Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3223/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəiyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1, Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 19825.74 manat vəsaitin, o cümlədən, iddiaçı "xxxx" ASC-nin dövlət rüsumu və onun ödənilməsinə dair xidmət haqqı olaraq ödədiyi 155.96 manat vəsaitin və gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 1899.97 manat həcmində hesablanmış faiz, Cavabdeh tutularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə Qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Səidə Abbaslı izahat verərək bildirdi ki, aralarında razılıq əldə edilib, ona görə də işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və nümayəndəsi-vəkili izahat verərək bildirdi ki, tərəflər razılığa gəliblər, onlar arasında bununla bağlı Barışıq Sazişi bağlanıb, hazırda tərəflər Barışıq Sazişinin təsdiq edilməsini xahiş edirlər. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında”Barışıq sazişi” bağlamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, tərəflərin barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191 və 261-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: PREAMBULA Bu Barışıq sazişi (bundan sonra – Saziş) Xətai Rayon Məhkəməsində sədrlik edən hakim Şəhriyar Əliyevin icraatındakı e-2(011)-3223/2025 saylı mülki iş üzrə tərəflər olan iddiaçı "xxxx" ASC (Bakı şəhəri, Nəsimi rayonu, Nizami 67 ünvanında qeydiyyatda olan, VÖEN: **********) və Cavabdeh (ünvan 2 ünvanında qeydiyyatda olan, ŞV-in seriya və nömrəsi: AZ AA*******, FİN kodu: xxxxxxx; doğum tarixi: xx.xx.1990) arasında (mübahisə tərəfləri bundan sonra birlikdə “Tərəflər” adlandırılacaqdır) mübahisənin həlli şərtlərinə dair əldə edilən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.4-cü, 52-ci və 191-ci maddələrinə əsasən tərtib edilən razılaşmadır. İİ. Bu Saziş Cavabdeh tərəflər arasında olan mübahisənin barışıq yolu ilə həll edilməsi istiqamətində iddiaçı "xxxx" ASC-yə (bundan sonra – Bank) irəli sürdüyü təklifin Bank tərəfindən qəbulu əsasında bağlanılmışdır. İİİ. Bank Cavabdeh tərəfindən irəli sürülən təklifi dəyərləndirib və nəticədə qəbul edərkən, cavabdehin müvafiq qaydada təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş tibbi rəyə və AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışa əsasən, iddiaçının 3-cü dərəcə (50%) əlilliyi - görmə qüsurlu olmasını, sağlamlığı ilə əlaqədar olaraq əmək fəaliyyəti göstərə bilməməsini, xəstə və təqaüdçü valideynlərinin onun himayəsində olmasını və sadalanan faktlar ucbatından cavabdehin müvafiq borcu ödəmə qabiliyyətinin zəifliyini nəzərə almışdır. SAZİŞİN MƏZMUNU Mübahisənin həlli istiqamətində Tərəflərin razılaşdırdığı bütün məqamlar, qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimidir:
1. Bu Sazişi imzalamaqla Tərəflər Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılan e-2(011)- 3223/2025 saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsas qismində çıxış edir və bu Sazişin məhkəməyə təqdim edilməsi onların müvafiq mülki iş üzrə icraata xitam verilməsinə dair razılıqlarını ehtiva edir.
2. Bank və Cavabdeh arasındakı əsassız varlanma üzrə pul tələbi müvafiq məhkəmə işi ilə əlaqədar təqdim olunan sənədlər arasında yer almış “X3 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarış”-dan məlum olduğu üzrə **********523585 və **********778550 nömrəli bank kartlarının sahibi kimi Cavabdeh "xxxx" MMC-yə məxsus elektron “X3” sistemində xx.xx.2023-cü il tarixində baş vermiş texniki xəta nəticəsində əsassız varlanaraq 19825.74 AZN məbləğində pul vəsaiti əldə etməsi ilə bağlı yaranmışdır. Tərəflər cavabdeh tərəfindən müvafiq qaydada ilkin ödəniş kimi 3000 AZN (xx.xx.2025 tarixinə kimi), sonrakı aylarda isə hər ay 500 AZN olmaqla xx.xx.2025 tarixindən (növbəti 34 ayda isə hər ayın 15-dən gec olmamaq şərtilə) borc məbləğinin tamamı, habelə məhkəməyə müraciət edilməsi məqsədilə Bankın çəkdiyi xərclər (dövlət rüsumu və s.) ödənilənə kimi (cari ödəniş cədvəli ilə xx.xx.2028-ci il tarixinə kimi) Banka məxsus AZ60İBAZ******************** nömrəli hesaba ödəniş ediləcəyi barədə bu Barışıq Sazişini imzalamaqla razılığa gəlirlər.
3. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) Cavabdeh tərəfindən qarşılanır.
4. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 3-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
5. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
6. Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
7. Tərəflərin bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.
8. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu, o cümlədən onun mövcudluğunu üçüncü şəxslərə açıqlaya bilməzlər: bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; yaxın qohumlara.
9. Tərəflər razılaşırlar ki, qanunvericiliyə əsasən ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.
10. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.
11. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur.
12. Bu Saziş, Tərəflər arasında imzalandığı andan qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.
13. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələr də hazırlana bilər).
Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunur və onlar bu nəticələrlə razılaşırlar. İddiçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair e-2(011)- 3223/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Şəhriyar Əliyev