Məhkəmə qərarları › İş №e-2(011)-2835/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2835/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2835/2023 28.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: xx.xx.2017-ci il tarixində ünvan 1 ünvanında yerləşən X2 məxsus mənzil "xxxx" ASC tərəfindən “Əmlak sığortası” növü üzrə sığortalanmışdı. xx.xx.2019-cu il tarixində ünvan 2 ünvanında yerləşən sizə məxsus mənzildən su axması nəticəsində həmin ünvanda yerləşən 34 saylımənzilə zərər dəymişdir. xx.xx.2019-cu il tarixində bununla baş vermiş su axması ilə bağlı 51 saylı Mənzil Kamunal İstismar sahəsinin məsul şəxsləritərəfindən Akt tərtib olunmuşdur. Zərərçəkən, sığortalımənzilə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Sığortalı mənzilə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2019-cu il tarixli “Əmlakın qiymətləndirilməsinə dair rəy”ə əsasən 321,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən mənzilin 70% hissəsinin sığortalanmasını nəzərə alaraq 224,70 (iki yüz iyirmi dörd manat yetmiş qəpik) manat məbləğində sığorta ödənişi zərərçəkənin hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir İddiaçının tələbi: Cavabdeh(lər) Cavabdehiddiaçı "xxxx" ASC-nin xeyrinə 224,70 (iki yüz iyirmi dörd manat yetmiş qəpik) manat məbləğində vəsaitin, 30,00 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: M-Pİ-0865/17 nömrəli Əmlak Sığorta Şəhadətnaməsinə əsasən ünvan 3 ünvanında yerləşən X3 (sığortalı) oğluna məxsus mənzil "xxxx" ASC (sığortaçı) tərəfindən xx.xx.2017ci il tarixdən xx.xx.2020-ci il tarixə 43 400 manat məbləğində sığortalanmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ümumi sahəsi 46.1 kv.m olan və ünvan 4 ünvanında yerləşən mülkiyyət hüququ üzrə X1 adına əmlakın dövlət reyestrində 2630 nömrəli reyestr kitabının 245039 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli akta əsasən X1 mənzilinə onun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, mənzilin dəhlizində, mətbəxin divarları və hamamın tavanına su axıntısı nəticəsində ziyanı dəymişdir, belə ki, dəhlizin tavanı və divarları saralıb qaralmış, divar kağızları tökülmüşdür. Mətbəxin divarları nəmlənib qaralmış və hamamın tavanının müxtəlif hissələrdən boyaları və suvaqları qopmuşdur. Cavadxan küçəsi, 60 saylı binanın 37 saylı mənzilin sahibinə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən "xxxx" ASCyə ünvanlanmış məktuba əsasən, M-Pİ-0865/17 nömrəli Əmlak Sığorta Şəhadətnaməsi üzrə dəymiş ziyanla bağlı 224.7 manat sığorta ödənişinin mənzilin təmirinə sərf olunması üçün mənzilin mülkiyyətçisi X2 ödənilməsinə etiraz edilmir. "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli Sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə ünvan 5 ünvanındakı mənzildə subasma hadisəsi nəticəsində mənzilə 321 manat məbləğində zərər dəymiş, 224.7 manat sığorta ödənişi edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilən ödəniş qəbzindən görünür ki, X1 hesabına 224.7 manat sığorta ödənişi edilmişdir (xx.xx.2020-ci il tarixli plastik kartların təhvil-təslim aktına əsasən sığorta ödənişinin alınması üçün müvafiq kart X2 təhvil verilmişdir.). Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1111.2 Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu: 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 36.1-1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim edilən sübutlara sadalanan qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, xx.xx.2017-ci il tarixində "xxxx" ASC tərəfindən “Əmlak sığortası” növü üzrə sığortalanmış, X2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 60, 34 saylı mənzilə xx.xx.2017-ci il ünvan 6 ünvanında yerləşən Cavabdeh məxsus mənzildən su axması nəticəsində maddi ziyan vurulması, iddiaçı tərəfindən zərərçəkənə 224.7 manat sığorta ödənişinin həyata keçirilməsi, bununla da, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçməsi müəyyən edilmişdir. Bu səbəbdən də, iddia təmin edilərək 224.7 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 224.7 manat pul məbləği “Paşa Sığorta" ASC -nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və 0.4 manat bank xidməti xərci Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 224.7 (iki yüz iyirmi dörd manat yetmiş qəpik) manat pul məbləği “Paşa Sığorta" ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və 0.4 (sıfır manat qırx qəpik) manat bank xidməti xərci Cavabdeh tutularaq iddiaçı “Paşa Sığorta" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar