Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3138/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Xaçmaz rayonu üzrə Maliyyə şöbəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qərarın icraatına xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Xaçmaz rayonu üzrə Maliyyə şöbəsinə qarşı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı ərazi sahəsinin müdiri X1 tərəfindən iddiaçı barəsində tərtib edilmiş 16 may 2017-ci il tarixli 000080 nömrəli inzibati tənbeh vermə haqqında Qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddiaçı barəsində olan inzibati tənbeh vermə haqqında Qərarın icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsi əvəzinə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qeyd edir ki, hazırkı tələbə ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılır. Odur ki, hazırkı şikayətə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya ümumi yurisdiksiyalı məhkəməyə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılması üçün müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Xaçmaz rayonu üzrə Maliyyə şöbəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qərarın icraatına xitam verilməsi” tələbinə dair şikayət ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilsin ki, iddiaçı hazırkı tələblə inzibati xətalara dair işlər üzrə icraat qaydasında ümumi yurisdiksiyalı məhkəməyə müraciət edə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3138/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3138/2024
20.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver