Məhkəmə qərarları › İş №e-2(011)-323/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-323/2024

12.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-323/2024 12.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “Pakistan Milli Bankının” Bakı filialına qarşı “öhdəliyin icra olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Pakistan Milli Bankının Bakı filialına qarşı “öhdəliyin icra olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli 2(005)-180-11 saylı qətnaməsi ilə iddiaçı Pakistan Milli Bankı Bakı filialının iddiaçıya və qeyri cavabdehlərə qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə və dövriyyədə olan girov qoyulmuş əmlaklara yönəldilməsi barədə iddiası təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilərək 2(005)-180-11 saylı icra vərəqəsi ilə Nərimanov Rayon Məhkəmə icraçıları şöbəsinə göndərilmişdir. Məhkəmə icraçıları şöbəsi tərəfindən qətnamənin icra olunmasına dair müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Məhkəmə qətnaməsinə əsasən hərracdan satılması qət edilmiş mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 3 mərtəbəli, 4 otaqlı, 76.4 kv.m yaşayış, 140.1 kv.m köməkçi sahədən ibarət 53 nömrəli fərdi yaşayış evinə və 29 sentyabr 2009-cu il tarixdə cavabdeh “X7” MMC ilə Pakistan Milli Bankının Bakı filialı arasında bağlanmış dövriyyədə olan malların girovu haqqında müqavilə üzrə dəyəri 135000 manat olan avadanlığa yönəldilərək, qiymətləndirilməsi üçün "xxxx" MMC-yə həvalə edilmiş və ev qiymətləndirildikdən sonra satılmaq üçün "xxxx" MMC-yə sifariş göndərilmiş, sonuncu təşkilat daşınmaz əmlak satılmaq üçün hərraca çıxarılmışdır. 24 oktyabr 2011-ci il tarixə təyin edilmiş hələ birinci hərracdan ona məxsus olan əmlak 220000 manata Pakistan Milli Bankının Bakı filialı tərəfindən alınmışdır və kredit məbləği bağlandıqdan sonra 90285 manat iddiaçıya qaytarılmalı idi. Lakin bu günə kimi həmin məbləği cavabdeh iddiaçıya qaytarmamış və qaytarmaq niyyətində deyildir. Nərimanov rayon Mİ şöbəsinə çağırılan zaman iddiaçıya məlum olmuşdur ki, cavabdeh hələ 2013-cü ildə Nərimanov Rayon Məhkəməsinə iddiaçını və onun ailəsini yuxarıda qeyd olunan ünvandan çıxarılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş və 16 may 2013-cü il tarixdə (onun iştirakı olmadan) Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı və qızı X3 evdən çıxarılması qət edilmişdir. Cavabdeh iddiaçıya məxsus olan evi öz adına keçirdikdən sonra (bundan iddiaçının çox sonradan xəbəri olmuşdur) cavabdeh və Nərimanov rayon Mİ şöbəsinin əməkdaşları tərəfindən iddiaçıya keçirilən hərracın nəticəsində ona qaytarılmalı olan 90285 manat məbləğini iddiaçıdan gizlətmiş və bu hal iddiaçıya çox sonradan məlum olmuşdur. Öz aralarında belə razılaşmışlar ki, iddiaçı cavabdehin hərracdan onun ipotekaya qoyulan evinin satış məbləğini qaytararaq, evi yenidən iddiaçıya qaytarsınlar və o vaxta kimi də iddiaçı həmin evdə yaşamağa davam etsin. Lakin may ayında onları evdən çıxarılması ilə bağlı məsələ qaldırılanda, həmin evin hərracı ilə bağlı bütün məlumatları əldə etdikdən sonra məlum olmuşdur ki, iddia olunan pul məbləği hərrac keçirildikdən sonra cavabdehə qaytarılmış və hal-hazırda “X7” MMC-nin hesabındadır. Lakin iddiaçıya məxsus olan pulu cavabdeh ona qaytarmaqdan imtina edir və evdən çıxarılmağı ilə bağlı icra işi hələ icra olunmamaqla yanaşı, iddiaçı evdə olmayan vaxtı açarı qanunsuz olaraq dəyişmişlər. İddiaçı barəsində mülki hüquq pozuntusunu cavabdeh Pakistan Milli Bankının Bakı filialı öz hərəkətləri ilə törətmişdir. Belə olan halda zərərin vurulması və məhz iş üzrə cavabdeh tərəfindən vurulmuş zərər təsdiq olunduğu halda onun üzərinı qanundan irəli gələn öhdəliyin qoyulması yol veriləndir. İddia edilən 90.285 min manat hələ 25 oktyabr 2011-ci il tarixdə 243 nömrəli ödəniş tapşırığına əsasən “X7” MMC-nin depozit hesabına köçürülməli olduğu halda, bu günə kimi həmin məbləğ hələ də Pakistan Milli Bankının Bakı Filialında durur. Həmin məbləğ zamanında iddiaçıya verilmiş olsaydı, o firmanın bütün işlərini görərdi və həmin puldan artıq pul qazancı olardı. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh Pakistan Milli Bankının Bakı filialından ona çatası olan 90285 manat vəsaitin, icranın gecikdirilməsinə görə illik 5 faiz dərəcəsi 54171 manat pul vəsaitinin və ona vurulmuş 30000 manat maddi və 5000 manat mənəvi ziyanın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasında iştirak etməmiş, lakin onun nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsini geri götürdüyünü, ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərarad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 işə mahiyyəti üzrə baxılmasının tələb etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, Bankın "X7" MMC, X4 və İddiaçı qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə və dövriyyədə olan girov qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli, 2(005)-180/2011 saylı qətnaməsi ilə cavabdehlər "X7" MMC-dən, X1 İddiaçı 29 sentyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə 65.931,05 manat, 52784,03 manat vaxtı keçmiş borc, cəmi 118.715,08 (yüz on səkkiz min yeddi yüz on beş manat, səkkiz qəpik) manat borcun, bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Bankın xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı Əlivusif qızının mülkiyyətində olan ipoteka predmeti Bakı səhəri, Nərimanov rayonu, X8 küçəsində istifadədə olan 0.00982 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 4 otaqlı, 76.4 kv.m yasayış, 140.1 kv.m köməkçi sahədən 53 nömrəli fərdi yaşayış evinə və 29 sentyabr 2009-cu il tarixdə cavabdeh "X7" MMC ilə Bank arasında bağlanmış "Dövriyyədə olan girovu haqqında müqavilə" üzrə dəyəri 135000 (yüz otuz beş min) manat olan avadanlıqlara yönəldilərək, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Banka olan borcların ödənilməsi qət edilmişdir. Bankın "X7" MMC, X4 və İddiaçı qarşı “kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2011-ci il tarixli, 2(005)- 3932/2011 saylı qətnaməsi ilə qət edilmişdir ki, cavabdeh İddiaçı Bankın xeyrinə 16 fevral 2010-cu il tarixli, 101 saylı kredit müqaviləsi üzrə yaranmış 60.000 manat əsas borc, 8.923,35 manat vaxtı keçmiş faiz borcu, cəmi 68.923,35 (altmış səkkiz min doqquz yüz iyirmi üç manat otuz beş qəpik) manat məbləğində pul tutulsun, cavabdeh X1 iddiaçı Bankın xeyrinə 22 dekabr 2010-cu il tarixli 158 saylı kredit müqaviləsi üzrə yaranmış 77.000 manat əsas borc və 8.682 manat vaxtı keçmiş faiz borcu, cəmi 85.682 (səksən beş min altı yüz səksən iki manat) manat məbləğində pul tutulsun, cavabdeh "X7" MMC-dən iddiaçı Bankın xeyrinə 29 sentyabr 2009-cu il tarixli 78 saylı kredit müqaviləsi üzrə yaranmış 10.761,04 manat vaxtı keçmiş faiz borcu tutulsun. 165.366,39 manat (68.923.35 manat + 85.682 manat + 10.761,04 manat) pulun tutulması cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 53 nömrəli fərdi yaşamış evinə yönəldilsin və həmin ev açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına 165.366,39 manat borcun ödənilməsi təmin edilsin. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2011-ci il tarixli, №2(005)-3932/2011 saylı qərardadı ilə qərara alınmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2010-cu il tarixli qətnaməsinin icra olunduğu təqdirdə Daşınmaz Əmlakın Əmlakın Dövlət Reyestrindən Çıxarışa (Seriya MH, № 0025950, xx.xx.2006-cı il tarixli, qeydiyyat nömrəsi 1********) əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu X8 küçəsində istifadədə olan 0.00982 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 4 otaqlı, 76.4 kv.m yaşayış 140.1 kv.m köməkçi sahədən ibarət 53 nömrəli fərdi yaşayış evin açıq hərracda satışından iddiaçı Banka ödəniləcək 118715.08 manatdan yuxarı vəsaitin üzərinə həbs qoyulsun. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçıya qarşı borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair qanuni qüvvədə olan 2 məhkəmə qətnaməsi vardır. (118.715,08 manat və 165.366,39 manat məbləğində) Həmçinin yuxarıda istinad edilən qərardadla iddiaçıya məxsus ipoteka predmeti olmuş fərdi yaşayış evinin açıq hərracda satışından iddiaçı Banka ödəniləcək 118715.08 manatdan yuxarı vəsaitin üzərinə həbs qoyulmuşdur. İddiaçı isə iddia ərizəsində yalnız Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli, 2(005)-180/2011 saylı Qətnaməsinə istinad etməklə məhkəmə üçün belə təsəvvür yaratmağa cəhd edir ki, guya cavabdehə ödəməli olduğu borc məbləği 118.715,08 manat təşkil edir. "xxxx"nin Hərracın yekunları barədə 24 oktyabr 2011-ci il tarixli, №Y-673 saylı Protokoluna əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 53 saylı fərdi yaşayış evi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli, 2(005)-180/2011 saylı saylı icra vərəqi əsasında keçirilmiş hərrac nəticəsində Bank tərəfindən açıq hərracdan alınmışdır və əmlakın satılmış son qiyməti 220000 manat olmuşdur. AR ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX № ******* saylı, qeydiyyat tarixi xx.xx.2013-cü il olan Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 53 saylı fərdi yaşayış evi Bankın mülkiyyətinə keçmişdir. Nəzərə alınsa ki, əmlakın satış qiyməti 220.000 manat olmuş və Bank tərəfindən alınmışdır, bu halda üzərinə həbs qoyulmuş pul vəsaiti 101.284, 92 manat təşkil edir(220.000 - 118.715,08= 101.284,92). Bununla yanaşı, yuxarıda istinad edilən və qanuni qüvvədə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2011-ci il tarixli, 2(005)-3932/2011 saylı qətnaməsi ilə 165.366,39 manat pulun tutulması cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin ev açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına 165.366,39 manat borcun ödənilməsinin təmin edilməsi qət edilmişdir. Bu halda iddiaçının Banka qarşı hazırkı iddianı qaldırmağa heç bir qanuni əsası yoxdur. Belə ki, hazırkı halda iddiaçının Banka ödənilməmiş qalan borc məbləği 64.081,47 manat təşkil edir (165.366,39 - 101.284,92 = 64.081,47). Həmçinin iddiaçının guya Bank tərəfindən fərdi yaşayış evinin açarının onun xəbəri olmadan dəyişdirilməsi barədə dəlili də tamamilə əsassızdır. Belə ki, iddiaçı “unudur” ki, iddiaçının özünün də imza etdiyi 05 may 2015-ci il tarixli Təhvil-Təslim Aktından görünür ki, sözügedən fərdi yaşayış evinin giriş qapısının açarı dəyişdirilmiş, həmin açarın bir nüsxəsi iddiaçıya verilmiş və evdə olan əşyalar da çıxarılmışdır. Bundan sonra iddiaçı Banka heç bir məlumat vermədən evin giriş qapısının açarını dəyişmişdir. Bank da sonradan haqlı olaraq öz mülkiyyətində olan həmin evin giriş qapısının açarını dəyişdirmişdir. Nümayəndə qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi bununla yanaşı məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, iddia tələbi əsassız olmaqla yanaşı, həmin tələb üzrə iddia müddəti də ötürülmüşdür. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı qanuni qüvvəyə minmiş qətnamənin 2011-ci ildə icra olunması zamanı guya, ona verilməli olan pul vəsaitlərinin qaytarılmasını tələb edir. Mülki Məcəllənin 373-cü maddəsindən gə görünür ki, istənilən halda iddia müddəti ötürülmüşdür. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-180/2011 saylı 17 yanvar 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Pakistan Milli Bankının Bakı filialının cavabdehlər “X7” MMC-yə, X2 və İddiaçı qarşı “kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə və dövriyyədə olan girov qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər "X7" MMC-dən, X1 İddiaçı 29 sentyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə 65.931,05 manat, 52784,03 manat vaxtı keçmiş borc, cəmi 118.715,08 (yüz on səkkiz min yeddi yüz on beş manat, səkkiz qəpik) manat borc, bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat və ödənilmiş 20 (iyirmi) mnat dövlət rüsumunun Pakistan Milli Bankının Bakı filialının xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Bakı səhəri, Nərimanov rayonu X8 küçəsində istifadədə olan 0.00982 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 4 otaqlı, 76.4 kv.m yaşayış,140.1 kv.m köməkçi sahədən 53 nömrəli fərdi yaşayış evinə və 29 sentyabr 2009-cu il tarixdə cavabdeh "X7" MMC ilə Bank arasında bağlanmış "Dövriyyədə olan girovu haqqında müqavilə" üzrə dəyəri 135000 (yüz otuz beş min) manat olan avadanlıqlara yönəldilərək, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Pakistan Milli Bankının Bakı filialına olan borcların ödənilməsi, iddia tələbinin vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanması hissəsində baxılmamış saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2013-cü il tarixli 2(005)-1277/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “Pakistan Milli Bankının” Bakı filialının cavabdehlə İddiaçı və X5 qarşı “evdən çıxarılma və evin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində istifadədə olan 0.00982 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 4 otaqlı, 76.4 kv.m yaşayış, 140.1 kv.m köməkçi sahədən ibarət 53 nömrəli fərdi yaşayış evindən İddiaçı və X3 çıxarılması, onlara aid əmlakların mənzildən boşaldılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3932/2011 saylı 28 noyabr 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Pakistan Milli Bankının Bakı filialının cavabdehlər “X7” MMC-yə, X2 və İddiaçı qarşı “kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı Pakistan Milli Bankının Bakı filialının xeyrinə 16 fevral 2010-cu il tarixli, 101 saylı kredit müqaviləsi üzrə yaranmış 60.000 manat əsas borc, 8.923,35 manat vaxtı keçmiş faiz borcu, cəmi 68.923,35 (altmış səkkiz min doqquz yüz iyirmi üç manat otuz beş qəpik) manat məbləğində pulun tutulması, cavabdeh X1 iddiaçı Pakistan Milli Bankının Bakı filialının xeyrinə 22 dekabr 2010-cu il tarixli 158 saylı kredit müqaviləsi üzrə yaranmış 77.000 manat əsas borc və 8.682 manat vaxtı keçmiş faiz borcu, cəmi 85.682 (səksən beş min altı yüz səksən iki manat) manat məbləğində pulun tutulması, cavabdeh "X7" MMCdən iddiaçı Bankın xeyrinə 29 sentyabr 2009-cu il tarixli 78 saylı kredit müqaviləsi üzrə yaranmış 10.761,04 manat vaxtı keçmiş faiz borcunun tutulması,165.366,39 manat (68.923.35 manat + 85.682 manat + 10.761,04 manat) pulun tutulmasının cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına 165.366,39 manat borcun ödənilməsinin təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3932/2011 saylı 12 oktyabr 2011-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Pakistan Milli Bankının Bakı Filialının iddianın təmin tədbiri barədə ərizəsi qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2010-cu il tarixli qətnaməsinin icra olunduğu təqdirdə Daşınmaz Əmlakın Əmlakın Dövlət Reyestrindən Çıxarışa (Seriya MH, № 0025950, xx.xx.2006-cı il tarixli, qeydiyyat nömrəsi 1********) əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu X8 küçəsində istifadədə olan 0.00982 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 4 otaqlı, 76.4 kv.m yaşayış 140.1 kv.m köməkçi sahədən ibarət 53 nömrəli fərdi yaşayış evinin açıq hərracda satışından iddiaçı Banka ödəniləcək 118715.08 manatdan yuxarı vəsaitin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan "xxxx" Hərracın yekunları barədə Y-673 nömrəli 24 oktyabr 2011ci il tarixli protokolun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 53 saylı fərdi yaşayış evi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli, 2(005)-180/2011 saylı saylı icra vərəqi əsasında keçirilmiş hərrac nəticəsində Bank tərəfindən açıq hərracdan alınmışdır və əmlakın satılmış son qiyməti 220000 manat olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, istifadədə olan 0.00982 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 4 otaqlı, 76.4 kv.m yaşayış 140.1 kv.m köməkçi sahədən ibarət 53 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Pakistan Milli Bankının Bakı Filialının adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Pakistan Milli Bankı Bakı filialının nümayəndəsi Asim Nazir və İddiaçı tərəfindən imzalanmış 05 may 2015-ci il tarixli Təhvil-Təslim aktının surətindən görünür ki, sözügedən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, istifadədə olan 0.00982 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 4 otaqlı, 76.4 kv.m yaşayış 140.1 kv.m köməkçi sahədən ibarət 53 nömrəli fərdi yaşayış evinin giriş qapısının açarı dəyişdirilmiş, həmin açarın bir nüsxəsini İddiaçı təhvil vermiş və evdə olan əşyalar da çıxarılmışdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Pakistan Milli Bankının Bakı filialının cavabdehlər “X7” MMC-yə, X2 və İddiaçı qarşı “kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə və dövriyyədə olan girov qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-180/2011 saylı 17 yanvar 2011-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdehlər "X7" MMC-dən, X1 İddiaçı 29 sentyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə 65.931,05 manat, 52784,03 manat vaxtı keçmiş borc, cəmi 118.715,08 (yüz on səkkiz min yeddi yüz on beş manat, səkkiz qəpik) manat borc, bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun Pakistan Milli Bankının Bakı filialının xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Bakı səhəri, Nərimanov rayonu X8 küçəsində istifadədə olan 0.00982 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 4 otaqlı, 76.4 kv.m yaşayış,140.1 kv.m köməkçi sahədən 53 nömrəli fərdi yaşayış evinə və 29 sentyabr 2009-cu il tarixdə cavabdeh "X7" MMC ilə Bank arasında bağlanmış "Dövriyyədə olan girovu haqqında müqavilə" üzrə dəyəri 135000 (yüz otuz beş min) manat olan avadanlıqlara yönəldilərək, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Pakistan Milli Bankının Bakı filialına olan borcların ödənilməsi, iddia tələbinin vaxtı keçmiş kredit borcu üzrə illik 40% olmaqla qətnamənin icra gününədək hesablanması hissəsində baxılmamış saxlanılması qət edilmişdir. Eyni zamanda Pakistan Milli Bankının Bakı filialının cavabdehlər “X7” MMC-yə, X2 və İddiaçı qarşı “kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə qoyulmuş əmlaka yönəldilməsi” tələbi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3932/2011 saylı 28 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı Pakistan Milli Bankının Bakı filialının xeyrinə 16 fevral 2010-cu il tarixli, 101 saylı kredit müqaviləsi üzrə yaranmış 60.000 manat əsas borc, 8.923,35 manat vaxtı keçmiş faiz borcu, cəmi 68.923,35 (altmış səkkiz min doqquz yüz iyirmi üç manat otuz beş qəpik) manat məbləğində pulun tutulması, cavabdeh X1 iddiaçı Pakistan Milli Bankının Bakı filialının xeyrinə 22 dekabr 2010-cu il tarixli 158 saylı kredit müqaviləsi üzrə yaranmış 77.000 manat əsas borc və 8.682 manat vaxtı keçmiş faiz borcu, cəmi 85.682 (səksən beş min altı yüz səksən iki manat) manat məbləğində pulun tutulması, cavabdeh "X7" MMCdən iddiaçı Bankın xeyrinə 29 sentyabr 2009-cu il tarixli 78 saylı kredit müqaviləsi üzrə yaranmış 10.761,04 manat vaxtı keçmiş faiz borcunun tutulması,165.366,39 manat (68.923.35 manat + 85.682 manat + 10.761,04 manat) pulun tutulmasının cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına 165.366,39 manat borcun ödənilməsinin təmin edilməsi qət edilmişdir. Göründüyü kimi hazırkı iddia tələbi üzrə İddiaçı Pakistan Milli Bankının Bakı Filialı qarşısında kredit öhdəlikləri üzrə qanuni qüvvəyə minmiş iki məhkəmə qətnaməsi ilə cəmi 284081,47 manat borcun tutulması və tutmanın Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 53 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına ödənilməsi müəyyən edilmişdir. 24 oktyabr 2011-ci il tarixdə həmin əmlakı Pakistan Milli Bankının Bakı Filialı açıq hərracdan 220000 manata əldə etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbləri əsassız təmin edilməməlidir. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “Pakistan Milli Bankının” Bakı filialına qarşı “öhdəliyin icra olunması” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 469,46 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar