Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3103/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – cavabdehdən 7801,56 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 7831,56 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "xxxx" markalı ** XU *** dövlət nömrə nişanlı avtomobil Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ilə hərəkət edən zaman manevr etmə qaydasını pozmuş, nəticədə "xxxx" ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “Chevrolet Aveo” markalı ** PU *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Abşeron DYP tərəfindən tərtib olunmuş TP ******* saylı X5 haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxsin Cavabdeh olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı ** PU *** dövlət nömrə nişanlı avtomobilə 8001,56 manat maddi zərər dəymişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və AKS 210124 saylı xx.xx.2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən azadolma məbləği tətbiq edildikdən sonra 7801,56 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sonradan iddiaçı "xxxx" ASC vəsatətlə məhkəməyə müraciət edərək, LPO "xxxx" SŞ ASC iş üzrə cavabdeh qismində cəlb edilməsini və Cavabdeh 2801,56 manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin, cavabdeh LPO "xxxx" SŞ ASC-nin ləğvetmə komissiyasından 5000 manat və 30 manat dövlət rüsumunun, ümumilikdə 7831,56 manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC sonradan iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" SŞ ASC-nin cavabdehlər sırasından çıxarılaraq, məhkəmədən Cavabdeh 2831,56 manat pul vəsaitinin tutularaq, iddiaçı "xxxx" ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə mülki iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını və təqdim edilmiş sübutları təhlil edərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır, buna görə də qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sığorta ödənişi aktının surətindən görünür ki, təmir müəssisəsi "xxxx" MMC-nin hesabına 7801,56 manat məbləğində pul vəsaiti ödənilməlidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli №007380 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 6780,98 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli №007381 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 1220,58 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021ci il tarixli № 770-07/21 SH saylı məktubundan görünür ki, Cavabdeh və X3 "xxxx" ASCdə sığortalanmış avtomobilə dəymiş zərərin qiymətləndirmə prosesində iştirak etməkləri və sığorta hadisəsinin tənzimlənməsi ilə əlaqədar təklifi olduğu təqdirdə 3 iş günü müddətində Cəmiyyətə yazılı şəkildə təqdim etməkləri xahiş edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən "xxxx" ASC-nə ünvanlanmış xx.xx.2021-ci il tarixli HF-2021/0339 saylı məktubdan görünür ki, "xxxx" ASC-nə "xxxx" QSC-nə məxsus olan “Chevrolet Aveo” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirdən təhvil alınması və "xxxx" ASC-nə və zərərvuran şəxsə qarşı gələcəkdə heç bir iddialarının olmayacağı bildirilmişdir. İş materiallarında olan TP № ******* nömrəli xx.xx.2021-ci il tarixli X5 haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 9/3741 saylı ekspert rəyindən görünür ki, "xxxx" tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Chevrolet Aveo” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6367 manat müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi Cavabdeh tərəfindən idarə olunan "xxxx" markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən iddiaçı ASC-də sığortalanmış “Chevrolet Aveo” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması iş materialları ilə sübut olunur. Avtomobilin təmir xərcləri "xxxx" ASC tərəfindən aradan qaldırılaraq, təmir üçün "xxxx" MMC-nə 7801,56 manat məbləğində pul vəsaiti ödənilmiş və bununla da, iddiaçının subroqasiya qaydasında dəymiş ziyanın aradan qaldırılması üçün ödənilmiş pul vəsaitini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı subroqasiya qaydasında cavabdehdən pul vəsaitini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından, bununla da, avtomobilə zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ ona keçdiyindən, iddiaçı "xxxx" ASC sığorta ödənişinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi olan "xxxx" markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə onun tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan pul vəsaiti tutulma qaydasına görə əsaslı olsa da, lakin həcminə görə qismən əsaslıdır. Belə ki, iddiaçının cavabdehdən tələbi 2831,56 manat məbləğindədir və avtomobilə dəymiş zərər qüsur aktı ilə 7831,56 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə tərəfindən “Chevrolet Aveo” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və verilmiş ekspert rəyinə əsasən, zərər ümumilikdə 6367 manat məbləğində müəyyən edilmişdir. İddiaçının nümayəndəsi həmçinin məhkəmədə bildirmişdir ki, iddiaçıya 5000 manat məbləğində vurulmuş zərər LPO "xxxx" SŞ QSC ilə razılaşma əsasında aradan qaldırılacaqdır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş 1367 manat (6367-5000=1367) məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 1367 (min üç yüz altmış yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, "xxxx" ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-3103/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3103/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver