Məhkəmə qərarları › İş №e-2(011)-336/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-336/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-336/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 icarəsində olan Cavabdeh1 tərəfindən idarə olunan ** PB *** dövlət qeydiyyat nişanlı Khazar SD markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PV *** (** JJ ***) dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh1 barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PV *** (** JJ ***) dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 18 205.04 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən dəymiş ziyan üzrə azadolma çıxılmaqla 18 005.04 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 18 005.04 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 18005.04 manat sığorta ödənişinin, ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizə təqdim edərək, ərizədə göstərmişdir ki, iddia ərizəsinin təsviri hissəsində zərərçəkmiş nəqliyyat vasitəsinin markası “Bentley Continental” olduğu halda “Hyundai Elantra” kimi qeyd edilmişdir. Bu səbəbdən zərərçəkmiş nəqliyyat vasitəsi kimi qeyd olunan “Hyundai Elantra” markalı sözünün “Bentley Continental” markalı kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-si tərəfindən verilmiş Sığorta aktından görünür ki, Cavabdeh1 tərəfindən idarə olunan ** PB *** dövlət qeydiyyat nişanlı Khazar SD markalı avtomobil xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yol nəqliyyat hadisəsi nəticəsində ** PV *** (** JJ ***) dövlət qeydiyyat nişanlı, “Bentley Continental” markalı avtomobilə zərər vurmuş, 18205.04 manat məbləğində zərər müəyyən edilmiş, sığortalı tərəfindən 200 manat azadolma ödənilmiş və 18005.04 manat sığorta ödənişi "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş qüsur aktından görünür ki, ** PV *** dövlət qeydiyyat nişanlı “Bentley Continental” markalı avtomobilə 18205.04 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, 18205.04 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. İş materiallarında olan Bakı şəhər DYPİ-nin İXP saylı, ******* saylı İnzibati Xəta haqqında Protokolun surətindən görünür ki, Cavabdeh1 idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh qismində 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, etibarnamə verilir "xxxx" MMC tərəfindən Cavabdeh1 ondan ötrü ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli MAS-1286 saylı “X2” əsasında lizinqə verilmiş 1 ədəd Khazar SD markalı, ** PB *** qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli, 9/5299 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin 17 iyun 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “Bentley Continental” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11901.00 manat müəyyən edilməklə, həmin iş üzrə verilmiş 18 mart 2022-ci il tarixli, 9/883 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilir. O cümlədən: dəyişilməli hissələrin dəyəri – 10661.00 manat, təmir işlərinin dəyəri – 1240 manat; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, Cavabdeh1 tərəfindən idarə olunan ** PB *** dövlət qeydiyyat nişanlı Khazar SD markalı avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yol nəqliyyat hadisəsi nəticəsində ** PV *** (** JJ ***) dövlət qeydiyyat nişanlı, “Bentley Continental” markalı avtomobilə zərər vurması və həmin yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli olması işdə olan sübutlarla təsdiq edilmişdir. 15 sentyabr 2022-ci il tarixli, 9/5299 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin 17 iyun 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “Bentley Continental” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11901.00 manat müəyyən edilmiş, həmin iş üzrə verilmiş 18 mart 2022-ci il tarixli, 9/883 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilmişdir. O cümlədən: dəyişilməli hissələrin dəyəri – 10661.00 manat, təmir işlərinin dəyəri – 1240 manat; Məhkəmə hesab edir ki, “Bentley Continental” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığorta olunduğundan, sığorta şirkəti tərəfindən zərərçəkənə artıq sığorta ödənişi ödənildiyindən və bu fakt iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, ekspert rəyi ilə təsdiq edilmiş 11901 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Khazar SD markalı, ** PB *** qeydiyyat nişanlı avtomobil qanuni qaydada rəsmiləşdirilməklə etibarnamə əsasında Cavabdeh1 verildiyindən, iddia tələbi digər Cavabdeh2 qarşı əsassız olduğu üçün təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 11901 manat pul vəsaiti, habelə dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh2 qarşı təmin edilməsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 50%, yəni 50 manat Cavabdeh1, qalan 50%, yəni 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar