Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-326/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi X3, onun vəkili və nümayəndəsi Vəkil1 Bafalı oğlunun, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – onun tərəfindən Yeni Zelandiyaya vizanın alınması, orada təhsil alması, işlə təmin olunması və məskunlaşmasında köməkliyin göstərilməsi üçün Cavabdeh verilmiş cəmi 10.200 manat (on min iki yüz) məbləğinin; aviabiletlərin alınmasına xərclənmiş cəmi 4.247,60 manat məbləğinin; Yeni Zelandiyaya viza üçün ödənilmiş 257,85 manat (246 NZD, iki yüz qırx altı Yeni Zelandiya dollarının); cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəymiş 5.000 manat mənəvi ziyanın və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 149,12 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, hər bir insan özü, ailəsi və övladları üçün daha yaxşı həyat şəraitini qurmaq, özünün peşə bacarılarını inkişaf etdirmək və ya yeni peşəyə yiyələnmək, dil biliklərini artırmaq, maddi rifahını yaxşılaşdırmaq arzusunda olur. "xxxx" ASC-nin Pirallahı Sukanal İdarəsində qaz qaynaqçısı peşəsində işləyən İddiaçı da özünün və ailəsinin həyatında yaxşıya doğru addım atmaq niyyəti olmuşdur, bunun üçün o nə qədər də çətin olsa mövcud bütün imkanlarını səfərbər etmişdir, sosial şəbəkələr vasitəsilə müvafiq xidmətləri göstərən şirkətlərin axtarışına başlamışdır. Burada İddiaçı özünü “Kanadada təhsil mərkəzi” şirkətinin rəhbəri adlandıran Cavabdeh ilə tanış olmuş və onun “xidmətlərdən” istifadə etmək üçün cavabdehə müraciət etmişdir. İddiaçının ilk seçimi Kanada dövləti olsa da bu ölkəyə getmək müəyyən səbəblərdən alınmamışdır. Eyni zamanda Cavabdeh iddiaçıya özünü iddiaçıya “xeyirxah, məsuliyyətli, təcrübəli şəxs” kimi nümayiş etdirmişdir. Cavabdeh “Kanada variantı” əvəzində iddiaçı T.İ.X13 təhsil almaq və sonradan bu ölkədə məskunlaşmaqla bağlı köməyini təklif etdi. Cavabdehin səmimliyinə inanaraq İddiaçı bu təklifi qəbul etmişdir. Cavabdeh iddiaçı T.İ.X13 təhsil almaq üçün vizanın alınması, iddiaçının həmin ölkəyə səfər etməyin şərtləri və digər məlumatsızlığından mümkün qədər yararlanmışdır. Onu da qeyd edir ki, Cavabdeh “bu işlərdə” peşəkar və işgüzar olması görünüşünü yaratmaqla İddiaçı etibarını qazanmağa müvəffəq olmuşdur. Beləliklə, Cavabdeh İddiaçı “Yeni Zelandiya” təklifini 2024-cü ilin mart ayında etmişdir. Cavabdeh iddiaçını daha da inandırmaq və ona səmimi olduğu göstərmək üçün özünün məşhur "xxxx" təşkilatının (İnternational Consultants for Education and Fairs Australia and X25 - Təhsil və Sərgi məsələləri üzrə X1 və Yeni Zellandiya üzrə Agentlik) xətti ilə Yeni Zelandiyada təhsil tədbirinə dəvət olunduğunu, və bu səbəbdən şəxsən iddiaçı ilə (İddiaçıla) birlikdə Yeni Zelandiyaya səfər edəcəyini bildirmiş, bu ölkədə olan Azərbaycan diaspora nümayəndələri ilə iddiaçını tanış edəcəyi və həmin ölkədə təhsil almaq və məskunlaşmaq barədə vədlər vermişdir. Lakin Cavabdeh verilən vədlərdən başqa iddiaçı üçün heç bir iş görməmişdir. Bundan əlavə dediklərinin uydurma olmadığını gizlətmək üçün hətta bu yaxınlarda bir nəfər tələbəni özü ilə Avstraliyaya apardığını qeyd etmişdir. Lakin sonradan məlum olduğu kimi bu da Cavabdeh növbəti yalanı idi. Uçuş öncəsi xx.xx.2024-cü il tarixində Cavabdeh hava limanına gəlməmiş, “çox vacib işlərinin orataya çıxdığını” əsas gətirərək iddiaçıya onunla birlikdə Yeni Zelandiyaya səfər edə bilməyəcəyini deməklə səfərdən yayınmağa müvəffəq olmuşdur. Deyilən “bu köməyə” görə Cavabdeh İddiaçı nə az nə çox 6.000 ABŞ (altı min) dolları məbləğində pul istəmişdir. Sözügedən “xidmətlərin” görülməsi ilə bağlı tərəflər arasında heç bir mülki-hüquqi müqavilə də bağlanmamışdır. Cavabdeh verdiyi vədlərin yerinə yetirməyin mümkün olmayacağını çox gözəl bilərək“ göstərdiyi xidmətlərə” görə ödənişi İddiaçı şahid olmadan, hər hansısa yazılı sənəd verilmədən, nağd şəkildə əl-bə-əl verilməsini tələb etmişdir. Cavabdehə etibar edən İddiaçı cavabdehin bu şərtilə razılaşmışdır. Sözügedən 6000 ABŞ dollarında olan pul vəsaitini İddiaçı 15 aprel 2024cü il tarixində cavabdeh E.İ.Qarabəylinin ofisində ona təqdim etmişdir. Qeyd olunan pul vəsaitini İddiaçı həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin “Mərdəkan” filialından götürdüyü kredit vəsaitləri hesabına, məzənnəyə uyğun Azərbaycan manatı ilə 10.200 (on min iki yüz) manat məbləğində pulu Cavabdeh vermişdir (bankın müqaviləsi və görüşün təyin olunması ilə bağlı yazıma əlavə olunur). Tələb etdiyi pul vəsaitinin iddiaçıdan aldıqdan sonra cavabdeh E.M.X14 vizanın alınması ilə bağlı görünüş yaratmaq üçün əlavə olaraq İddiaçı 246 NZD (iki yüz qırx altı Yeni Zelandiya dolları – 257,85 manat təşkil edir) məbləğində vizaya görə rüsum ödənişi üçün hesab təqdim etmiş və bu ödəniş iddiaçı tərəfindən şəxsi bank kartı (kartın nömrəsi: 523915*************6182) vasitəsilə həyata keçirilmişdir (mobil bank əlavəsindən çıxarış əlavə olunur). Daha sonra Cavabdeh iddiaçıya saxta, yəni, mənbəyini yoxlamaq mümkün olmayan və güya xx.xx.2024-cü il tarixində verilmiş VV01094809 ərizə nömrəli və 85525646 müştəri nömrəli rekvizitləri olan “Yeni Zelandiya ziyarətçi vizası”nı təqdim etmişdir. “Vizanın” etibarlı olduğunu göstərmək üçün Cavabdeh Booking.com veb-servisi vasitəsilə iddiaçının adına X4 şəhərində 22xx.xx.2024-cü il tarixlərinə 3 (üç) gecəlik qabaqcadan depozit ödənişini tələb etməyən oteldə otaq rezervasiya etmişdir. Bu “vizanın” şərtlərinə görə iddiaçı T.İ.X16 xx.xx.2024cü il tarixdə gələrək, bu ölkədə xx.xx.2024- cü il tarixinədək qalması nəzərdə tutulur. Təəssüflə qeyd edir ki, İddiaçı cavabdehin səmimiyyətinə inanaraq Cavabdeh “hazırladığı” bu “vizanın” həqiqiliyini yoxlamamışdır. Cavabdeh tərəfindən aldadıldığı barədə məlumatsız olan iddiaçı T.İ.X16 Kristçörç (Christchurch) şəhərinə gedibqayıtmaq üçün xx.xx.2024-xx.xx.2024 tarixlərinə təyyarə biletlərini əldə etmişdir. Lakin Cavabdeh qayıdış üçün təyyarə biletinin alınmasını Yeni Zelandiyanın miqrasiya xidmətinin diqqətindən yayınmaq üçün lazım olduğu kimi izah etmişdir və iddiaçıya həmin ölkədən qayıtmayacağı vədini vermişdir. Azərbaycandan Yeni Zelandiyaya birbaşa aviareys olmadığından digər ölkələr vasitəsilə uçuş etmək üçün İddiaçı tərəfindən müvafiq olaraq Bakı-İstanbul-Dubay-Kristçörç (YZ) istiqamətləri üzrə təyyarə biletlərini alınmışdır. Aviabiletlərə görə İddiaçı cəmi 82 799,27 TL (səksən iki min yeddi yüz doxsan doqquz türk lirəsi, iyirmi yeddi kuruş), yəni 4247.60 manat məbləğində ödəniş etmişdir (Azərbaycan Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsi görə:82 799.27 x 0.05130 = 4247.60 manat təşkil edir). Bilet qiymətləri tarix və istiqamət üzrə: xx.xx.2024 tarixi (gediş) Bakı-İstanbul (biletin qiyməti: 7 275, 41 TL); xx.xx.2024 (gediş) İstanbul – Dubay – Kristçörç; və xx.xx.2024 (qayıdış) Kristçörç – Dubay - İstanbul (biletin qiyməti: 71 192.99 TL); · xx.xx.2024 (qayıdış) Bakı –İstanbul (biletin qiyməti: 4.330.87 TL). X5 (Yeni Zelandiya) uçuş baş tutmadığından İddiaçı Bakıya qayıtmaq üçün əlavə olaraq 4.330.87 TL məbləğində təyyarə bileti almaq məcburiyyətində qalmışdır. xx.xx.2024-cü il tarixində İddiaçı Bakı şəhərindən İstanbula yola düşdü. Alınmış aviabiletlərin tarixlərinə görə xx.xx.2024-cü il tarixində İstanbul – Dubay – Kristçörç (Yeni Zelandiya) reysi ilə yola düşmək üçün X17 X18 gəlmişdir. xx.xx.2024-cü il tarixində İstanbul – Dubay təyyarə reysinə minik başlayanda İddiaçı vizasının saxta olması ilə bağlı xoşagəlməz vəziyyətlə üzləşmiş və Cavabdeh tərəfindən aldadıldığını anlamışdır. X19 sərhəd nəzarəti xidməti İddiaçı tərəfindən təqdim edilən viza yoxlanılmış və vızanın saxta olduğu nəzərinə çatdırılmışdır. Türk dilində İddiaçı sualına: “Böylə viza yok”, “Bu viza deyil”, “seni bu viza ile buraxamam” kimi sözlərlə cavab verilmişdir. Nəticədə hava limanının sərhəd nəzarəti xidməti tərəfindən İddiaçı ümumvətəndaş pasportuna “İptal” ştampı vurularaq, o, Dubay şəhərinə yolla düşən təyyarəyə buraxılmadı (pasportun surəti əlavə olunur). Hava limanında olanda İddiaçı qarşılaşdığı vəziyyətlə bağlı telefon vasitəsilə Cavabdeh ilə əlaqə saxlamaq cəhdi nəticəsiz qalmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində Bakı şəhərinə qayıtdıqdan dərhal sonra Cavabdeh ilə telefonla əlaqə saxlamış və onunla görüşmüşdür. Həmin görüşə İddiaçı həyat yoldaşı X10 ilə birlikdə gəlmişdir. Görüş zamanı iddiaçı tərəfindən cavabdehlə baş tutmuş söhbətin videosəs yazısı aparılmışdır (həmin video və səs yazısı məhkəmənin hazırlıq iclasında müvafiq elektron daşıyıcıda məhkəməyə təqdim ediləcəkdir). Video-səs yazısında İddiaçı cavabdehə onun səmimiliyinə inandığını, viza məsələlərin və Yeni Zelandiyaya yollanmaq üçün istədiyi 6.000 ABŞ dolları məbləğində olan vəsaiti ona verdiyini, bununla yanaşı təyyarə biletlərinin alınmasına xeyli məbləğdə pul xərclədiyini, İstanbul Hava limanında başına gəldiyi hadisəni, həyacan və mənəvi sarısıntının keçirdiyini və digər halları qeyd edir. Yeni Zelandiyaya gedə bilmədiyi üçün uşağının boğazından kəsərək cavabdehə verdiyi pulunu geri istədi. Videosəs yazısında Cavabdeh 6000 ABŞ dolları olan pul vəsaitinin iddiaçıdan aldığını etiraf etməsinə baxmayaraq, cavab olaraq səfərin baş tutmamasında onun heç bir təqsirinin olmadığını, pul qaytarmayacağını sərt şəkildə bildirmiş “...qardaşım müstəntiq, atam polis podpolkovnikidir... hara gedirsən get şikayət elə...” kimi sözlərlə iddiaçını təhdid etmişdir. AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilənlərə əsaslanaraq bildirir ki, İddiaçı Cavabdeh arasında olan danışığın videosəs yazısı məhkəmə tərəfindən sübut kimi qəbul oluna və nəzərə alına bilər. Əgər bu videosəs yazısı hər hansı digər şəxslə borcalan arasında olsaydı, o zaman mübahisə tərəfi bu sübutlardan istifadə edə bilməz, çünki burada birbaşa əlaqədar tərəf deyil, başqa şəxslə olan yazışma sübut kimi təqdim olunur. İstanbuldan Bakıya qayıtdıqdan sonra 3 ayından artıq vaxtının keçməsinə baxmayaraq, İddiaçı cavabdehə etdiyi müraciətləri nəticəsiz qalmış, telefon nömrələri cavabdeh tərəfindən blok edilmişdir. İşin hallarında göründüyü kimi, iddiaçı tərəfindən Yeni Zelandiyaya vizanın alınması üçün Cavabdeh verdiyi 10200 manat (6000 ABŞ dolları) məbləğində olan pul məbləğinin geri qaytarılması ilə bağlı İddiaçı tərəfindən cavadehə ünvanlanmış şifahi müraciətlər nəticə verməmişdir. Cavabdeh iddiaçının xeyrinə Yeni Zelandiyaya vizanın alınması, orada təhsil, alması və məskunlaşması xidmətlərini göstərmək adı ilə İddiaçı aldığı cəmi 10200 manat (6000 ABŞ dolları) pulun geri qaytarmamaqla əsassız varlanmışdır. Yəni Cavabdeh, düzgün desək, aldatma yolu ilə İddiaçı aldığı 10200 manat məbləğində olan puldan faydalanmış, iddiaçı isə öz pulundan faydalanmaq imkanından məhrum edilməklə zərər çəkmişdir. Üstəlik bu pul vəsaiti iddiaçı tərəfindən Bankdan aldığı kredit vəsaiti olduğundan faiz borcunu ödəməklə əlavə zərər çəkmişdir. Əsassız varlanma mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Eyni zamanda, İddiaçı Cavabdeh tərəfindən aldadılma nəticəsində əmlakından və həmin əmlakın dövriyyəsindən əldə edəcəyi gəlirdən də məhrum olmaqla (əldən çıxmış fayda) maddi zərərə məruz qalmışdır. Hesab edir ki, əsas məbləğ 10200 manat pul vəsaitindən başqa zərərlə bağlı dəymiş itkilər də Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddiaçı təyyarə biletlərinə xərclədiyi 4247.60 manat (82 799,27 TL) pul vəsaiti də Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Eyni zamanda, məhkəməyə təqdim edilən videosəs yazısından da iddiaçının səsində olan həyacandan hiss etmək olar ki, iddiaçı Mürsəlov X11 hava limanında vizasının saxta olması halı ilə üzləşdikdə, eləcə də Bakı şəhərinə qayıdarkən Cavabdeh ilə söhbət zamanı ailəsinin çətin maddi vəziyyətlə üzləşdiyini bildirərək heç olmazsa cavabdehə verdiyi 10.200 manat (6000 ABŞ dolları) pulunun qaytarılmasını imdad etməsi və cavabdehin buna sərt imtina cavabları - İddiaçı çox gərgin psixoloji vəziyyətdə olduğunu müşayət etmək olur. Hesab edir ki, Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində İddiaçı keçirdiyi mənəvi sarsıntı, iztirabın da əvəzi cavabdeh tərəfindən kompensasiya edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 3.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehdən pul və maddi ziyan üzrə tələbi cavabdehin iddiaçıdan gördüyü işin haqqı kimi tələb edəcəyi haqqı verməmək üçün uydurduğu yalan və əsassız tələbdir. Bu səbəbdən də qarşılıqlı iddia verərək İddiaçı 3000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş edir. Hesab edir ki, tərəflər arasında şifahi şəkildə formalaşan podrat münasibətlərindən irəli gələn mübahisə üzrə iddiaçıdan fərqli olaraq tələbinin sübutu kimi təqdim edəcəyi möhtəbər subutlar qarşılıqlı iddianın əsaslı və qanuni olduğunu sübut edir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahatlar vermişdir. O bildirmişdir ki, o Yeni Zelandiyaya getmək üçün Cavabdeh 10.200 manat nağd şəkildə pul vermişdir. Tərqribən 4.500 manata qədər biletə pul xərcləmişdir. Cavabdeh verdiyi viza saxta olduğundan onu Türkiyə Respublikasından geri qaytarıblar. O, pul almaq Cavabdeh onun yanına getsə də cavabdeh onun pulunu qaytarmaqdan imtina etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, Yeni Zelandiyaya getmək üçün vizanın müddətli olması (xx.xx.2024-xx.xx.2024-cü il tarixləri) ona məlum idi. Tərəflərin razılaşması ondan ibarət olmuşdur ki, o Yeni Zelandiyayanın ərazisinə daxil ola bilsin. Bu isə uğursuz olmuşdur. Onun nümayəndəsi X15, vəkili və nümayəndəsi Vəkil1 Bafalı oğlu iddia ərizəsinin mahiyyətinə uyğun izahatlar vermişlər və ilkin iddianın təmin edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinə etiraz edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, tərəflərin şifahi razılaşmalarına əsasən Cavabdeh T.X7 getməsi üçün sənədləşmə işlərini hazırlamalı idi. Həmin sənədləri ingilis dilində İddiaçı özü şəxsən hazırlaya bilmir. Onların razılığına əsasən T.X16 daxil olduqdan sonra xidmətlərinə görə Cavabdeh 3.000 ABŞ dolları ödəməli idi. İddiaçı ölkəyə giriş üçün sərhəddə olarkən zəruri deklarasiyanı təqdim etməmişdir. Buna görə də geri qaytarılmışdır və səfəri baş tutmamışdır. O qeyd edir ki, məhkəmə iclasında tədqiq edilən CD diskdəki videoyazıdakı şəxsin Cavabdeh olub-olmadığını görmək olmur. Bundan savayı qeyd edir ki, Cavabdeh İddiaçı 6.000 ABŞ dolları pul almayıb. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o Cavabdeh müştərisi olub. Onun da xaricə səfər etməsi uğursuz olub. O, Abu-Dabiyə qədər gedib geri qayıtmalı olub. Orada ona bildiriblər ki, belə bir viza növü yoxdur. O, səfirliklə əlaqə saxlayıb, ona bildiriblər ki, o Yeni Zelandiyaya giriş edə bilməz. Cavabdeh ondan aldığı pulları ona qaytarmışdır. Ona məlum olub ki, Cavabdeh onun adından yalandan danışaraq deyib ki, güya o onun köməyi ilə Yeni Zelandiyaya gedib. Halbuki, bu yalandır. İş üzrə üzrə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, onlar ilk dəfə Cavabdeh Kanadaya səfət etmək məqsədilə müraciət ediblər. Bununla bağlı razılaşmaları baş tutmamışdır. Daha sonra Yeni Zelandiyaya səfər etmək üçün sənədlərin hazırlanmasını Cavabdeh tapşırıblar. Onun həyat yoldaşı Teymur X16 səfər etmək üçün Cavabdeh 6.000 ABŞ dolları verib. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 12 aprel 2024-cü il tarixli vizanın təsdiqi barədə məktubun tərcüməsindən görünür ki, Teymur X7 qonaq vizası təsdiq edilmişdir. Vizanın müddəti 12 aprel 2024-cü il - 12 iyul 2024-cü il tarixlərini əhatə edir. Viza ölkəyə çoxsaylı giriş-çıxışa icazə verir. Hər bir gəlişdə Yeni Zelandiyada maksimum 1 aya qədər qalmaq icazəsi vardır. Viza sahibi, Yeni Zelandiyada işlə təmin edilməməlidir. Viza sahibinin YN-da təhsil müddəti hər 12 aylıq dövrdə 3 aydan çox müddəti keçməməlidir. İş materiallarında olan "xxxx" Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətinin tərcüməsindən görünür ki, İddiaçı İCEF X8 (ANZA) dəvət məktubu almışdır. Məktubda qeyd edilmişdir ki, İddiaçı Ötautahi/Christchurch şəhərinə səfərinin məqsədi Avstraliya və Yeni Zelandiyadakı 100-dən çox təhsil müəssisəsinin nümayəndələri ilə təhsil müəssisələri adından beynəlxalq tələbələri cəlb etmək məqsədilə görüşməkdir...X2 İCEF X9 iştirak etmək üçün 22-24 aprel 2024-cü il tarixlərində (ən azı) Ötautahi-Christchurch, Aotearoa-Yeni Zelandiyanı ziyarət etməli olacaq.... İş materiallarında olan 15 aprel 2024-cü il tarixli № СС/16836/A2/22 saylı kredit sazişi müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC-dən 59 ay müddətinə illik faizi 17.90 % təşkil etməklə 17.500 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 22 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, instagram sosial şəbəkəsindən Cavabdeh adlı şəxs tərəfindən gənclərin xarici ölkələrə oxumaq və işləməyə göndərilməsi barədə məlumat əldə etmiş, bu məlumatlara istinad edərək Yeni Zellandiyaya viza almaq imkanlarını reallaşdırmaq üçün özünü viza dəstəkçisi kimi təqdim edən Cavabdeh adlı şəxsə müraciət etmiş viza sənədləşmə işlərinin aparılması və gördüyü işlərə görə depozit olaraq ona qeyri-rəsmi şəkildə 6.000 ABŞ dolları ödəmiş, qeyd olunan təyinat məntəqəsinə səfər zamanı onun vizasında problem yaranmış və İstanbul hava limanından geri qaytarılmışdır. Baş vermiş hadisə ilə əlaqədar Cavabdeh ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı müraciət etsə də rədd cavabı almışdır. Həmin araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, Kanada Təhsil Mərkəzində konsultant kimi çalışır. Təxminən altı yeddi ay əvvəl İddiaçı Kanadaya getmək üçün mərkəzə yaxınlaşmış və viza dəstəyi tələb etmişdir. O da müvafiq məsləhətlər vermişdir. Buna görə heç bir ödəniş almamışdır. Daha sonra ölkələrdən Yeni Zellandiyanı maraqlanmış və həmin ölkəyə getməyi dəqiqləşdirmişdir. Buna görə viza üçün tələb olunan dövlət rüsumunu öz kartı vasitəsilə ödəmiş və ora düşdükdən sonra dil kurslarına getməli idi. Onların razılaşmaları bundan ibarət olmuşdur. Xidmət haqqını isə həmin ölkəyə düşdükdən sonra ödəməli idi. Həmin şəxs ona xidmət haqqı olaraq heç bir ödəniş etməmişdir. Həmin şəxsin vizası müsbət cavablandırılmış və o vizanı təqdim etmişdir. Həmin viza orijinaldır və viza verən ölkənin rəsmi saytında yerləşdirilmişdir. İddiaçı Türkiyə Cümhuriyyəti ərazisində olan zaman ona zəng etmiş və deklorasiyanı doldurmadığı üçün Türk hava yolları əməkdaşları tərəfindən təyyarəyə buraxılmadığını bildirmişdir. O isə əvvəlcədən bu barədə xəbərdarlıq etdiyini demişdir. Viza dəstəyi üçün o həmin şəxsdən heç bir məbləğdə pul almamış və xidmət haqqı olaraq 6.000 ABŞ dolları yox, 3.000 ABŞ dolları tələb olunmuşdur. Həmin pulu isə getmək istədiyi ölkəyə çatdıqdan sonra onlara ödəməli idi. Lakin xidmət haqqını da ödəməmişdir. Əksinə olaraq o həmin şəxsdən xidmət haqqı olan 3.000 ABŞ dolları pulu müvafiq orqanlara müraciət edərək tələb edəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər». Göründüyü kimi, tərəflər arasında şifahi şəkildə podrat barədə razılaşma bağlanılmış, razılaşmaya əsasən Cavabdeh İddiaçı xeyrinə sonuncunun xarici ölkəyə səfər edə bilməsi üçün sənədləşmə işlərinin aparılmasını öz öhdəsinə götürmüşdür. İlk iddia üzrə İddiaçı Cavabdeh razılaşmanı pozaraq ona saxta viza təqdim etdiyini və onun hesabına varlandığını iddia edir. Cavabdeh isə razılaşmanın şərtləri əsasında onun tərəfindən T.X7 səfər edə bilməsi üçün vizanın alınması məqsədilə sənədləşmə işlərinin aparıldığını, onun tərəfindən işin tam şəkildə icra olunduğunu, tərəflərin razılaşmasına görə T.X7 səfəri baş tutduqda sonuncunun ona 3.000 ABŞ dolları xidmət haqqını ödəməli olduğunu iddia edir. İlk iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı xaricə səfər etməsi üçün Cavabdeh tərəfindən sənədləşmə işlərinin aparılmasının tərəflərin arasında razılaşdırılması iş materialları ilə təsdiq olunsa da, 10.200 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Belə ki, İddiaçı iştirakı ilə gizli şəkildə yazılmış, üzərində İddiaçı ilə Cavabdeh görüşünün əks olunması iddia olunan CD disk məhkəmə iclasında dinlənilsə də, həmin yazının mövcudluğu pul tələblərinin təmin edilməsinə əsas vermir. Birincisi, hər hansı ölkənin ərazisinə daxil olmaq üçün viza icazəsinin verilməsi ı həmin ölkənin səlahiyyətli orqanlarının mülahizə çərçivəsinə aid olduğundan buna dair kənar şəxslərin bağladıqları əqdlər özü-özlüyündə etibarsızdır. Lakin, tərəflərin arasında bağlanılmış müqavilənin məhz qeyd edilmiş etibarsız müddəaları ehtiva etməsi də iş materialları ilə müəyyən edilmir. Bundan başqa sözügedən videoyazı gizli aparıldığından görüşdə iştirak edən şəxsləri və aparılmış söhbətlərin tam məzmununu dəqiqliklə eyniləşdirmək qeyrimümkündür. Hətta bu mümkün olduğu halda belə, işin mübahisəsiz halıdır ki, tərəflərin münasibbətləri Cavabdeh İddiaçı üçün sonuncunun xaricə səfər etməsi ilə bağlı xidmətlərin (sənədləşmə işlərinin) aparılması ilə bağlı olmuşdur. Qanunverici xidmət münasibətləri üzrə ödənişin qaytarılması və ya ziyanın ödənilməsi tələblərini qüsurlu xidmətlərin icrası ilə əlaqələndirdiyindən, bu iş üzrə isə Cavabdeh razılaşdırılmış xidmətləri qüsurlu icra etməsi öz təsdiqini tapmadığından, pul tələbi barədə iddia təmin edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Cavabdeh sənədləri hazırlanması nəticəsində İddiaçı elektron vizanın verilməsi iş materialları ilə təsdiq olunduğu halda, həmin vizanın saxtalığına dəlaət edən dəlilləri sübut edən hallar iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclas zalında real vaxt rejimində Cavabdeh nümayəndəsi tərəfindən https://www.immigration.govt.nz saytı üzərindən Cavabdeh hesabına daxil olduqda İddiaçı adına Yeni Zelandiyaya səfər etmək üçün verilmiş və iş materiallarında detalları əks olunmuş elektron visa məlumatlarına rast gəlmək olur. Beləliklə, Cavabdeh İddiaçı üçün sonuncunun xaricə səfər etməsi ilə bağlı xidmətlərin (sənədləşmə işlərinin) aparılması məqsədilə sənədləşmə işlərinin (sənədlərin hazırlanmasının) aparılması işin mübahisəsiz halı olduğundan, həmin işlərin qüsurlu aparıldığı isə öz təsdiqni tapmadığından, pul ödənişlərinin qaytarılması ilə bağlı iddia tələbləri təmin edilməli deyil. Razılaşmanın şərtlərinin pozulması və ya işlərin qüsurlu icrası ilə bağlı iddia tələbləri təmin edilmədiyindən, bu əsasa söykənərək verilmiş maddi ziyan (aviabiletlərə xərclənmiş pul vəsaitləri) və mənəvi ziyanın ödənilməsi tələbləri də təmin edilməməlidir. Qarşılıqlı iddia tələblərinə gəldikdə məhkəmə qeyd edir ki, tərəflərin sözügedən razılaşmasının şifahi olmasına baxmayaraq, məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatı ilə müəyyən edilmişdir ki, tərəflər arasında qarşılıqlı iddiada qeyd edilmiş 3.000 ABŞ dolları ödənişinin İddiaçı təyinat ölkəsinə çatmasından sonra həyata keçirilməsi razılaşdırılmışdır. İddiaçı təyinat ölkəsinə getməsinin baş tutmaması işin mübahisəsiz halı olduğundan; maddi ziyanın ösənilməsinə əsas verən sair halların mövcudluğu isə iş materialları ilə öz təsdiqini tapmadığından, qarşılıqlı iddia da təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hər iki tələb təmin edilədiyindən, ödənilmiş dövlət rüsumları rüsumu ödəmiş müvafiq tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı Cavabdeh qarşı onun tərəfindən Yeni Zelandiyaya vizanın alınması, orada təhsil alması, işlə təmin olunması və məskunlaşmasında köməkliyin göstərilməsi üçün Cavabdeh verilmiş cəmi 10.200 manat məbləğinin; aviabiletlərin alınmasına xərclənmiş cəmi 4.247,60 manat məbləğinin; Yeni Zelandiyaya viza üçün ödənilmiş 257,85 manatməbləğinin; 5.000 manat mənəvi ziyanın və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 149,12 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə ilkin iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı İddiaçı 3.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun tutulması barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İlk iddia üzrə dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-326/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-326/2025
02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver