Məhkəmə qərarları › İş №e-2(011)-3370/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3370/2025

19.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3370/2025 19.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyə xitam verilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh münasibətdə 50.000 manat kredit öhdəliyinə öhdəliyin kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı 50.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-1628/2017 saylı qətnamsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3452/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək mübahisələndirilən qətnamə ləğv edilmiş, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmaqla 50.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Sumqayt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 7E-3531 nömrəli, xx.xx.2018-ci il tarixli ərizə Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış və ərizədə qətnamənin icraya yönəldilmədən icrasına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdə verdiyi ərizəsindən aldadılma səbəbindən imtina etdiyinə dair ərizəni imzalamışdır. xx.xx.2024-cü il tarixli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edən Cavabdeh icra sənədinin icra edilməsi üçün göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2024-cü ildə 2(103)-3452/2018 saylı icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinə əsasən Nərimanov rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və icra bildirişi ona təqdim edilmişdir. İddiaçı tərəfindən ərizə ilə icra şöbəsinə müraciət olunaraq xx.xx.2018-ci il tarixli ərizə ilə pulun tam olaraq ödənildiyi nəzərə alınmaqla icraata xitam verilməsi xahiş olunmuşdur. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, № e161456/2024-15-23-003 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu İddiaçı icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3452/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. N.Qarayevə tərəfindən icra şöbəsinə ünvanlanmış müraciətlərə heç bir cavab verilmədiyindən və yaxud hər hansı qərar qəbul olunmadığına görə borclu müvafiq qayadada icra məmurunun hərəkətlərindən şikayət vermişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin İş № 8(005)-579/2024 xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin hərəkətindən borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Apellyasiya Məhkəməsinin 2(103)- 3452/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı 50000 manat məbləğində pulu tələbkar Cavabdeh ödəməlidir. Lakin borclu məhkəməyə xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, qətnamənin icra edilməməsini xahiş etmişdir. Daha sonra tələbkar xx.xx.2024-cü il tarixdə notarial ofisinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə verdiyi ərizədən aldınılması səbəbi ilə imtina etmişdir. Bundan sonra tələbkar Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, 2(103)- 3452/2018 saylı iş üzrə icra sənədinin icraya yönəldilməsini xahiş etmişdir. İcra vərəqəsi verilmiş və həmin icra vərəqəsinə əsasən Nərimanov rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərar və icra bildirişi ona təqdim edilmişdir. Göründüyü kimi tələbkarın borcun ödənilməsinə dair ərizəsi məhkəmə qətnaməsi qəbul edildikdən sonra məhkəməyə təqdim edilmiş və bu əsasla məhkəmə qətnamənin icrası ilə bağlı icra şöbəsinə icra vərəqəsi göndərməmişdir. 6 ildən sonra tələbkar məhkəməyə borcun ödənilməsinə dair ərizənin aldadılaraq verilməsi səbəbi ilə icra sənədinin verilməsini xahiş etmiş, məhkəmə həmin ərizə əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3452/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini icraya yönəltmiş və icra məmuru icra sənədinin icrası ilə bağlı qanunamüvafiq hərəkətlər həyata keçirmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddia təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil qız məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3452/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 50.000 manat pulun cavabdeh X1 tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh Sumqayt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 7E-3531 nömrəli, xx.xx.2018-ci il tarixli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək qətnamənin icraya yönəldilmədən icrasına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdə verdiyi ərizəsindən aldadılma səbəbindən imtina etdiyinə dair ərizəni imzalamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək icra sənədinin icra edilməsi üçün göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2024-cü ildə 2(103)- 3452/2018 saylı icra vərəqəsi verilmiş və həmin icra vərəqəsinə əsasən Nərimanov rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və icra bildirişi ona təqdim edilmişdir. Nübar Qarayeva tərəfindən ərizə ilə icra şöbəsinə müraciət olunaraq xx.xx.2018-ci il tarixli ərizə ilə pulun tam olaraq ödənildiyi nəzərə alınmaqla icraata xitam verilməsi xahiş olunmuşdur. Nübar Qarayevə tərəfindən icra şöbəsinə ünvanlanmış müraciətlərə heç bir cavab verilmədiyindən və yaxud hər hansı qərar qəbul olunmadığına görə borclu müvafiq qayadada icra məmurunun hərəkətlərindən şikayət vermişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-579/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin hərəkətindən borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-460/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı borclu tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə, tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə, icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə, qanun əsasında borclunun dövlətə olan borcu silindikdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Göründüyü kimi, hazırki mübahisə qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlıdır. Məhkəmə hesab edir ki, qətnamə üzrə öhdəliklərin icra edilib-edilməməsinin müəyyən edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həll edilməli olan məsələdir. Bu məsələ icra icraatı qaydasında icra məmuru tərəfindən həll edilir. İcra məmurunun hərəkət və ya hərəkətsizliyindən isə icra icraatı qaydasında məhkəməyə şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh münasibətdə 50.000 manat kredit öhdəliyinə öhdəliyin kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilməsi tələbinə məhkəmə qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə mülki iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı öhdəliyə xitam verilməsi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar