə istinad olunan rəyi də sübut qismində qəbul etmir. Belə ki, istinad olunan əmlakın sökülüb yenidən qurulması üçün belə bu qədər vəsait tələb oluna bilməzdi. Beləliklə, məhkəmə tərəfindən cəlb edilmiş mütəxəssis rəyində təmir-bərpa işlərinin aparılması və dəyəri olaraq 4.818 manat sərf olunması qeyd olunsa da məhkəmə həmin məbləğin İddiaçı tutulmasını ağlabatan hesab etmir. Belə ki, Cavabdeh istifadəsinə verilmiş sahədən istədiyi kimi istifadə etmək üçün orada yaxşılaşdırma işləri aparmışdır. Bunu könüllü olaraq həyata keçirmişdir. Eyni zamanda, mətbəxin yerinin dəyişdirilməsi ilə də bağlı xərclərin tutulmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, Cavabdeh sahədən özünə uyğun olaraq istifadə etmiş və yerdəyişmələr aparmışdır. Qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin birləşdirilmiş həmin mənzillərdə olan videogörüntü ilə qeydə alınmış ağ pianonun, televizorun, kondisionerlərin, uşaq geyimlərinin, mebellərin, bəzək əşyalarının, pərdələrin, mətbəx ləvazimatlarının (sobalar, dəmir alətlər və s.) Cavabdeh verilməsi hissəsinə münasibətdə qeyd edir ki, 21 aprel 2022-ci il tarixli qətnamə ilə Cavabdeh istinad olunan əmlakdan çıxarılması qət edilmişdir. Qərar 28 fevral 2023-cü il tarixdə icra edilmişdir. Çıxarıla bilən yüngül əşyalar əmlakdan çıxarılmış, çıxarıla bilməyən böyük əşyalar həmin qeyri-yaşayış sahəsində saxlanılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh özünə məxsus əmlakları 21 aprel 2022-ci il tarixli qətnamənin icrasından irəli gələrək geriyə ala bilər. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 430 manat, X8 tərəfindən 247 manat, Cavabdeh tərəfindən isə 485.30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş məktubdan görünür ki, mütəxəssis tərəfindən tədqiqatın aparılması üçün 400 manat xidmət haqqı təyin edilmiş və həmin xidmət haqqı ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələblərinin təmin olunmuş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi - Cavabdeh 137.60 manat məbləğində pul tutularaq İddiaçı, 125.46 manat məbləğində pul tutularaq X4 ödənilməli, ödənilmiş dövlət rüsumlarının qalan hissəsi tərəflərin özlərinə aid edilməlidir. Eyni zamanda mütəxəssis tərəfindən aparılmış tədqiqatın əvəzi olaraq 400 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Cavabdeh iddia tələbi rədd edildiyindən onun ödədiyi 485.30 manat dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 45.000 (qırx beş min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137.60 (bir yüz otuz yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 292.40 (iki yüz doxsan iki manat qırx qəpik) manatı İddiaçı özünə aid edilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh müstəqil tələb irəli sürən üçüncü şəxs X2 xeyrinə 23.400 (iyirmi üç min dörd yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125.46 (bir yüz iyirmi beş manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 121.54 (bir yüz iyirmi bir manat əlli dörd qəpik) manatı X2 özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh İddiaçı qarşı “təmir xərcinə görə yenidənqurma və yaxşılaşmalara sərf edilmiş 195.300 manat pulun tutulması” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Cavabdeh tərəfindən ödənilmiş 485.30 (dörd yüz səksən beş manaat otuz qəpik) manat dövlət rüsumu onun özünə aid edilsin. Mütəxəssis tərəfindən aparılmış tədqiqatın dəyəri olan 400 (dörd yüz) manat pul Cavabdeh alınıb "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-2800/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2800/2023
10.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver