Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2802/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** FT *** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində sığortalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticəsində ** NV *** dövlət qeydiyyat nişanlı VAZ 21154 markalı və ** CD *** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı avtonəqliyyat vasitələrinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, Cavabdeh2sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmişdir. ** NV *** dövlət qeydiyyat nişanlı VAZ 21154 markalı və ** CD *** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı avtonəqliyyat vasitələrinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində zərər çəkmiş ** NV *** dövlət qeydiyyat nişanlı VAZ 21154 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən zərər 1194,00 manat (bir min bir yüz doxsan dörd manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. Həmçinin, ** CD *** dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı avtonəqliyyat vasitələrinə vurulan zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən zərər 3909,00 manat (üç min doqquz yüz doqquz manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASCnin “Sığorta aktı”na əsasən hər iki sürücüdə günahın olunması nəzərə alınaraq ümumilikdə 3 189,00 (üç min bir yüz səksən doqquz) məbləğində sığorta ödənişizərərçəkən şəxsin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir.
İddiaçının tələbi:
2. Cavabdeh(lər) Cavabdeh2 və Cavabdeh1 iddiaçı"xxxx" ASC-nin xeyrinə 3 189,00 (üç min bir yüz səksən doqquz) məbləğində sığorta ödənişinin, 51,89 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Cavabdehin etirazı:
3. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
Tərəflərin izahatı
4. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
5. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən Cavabdeh2 öz izahatında qeyd etmişdir ki, hadisə baş verən zaman avtomobili o idarə etmişdir, lakin etibarnamənin müddəti bitmişdir. Dəymiş ziyan hesablanmışdır, lakin şişirdilmişdir, cəmi 1275 manat maddi ziyan vurulmuşdur. Məhkəmənin vəsatətin olub-olmaması ilə bağlı sualına cavab olaraq vəsatətinin olmadığını bildirmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
6. xx.xx.2022-ci il tarixli İXP4396490 nömrəli X9 Protokola əsasən, **-FT-*** dövlət qeydiyyat nişanlı VAZ21074 markalı avtomobili idarə edən şəxs xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2 olmuşdur. Protokoldan görünür ki, Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2-ci maddəsində nəzrdə tutulmuş inzibati xəta (xətalar) törətmişdir. Protokol Salyan RPŞ-nin PYPB-nin Baş DAM polis leytenantı X6 tərəfindən tərtib edilmişdir.
7. xx.xx.2022-ci il tarixli TP4800695 nömrəli İnzibati Tənbeh vermə haqqında Qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir.
8. xx.xx.2022-ci il tarixli X10 tərəfindən Salyan RPŞ-də verilmiş izahata əsasən, xx.xx.2022-ci il tarixdə təxminən saat 00:30 radələrində ona məxsus VAZ21154 markalı **- NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu A.Həsənov küçəsində hərəkətdə olarkən yolun sağ hissəsi ilə hərəkət edən VAZ2106 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sürətini azaldaraq sağ tərəfə çəkmiş və anidən qarşısında manevr etmiş, bu zaman toqquşmamaq üçün X10 avtomobili tormozlamış və lakin həmin avtomobillə toqquşmuşdur. Verilmiş sual- Qarşınınızda gedən VAZ2106 markalı 2-CD-596 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sola dönmə işıq siqnalından istifadə etməsini gördünüzmü? Sualın cavabına əsasən avtomobilin sürücüsü sola dönmə işığından istifadə etməmişdir.
9. xx.xx.2022-ci il tarixli X2 tərəfindən Salyan RPŞ-də verilmiş izahata əsasən, xx.xx.2022-ci il tarixdə təxminən saat 00:30 radələrində Salyan rayonu A.Həsənov küçəsində hərəkətdə olarkən VAZ2106 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sola dönmək üçün manevr etmiş və qapıda saxlamaq istəyərkən arxasınca gələn **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və avtomobil tormozlayaraq sol qabaq qapı hissəsi ilə toqquşmuşdur. **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi düzgün seçmədiyindən arxa hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı X2 avtomobildə dostu ilə birlikdə olmuşdur.
10. xx.xx.2022-ci il tarixli Cavabdeh2 tərəfindən Salyan RPŞ-də verilmiş izahata əsasən, xx.xx.2022-ci il tarixdə təxminən saat 00:30 radələrində Salyan rayonu A.Həsənov küçəsində hərəkətdə olarkən VAZ2106 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sola dönmək üçün manevr etmiş və qapıda saxlamaq istəyərkən arxasınca gələn **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və avtomobil tormozlayaraq sol qabaq qapı hissəsi ilə toqquşmuşdur. **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi düzgün seçmədiyindən arxa hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı maddi ziyan vurulsa da heç bir bədən xəsarəti alan olmamışdır.
11. İnam-93 İstehsal Kommersiya kişik müəssisəi tərəfindən verilmiş Ziyan aktına əsasən, VAZ2106 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 1680 manatdır.
12. İnam-93 İstehsal Kommersiya kişik müəssisəi tərəfindən verilmiş Ziyan aktına əsasən, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 4249 manatdır.
13. xx.xx.2022-ci il tarixli 140861 №-li Zərərdəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, **-NV-*** dövlət qeydiyyat nişanlı VAZ21154 markalı avtomobilə dəymiş zərərin ümumi məbləği 1275 manatdır.
14. xx.xx.2022-ci il tarixli 140837 №-li Zərərdəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, **-NV-*** dövlət qeydiyyat nişanlı VAZ21154 markalı avtomobilə dəymiş zərərin ümumi məbləği 2634 manatdır.
15. xx.xx.2022-ci il tarixli 140861 №-li Zərərdəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, **-CD-*** dövlət qeydiyyat nişanlı VAZ21061 markalı avtomobilə dəymiş zərərin ümumi məbləği 1194 manatdır.
16. Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsi tərəfindən Paşa Sığorta ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən, yol-nəqliyyat hadisəsi barədə toplanmış material Paşa Sığorta ASC-yə göndərilmişdir.
17. xx.xx.2022-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən, xx.xx.2022-ci il tarixdə saat 00:30-da Salyan rayonu, Babacanlə kəndi ərazisində yolnəqliyyat hadisəsi (toqquşma) baş vermişdir. Sürücü avtomobili idarə edərkən ayıq olmuş, sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ isə olmamışdır.Sürücü barəsində Salyan RPŞ-nin PYPB-nin Baş DAM polis leytenantı X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2 və 327.1-ci maddələri ilə icraat başlanmışdır.
18. xx.xx.2022-ci il tarixli Sığorta Aktına əsasən müəyyən olunmuşdur ki, sığorta hadisəsi Salyan, Babacanlı kəndi, A.Həsənov küçəsində xx.xx.2022-ci il tarixdə baş vermişdir. Sığortalı X4, sığorta predmeti **-FT-*** dövlət qeydiyyat nişanlı VAZ21074 markalı avtomobildir. Sığorta aktına əsasən, zərərçəkən şəxs X1r, zərər dəymiş əmlak **- CD-*** dövlət qeydiyyat nişanlı VAZ21061 markalı avtomobildir. Dəymiş zərər məbləği 1194 manat, sığorta ödənişi isə 597 manatdır.
19. xx.xx.2022-ci il tarixli Sığorta Aktına əsasən müəyyən olunmuşdur ki, sığorta hadisəsi Salyan, Babacanlı kəndi, A.Həsənov küçəsində xx.xx.2022-ci il tarixdə baş vermişdir. Sığortalı X4, sığorta predmeti **-FT-*** dövlət qeydiyyat nişanlı VAZ21074 markalı avtomobildir. Sığorta aktına əsasən, zərərçəkən şəxs X8r, zərər dəymiş əmlak **- NV-*** dövlət qeydiyyat nişanlı VAZ21154 markalı avtomobildir. Dəymiş zərər məbləği 3909 manat, sığorta ödənişi isə 2592 manatdır.
20. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış 12 may 2022-ci il tarixli 3311/L nömrəli məktubdan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən idarə olunan **-FT- *** dövlət qeydiyyat nişanlı VAZ21074 markalı avtomobil ilə xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində **-NV-*** dövlət qeydiyyat nişanlı VAZ21154 markalı və **- CD-*** dövlət qeydiyyat nişanlı VAZ21061 markalı avtonəqliyyat vasitələrinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən ümumilikdə 3189 manat məbləğində sığorta ödənişi edilmişdir. Bu məktubla Cavabdeh2 "xxxx" ASC tərəfindən ödənilmiş 3189 manat məbləğində pulun 15 təqvim günü ərzində geri qaytarılması əks təqdirdə məhkəmə qaydasında mübahisənin həll ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 903.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1111.2 Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
22. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu: 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
23. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 22.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarı: Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə mülki iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 27.Mülki iş materiallarına əlavə edilmiş sənədlərə əsasən, müəyyən edilmişdir ki, sığorta hadisəsi baş verən zaman **-CD-*** dövlət qeydiyyat nişanlı VAZ21061 markalı avtomobil Cavabdeh2 tərəfindən idarə edilmiş, lakin onun avtomobili idarə etmək hüququ olmamışdır. Məhkəmə qeyd edir ki, etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyil, bunun üçün avtomobili idarə etmək üçün qanuni əsasın olması kifayət edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 53.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər Qanunun “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” fəslinin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Qeyd edilənlərə əsasən, sürücülük hüququ olmadan avtomobilin idarə edilməsi ilə etibarnamə olmadan idarə etmə eyni anlayışlar deyildir. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin və ya digər qanuni sahibin avtomobildə olmaması mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquq normaları ilə tənzimlənir. 28.Mülki işin materiallarından görünür ki, cavabdeh qismində cəlb edilmiş Cavabdeh1 mülkiyyətçidir, lakin sığorta hadisəsi baş verən zaman avtomobili o, idarə etməmişdir. Bu isə qeyd edilən qanunvericilik normalarına əsasən, onun cavabdeh qismində tanınması və ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ondan tutulması zərurətini aradan qaldırır. Məhkəmə hesab edir ki, tələb edilən məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada deyil, yalnız Cavabdeh2 tutulmalıdır. Buna əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh1 münasibətdə olan hissədə təmin edilməməlidir. 29.xx.xx.2022-ci il tarixli Sığorta Aktına əsasən **-CD-*** dövlət qeydiyyat nişanlı VAZ21061 markalı avtomobilə dəymiş zərər məbləği 1194 manat, sığorta ödənişi isə 597 manatdır. xx.xx.2022-ci il tarixli Sığorta Aktına əsasən **-NV-*** dövlət qeydiyyat nişanlı VAZ21154 markalı avtomobilə dəymiş zərər məbləği 3909 manat, sığorta ödənişi isə 2592 manatdır. Məhz iddiaçı Paşa Sığorta ASC-nin iddia tələbi cavabdehlərdən 3189 manat məbləğində ödənilmiş pulun subroqasiya qaydasında tutulmasıdır. Sığorta aktlarına əsasən, **-NV-*** dövlət qeydiyyat nişanlı VAZ21154 markalı və **-CD-*** dövlət qeydiyyat nişanlı VAZ21061 markalı avtomobillərə dəymiş zərərə görə cəmi 3189 manat (2592+597=3189) sığorta ödənişi iddiaçı Paşa Sığorta ASC tərəfindən ödənilmişdir. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən Cavabdeh2 öz izahatında qeyd etmişdir ki, hadisə baş verən zaman avtomobili o idarə etmişdir, lakin etibarnamənin müddəti bitmişdir. Dəymiş ziyan hesablanmışdır, lakin şişirdilmişdir, cəmi 1275 manat maddi ziyan vurulmuşdur. Lakin vurulmuş dəymiş ziyanın məbləği ilə razılaşmayan cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut etmək üçün məhkəməyə heç bir sübut və ya vəsatət təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən (Maddə 14.2.) məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməklə qərar qəbul edir. 30.Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh2 3189 (üç min yüz səksən doqquz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
Məhkəmə xərcləri: 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 32.İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,89 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 33.Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1.İddia tələbi qismən təmin edilsin. 2.Cavabdeh2 3189 (üç min yüz səksən doqquz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. 3.İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,89 (əlli bir manat səksən doqquz qəpik) manat və 0.4 (sıfır manat qırx qəpik) manat bank xidməti xərci Cavabdeh2 tutularaq iddiaçı “Paşa Sığorta" ASC-yə ödənilsin. 4.İddia tələbi qalan hissədə təmin edilməsin. 5.Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova