Məhkəmə qərarları › İş №e-2(011)-3333/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3333/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3333/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6500,0 manat məbləğində vəsaitin, 85,0 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iş üzrə cavabdeh qismində Cavabdeh başqa, X8, X17 və X7 əlavə olunması zərurəti yarandığından, iddia tələbi üzrə cavabdehlər Cavabdeh, X8, X17 və X5 iddiaçı "xxxx" ASC-nin xeyrinə 6500,0 manat məbləğində vəsaitin, 85,0 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, X16 tərəfindən idarə olunan ** EH *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E350 markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cü il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** BJ *** dövlət qeydiyyat nişanlı Ssang Yong markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmçinin hadisə nəticəsində X23 xəsarət (az ağır) almışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X16 yol nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. X6 hadisə nəticəsində vəfat etmişdir (19 oktyabr 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə X22 əməlində cinayət tərkibinin olması halı müəyyən edilmiş, lakin şəxs hadisə zamanı vəfat etdiyindən cinayət işi üzrə icraata xitam verilmişdir). Vərəsələr barədə məlumatın əldə edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 1 ünvanlanmış, cavab məktubunda X9 mirasını qəbul etmiş vərəsələr barədə məlumatlar və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətləri öz əksini tapmışdır. AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq Cavabdeh vəfat etmiş şəxsin mirasını qəbul etmişdir. ** BJ *** dövlət qeydiyyat nişanlı Ssang Yong markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən "xxxx" ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində X16 təqsirli bilindiyi üçün ** BJ *** dövlət qeydiyyat nişanlı Ssang Yong markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 6305,00 manat (altı min üç yüz beş manat, 00 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASCnin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 5000,00 manat (beş min manat, 00 qəpik) məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. Həmçinin, xx.xx.2021-ci il tarixli Sığorta aktına əsasən Bağırov Nofəl az ağır xəsarət aldığına görə 1500,00 (bir min beş yüz manat, 00 qəpik) manat sığorta ödənişi zərərçəkənin şəxsi hesabına köçürülmüşdür. Ümumilikdə isə "xxxx" ASC tərəfindən 6500,00 (altı min beş yüz manat, 00 qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. "xxxx" ASC tərəfindən 6500,00 (altı min beş yüz manat, 00 qəpik) manat məbləğində vəsait cavabdehlər tərəfindən geri qaytarılmalıdır. Sonda Nümayəndə1 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdır. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil, əvvəla, iddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərmişdir, lakin bu barədə o məktub almamışdır, xx.xx.2020-ci il tarixdə yoldaşı X16 qəza törətmiş və vəfat etmişdir, Xətai rayon prokurorluğunun bildirişinə əsasən Nofəl Bağırov tərəfindən “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur, ancaq o, heç bir tədbir görməmişdir, deməli, qarşı tərəf də qismən günahkardır, baş vermiş hadisə ilə indiki zaman arasında 4 ilə qədər zaman keçmişdir, 4 il müddətini iddia müddətinin keçməsi kimi qəbul etmək olarmı? Həmçinin ona qarşı iddia tələbində "xxxx" ASC-nin ziyan dəymiş Ssang Yong markalı avtomaşına ödənilmiş məbləğlə razı feyil, 13 il istismar olunmuş bu markalı maşının bazar qiyməti 6-8 min manat arasında dəyişir, lakin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdakı qiymətlər şişirdilmiş olduğundan və hesabatı tərtib edənlərin imzasının olmaması onda ciddi şübhələr yaradır, ikinci dəfə qiymətləndirmə zamanı birinci ilə fərq yaranmışdır, ikinci rəydə bir qədər qiyməti azaltmışdır, bundan əlavə zərərdəymişə ödənilən 1500 manat nə üçün ödənilib və ödənişi təsdiq edən sənəd yoxdur, Səhiyyə Nazirliyinin tibbi məntəqələrində müalicə sığorta ilə qarşılanırsa, bu 1500 manatı hara xərcləyib, bu səbəbdən o, 6500 manat ödəməkdən imtina edir və bildirir ki, əzilmiş maşın 2000 manata satılmışdır, 2000 manat bank tərəfindən ödənilmişdir, həyat yoldaşından ona qalan vərəsəlik haqqı 4400 manat təşkil edir, o heç bir yerdə işləmir və 3 azyaşlı uşağa baxır, o 4400 manatı hissə-hissə ödəməyə razıdır, bəlkə bu vəsaitə "xxxx" ASC-nin ehtiyacı var. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini, qeyd etdiklərinin, həmçinin vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh, X8, X17 və X11 MERCEDRS BENZ E350 minik markalı **-EH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsələri kimi tanınmış və həmin əmlakdan hər birinin ¼ hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh, X8, X17 və X11 TOYOTA CAMRY minik markalı **-TB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsələri kimi tanınmış və həmin əmlakdan hər birinin ¼ hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh, X8, X17 və X11 mərhum X9 adına Azərbaycan Beynəlxalq Bankın Müştəri xidməti departamentində hesab qalığı olan 2165,29 manat məbləğə dair xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 vərəsələri kimi tanınmış və həmin əmlakdan hər birinin ¼ hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli PPA********** saylı AVSMMİS növlü icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, sığortalı X9 MERCEDRS BENZ E350 minik markalı **-EH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 12 ay müddətinə əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000, bir hadisə üzrə 50.000 azn həddində sığortalanmışdır. İş materiallarından görünür ki, mülkiyyətçi X16 etibar edilən X12 MERCEDRS BENZ E350 minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı etibarnamə vermişdir. Etibarnamənin qeydiyyat tarixi xx.xx.2015, bitmə tarixi xx.xx.2023-cü ildir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi barədə Qərardan görünür ki, Mercedes-Benz” markalı avtomobilin sürücüsü X9 hadisə yerində ölməsi, “SSang Yong” markalı avtomobilin sürücüsü X18 bədən xəsarətləri alması faktında Taleh Hüseynovun əməlində cinayət tərkibinin olması halı müəyyən edilsə də, hadisə zamanı onun ölməsi səbəbindən AR CM-nin 263.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, vətəndaş X10 təqsirləndirilən şəxsin hüquqi varisi kimi iştirakına xitam verilməsi, vətəndaş X18 təqsirləndirilən şəxsin hüquqi varisi kimi iştirakına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhləmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5614 saylı Ekspert rəyindən görünür ki, “Toyota Camry” markalı, 2014-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada 2020-ci il tarixə bazar qiyməti təxminən 40000,0 manat müəyyən olunur. Həmçinin “X29” markalı, 2007-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin nəzəri qaydada 2020-ci il tarixə bazar qiyməti təxminən 20000,0 manat müəyyən olunur. Nəzəri hesablama yolu ilə, iş materiallarında "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “X29” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5855,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 4395,0 manat; təmir-bərpa işlərinin qiyməti – 1460,0 manat təşkil edir. Həmin Rəyə əlavə edilən Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın məbləği 50 manat təşkil edir. İş materiallarında olan 053515 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “SSANG YONG-REXTON” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. İş materiallarında olan 568459 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, MERCEDRS BENZ E350 minik markalı **-EH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X13r. İş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsin 41/2020 saylı ekspert rəyindən görünür ki, X20 dərəcəsinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2020-ci il tarixli Qərardan görünür ki, fakta görə AR CM-nin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanması, icraata qəbul edilərək ibtidai istintaq aparılması qərara alınmışdır. İş materiallarında olan AD 851281№-li Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta Şəhadətnaməsinin surətindən görünür ki, 2007-ci il buraxılışlı “SSANG YONG-REXTON” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X23 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək “Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən sağlamlığa vurulan zərərə görə: bir şəxs üzrə 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində tam sığortalanmışdır, sığorta haqqı 135 manatdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:45-də Xətai rayonu, R.Quliyev 2 saylı küçənin qarşısında iki minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs MERCEDRS BENZ E350 minik markalı **- EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və hadisə zamanı sürücüsü X13r, hadisə zamanı “SSANG YONG-REXTON” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “qabaq sağ sahəsi əzilmiş, batmış, çırılmış”, zərərçəkən qismində X1 və əmlaka görə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Sığorta aktı”-ın surətindən görünür ki, 1500 manat məbləğində sığorta ödənişi sağlamlığa vurulan zərərə görə X18 şəxsi hesabına köçürülməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Sığorta aktı”-ın surətindən görünür ki, 5000 manat məbləğində sığorta ödənişi dəymiş maddi zərərə görə X2 şəxsi hesabına köçürülməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X4 5000 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 001XOH********** saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X20 1500 manat pul ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh ilə mübahisənin məhkəmədən kənar yolla həll olunması üçün 15 təqvim günü müddətində 6500 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabatdan görünür ki, “SSANG YONG-REXTON” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ümumi zərər 6305 manatdır. İş materiallarında olan AƏN seriyalı 792485 saylı Bütün növ sığorta haqları üçün mədaxil qəbzindən görünür ki, sığorta olunan X23 nəqliyyatın icbari sığortası növündə ümumi sığorta məbləği 55000 manat olan 135 manat sığorta məbləği ödəmişdir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X14 məxsus MERCEDRS BENZ E350 minik markalı **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır, həmin avtomobil xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X4 məxsus olan, hadisə zamanı X23 tərəfindən idarə olunan ** BJ *** dövlət qeydiyyat nişanlı “SSANG YONG-REXTON” markalı avtomobillə toqquşmuş, Ssang Yong markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuş, həmçinin hadisə nəticəsində X23 xəsarət (az ağır) almış, X16 isə hadisə nəticəsində vəfat etmişdir. Cavabdehlər Cavabdeh, X8, X17 və X11 vəfat etmiş X9 qanun üzrə vərəsələri kimi tanınmışlar və MERCEDRS BENZ E350 minik markalı **-EH-*** dövlət nömrə nişanlı, TOYOTA CAMRY minik markalı **-TB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə, X9 adına Azərbaycan Beynəlxalq Bankın Müştəri xidməti departamentində hesab qalığı olan 2165,29 manat məbləğə dair hər birinin ¼ hissədə payı müəyyən edilmişdir. TOYOTA CAMRY minik markalı **-TB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin təxmini bazar qiyməti 40000 manat təşkil edir. Zərər vurulmuş avtomobilin təmir-bərpa xərci 6305 manat təşkil edir, "xxxx" ASC tərəfindən avtomobilə dəymiş maddi zərərə görə 5000 manat məbləğində sığorta ödənişi X4, sağlamlığa vurulmuş zərərə görə 1500 manat X20 ödənilmişdir. Cavabdehlərdən subroqasiya qaydasında tələb olunan məbləğ 6500 manatdır, cavabdeh iddia tələbini qismən, 4400 manat həddində qəbul edir. Bununla belə cavabdehlərin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, borclunun (T.Hüseynov) ölümü ilə onun müqavilə üzrə əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli olduğundan iddiaçı mirası qəbul etmiş cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar və vərəsələr tərəfindən qəbul edilmiş mirasın ümumi həcmi hazırkı iddia tələbində göstərilən məbləğdən çox olmaqla, tələbi tam məbləğdə qarşıladığından, iddiaçı sığorta ödənişini subroqasiya qaydasında cavabehlərdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən, sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən, tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə formalaşdırılmış hüquqi müvqeyə əsasən, Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 6500 manat məbləğində pul Cavabdeh, X8, X17 və X5 müştərək qaydada alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 85 manat və bank xidməti üçün ödənilmiş 0,40 manat cavabdehlərə aid edilməli, onlardan müştərək qaydada 85,40 manat alınaraq iddiaçıya, məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat isə alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Ödənilmiş sığorta məbləği kimi 6500 (altı min beş yüz) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 85 (səksən beş) manat 40 (qırx) qəpik Cavabdeh, X8, X17 və X5 müştərək qaydada alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh, X8, X17 və X5 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar