Məhkəmə qərarları › İş №e-2(011)-3367/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3367/2025

12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3367/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Bakı şəhər Cavabdeh2nə qarşı “otağın boşaldılması və digər” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı məcburi icra tədbirləri həyata keçirilməsi, icranın təmin edilməsi barədə aktın qəbul edilməsi, icraya qadağa qoyan borclu ƏMDX-nın, Nizami RİH-in, ƏN-in məsul şəxsləri barəsində xüsusi qərardadla prokurora xəbər verilməsi və zəbt edilən otaqların boşaldılaraq ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində otaqların boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, otaq dedikdə hansı ünvanda yerləşən yaşayış evinin otağı olmasını, otağın sahəsini və otağın kimin tərəfinidən boşaldılması aydın şəkildə qeyd edilməmişdir. Digər bir tərəfdən, iddia tələbindən aşkar surətdə göründüyü kimi, iddiaçı tərəfindən məcburi icra tədbirləri həyata keçirilməsi, icranın təmin edilməsi barədə aktın qəbul edilməsi, icraya qadağa qoyan borclu ƏMDX-nın, Nizami RİH-in, ƏN-in məsul şəxsləri barəsində xüsusi qərardadla prokurora xəbər verilməsi və zəbt edilən otaqların boşaldılaraq ona təhvil verilməsi barədə bir-biri ilə əlaqədar olmayan tələblər cavabdehlərə qarşı irəli sürülmüşdür. İddiaçının hazırki tələblərinə isə bir icraatda baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyindən və iddia tələbləri bir-biri ilə əlaqədar olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar