Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3315/2024 29.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər X5 və digərlərinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC, Cavabdeh2 qarşı X6 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı parklanma yerinə aid hissəsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına ümumi sahəsi 9748.0 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli ******* MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı parklanma yerinə aid hissəsinin ləğv edilməsi, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixli 22 saylı maliyyə arayışına əsasən keçmiş Nobel prospekti 15A ünvanındakı parkinq sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan 2 saylı qaraj yerindən avtomobil dayanacağı sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanının sakini olaraq cavabdehlər ilə iddiaçı arasında xx.xx.2010-cu il tarixli 22 saylı maliyyə arayışı əsas götürülməklə, keçmiş Nobel prospekti 15A ünvanındakı parkinq sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan 2 saylı qaraj yerindən avtomobil dayanacağı sahəsinin alınmasına dair müqavilə bağlanmışdır. Xeyli müddətdir ki, avtomobil dayanacağı sahəsi iddiaçının mülkiyyətində və sərəncamında olmasına baxmayaraq cavabdehlər son vaxtlar həmin sahədən rahat istifadəsinə süni əngəllər yaratmağa çalışmışlar. Cavabdehlər uzun illərdir iddiaçının sərəncamında olan qeyriyaşayış sahəsinə dair sahədən aylıq ödənişlər edilməklə istifadə etməyi ilə bağlı yeni müqavilə bağlamağı təklif etmişlər. Təbii olaraq bu təklif iddiaçı tərəfindən qəbul edilmədiyi üçün hazırki vəziyyətdə əmlakı zəbt edilmişdir və əmlakından sərbəst istifadəsiə suni maneələr yaradılmışdır. Belə ki, cavabdehlər avtomobil dayanacağı sahəsinə avtomobillə iddiaçının girişini əngəlləməklə, dayanacağa giriş üçün iddiaçıya verilmiş giriş kartını ləğv etmişdir və nəticədə öz mülkiyyətində olan sahəyə hazırda daxil ola və istifadə edə bilmir. Dəfələrlə cavabdehlərə qanunsuz olaraq əmlakından istifadəyə maneəçilik törətməməyini, iddiaçının mülkiyyətinə müdaxilə edilməməsini, qanunsuz əməllərinə son verməsini, məsələnin sülh yolu ilə həll edilməli olmasını bildirsə də heç bir razılığa gəlməmişlər. Tərəflər razılığa gələ bilmədikləri üçün süni maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 4087/2023 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməklə, xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında İddiaçı məxsus avtomobil dayanacağından (Bakı şəhəri, keçmiş Nobel prospekti, 15 A ünvanındakı parkinq sahəsində 2 saylı qaraj yerindən) sərbəst istifadəyə və girişə cavabdehlər "xxxx" MTK və Cavabdeh3 MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, "xxxx" tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışında MTK-nın ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2 saylı avtomobil dayanacağında 1(bir) avtomobil yeri iddiaçıya məxsusdur və dəyəri tam ödənilmişdir. Özünü Cavabdeh “Yeni Həyat-BB kompleksinin parkinq xidmətinin müdiri kimi təqdim edən X9 təqdim etdiyi binanın qaraj yerlərinin yerləşmə sxeminə görə də həmin qaraj 02 nömrə ilə nömrələnibdir. Belə ki, sxemə görə də həmin yer parkinq girişindən sol tərəfdə yeləşməli idi. Şəxsin özü də B1 nömrəli blokda yaşayır və qeyd olunan qaraj da həmin blokun altındadır. Sənədlərdən də görünür ki, qarajın ünvanı ilə iddiaçının yaşadığı mənzilin ünvanı eynidir. İddiaçı şəxsi avtomobilini həmin nömrəli qarajda saxlamış və dediyinə görə illərdir orda saxladığından onun orda olmasını heç bir qonşu mübahisələndirməmişdir, lakin iddiaçı həmin yer üçün qonşusunu kartından istifadə edir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-4087/2023 saylı qətnaməsindən Cavabdeh1 MTK tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsi "xxxx" MTK-nın və eyni zamanda sözügedən əmlakın mülkiyyətçisinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh məhz müqavilədə qeyd olunan ünvanda yerləşən avtodayanacağı tələb edərək iddiasını əsaslandırmışdır. Lakin, ona verilən xx.xx.2010-cu il tarixli maliyyə arayışında qeyd olunan ünvanda yerləşən avtodayanacaq iddiaçıya verilmişdir. Cavabdehin apellyasiya şikayəti üzrə 2(103)-621/2024 saylı iş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Məhəmməd Rüstəmlinin icraatındadır. İş apellyasiya instansiyasında araşdırılarkən cavabdeh sonradan etdiyi maliyyə arayışı və çıxarış təqdim edərək bildirmişdir ki, mübahisə obyekti olan qaraj Cavabdeh2 adlı şəxsə məxsusdur (birinci instansiya məhkəməsində mübahisəyə baxılarkən və apellyasiya şikayətində belə hal meydana çıxmamışdır). Hakbuki, Cavabdeh2 MTK-nın ilk dövrdən başlayan fəaliyyətində rəsmi olaraq rəhbər şəxs kimi işləmişdir. Sakinlər tərəfindən həmin ünvanda mənzillərin və qarajların satışı barədə danışıqlar məhz birbaşa Cavabdeh2lə şəxsən aparılmış və satışı da o özü həyata keçirmişdir (istər hüquqi şəxsə rəsmi olaraq, istərsədə faktiki olaraq rəhbərlik edtdiyi dövrlərdə). Belə olduğu təqdirdə hazırda Cavabdeh2 adına olan çıxarışda bizə məxsus qaraja aid hissənin etibarsız hesab edilməsinə dair iddia tələbini irəli sürmək zərurəti yaranmışdır. Çünki 2010-cu ildə Cavabdeh2 faktiki rəhbərliyi altında mübahisələndirilən qaraj sahəsi iddiaçıya satılmış və bunu təsdiq edən maliyyə arayışı təqdim edilmişdir. Bundan sonra Cavabdeh2 2011-ci ildə saxtakarlıq edərək iddiaçının almış olduğu, istifadə və sərəcamında olan qaraj sahəsinə daxil olmaqla qarajlar olan bütün mərtəbəyə öz adına çıxarışlar almışdır. Əgər Cavabdeh2 həmin sahəni qanuni əsaslarla real olaraq mülkiyyətinə almış olsa idi, bu günə qədər həmin qaraj sahəsi iddiaçının istifadəsində olmazdı. Bundan əlavə bu barədə çıxarışın olması iddiaçıya bəlli olardı. Əgər iddiaçı digər tələblə məhkəmədə iddia qaldırmasaydı, qeyd edilən çıxarışdan xəbərsiz olacaqdır. Bundan əlavə həmin çıxarış birinci inistansiya məhkəməsində bilərəkdən ortaya çıxarılmamışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X3 nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini xahiş etdi. İşin faktiki halları: Cavabdeh1 MTK ilə payçı X7 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən ünvan 5 ünvanında Ticarət Mərkəzinin zirzəmisində (qaraj) 9748.0 m2 bir pay kimi X4 verilmişdir. "xxxx" MTK-nın xx.xx.2009-cu il tarixli 33 nömrəli maliyyə arayışına əsasən ünvan 11a etdiyi çoxmərtəbəli kompleks binasının Ticarət Mərkəzinin zirzəmi (qaraj) hissəsində ümumi sahəsi 9750,8 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 məxsusdur və dəyəri tam ödənilmişdir. "xxxx" MTK-nın xx.xx.2010-ci il tarixli 22 nömrəli maliyyə arayışına əsasən "xxxx" MYK-nın Bakı şəhəri, ünvan 11a etdiyi çoxmərtəbəli yaşayış binasının 7 saylı avtomobil dayanacağında 1 ədəd avtomobil yeri İddiaçı məxsusdur və dəyəri tam ödənilmişdir. Maliyyə arayışına xx.xx.2011-ci il tarixdə 7 saylı avtomobil dayanacağının 2 saylı kimi oxunması barədə düzəliş edilmişdir. Cavabdeh1 MTK üzvlərinin xx.xx.2011-ci il tarixli ümumi iclasının 01 saylı protokolundan çıxarışdan görünür ki, X1 üzv qəbul olunmaqla, MTK-nın ünvan 5 ünvanında Ticarət Mərkəzinin zirzəmi (qaraj) hissəsində ümumi sahəsi 9748.0 m2 olan qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmişdir. "xxxx" MTK-nın xx.xx.2011-ci il tarixli 75 nömrəli maliyyə arayışına əsasən ünvan 7 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın Ticarət Mərkəzinin zirzəmi (qaraj) hissəsində ümumi sahəsi 9750,8 kv.m olan qeyriyaşayış sahəsinin pay dəyəri payçı X5 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Cavabdeh1 MTK-nın İddiaçı ünvanladığı xx.xx.2012-ci il tarixli, 26 nömrəli bildirişdən görünür ki, Cavabdeh1 MTK-nın ünvan 11a etdiyi çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 7 saylı (xx.xx.2010 tarixli maliyyə arayışı) qaraj (avtomobil dayanacağı) sahəsinin ona məxsus olduğunu, həmin mərtəbədə layihələndirmə işlərində dəyişikliklər baş verdiyindən avtomobil dayanacağı üzrə ödənilən vəsaitin geri qaytarılması üçün ofisə yaxınlaşmağı təklif etmişdir. "xxxx" MTK, "xxxx" MMC və İddiaçı arasında xx.xx.2018-ci il tarixində bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti, 15 A ünvanındakı parking sahəsində 1 avtomobil üçün nəzərdə tutulan 2 saylı qaraj yerindən istifadə qaydaları müəyyən edilmişdir. Müqavilədə qeyd edilmişdir ki, sakinə 2 saylı qaraj yeri haqqında MTK tərəfindən xx.xx.2010-ci il tarixli 22 saylı Maliyyə Arayışı verilmişdir. Hüquqların Dövlət Reyestri haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, MA seriyalı çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9748.0 m2 zirzəmi xüsusi mülkiyyət hüququ əsasında X4 məxsusdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il məktubundan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15A ünvandakı parkinq sahəsində 2 saylı qarajın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 15A ünvanında yerləşən 2 saylı qarajın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. "xxxx" MMC-nin “Göndərilən sənədlərin qeydiyyatı jurnalı”ndan görünür ki, xx.xx.2009-cu il tarixdə Cavabdeh2 qaraj (zirzəmi) sahəsinin verilməsinə dair qeyd edilmişdir. "xxxx" MMC-nin “Göndərilən sənədlərin qeydiyyatı jurnalı”ndan görünür ki, xx.xx.2010-cu il tarixdə İddiaçı mənzil və qaraj (zirzəmi) sahəsinin verilməsinə dair qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində bildirmişdir ki, onun da həmin ünvanda qarajı var. Heç bir problem olmayıb, o o qarajın sahibidir. Onun qarajla bağlı çıxarışı var, təqdim edilib. Qarajı təxmini 2011-2012-ci illərdə alıb. İddiaçını qonuşu kimi tanıyır, orda mənzili var. O evi 2011-ci ildə alsa da 2018-ci ildə ora köçmüşdür. İddiaçı qarajla bağlı problemin olduğunu təxmini bir əvvəl ona demişdir. O qaraj alandan sonra təklif etmişlər ki, maşını başqa yerdə saxlasın. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MTK-ya məxsus dayancaqda B1 nömrəli blokun qarşısında A1 nömrəli VİP park yeri var. Həmin A1 park yerinin sol tərəfində 02 nömrəsi ilə nömrələnmiş qaraj iddiaçıya məxsusdur. Özünü Cavabdeh “Yeni Həyat-BB kompleksinin parkinq xidmətinin müdiri kimi təqdim edən Həmin qaraj 02 nömrə ilə nömrələnibdir. Sənədlərdən də görünür ki, qarajın ünvanı ilə iddiaçının yaşadığı mənzilin ünvanı eynidir. İddiaçı şəxsi avtomobilini həmin nömrəli qarajda saxlamış və dediyinə görə illərdir orda saxladığından onun orda olmasını heç bir qonşu mübahisələndirməmişdir, lakin iddiaçı həmin yer üçün qonşusunu kartından istifadə edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 11a edilən çoxmərtəbəli yaşayış binasının mənfi 1 mərtəbəsində yerləşən avtomobil dayanacağında 1 ədəd parklanma yeri (2 saylı) barədə "xxxx" MTK ilə İddiaçı arasında razılaşma əldə edilmiş, qaraj sonucuya satılmış, eyni zamanda qarajın dəyərinin tam şəkildə ödənilməsinə dair xx.xx.2010-ci il tarixli maliyyə arayışı da verilmişdir. Həmin vaxtdan etibarən 2023-cü il tarixə kimi qaraj İddiaçı istifadəsində olmuşdur. 2023-cü il tarixdən etibarən İddiaçı qarajdan istifadəsinə maneələr yaradılmışdır. Bununla yanaşı, Bakı şəhəri, ünvan 11a edilən çoxmərtəbəli yaşayış binasının mənfi 1 mərtəbəsində yerləşən avtomobil dayanacağında 1 ədəd parklanma (2 saylı) yerinin İddiaçı sahibliyində və istifadəsində olmasına baxmayaraq "xxxx" MTK ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixli müqavilə, "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə keçirilmiş iclasın protokolundan çıxarış və maliyyə arayışına əsasən Cavabdeh2 zirzəmiyə dair mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bundan sonra yenidən xx.xx.2018-ci il tarixdə Cavabdeh1, "xxxx" MMC və İddiaçı arasında Müqavilə bağlanmış, həmin Müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti (indiki 8 Noyabr), 15 A ünvanındakı parkinq sahəsində 1 (bir) avtomobil üçün nəzərdə tutulan 2 saylı qaraj yeri İddiaçı məxsus olduğu və müqavilə ilə İddiaçı qaraj yerindən istifadəsinin şərtləri müəyyən edilmişdir. Digər tərəfdən, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9748.0 m2 zirzəmiyə dair mübahisəli müqavilə xx.xx.2008-ci il tarixdə imzalanmasına, bunun əsasında Cavabdeh2 xx.xx.2011-ci il tarixli ******* MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almasına baxmayaraq, Cavabdeh1 MTK İddiaçı xx.xx.2012-ci il tarixdə bildiriş ünvanlayaraq Cavabdeh1 MTK-nın ünvan 11a etdiyi çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 2 saylı (xx.xx.2010 tarixli maliyyə arayışı) qaraj (avtomobil dayanacağı) sahəsinin ona məxsus olduğunu, həmin mərtəbədə layihələndirmə işlərində dəyişikliklər baş verdiyindən avtomobil dayanacağı üzrə ödənilən vəsaitin geri qaytarılması üçün ofisə yaxınlaşmağı təklif etmişdir. Eyni zamanda, "xxxx" MMC-nin özünün təqdim etdiyi “Göndərilən sənədlərin qeydiyyatı jurnalı”ndan görünür ki, Bakı şəhəri, ünvan 11a etdiyi çoxmərtəbəli yaşayış binasının mənfi 1 mərtəbəsində yerləşən avtomobil dayanacağında 7 (2) saylı parklanma yerinin İddiaçı satılması barədə xx.xx.2010-cu il tarixdə qeydiyyat aparılmışdır. Bundan əlavə, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9748.0 m2 zirzəmiyə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə ilə bağlı qeyd həmin jurnala xx.xx.2008-ci il tarixdə deyil, 1 il 5 ay sonrakı tarixə, yəni, xx.xx.2009-cu il tarixə qeyd edilmişdir. Məhkəmə cavabdeh tərəfin zirzəminin əvvəlcə yaşayış kompleksinin birinci, ikinci, üçüncü mərtəblərində tikilməsinin nəzərdə tutulduğunu, lakin MTK-dan asılı olmayan səbəblərdən layihələndirmə işlərində dəyişikliklərin baş verdiyini, dəyişikliklər baş verdiyindən qarajın təhvil verilməsinin mümkün olmadığı, iddiaçının tələb etdiyi qaraj sahəsinin Cavabdeh2 mülkiyyətində olan zirzəmidə yerləşməməsi ilə bağlı dəlilinə qiymət verərək, qeyd edir ki, cavabdeh istinad etdiyi bu hallara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda həmin hallar "xxxx" MMC-nin özünün təqdim etdiyi “Göndərilən sənədlərin qeydiyyatı jurnalı”nda zirzəmiyə dair ayrı-ayrı şəxslərlə bağlanmış müqavilələrə dair qeydlərlə təkzib edilir. Belə ki, həmin jurnaldan görünür ki, yaşayış kompleksinin layihələndirilməsi başa çatmış, 2008, 2009, 2010-cu illərdə ayrı-ayrı şəxslərə mənzillər, qarajlar, ofis və ticarət mərkəzindən yerlər satılmışdır. Beləliklə, Bakı şəhəri, ünvan 11a edilən çoxmərtəbəli yaşayış binasının mənfi 1 mərtəbəsində yerləşən avtomobil dayanacağında 1 ədəd parklanma yerinin İddiaçı satılması, həmin vaxtdan onun istifadəsində olması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9748.0 m2 zirzəmi ilə bağlı fərqli tarixlərə aid iki maliyyə arayışının verilməsi, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin imzalanma tarixi ilə "xxxx" MMC-nin özünün təqdim etdiyi “Göndərilən sənədlərin qeydiyyatı jurnalı”ndakı qeydiyyat tarixinin üst-üstə düşməməsi hallarına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən ümumi sahəsi 9748.0 m2 zirzəmiyə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilənin xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında İddiaçı məxsus 2 saylı qaraja aid hissəsi etibarsız hesab edilməli, eyni zamanda xx.xx.2011-ci il tarixli ******* MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında İddiaçı məxsus 2 saylı qaraja aid hissəsi ləğv edilməlidir. Məhkəmə iddianın 100 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, istinad edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq, tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlər "xxxx" MMC və Cavabdeh2 alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı parklanma yerinə aid hissəsi etibarsız hesab edilsin. Cavabdeh2 adına ümumi sahəsi 9748.0 kv.m. təşkil edən qeyri-yaşayış səhəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli ******* MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı parklanma yerinə aid hissəsi ləğv edilsin. 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3315/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3315/2024
29.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver