Məhkəmə qərarları › İş №e-2(011)-3089/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3089/2023

21.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3089/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik hüququnun tanınması tələbi barədə ilkin; qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ləyaqətsiz vərəsə hesab edilməsi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin tələb və dəlilləri: İlkin iddia üzər İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X14 qarşı Bakı şəhəri, Nərimanov rayonu, X37 prospekti, ev 106 ünvanında yerləşən, 85 nömrəli mənzilin yarı hissəsinə, yəni ½ hissədə İddiaçı “Ər-arvadın ümumi əmlakındakı paya dair şəhadətnamə”nin verilməsi öhdəliyinin Bakı şəhəri 6 saylı notariat ofisinə həvalə edilməsi, eləcə də qeyd olunan mənzilin yerdə qalan yarı hissəsi üzrə ¼ hissədə mülkiyyət hüquqlarının tanınması, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən, 38 nömrəli mənzilin yarı hissəsinə, yəni ½ hissədə İddiaçı “Ər-arvadın ümumi əmlakındakı paya dair şəhadətnamə”nin verilməsi öhdəliyinin Bakı şəhəri 6 saylı notariat ofisinə həvalə edilməsi, eləcə də qeyd olunan mənzilin yerdə qalan yarı hissəsi üzrə ¼ hissədə mülkiyyət hüquqlarının tanınması, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, 4891 C saylı bağ sahəsinin və həmin bağ sahəsinin yerləşdiyi 0,04 ha torpağın yarı hissəsinə, yəni ½ hissədə İddiaçı “Ər-arvadın ümumi əmlakındakı paya dair şəhadətnamə”nin verilməsi öhdəliyinin Bakı şəhəri 6 saylı notariat ofisinə həvalə edilməsi, eləcə də qeyd olunan 4891 C saylı bağ sahəsinin və həmin bağ sahəsinin yerləşdiyi 0,04 ha torpağın yerdə qalan yarı hissələri üzrə ¼ hissədə mülkiyyət hüquqlarının tanınması, Tovuz rayonu, Aşağı Ayıblı (indiki Əyyublu) bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 20 saylı protokolundan çıxarışa və Tovuz rayon Şöbəsinin 04 saylı xx.xx.2002-ci il tarixli torpağın alqı-satqısına dair Akta əsasən, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,1 ha torpaq sahəsinin (xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir) yarı hissəsinə, yəni ½ hissədə İddiaçı “Ər-arvadın ümumi əmlakındakı paya dair şəhadətnamə”nin verilməsi öhdəliyinin Bakı şəhəri 6 saylı notariat ofisinə həvalə edilməsi, eləcə də qeyd olunan torpaq sahəsinin yerdə qalan yarı hissəsi üzrə ¼ hissədə mülkiyyət hüquqlarının tanınması, Tovuz rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarına əsasən, Tovuz rayonu, Əyyublu kəndində yerləşən, 0,1 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsinin (JN-556 A nömrəli, xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnaməyə əsasən) yarı hissəsinə, yəni ½ hissədə İddiaçı “Ər-arvadın ümumi əmlakındakı paya dair şəhadətnamə”nin verilməsi öhdəliyinin Bakı şəhəri 6 saylı notariat ofisinə həvalə edilməsi, eləcə də qeyd olunan torpaq sahəsinin yerdə qalan yarı hissəsi üzrə ¼ hissədə mülkiyyət hüquqlarının tanınması, Tovuz rayonu, Aqrar İslahat Komissiyasının qərarına əsasən, Tovuz rayonu, Əyyublu kəndində yerləşən, 0,93 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin (JN-718 nömrəli, xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən) yarı hissəsinə, yəni ½ hissədə İddiaçı “Ər-arvadın ümumi əmlakındakı paya dair şəhadətnamə”nin verilməsi öhdəliyinin Bakı şəhəri 6 saylı notariat ofisinə həvalə edilməsi, eləcə də qeyd olunan torpaq sahəsinin yerdə qalan yarı hissəsi üzrə ¼ hissədə mülkiyyət hüquqlarının tanınması, Bakı şəhəri, 6 saylı notariat Ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş və buraxılış ili 2014-cü il tarixli, AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AD 046013 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JTMDEREV10D052449, mühərrikin nömrəsi B371126 olan TOYOTA RAV-4 minik markalı, ** MB *** dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi barədə 31 yanvar 2023-cü il tarixdə verilmiş və reyestrdə 2 V - 9 nömrəsi ilə qeydə alınmış (V-4/2023 nömrəli vərəsəlik işi üzrə) “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin etibarsız hesab edilməsi, AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AD 046013 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış ili 2014-cü il, ban nömrəsi JTMDEREV10D052449, mühərrikin nömrəsi B371126 olan TOYOTA RAV4 minik markalı, ** MB *** dövlət nömrəli nişanlı nəqliyyat vasitəsinin yarı hissəsinə, yəni ½ hissədə İddiaçı “Ər-arvadın ümumi əmlakındakı paya dair şəhadətnamə”nin verilməsi öhdəliyinin Bakı şəhəri 6 saylı notariat ofisinə həvalə edilməsi, eləcə də qeyd olunan nəqliyyat vasitəsinin yerdə qalan yarı hissəsi üzrə ¼ hissədə mülkiyyət hüquqlarının tanınması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 (yüz bir) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 11 (on bir) manat məbləği olmaqla, ümumilikdə 112 (bir yüz on iki) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi (verilməsi barədə) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilkin iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dəqiqləşdirmə verərək, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və digər tələblərə dair e-2(011)-3089/2023 nömrəli mülki iş üzrə ünvan 3 ünvanında yaşayan Cavabdeh8, ünvan 3 ünvanında yaşayan Cavabdeh5, ünvan 3 ünvanında yaşayan X22, ünvan 3 ünvanında yaşayan Cavabdeh6 və ünvan 4da yaşayan Cavabdeh7 Nadiq oğlunun iş üzrə cavabdeh qismində işə cəlb olunması, Bakı şəhəri, 6 saylı notariat Ofisinin xüsusi notariusu X21 tərəfindən təsdiq edilmiş və hal-hazırda da mübahisələndirilən vərəsəlik şəhadətnaməsi əsasında, buraxılış ili 2014-cü il tarixli, ban nömrəsi XTMDEREV10D052449, mühərrikin nömrəsi B371126 olan TOYOTA RAV-4 minik markalı, ** MB *** dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi barədə və Cavabdeh1 adına verilmiş, xx.xx.2023-cü il tarixli, BD 338087 nömrəli qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh8 arasında buraxılış ili 2014-cü il tarixli, AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023-cü il tarixli, BD 338087 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JTMDEREV10D052449, dövlət qeydiyyat nömrəsi ** MB *** olan TOYOTA RAV-4 MİNİK markalı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə X17 arasında müvafiq alqı-satqı müqaviləsi bağlandıqdan sonra, nəqliyyat vasitəsi barədə və Cavabdeh8 adına verilmiş, xx.xx.2023-cü il tarixli, BA 252942 nömrəli qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh8 arasında bağlanmış alqı-satqı müqaviləsindən sonra, Cavabdeh8 tərəfindən buraxılış ili 2014-cü il tarixli, AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023-cü il tarixli, BA 252942 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi XTMDEREV10D052449, dövlət qeydiyyat nömrəsi ** MB *** olan TOYOTA RAV-4 MİNİK markalı nəqliyyat vasitəsinin Cavabdeh5, X22, Cavabdeh6 və Cavabdeh7 Nadiq oğlunun sahiblik və istifadələrinə verilməsini təsdiq edən etibarnamələrin hamısının etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin cavabdehlərdən alınaraq cərimə meydançasında yerləşdirilmiş və iddia ərizəsində qeyd olunan digər iddia tələblərinin dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmaqla müvafiq qətnamənin qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının tələb və dəlilləri İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh X23 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ləyaqətsiz vərəsə hesab edilərək vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı ilə X11 10 noyabr 1999-cu il tarixdə rəsmi nikaha girmişdirlər. İddiaçı 08 may 2022-ci il tarixində arvadı İlahə İsgəndərovanı qısas almaq məqsədi ilə qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmiş, eləcə də qayınanası Cavabdeh1 sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 15 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə qəti olaraq 16 ay il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 08 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İddiaçı ilə X4 birgə nikah dövründə, yəni 23 sentyabr 2014-cü il tarixində Bakı şəhəri Xətai rayonu, ünvan 5 ünvanında yerləşən 38 saylı mənzilin pay dəyəri ödənilməklə, əldə edilmişdir. Mənzilə dair mülkiyyət hüququ 10 oktyabr 2014-cü il tarixində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X4 adına qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyərtindədir. Daha sonra Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə Tovuz rayonu Aşağı Ayıblı kəndində 0,10 hektar torpaq sahəsi İddiaçı və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. 22 aprel 2002-ci il tarixli Torpağın Alqı-satqısına dair Aşağı Ayıblı bələdiyyə orqanının 04 nömrəli aktına əsasən Tovuz rayonu, Aşağı Ayıblı kəndində bələdiyyənin həyətyanı sahə üçün nəzərdə tutulmuş boş torpaq sahəsindən 0,12 ha həyətyanı torpaq sahəsi X1. Torpaq sahəsinə dair mülkiyyət hüququ X4 adına qeydiyyata alınmışdır. 16 iyun 2020-ci il tarixində Sumqayıt şəhəri, Novxanı bağ massivi 4891C nömrəli bağ sahəsi satın alınmış və X4 adına qeydiyyata alınmışdır. Daha sonra 04 noyabr 2017-ci il tarixində “Toyota Rav- 4 minik” markalı 90OA768 dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında X4 adına qeydiyyata alınmışdır. 08 may 2022-ci il tarixində vəfat etmiş X8 vərəsələri olaraq X28, Cavabdeh3, Cavabdeh2 tanınmış və onların hər birinin miras əmlak olan “Toyota Rav-4 minik” markalı 90OA768 dövlət qeydiyyat nişanlı avtomobilə dair 1/3 irs almaqlarına dair 31 yanvar 2023cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Cavabdeh3 və Cavabdeh2 tərəfindən notarial qaydada verilmiş ərizələrə əsasən həmin avtomobil X15 adına qeydiyyat alınmış və bundan sonra 11 fevral 2023-cü il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsi”nə əsasən sonuncu tərəfindən 20000 manata Cavabdeh8 satılmışdır. Avtomobil hal-hazırda Cavabdeh8 adına qeydiyyatdır və o, avtomobilə dair Cavabdeh5, X30, Cavabdeh6, X29 etibarnamələr vermişdir. 13 mart 2012-ci il tarixli Bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən 106 nömrəli evin 85 nömrəli mənzili X13 tərəfindən X7 bağışlanmışdır. Mənzilə dair mülkiyyət hüququ 12 aprel 2012-ci il tarixində X4 adına qeydiyyata alınmışdır. Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə 10 noyabr 1998-ci il tarixli JN-718 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair Dövlət Aktı” əsasında Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən 0,93 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X9, Cavabdeh1, X5, X2 və X10 ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 182. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1137. Ləyaqətsiz vərəsə Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasiı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir.

Məhkəmənin mövqeyi:

Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayonu, ünvan 5 ünvanında yerləşən 38 saylı mənzil, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə Tovuz rayonu Aşağı Ayıblı kəndində 0,10 hektar torpaq sahəsi, 22 aprel 2002-ci il tarixli Torpağın Alqı-satqısına dair Aşağı Ayıblı bələdiyyə orqanının 04 nömrəli aktına əsasən Tovuz rayonu, Aşağı Ayıblı kəndində bələdiyyənin həyətyanı sahə üçün nəzərdə tutulmuş boş torpaq sahəsindən 0,12 hektar torpaq sahəsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi 4891C nömrəli bağ sahəsi İddiaçı ilə X11 arasında olan birgə nikah dövründə əldə edilmiş birgə əmlakıdır. Belə olan halda, ilkin iddia üzrə İddiaçı iddiası qeyd edilən əmlaklara dair ½ hissədə İddiaçı “Ərarvadın ümumi əmlakındakı paya dair şəhadətnamə”nin verilməsi öhdəliyinin Bakı şəhəri 6 saylı notariat ofisinə həvalə edilməsi hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə qeyd edir ki, “Toyota Rav-4 minik” markalı 90OA768 dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin avtomobil X12 ilə İddiaçı birgə əmlakı olmuşdur. Belə olan halda avtomobilin X3 qalmış miras əmlak kimi tanınaraq həmin əmlaka dair cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/3 hissəsində vərəsəlik payına dair vərəsəlik şəhadətnaməsinin verilməsi qanunsuz olmuşdur. Buna baxmayaraq avtomobilin Cavabdeh8 satıldığından və həmin şəxsin bu fakt barədə vicdanlı əldə olmadığı məhkəmə tərəfindən müəyyən edilmədiyindən, məhkəmə həmin şəxsin vicdanlı alıcı olduğunu hesab edir. Belə olan halda, məhkəmə iddianın buraxılış ili 2014-cü il tarixli, ban nömrəsi XTMDEREV10D052449, mühərrikin nömrəsi B371126 olan TOYOTA RAV-4 minik markalı, ** MB *** dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi barədə və Cavabdeh1 adına verilmiş, xx.xx.2023-cü il tarixli, BD 338087 nömrəli qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh8 arasında buraxılış ili 2014-cü il tarixli, AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023-cü il tarixli, BD 338087 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi JTMDEREV10D052449, dövlət qeydiyyat nömrəsi ** MB *** olan TOYOTA RAV-4 MİNİK markalı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə X17 arasında müvafiq alqı-satqı müqaviləsi bağlandıqdan sonra, nəqliyyat vasitəsi barədə və Cavabdeh8 adına verilmiş, xx.xx.2023-cü il tarixli, BA 252942 nömrəli qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ilə Cavabdeh8 arasında bağlanmış alqı-satqı müqaviləsindən sonra, Cavabdeh8 tərəfindən buraxılış ili 2014-cü il tarixli, AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2023-cü il tarixli, BA 252942 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi XTMDEREV10D052449, dövlət qeydiyyat nömrəsi ** MB *** olan TOYOTA RAV-4 MİNİK markalı nəqliyyat vasitəsinin Cavabdeh5, X22, Cavabdeh6 və Cavabdeh7 Nadiq oğlunun sahiblik və istifadələrinə verilməsini təsdiq edən etibarnamələrin hamısının etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin cavabdehlərdən alınaraq cərimə meydançasında yerləşdirilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə ilkin iddiaya Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən 106 nömrəli evin 85 nömrəli mənzilə və Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə 10 noyabr 1998-ci il tarixli JN-718 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair Dövlət Aktı” əsasında Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən 0,93 hektar torpaq sahəsinin yarı hissəsinə, yəni ½ hissədə İddiaçı “Ər-arvadın ümumi əmlakındakı paya dair şəhadətnamə”nin verilməsi öhdəliyinin Bakı şəhəri 6 saylı notariat ofisinə həvalə edilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, həmin daşınmaz əmlaklardan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən 106 nömrəli evin 85 nömrəli mənzil mərhum X4 mülkiyyətinə bağışlama müqaviləsi əsasında keçdiyindən, Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən 0,93 hektar torpaq sahəsi isə tərəflərin nikahından öncə Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə 10 noyabr 1998-ci il tarixli JN-718 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair Dövlət Aktı” əsasında X4 ümumi birgə mülkiyyətinə verildiyinə görə həmin əmlaklar X4 və İddiaçı birgə nikah dövründə əldə edilmiş ümumi birgə əmlakı deyildir. Odur ki, iddia qeyd edilən hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına istinadən qeyd edir ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Beləliklə, sözügedən qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı tərəfindən X7 qarşı mövcud cinayət hadisəsi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törədildiyindən, həmin şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün kifayət qədər əsaslar yaranmışdır. Ona görə də, qarşılıqlı iddia əsaslı hesab edilərək, İddiaçı mərhum X6 miras qalmış əmlaka dair ləyaqətsiz vərəsə hesab edilərək vərəsəlik hüququndan məhrum edilməlidir. Məhkəmə ilkin iddiaya, Bakı şəhəri Xətai rayonu, ünvan 5 ünvanında yerləşən 38 saylı mənzil, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə Tovuz rayonu Aşağı Ayıblı kəndində 0,10 hektar torpaq sahəsi, 22 aprel 2002-ci il tarixli Torpağın Alqı-satqısına dair Aşağı Ayıblı bələdiyyə orqanının 04 nömrəli aktına əsasən Tovuz rayonu, Aşağı Ayıblı kəndində bələdiyyənin həyətyanı sahə üçün nəzərdə tutulmuş boş torpaq sahəsindən 0,12 ha, Sumqayıt şəhəri, Novxanı bağ massivi 4891C nömrəli bağ sahəsi, “Toyota Rav-4 minik” markalı 90OA768 dövlət qeydiyyat nişanlı avtomobil, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən 106 nömrəli evin 85 nömrəli mənzil, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə 10 noyabr 1998-ci il tarixli JN-718 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair Dövlət Aktı” əsasında Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən 0,93 hektar torpaq sahəsinin yerdə qalan yarı hissəsi üzrə ¼ hissədə mülkiyyət hüquqlarının tanınması tələbinə qiymət verərək, ilkin olaraq onu qeyd etməyə zəruri hesab edir ki, mülki iş materialları və tərəflərin izahatları əsasında tələbin qeyd edilən əmlakların yarı hissəsinə ilkin iddia üzrə iddiaçının vərəsə olaraq payının müəyyən edilməsi ilə bağlıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mərhum X7 münasibətdə ləyaqətsiz vərəsə hesab edildiyinə görə, ilkin iddia üzrə İddiaçı mərhumdan miras qalmış Bakı şəhəri Xətai rayonu, ünvan 5 ünvanında yerləşən 38 saylı mənzil, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə Tovuz rayonu Aşağı Ayıblı kəndində 0,10 hektar torpaq sahəsi, 22 aprel 2002-ci il tarixli Torpağın Alqı-satqısına dair Aşağı Ayıblı bələdiyyə orqanının 04 nömrəli aktına əsasən Tovuz rayonu, Aşağı Ayıblı kəndində bələdiyyənin həyətyanı sahə üçün nəzərdə tutulmuş boş torpaq sahəsindən 0,12 ha, Sumqayıt şəhəri, Novxanı bağ massivi 4891C nömrəli bağ sahəsi, “Toyota Rav-4 minik” markalı 90OA768 dövlət qeydiyyat nişanlı avtomobil, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən 106 nömrəli evin 85 nömrəli mənzil, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə 10 noyabr 1998-ci il tarixli JN-718 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair Dövlət Aktı” əsasında Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən 0,93 hektar torpaq sahəsinin yerdə qalan yarı hissəsi üzrə ¼ hissədə mülkiyyət hüquqlarının tanınması hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə ilkin iddiaya iddia ərizəsinin və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qalan hissədə qismən təmin edildiyindən, ddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 (əlli) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 11 (on bir) manat məbləği olmaqla, ümumilikdə 61 (altmış bir) manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada alınaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia ərizəsi qismən əsaslı hesab edilərək qismən təmin edilməli, qarşılıqlı iddia isə əsaslı olduğuna görə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən, 38 nömrəli mənzilin yarı hissəsinə, yəni ½ hissədə İddiaçı “Ər-arvadın ümumi əmlakındakı paya dair şəhadətnamə”nin verilməsi öhdəliyi Bakı şəhəri 6 saylı notariat ofisinə həvalə edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, 4891 C saylı bağ sahəsinin və həmin bağ sahəsinin yerləşdiyi 0,04 ha torpağın yarı hissəsinə, yəni ½ hissədə İddiaçı “Ərarvadın ümumi əmlakındakı paya dair şəhadətnamə”nin verilməsi öhdəliyi Bakı şəhəri 6 saylı notariat ofisinə həvalə edilsin. Tovuz rayonu, Aşağı Ayıblı (indiki Əyyublu) bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 20 saylı ptorkolundan çıxarışa və Tovuz rayon Şöbəsinin 04 saylı xx.xx.2002-ci il tarixli torpağın alqı-atqızına dair Akta əsasən, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,1 ha torpaq sahəsinin (xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir) yarı hissəsinə, yəni ½ hissədə İddiaçı “Ər-arvadın ümumi əmlakındakı paya dair şəhadətnamə”nin verilməsi öhdəliyi Bakı şəhəri 6 saylı notariat ofisinə həvalə edilsin. Tovuz rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarına əsasən, Tovuz rayonu, Əyyublu kəndində yerləşən, 0,1 ha yaşyış məntəqələinin təyinatlı torpaq sahəsinin (JN-556 A nömrəli, xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnaməyə əsasən) yarı hissəsinə, yəni ½ hissədə İddiaçı “Ərarvadın ümumi əmlakındakı paya dair şəhadətnamə”nin verilməsi öhdəliyi Bakı şəhəri 6 saylı notariat ofisinə həvalə edilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 (əlli) manat və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün ödənilmiş 11 (on bir) manat məbləği olmaqla, ümumilikdə 61 (altmış bir) manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada alınaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə ödənilsin. İlkin iddiaya qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı miras qoyan X7 münasibətdə ləyaqətsiz vərəsə hesab edilərək vərəsəlik hüququnundan məhrum edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar