Məhkəmə qərarları › İş №e-2(011)-289/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-289/2024

29.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-289/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı12 nümayəndəsi X3, adları qeyd edilmiş və iş üzrə digər iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı8, İddiaçı10, İddiaçı2, İddiaçı11, İddiaçı5, İddiaçı3, İddiaçı9, İddiaçı1, İddiaçı4, İddiaçı12 və İddiaçı6 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Arxitektura və Şəhərsalma Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X30, "xxxx" MMMC, X22, X4, X19, X20 cəlb edilməklə) “müəyyən hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı7, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Arxitektura və Şəhərsalma Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X30, "xxxx" MMMC, X22, X4, X19, X20 cəlb edilməklə) “müəyyən hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı8, İddiaçı10, İddiaçı2, İddiaçı11, İddiaçı5, İddiaçı3, İddiaçı9, İddiaçı1, İddiaçı4, İddiaçı12 və İddiaçı6 mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri Xətai rayonu X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə İddiaçı7 iddiaçıların siyahısından çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı8 xx.xx.2007-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok 15-ci mərtəbə, ümumi sahəsi 105 kv.metr olan 231 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh Kiçik Müəssisəsinin sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTK-nın sədri X23 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin hər bir kv.metr sahəsi üçün 346 manat olmaqla, 105 kv.metr sahə üçün cəmi 36.330 manat pulu müqavilə bağlanan gün ödəməklə mənzilin dəyərini, yəni pay haqqımı tam ödəmişdir. Tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda “dəyəri tam ödənildi” sözləri ilə və Cavabdeh MTK-nın o zamanki sədri X11 imzası və fiziki şəxs möhürü ilə təsdiqlənmişdir. İddiaçı4 xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Xətai rayonu X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok 13-cü mərtəbə, ümumi sahəsi 91 kv.metr olan 142 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh Kiçik Müəssisəsinin sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTK-nın sədri X23 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin hər bir kv.metr sahəsi üçün 300 manat olmaqla 91 kv.metr sahə üçün cəmi 27.300 manat pulun 4280 manat məbləğində olan hisəssini müqavilə bağlanan gün, 14.301 manat hissəsini xx.xx.2008-ci il tarixdə, 1500 manat hissəsini xx.xx.2008-ci il tarixdə, 1000 manat hissəsini xx.xx.2008-ci il tarixdə, 1000 manat hissəsini xx.xx.2008-ci il tarixdə, 1900 manat hissəsini xx.xx.2008-ci il tarixdə, 1500 manat hissəsini xx.xx.2008-ci il tarixdə, 1620 manat hissəsini xx.xx.2008ci il tarixdə və 200 manat hissəsini xx.xx.2009-cu il tarixdə ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir. Müqavilədə hər aparılan ödənişin qarşısında Cavabdeh MTK-nın sədri X11 imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı10 xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Xətai rayonu X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok 5-ci mərtəbə, ümumi sahəsi 130 kv.metr olan 22 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh Kiçik Müəssisəsinin sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTK-nın sədri X23 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən mənzilin hər bir kv.metr sahəsi üçün 335 manat olmaqla, 130 kv.metr sahə üçün cəmi 43.656 manat pulun 25.680 manat məbləğində hisəssini müqavilə bağlanan gün, 16.692 manat hissəsini xx.xx.2007-ci il tarixdə, 1.284 manat hissəsini isə xx.xx.2007-ci il tarixdə ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir. Tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda “dəyəri tam ödənildi” sözləri ilə və Cavabdeh MTK-nın sədri X11 imzası və möhürü ilə təsdiqlənmişdir. İddiaçı6 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində, ümumi sahəsi 72 kv.m olan 145 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın hazırki sədri X6 nümayəndəsi X22 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər kv.metr sahə üçün 1.180 manat olmaqla, 72 kv.metr sahə üçün cəmi 85.000 manat pulu ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir. Tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda “dəyəri əvvəlki payçı X17 ödənildi” sözləri qeyd edilməklə X12 və X13 imzası və Cavabdeh MTK-nın möhürü ilə təsdiqlənmişdir. İddiaçı3 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok mansard mərtəbəsində, ümumi sahəsi 72 kv.metr olan 160 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın sədri X20 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər kv.metr sahə üçün 555 manat olmaqla, 72 kv.m sahə üçün cəmi 40.000 manat pulu ödəməklə mənzilin dəyərini, yəni pay haqqımı tam ödəmişəm. Tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda “dəyəri əvvəlki payçı X17 ödənildi” sözləri ilə qeyd edilmiş, əvvəlki payçı X5 və MTK-nın sədri X20 tərəfindən imzalanmaqla Cavabdeh MTK-nın möhürü ilə təsdiqlənmişdir. İddiaçı7 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 72 kv.metr sahəsi 119 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın hazırki üzvlərindən X1 qanuni nümayəndəsi X22 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər bir kv.metr sahə üçün 888 manat olmaqla, 72 kv.metr sahə üçün cəmi 64.000 manat pulu müqavilə bağlanan gün ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir. İddiaçı2 xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbə, ümumi sahəsi 105 kv.metr olan 221 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın hazırki üzvlərindən X1 qanuni nümayəndəsi X22 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər bir kv.metr sahə üçün 411 manat olmaqla, 105 kv.metr sahə üçün cəmi 43.155 manat pulu müqavilə bağlanan gün ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir. İddiaçı11 xx.xx.2007-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok 15-ci mərtəbə, ümumi sahəsi 60 kv.metr olan 233 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh Kiçik Müəssisəsinin sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTK-nın sədri X23 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər bir kv.metr sahə üçün 243 manat olmaqla, 60 kv.metr sahə üçün cəmi 14.580 manat pulu müqavilə bağlanan gün ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir. İddiaçı5 xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 2319cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 9-cu mərtəbə, 135 kv.metr sahəsi olan 204 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh Kiçik Müəssisəsinin, sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTKnın sədri X23 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər bir kv.metr sahə üçün 283 manat olmaqla, 135 kv.metr sahə üçün cəmi 38.205 manat pulun 6.480 manat hissəsini müqavilə bağlanan gün, qalan 31.725 manat hissəsini isə xx.xx.2008-ci il tarixdə ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir. İddiaçı9 xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 96 kv.metr olan 138 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh Kiçik Müəssisəsinin, sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTKnın sədri X23 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər bir kv.metr sahə üçün 368 manat olmaqla, 96 kv.metr sahə üçün cəmi 35.328 manat pulun 7.704 manat hissəsini müqavilə bağlanan gün, qalan 27.624 manat hissəsini isə xx.xx.2009-cu il tarixdə ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir. Tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda “dəyəri tam ödənildi” sözləri ilə və Cavabdeh MTK-nın sədri X11 imzası və möhürü ilə təsdiqlənmişdir. Həmçinin xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində, ümumi sahəsi 135 kv.metr olan 230 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh MTK-nın hazirki sədri X20 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər kv.metr sahə üçün 700 manat olmaqla, 135 kv.metr sahə üçün cəmi 95.000 manat pulu müqvilə bağlanan gün ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir. Tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda “dəyəri əvvəlki payçı X21 ödənildi” sözləri ilə qeyd edilmiş, əvvəlki payçı X26 və Hidayət-N MTK-nın sədri X20 tərəfindən imzalanmaqla MTK-nın möhürü ilə təsdiqlənmişdir. İddiaçı12 xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 15-ci mərtəbə, ümumi sahəsi 130 kv.metr olan 235 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh Kiçik Müəssisəsinin sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTKnın sədri X23 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər bir kv.metr sahə üçün 288 manat olmaqla, 130 kv.metr sahə üçün cəmi 37.440 manat pulu müqavilə bağlanan gün ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir. İddiaçı1 xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 125 kv.metr olan 36 saylı mənzilə pay hüququnun əldə edilməsinə dair Cavabdeh Kiçik Müəssisəsinin sonradan isə onun hüquqi varisi olan Cavabdeh MTKnın sədri X23 ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən hər bir kv.metr sahə üçün 259 manat olmaqla, 125 kv.metr sahə üçün cəmi 32.375 manat pulun 9.720 manat hissəsini müqavilə bağlanan gün, qalan 22.680 manat hissəsini isə xx.xx.2008-ci il tarixdə ödəməklə mənzilin dəyərini, yəni pay haqqını tam ödəmişdir. Tərəfindən pay haqqının tam ödənilməsi müqavilənin sonunda “dəyəri tam ödənildi” sözləri ilə və Hidayət-N” MTK-nın sədri X11 imzası və möhürü ilə təsdiqlənmişdir. Mənzilə dair pay haqqını tam ödəməsinə baxmayaraq nə maliyyə arayışı, nə də mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək ona təqdim edilməmişdir. İddiaçılar bildirmişlər ki, pay haqqını tam ödəməklə MTK-ya heç bir borcun olmadığını təsdiqləyən maliyyə arayışının və mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməsi üçün dəfələrələ MTK-nın o zamanki sədri Rövşən Rüstəmova və hal-hazırki sədri Svetlana Kazımovaya müraciət etsələr də, sonuncular müxtəlif bəhanələr gətirərək adı çəkilən sənədləri təqdim etməkdən boyun qaçırmışlar. İddiaçılar məktubla MTK-nın sədri Svetlana Kazımovaya müraciət edərək, payçılara maliyyə arayışının verilməsini əks halda məhkəməyə müraciət edəcəyini bildərsələr də, qeyd edilən sənədlər payçılara təqdim edilməmişdir. Adı çəkilən hər iki sənəd mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarış verilməsi üçün qanunvericiliyə əsasən tələb edildiyindən bu sənədlərin MTK tərəfindən iddiaçılara təqdim edilməməsi mənzilə çıxarış alınmasına süni maneçilik törətməklə iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçılar məhkəmənin nəzərinə onu da çatdırmaq istəyirlər ki, hal-hazırda yaşadıqları binada yanğından mühafizə sistemində olan problemlər, daha dəqiq desələr binanın mərtəbələrində daxili yanğın su kranlarının, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının quraşdırılmaması və sair bu kimi bir sıra problemlər Cavabdeh MTK tərəfindən 2009-cu ildən indiyədək aradan qaldırılmadığı üçün bina istismara qəbul edilməmişdir. Belə ki, Fövqəladə Hallar Nazirliyi X30 Xidməti tərəfindən 2017, 2018, 2019-cu illlərdə qeyd edilən yaşayış binasında yanğın texniki müayinə aparılaraq yuxarıda sadalanan yanğından mühafizə sistemində aşkar olunan çatışmazlıqların təxirəsalınmaz qaydada aradan qaldırılması istiqamətində işlərin görülməsi, əks təqdirdə baş verə biləcək yanğın hadisəsinin MTK rəhbərliyinin üzərinə düşəcəyi qeyd olunmuşdur. Lakin qeyd olunan çatışmazlıqlara görə Cavabdeh MTK barəsində bir neçə il ərzində dəfələrlə məhkəmə qaydasında inzibati cərimə tətbiq edilməsinə baxmayaraq MTK tərəfindən qeyd olunan işlər indiyədək görülməmişdir. Hətta sonuncu dəfə Fövqəladə Hallar Nazirliyi X30 Xidməti 3-cü Ərazi X30 İdarəsi tərəfindən qeyd edilən yaşayış binasında keçirilən yanğın texniki müayinə zamanı YTQnin, 01-2001, bənd 6.1; 65; 10.4; 9.1; 8.4-cü tələblərinin pozulması faktı aşkar edilərək protokol tərtib edilmiş və Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə edilmişdir. Payçıları olduğu Cavabdeh MTK-nın həm 1-ci, həm də 2-ci redaksiyasında olan nizamnaməsində mənzil tikinti kooperativinin fəaliyyətinin əsas məqsədinin kooperativ üzvlərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahələrinə olan tələbatlarının təmin edilməsi göstərilmişdir. Lakin Cavabdeh MTK nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyət məqsədinə çatmamaqla yanaşı neçə illərdir ki, öz şəxsi maraqlarına görə, daha dəqiq desə bilərəkdən mənzillərin alqı-satqı (payların özgəninkiləşdirilməsi) prosesini bir növ “öz əlində saxlamaq” məqsədilə binanı tam istismara verməyərək sakinlərin öz mülkiyyəti üzərində sərbəst surətdə sərəncam verməyini qəsdən məhdudlaşdırmışdır. Cavabdeh MTK-nın bu hərəkətsizliyi həmçinin mənzillərinin icbari sığorta olunmasına və yaşayış yeri üzrə qeydiyyata düşməsinə süni maneçilik törətdiyi üçün bu cür hal onlara neçə illərdir ki, bir sıra çətinliklər yaratmaqda davam etməkdədir. İddiaçılar məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, Cavabdeh MTK, yəni sədr Svetlana Kazımova və onun üzvləri məhz öz şəxsi mənfəətlərinə görə 2009-cu ildən başlayaraq binanın 240 mənzilində tam olaraq sakinlərin məskunlaşmasına baxmayaraq hələ də yanğından mühafizə sistemində olan problemləri aradan qaldırmamış və bu hərəkətsizliyi ilə 1500-dən çox bina sakininin həyatını hər an baş verə biləcək yanğın hadisəsi zamanı təhlükədə qoymaqla bərabər, həm də mənzillərinin dövlət qeydiyyatına dair çıxarışını almağına bilərəkdən süni maneçilik törədərək konstitusion hüququ olan mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmə tərəfindən iddiaçılara MTK-nə borcun olmamasına dair maliyyə arayışının verilməsi və də mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməsi öhdəliyi, həmçinin binanın istismara verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı12 nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, kooperativin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Arxitektura və Şəhərsalma Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X30, "xxxx" MMMC, X22, X4, X19, X20 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmalarına baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların və onların nümayəndəsi və vəkili Nümayəndə izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fiziki şəxs X23 ilə payçı İddiaçı11 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.metr olan 233 nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın sədri X8 nümayəndəsi X22 ilə payçı İddiaçı6 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 72 kv.metr olan 145 nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. İş materiallarında olan fiziki şəxs X23 ilə payçı İddiaçı8 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.metr olan 231 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. İş materiallarında olan fiziki şəxs X23 ilə payçı İddiaçı10 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 5ci mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.metr olan 22 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. İş materiallarında olan fiziki şəxs X23 ilə payçı İddiaçı5 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 135 kv.metr olan 204 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət payçının istifadəsinə verilmişdir. İş materiallarında olan fiziki şəxs X23 ilə payçı İddiaçı12 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 130 kv.metr olan 235 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. İş materiallarında olan fiziki şəxs X23 ilə payçı İddiaçı1 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 8ci mərtəbəsində yerləşən ümumi sahəsi 125kv.metr olan 36 nömrəli mənzili izolə olunmuş 3 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. İş materiallarında olan fiziki şəxs X23 ilə payçı İddiaçı9 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.metr olan 138 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. İş materiallarında olan fiziki şəxs X23 ilə payçı İddiaçı4 arasında bağlanılmış xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 91 kv.metr olan 142 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. İş materiallarında olan fiziki şəxs X23 ilə payçı X9 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, 8ci mərtəbəsində yerləşən ümumi sahəsi 72 kv.metr olan 119 nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. İş materiallarında olan fiziki şəxs X22 ilə payçı İddiaçı2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.metr olan 221 nömrəli mənzili izolə olunmuş 2 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın sədri X20 ilə payçı İddiaçı9 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 135 kv.metr olan 230 nömrəli mənzili izolə olunmuş 3 otaqdan olaraq ibarət payçının istifadəsinə verilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın sədri X20 ilə payçı İddiaçı3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 2-ci blok, mansard mərtəbəsində yerləşən ümumi sahəsi 72 kv.metr olan 160 nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarət olaraq payçının istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müraciətə baxılması barədə Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən bina sakinlərinə verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, müraciətdə qeyd olunan çoxmənzilli yaşayış binasının istismara qəbul edilməməsi ilə bağlı bildirilmişdir ki, bundan əvvəl yuxarıda göstərilən ünvandan Nazirliyə daxil olmuş vətəndaş Xanlar Məmmədovun eyniməzmunlu müraciəti əsasında Nazirlik tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu məktubu göndərilmişdir. Komitədən verilən məlumata əsasən Cavabdeh MTK (keçmiş Cavabdeh kiçik müəssisəsi) tərəfindən inşa edilmiş 16 mərtəbəli 3 girişli yaşayış binası Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 247 nömrəli (bənd 44) Sərəncamının tələbinə əməl edilmədən, yəni yaşayış binasının tikintisi qeydiyyatdan keçirilmədən inşa edilmiş və dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmədən 2009-cu ildən məskunlaşdırılmışdır. Həmçinin bildirilmişdir ki, hazırda tikintisinə icazə tələb olunan obyektlərin istismarına icazə verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısfnın təsdiq edilməsi haqqında Qərarı”nın tələblərinə uyğun olaraq zəruri sənədlər tam tərkibdə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na əsasən tikinti obyektinə dair kod təqdim edildikdən sonra həyata keçirilir. Bununla əlaqədar, Cavabdeh MTK tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə uyğun olaraq zəruri sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətlərinin tam tərkibdə elektron qaydada /e:tikinti.gov.az/ internet səhifəsinə daxil olmaqla təqdim edilməsi məqsədəuyğun hesab olunur. Eyni zamanda, sözügedən məsələyə dair Nazirliyin sorğu məktubuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən bildirilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi və X30 Xidməti tərəfindən sözügedən çoxmənzilli bina problemlərin (təhlil qrupunun rəyinin olmaması, yanğından mühafizə sistemində və kommunikasiya təminatında (lift, qaz, su və kanalizasiya) nöqsanlar) olması səbəbindən istismara qəbul edilməmişdir. Bununla əlaqədar, çoxmənzilli binada qısa müddət ərzində rəydə qeyd olunmuş texniki problemlərin aradan qaldırılması Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdeh MTK rəhbərliyinin nəzərinə çatdırılmış və lazımi tövsiyələr verilmişdir. Çoxmənzilli binada mənzillərin çıxarışlarla təmin olunması məsələsi ilə bağlı bildirilir ki, qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binasına dair dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi barədə “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” və ya binanın istismarına icazə sənədi verildikdən sonra sözügedən məsələyə qanunamüvafiq qaydada baxılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun olaraq mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əlavə edilməklə ərizə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhərində yerləşən hər hansı bir mərkəzinə müraciət olunmalıdır. Çoxmənzilli binanın idarə olunmasına etinasız münasibət göstərilməsi ilə bağlı qeyd edilir ki, qeyd olunan çoxmənzilli binanın ümumi əmlakının saxlanması və sakinlər üçün normal mənzil-kommunal xidmətlərinin təmin edilməsi, eləcə də müraciətdə qaldırılan məsələlərin həlli məqsədilə binada Mənzil Məcəlləsinin müddəalarına uyğun sahə mülkiyyətçilərinin yaxından iştirakı ilə idarəetmənin təşkili məqsədəuyğun hesab olunur. Eyni zamanda bildirilmişdir ki, müraciət olunduğu təqdirdə Nazirliyin aidiyyəti əməkdaşları tərəfindən çoxmənzilli binada idarəetmənin təşkili istiqamətində köməklik göstəriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə verilmiş cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 23/19-cu məhəllə ünvanında inşa edilmiş yaşayış binasında yerləşən mənzillərin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı ərizənin cavablandırılmaması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətə (daxilolma qeydiyyatı: 3-21/3-5-44178/2023, xx.xx.2023-cü il) aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 23/19-cu məhəllə ünvanında yerləşən çoxmənzilli yaşayış binasına dair dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi barədə “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” və ya binanın istismarına icazə sənədi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli kollektiv müraciətlərə baxılmasının nəticəsi barədə verilmiş cavab məktubunun surətindən görünür ki, ünvan 5 ünvanında Cavabdeh (MTK) tərəfindən inşa edilmiş çoxmənzilii binanın istismara qəbul edilməməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatından və birbaşa daxil olmuş kollektiv müraciətlərə (daxilolma qeydiyyatları: İN-D/O-KOL-200/2022, xx.xx.2022-ci il, İN-D/O- KOL-200/2022/2, xx.xx.2022-ci il) İqtisadiyyat Nazirliyində baxılmışdır. Eyni zamanda sözügedən məsələyə dair Nazirliyin sorğu məktubuna cavab olaraq Bakı şəhəri Xətai Rayon icra Hakimiyyətindən bildirilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyi və X30 Xidməti tərəfindən sözügedən çoxmənzilli bina problemlərin (təhlil qrupunun rəyinin olmaması, yanğından mühafizə sistemində və kommunikasiya təminatında (lift, qaz, su və kanalizasiya) nöqsanlar) olması səbəbindən istismara qəbul edilməmişdir. Bununla əlaqədar çoxmənzilli binada qısa müddət ərzində rəydə qeyd olunmuş texniki problemlərin aradan qaldırılması Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdeh MTK rəhbərliyinin nəzərinə çatdırılmış və lazımi tövsiyyələr verilmişdir. Qeyd olunanlarla yanaşı bildiririk ki, sözügedən yaşayış binası müvafiq icra hakimiyyəti orqanı tərəfindən istismara qəbul edildikdən sonra həmin binada mənzillərə dair hüquqmüəyyənedici sənədləri ərizəyə əlavə etməklə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə hüquqların qeydiyyata alınması məsələsinə baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli müraciətə baxılmasının nəticəsi barədə verilmiş cavab məktubunun surətindən görünür ki, Cavabdeh Kiçik Müəssisəsinin xx.xx.2007-ci il tarixdə təşkilati-hüquqi formasını dəyişdirilərək Cavabdehnə (VÖEN **********) çevrilmişdir. Cavabdeh (VÖEN **********) sədri xx.xx.1994-cü il tarixdən 06.09 2005-ci il tarixədək X27, xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək X23, xx.xx.2015ci il tarixdən hazırkı tarixədək X14r. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X11 vərəsələri X19, X2r. Onlara bərabər hissədə qalmış miras əmlak : X18 məxsus Cavabdeh MTK-da olan 60 faiz təşkil edən nizamnamə kapitalından ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi haqqında verilmiş cavab məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində X11 (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə, X13 (VÖEN: **********) xx.xx.2013-cü il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçota alınmaları barədə məlumat mövcuddur. Məlumat bazasına əsasən X13 uçota alınarkən fəaliyyət növünün “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri” olması, xx.xx.2023-cü il tarixdə tərəfindən təqdim edilmiş məlumat dəyişikliyi ərizəsinə əsasən fəaliyyət növünün “Ev təsərrüfatında təmizlik” fəaliyyətinə dəyişdirilməsi və hazırda vəziyyətinin aktiv olması barədə məlumat mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi haqqında verilmiş cavab məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində X11 (VÖEN: **********) vergi uçotunun vəfat etməsi səbəbindən xx.xx.2022-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. Dövlət vergi xidmətinin bazasına əsasən Rövşən Rüstəmov “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” fəaliyyət növü üzrə vergi uçotuna alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli müraciətə baxılmasının nəticəsi barədə verilmiş cavab məktubunun surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə 17614 nömrə ilə dövlət qeydiyyatına alınmış Cavabdeh Kiçik Müəssisəsinin xx.xx.2007-ci il tarixdə təşkilatihüquqi forması dəyişdirilərək Cavabdehnə (VÖEN **********) çevrilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllədə (məhəllə 23/19, ev 3) inşa edilmiş 16 mərtəbəli, 3 girişli yaşayış binasının tikintisini həyata keçirən subyektlərə (hüquqi və ya vergi orqanlarında qeydiyyata alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) dair məlumatların (ad, qeydiyyat ünvanı, VÖEN, işlərin aparılması müddəti) verilməsi barədə müraciətə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılaraq, bildirilmişdir ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən çoxmənzilli yaşayış binasında mənzillərin sahə mülkiyyətçiləri mənzillərinə pay hüququ əldə edilməsinə dair Cavabdeh MTK ilə bağladıqları müqavilələri MMMC-nə təqdim etmiş, həmçinin həmin şəxslər ilə "xxxx" MMMC arasında kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6059/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadının icrası ilə bağlı Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, tələb olunan müqavilələrdən arxivdə 145, 160, 230, 233 nömrəli mənzillərə dair müqavilələr aşkar olunmuşdur, digər müqavilələr aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-289/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə bağlı Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X11, X13 fəaliyyətləri ilə əlaqədar qoyulmuş suallar üzrə Cavabdeh MTK-da məlumat yoxdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyriyaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir (maddə 110.5). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göstərilən Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır (maddə 113.2). Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır (maddə 113.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39- cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010- cu il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) dövlət qeydiyyatı üçün əsaslarından biridir. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə görə çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X37 küçəsi, 2319-cu məhəllə ünvanında inşa edilmiş çoxmərtəbəli bina istismara qəbul aktının alınmamasına baxmayaraq, sakinlərin istifadəsinə verilmişdir. İddiaçılar tərəfindən həmin binanın tərkib hissəsi olan müvafiq mənzillərin inşasına dair bağlanılmış müqavilələrin əsli (surətləri iş materiallarına əlavə edilməklə) məhkəməyə təqdim edilmişdir. Zəruri qaydada məlumatlandırılmış Cavabdeh MTK sübutların təmini barədə bəzi məhkəmə qərardadlarına yazılı cavab verməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir və müəyyən məlumatların arxivdə olmaması barədə məlumatlar istisna olmaqla, iddia tələblərinə münasibətdə sair qəbildən olan hər hansı etiraz irəli sürməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK ilə İddiaçı3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2-ci blok mansard mərtəbəsində, ümumi sahəsi 72 kv.metr olan 160 saylı mənzil, İddiaçı9 ilə bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 3-cü blok 14-cü mərtəbə, ümumi sahəsi 135 kv.metr olan 230 saylı mənzil, İddiaçı6 ilə bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2-ci blok 13-cü mərtəbə, ümumi sahəsi 72 kv.metr olan 145 saylı mənzil inşa edilərək adları qeyd edilmiş iddiaçıların sahibliyinə və istifadələrinə verilməlidir. Fiziki şəxs kimi fəaliyyət göstərən və xx.xx.2005-ci il tarixdən 2011-ci ilədək (2011ci ildə ölmüşdür) Cavabdeh MTK-nın sədri kimi fəaliyyət göstərən X23 ilə İddiaçı4 arasında bağlanılmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən 2-ci blok 13-cü mərtəbə, ümumi sahəsi 91 kv.metr olan 142 saylı mənzil, İddiaçı11 ilə bağlanılmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 3-cü blok 15-ci mərtəbə, ümumi sahəsi 60 kv.metr olan 233 saylı mənzil, İddiaçı5 ilə bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən 3-cü blok 9-cu mərtəbə, ümumi sahəsi 135 kv.metr olan 204 saylı mənzil, İddiaçı9 ilə bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 96 kv.metr olan 138 saylı mənzil, İddiaçı12 ilə bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən 3-cü blok 15-ci mərtəbə, ümumi sahəsi 130 kv.metr olan 235 saylı mənzil, İddiaçı1 ilə bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən 1-ci blok 8-ci mərtəbə, ümumi sahəsi 125 kv.metr olan 36 saylı mənzil, İddiaçı8 ilə bağalnılmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 3-cü blok 15-ci mərtəbə, ümumi sahəsi 105 kv.metr olan 231 saylı mənzil, İddiaçı10 ilə bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən 1-ci blok 5-ci mərtəbə, ümumi sahəsi 130 kv.metr olan 22 saylı mənzil - adları qeyd edilmiş iddiaçıların sahibliyinə və istifadəsinə verilməlidir. İddiaçı2 3-cü blok 13-cü mərtəbə, ümumi sahəsi 105 kv.metr olan 221 saylı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə müqaviləni xx.xx.2015-ci il tarixdə fiziki şəxs kimi fəaliyyət göstərən X22 ilə bağlamışdır. Müstəqil tələb irəli sürməyən X13 məhkəmə iclasında verdiyi izahatının məzmunundan görünür ki, mərhum əri X23 2011-ci ildə vəfat etdikdən sonra sözügedən binada idarəetmə işləri faktiki olaraq onun tərəfindən həyata keçirilmişdir. Belə ki, yuxarıda sadalanmış müqavilələrə əsasən müvafiq mənzillər tikildikdən sonra iddiaçılara təhvil verilməlidir və iddiaçılar isə mənzillərin dəyərini ödəmək öhdəliyi daşıyırlar. Göründüyü kimi, mənzil tikintisi ilə bağlı iddiaçıların bağladıqları müqavilələr podrat müqavilələridir. Yuxarıda qeyd edildiyi kimi, Mülki Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Belə ki, “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə vermək” podratçının müqavilə üzrə vəzifəsi kimi müəyyən edilib. Mənzil podratın maddiləşmiş nəticəsidir, iddiaçıların sifarişi və maliyyəsi hesabına əmələ gəlib, ona görə də podratçının vəzifəsidir ki, mənzillərə dair mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər də iddiaçılara verilsin. Cavabdehin müvafiq sənədləri təqdim etməməsi nəticəsində iddiaçıların əmlak hüquqları pozulur və onlar mənzillərini öz adlarına dövlət qeydiyyatına ala bilmirlər. Bundan başqa podrat münasibətlərində podratçının “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə vermək” öhdəliyi mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan ağlabatan bütün hərəkətlərin də icrasını, misal üçün binanın istismara qəbul aktının alınması üçün müvafiq dövlət orqanına podratçının müraciətini də nəzərdə tutur. İddiaçılar İddiaçı3, İddiaçı9 (3-cü blok 14-cü mərtəbə, ümumi sahəsi 135 kv.metr olan 230 saylı mənzilə münasibətdə), İddiaçı6 podrat müqaviləsini Cavabdeh MTK ilə; iddiaçılar İddiaçı4, İddiaçı11, İddiaçı5, İddiaçı9 (2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 96 kv.metr olan 138 saylı mənzilə münasibətdə), İddiaçı12, İddiaçı1, İddiaçı8, İddiaçı10 podrat müqaviləsini X23 ilə; İddiaçı2 isə müqaviləni X22 ilə bağlamaları, yəni eyni binanın tərkib hissələri olan müxtəlif mənzillərin inşası ilə bağlı yaranmış podrat münasibətlərində tərəfin (podratçının) dəyişməsi tikilmiş mənzillərə dair əmlak hüquqlarının qeydiyyatı üçün zəruri sənədlərin verilməsi və binanın istismara qəbulu ilə bağlı müəyyən hərəkətlərin edilməsi ilə bağlı podratçının ümumi vəzifələrinə təsir etməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsində qanuniverici tərəfindən ifadə olunmuş mövqe ondan ibarətdir ki, tikintisi başa çatmayan binanın tərkib hissəsinin əldə olunması ilə bağlı yaranmış podrat münasibətlərində podratçının dəyişməsi tərəflərin arasında yaranmış münasibətlərə podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Bundan başqa, həmin maddədə qanunverici tərəfindən müəyyən edilmişdir ki, binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq podratçının öhdəsinə düşən vəzifələrdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələblərində göstərilmiş müqavilələrə əsasən ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışlarının verilməsi və “tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri Xətai rayonu X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün cavabdehin müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi hissəsində iddia tələbləri bütün iddiaçılara münasibətdə təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı3, İddiaçı9 (3-cü blok 14-cü mərtəbə, ümumi sahəsi 135 kv.metr olan 230 saylı mənzilə münasibətdə), İddiaçı6 Cavabdeh MTK ilə müqavilə bağlayaraq kooperativin üzvləri olduqlarından, “mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsi” barədə iddia tələbləri həmin iddiaçılara münasibətdə təmin edilməlidir. Belə ki, digər iddiaçıların da kooperativin üzvü olduqlarını təsdiq edən sənədlər iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa qeyd edilən Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təmin edilmiş iddia tələblərinin həcmi nəzərə alınaraq, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh MTK tərəfindən İddiaçı3, İddiaçı9 (3-cü blok 14-cü mərtəbə, ümumi sahəsi 135 kv.metr olan 230 saylı mənzilə münasibətdə) və İddiaçı6 mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Cavabdeh MTK tərəfindən İddiaçı8, İddiaçı10, İddiaçı2, İddiaçı11, İddiaçı5, İddiaçı9 (2-ci blok 12-ci mərtəbə, ümumi sahəsi 96 kv.metr olan 138 saylı mənzilə münasibətdə), İddiaçı1, İddiaçı4, İddiaçı12 mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan sənədlər müraciətə əlavə edilməklə Bakı şəhəri Xətai rayonu X37 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar