Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-314/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh Əliyeva Rauf Akif oğlu, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən bina 3, blok C, mərtəbə 9, 1 otaqlı nömrəli mənzil, Xəzər İnşaat Şirkətindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Xəzər İnşaat ev 9, blok C-nin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi, “Chevrolet Cruze” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət birgə əmlakı aralarında bölünməsi və həmin əmlak üzərində İddiaçı payı 2/3, Cavabdeh payı 1/3 təyin edilsin, bu mümkün olmadıqda, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, nun birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən bina 3, blok C, mərtəbə 9, 1 otaqlı nömrəli mənzil, Xəzər İnşaat Şirkətindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Xəzər İnşaat ev 9, blok C-nin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi, “Chevrolet Cruze” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət birgə əmlakın bazar dəyəri olan 93000 manatın 2/3 hissəsi, yəni 62000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh, İddiaçı məxsus bəzi cehiz əşyalarını qaytarmayaraq ona vurduğu 1750 manat məbləğində zərərin Cavabdeh tutularaq İddiaçı oğlunda ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı ASAN XİDMƏT Mərkəzində 07.01.2015-ci il tarixində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-ci ilin 01 ayının 07 günündə 35 nömrə ilə qeyd edilmiş nikahın pozulması üçün İddiaçı məhkəməyə iddia ərizəsi vermişdir. Tərəflərin birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən bina 3, blok C, mərtəbə 9, 1 otaqlı H nömrəli mənzil, 30.10.2015-ci il tarixli 00000028 saylı alqı-satqı müqaviləsi əsasında satın alınmış və həmin mənzil müqavilə əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. Qeyd edir ki, hal-hazırda həmin daşınmaz əmlakın bazar dəyərini və qalan borcu da nəzərə alınsa, təxminən 60000 manat təşkil edir. Bundan başqa tərəflər birgə nikah dövründə Xəzər İnşaat şirkətindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Xəzər İnşaat, ev 9, blok C-nin 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsini 100 il müddətinə 5000 manata icra müqaviləsi əsasında əldə ediblər. Hal-hazırda həmin daşınmaz əmlakın bazara dəyəri, təxminən, 15000 manatdır və Cavabdeh tərəfindən başqa şəxsə icarəyə verilib. Bundan başaq tərəflər birgə nikah dövründə 24.11.2018-ci il tarixində “Hyunday Accent” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, həmin avtomobil də Cavabdeh adına sənədləşdirilmişdir. Qeyd edirlər ki, 16.02.2019-ci il tarixində iddiaçının razılığı olmadan “Hyunday Accent” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən başqa şəxsə satılmışdır. Tərəflər bu satışdan əldə edilən pul ilə 21.08.2020-ci il tarixində “Chevrolet Cruze” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili satın alıblar. Belə ki, bu vaxt avtomobilin sahibinə avtomobilin qiymətinin hamısı ödənilib və həmin şəxs də Cavabdeh adına formal olaraq “ümumi etibarnamə” verib. Həqiqətdə isə, avtomobilin sahibi həmin avtomobili Cavabdeh 16000 manata satıb və pulunu da alıb. Bundan sonra həmin avtomobili Cavabdeh, dostu X2 adına sənədləşdirilib. Belə ki, həmin dövrlərdə artıq Cavabdeh artıq İddiaçı boşanmağa qərar vermişdir. Bu səbəblə də, o, həmin avtomobili dostu X5 adına sənədləşdirib. Hal-hazırda bazar dəyəri təxminən 18000 manat olan avtomobil Cavabdeh mülkiyyətində və istifadəsindədir. Bundan başqa, Cavabdeh, İddiaçı apardığı cehiz olaraq apardığı 1000 manat dəyərindəki mətbəx mebelini, 350 manat dəyərində olan büllur güldanı, 400 manat dəyərindən olan jalüz pərdəni də iddiaçıya qaytarmayaraq ona 1750 manat məbləğində zərər vurmuşdu. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı ilə Cavabdeh birgə nikah dövründə satın aldıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən bina 3, blok C, mərtəbə 9, 1 otaqlı H nömrəli mənzilin qiyməti üçün 30.10.2015-ci il tarixində 52221,80 ABŞ dollarının 2/3 hissəsi, yəni 34814 ABŞ dolları ödəniş tarixindəki məzənnə ilə Cavabdeh tutularaq İddiaçı ödənilməsi, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə satın aldıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən bina 3, blok C, mərtəbə 9, 1 otaqlı H nömrəli mənzilin təmiri üçün sərf edilən 9773,40 manat pulun 2/3 hissəsi, yəni 6515 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı məxsus bəzi cehiz əşyalarını qaytarmayaraq ona vurduğu 750 manat məbləğindəki zərər Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, tərəflərin birgə nikah dövründə mübahisə predmeti olan mənzil üçün ödədikləri pulun yarısını onunla digər oğlu ödəmişdir. Mülki iş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanılmış 21.02.2014-cü il tarixli ********* saylı Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" massivində tikilməkdə olan yaşayış evlərinin 3-cü bina, 2-ci blok, 9-cu mərtəbədə, H nömrəli 1 otaqlı mənzilin tikintisi öz öhdəsinə götürmüşdü. Mənzilin dəyəri 52221,91 dollar təşkil edir. Müqavilə imzalanarkən alıcı mənzilin ümumi dəyərinin 25 faizi, yəni 13055.45 m ABŞ dolları ödəyir. Alıcı mənzilin dəyərinin qalan 39166,35 ABŞ dollarını 2014-cü il mart ayının 27-dən başlayaraq 60 ay müddətinə illik 10 faiz ilə müqaviləyə əlavə edilmiş cədvələ əsasən hər ay 832,17 ABŞ dolları ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən satıcı müqavilədə göstərilən bütün şərtləri icra edib – binanın bünövrə qoyulduqdan sonra 12 ay müddətinə alıcıya mənzili təmin edib təhvil verməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanılmış 30.10.2015cü il tarixli ********* saylı Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" massivində tikilməkdə olan yaşayış evlərinin 3-cü bina, 2-ci blok, 9-cu mərtəbədə, H nömrəli 1 otaqlı mənzili tikib və alıcının mülkiyyətinə verməyi, alıcı isə bu müqaviləyə əsasən mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri və kommunal xərcləri vaxtlı-vaxtında satıcıya ödənilməsini öhdəsinə götürmüşdülər. Mənzilin ümumi dəyəri 52221,80 ABŞ dolları təşkil edir, mənzilin ilkin ödəniş 44,41 faiz ödənilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən satıcı müqavilədə göstərilən bütün şərtləri icra edərək mənzili təmir edib alıcıya 12 ay müddətinə təhvil verməyi öz öhdəsinə götürmüşdü. Təmirə aid protokol müqaviləyə əlavə olunmuşdur. İş materiallarında olan "xxxx" MTK-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 01.12.2021-ci il tarixli 61/21 nömrəli məktubu, Vəkil2a ünvanlanmış 18.12.2021-ci il tarixli 61/21 nömrəli, 19.01.2022-ci il tarixli, 20 nömrəli məktubu, Vəkil1a ünvanlanmış 07.09.2021-ci il tarixli 60/21 nömrəli məktublardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən bina 3, blok C, mərtəbə 9, 1 otaqlı H nömrəli mənzil üzrə vətəndaş X13 ilə 21.02.2014-cü ilə tarixində ilkin alqısatqı müqaviləsi bağlanılmışdır. İlkin müqavilə ABŞ dolları ilə bağlandığına görə sonradan qarşılıqlı razılaşma əsasında 30.10.2015-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Yeni müqavilə şərtlərinə uyğun olaraq müştərinin qalıq kredit məbləği manatla hesablanılmışdır. Mənzilin dəyəri 40968 manat olmuş, 10242 manat məbləğində ilkin ödəniş 21.02.2014-cü il tarixində aparılmış, 21.02.2014-cü il tarixdən 07.01.2015-ci il tarixinə kimi olan ödəniş 6530 manat, 07.01.2015-ci il tarixdən 26.07.2015-ci il tarixinə kimi olan ödəniş 5899 manat təşkil etmişdir. 21.08.2015-ci il tarixdən alıcının kredit öhdəlikləri Azərbaycan Beynəlxalq Banka ötürülüb. Mənzilin aylıq kredit ödənişləri, ödənilən kredit məbləği və məbləğin kim tərəfindən ödənilməsi ilə bağlı məlumatların əldə etmək üçün "xxxx" ASC-yə müraciət etmək tövsiyə olunmuşdur. Sorğuda qeyd edilmiş qeyri-yaşayış sahəsi ilə bağlı MTK ilə Cavabdeh arasında heç bir alqı-satqı müqaviləsi yoxdur. İş materiallarında olan "xxxx" ASC-nin 15.11.2021-ci il tarixli MXK-1090 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bankın Müştəri xidməti departamenti ilə Cavabdeh arasında bağlanmış 30.10.2015-ci il tarixli 1-30-10-2015-AF- GK saylı kredit müqaviləsinə əsasən, mənzilin alınması üçün 118 ay müddətinə illik 10 faiz olmaqla, ayda 406,80 manat ödəmək şərti ilə 30481 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Müvafiq kredit müqaviləsi üzrə hazırkı dövrədək cəmi 29303,97 manat, bundan 14997,32 manat əsas borc, 14306,65 manat isə faiz borcu ödənilmişdir. 15.11.2021-ci il tarixində Cavabdeh 30.10.2015-ci il tarixli 1-30-10-2015-AF-GK saylı kredit müqaviləsi üzrə Bank qarşısında 15483,68 manat faiz borcu, ümumilikdə isə 15548,20 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. Bundan başqa müştəriyə kredit üzrə gündəlik 4,30 manat məbləğində faiz hesablanır. Əlavə olaraq bildirilmişdir ki, 30.10.2015-ci il tarixli 1-30-10-2015-AF_GK saylı təminatlı kredit müqaviləsi üzrə Əliyeva Rauf Akif oğlunun aldığı mənzilin çıxarışı olmadığından, ipoteka müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Kredit müqaviləsi üzrə 30.10.2015-ci il tarixdən 05.10.2021-ci il tarixinədək 28081,97 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzlərinin surətlərindən görünür ki, cavabdeh Əliyeva Rauf Akif oğlunun kredit hesabına X9 tərəfindən müxtəlif tarixlərdə 5333 manat, X6 tərəfindən 821 manat, Əliyeva Tamara tərəfindən isə 207 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 101773-1221 nömrəli 01.02.2021-ci il tarixli məktubunun surətindən görünür ki, DİN-in Baş X14 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında görə Cavabdeh adına 24.11.2018-ci il tarixdə “Hyundai ACCENT” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, 16.02.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Halhazırda Cavabdeh adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Həmçinin məktubdan bildirilmişdir ki, sorğu edilən “Chevrolet Cruze” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.08.2020-ci il tarixdə gömrük vəsiqəsi əsasında X4 adına qeydiyyatdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 05.10.2021-ci il tarixli 2(011)-6949/2021 nömrəli Qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 07.01.2015ci il tarixində 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsində 35 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, nikah pozulduqdan sonra 18.10.2015-ci il təvəllüdlü X8 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nın 13.11.2021-ci il tarixində keçirilmiş Qiymətləndirməyə dair rəydən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən, bina 3, blok C, mərtəbə 9 1 otaqlı H nömrəli mənzilin bazar dəyəri 64000 manat, mənzilin əşyalarla birlikdə olan dəyəri 66230 manat təşkil edir. İddia tələblərinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37-ci maddələrinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə İddiaçı tərəflərin birgə nikah dövründə satın aldıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən bina 3, blok C, mərtəbə 9, 1 otaqlı H nömrəli mənzilin qiyməti üçün 30.10.2015ci il tarixində 52221,80 ABŞ dollarının 2/3 hissəsi, yəni 34814 ABŞ dolları ödəniş tarixindəki məzənnə ilə Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində qiymət verərək qərara alır ki, iddia bu hissədə qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən bina 3, blok C, mərtəbə 9, 1 otaqlı H nömrəli mənzilə dair Cavabdeh ilə ilkin alqı-satqı müqaviləsi 21.02.2014-cü il tarixində imzalanmış və mənzilin dəyərindən 10242 manat məbləğində ödəniş edilmişdir, daha sonra, 07.01.2015-ci il tarixdə 6530 manat, 26.07.2015-ci il tarixində isə 5899 manat məbləğində ödəniş edilmişdir. Tərəflərin nikah dövründə həmin mənzilə görə cəmi 28081,97 manat məbləğində pul kredit müqaviləsi rəsmiləşdirilərək "xxxx" ASC-yə ödənilmiş, kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəf mübahisəli mənzilin dəyərinin tam olaraq tərəflərin nikah dövründə ödənildiyini iddia etsə də, bu hal məhkəmə araşdırması zamanı təkzib edilmişdir. Cavabdeh tərəflərin nikah dövründə mənzilə görə ödənişlərin bir hissəsinin cavabdehin anası və qardaşı, mülki iş üzrə üçüncü şəxslər tərəfindən aparıldığını bildirsə də, bu hal sübuta yetirilmədiyindən məhkəmə tərəfindən mövcud olmayan kimi qiymətləndirir. Belə ki, cavabdeh tərəfindən məhkəmə təqdim edilmiş ödəniş qəbzlərində ödənişin X9 və X6 tərəfindən aparıldığı qeyd edilsə də, bu həmin pul vəsaitinin cavabdehə deyil ödəniş edən şəxslərə məxsus olduğunu təsdiq etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflərin nikah dövründə mənzilə görə aparılmış ödənişlərin, yəni 33980,97 manat məbləğin ½ hissəsi, yəni 16898,98 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilin dəyərinə görə ödənilmiş məbləği ABŞ dolları ilə müəyyən edərək ona aid hissəsini ödəniş tarixindəki məzənnə ilə ödənilməsini tələb etsə də, tərəflərin nikah dövründə mənzilin dəyərinə görə ödənişlərin manat ilə aparıldığı müəyyən edildiyindən iddia bu hissədə əsassızdır. Məhkəmə iddiaçının İddiaçı ilə Cavabdeh birgə nikah dövründə satın aldıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən bina 3, blok C, mərtəbə 9, 1 otaqlı H nömrəli mənzilin təmiri üçün sərf edilən 9773,40 manat pulun 2/3 hissəsi, yəni 6515 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanılmış 21.02.2014-cü il tarixli ********* saylı Alqı-Satqı müqaviləsi və "xxxx" MTK ilə Cavabdeh arasında bağlanılmış 30.10.2015-cü il tarixli ********* saylı Alqı-Satqı müqaviləsinin şərtlərinə görə satıcı müqavilədə göstərilən bütün şərtləri icra edib – binanın bünövrə qoyulduqdan sonra 12 ay müddətinə alıcıya mənzili təmir edib təhvil verməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında da qeyd etmişdir ki, mənzil ona satıcı "xxxx" MTK tərəfindən təmir edilib təhvil verilmişdir. Yuxarıda istinad edilmiş müqavilələr cavabdehin bu dəlilini təsdiq edir. Digər tərəfdən iddiaçı mənzilin tərəflərin birgə nikah dövründə aparılmış təmir üçün 9773,40 manat məbləğində pulun xərcləndiyini bildirsə də, bu halı təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən "xxxx" MTK ilə Cavabdeh arasında bağlanılmış 30.10.2015-cü il tarixli ********* saylı Alqı-Satqı müqaviləsi üzrə mənzilə görə ödənilmiş pulun bir hissəsini tələb etdiyi nəzərə alınaraq, müqaviləyə əsasən ödənişi aparılmış təmir xərclərinin bir hissəsini ona ödənilməsini təkrar tələb etməsi əsassızdır. Odur ki, iddia qiymət verilən hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddiaya Cavabdeh İddiaçı məxsus bəzi cehiz əşyalarını qaytarmayaraq ona vurduğu 750 manat məbləğindəki zərər Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə hissədə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin istifadəsində iddiaçıya məxsus büllur güldan və jalüz pərdənin mövcud olduğunu, həmin əşyaların cavabdehdə olduğunu və əşyaların ümumi dəyərinin 750 manat olduğunu iddia etsə də, bu halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 16989,98 (on altı min doqquz yüz səksən doqquz manat doxsan səkkiz qəpik) məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-314/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-314/2022
04.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver