Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3395/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bank "xxxx" ASC-yə qarşı “vicdanlı alıcı hüquqlarının tanınması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək ondan öz xeyrinə 40807,07 manat əsas, 929,05 manat faiz borcu olmaqla, cəmi 41736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə (Bundan sonra – Mənzil) yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra həmin ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)- 2363/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2015-ci il tarixdə icra olunması üçün Abşeron rayon İcra Şöbəsinə göndərilmişdir.
2. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxıldıqda iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1588/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadına əsasən iddiaçı iddiadan imtina etdiyindən iş üzrə icraata xitam verilmişdir.
3. Bundan sonra, Abşeron rayon icra Şöbəsinin “X1 Mərkəzi” MMC-yə mənzilin satılması ilə bağlı hərracın keçirilməsi barədə sifarişi əsasında Mənzil xx.xx.2020-ci il tarixdə cavabdeh Banka satılmış və İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul olunmuş və Mənzil xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bank tərəfindən iddiaçıya satılmışdır.
4. Sonradan hərracın nəticələri Cavabdeh1 tərəfindən mübahisələndirilmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-6600/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Bank "xxxx" ASC-yə və “X1 Mərkəzi” MMC-yə qarşı satış protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilmişdir.
5. Cavabdeh1 cavabdehlər İddiaçı və Bank "xxxx" ASC-yə qarşı reyestrdən çıxarışın ləğvi, mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və iddiaçının mülkiyyət hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi barədə iddia ərizəsilə Abşeron rayon məhkəməsinə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-330/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Mənzilə dair Bank "xxxx" ASC-nin adına verilmiş xx.xx.2021ci il tarixli ********** saylı reyestrdən çıxarış və İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı reyestrdən çıxarışın ləğv edilməsi, İddiaçı Mənzildən istifadə hüququna xitam verilməsi, İddiaçı Mənzildən çıxarılması, mənzilin boşaldılması və Cavabdeh1 təhvil verilsməsi qət edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
6. İddiaçı Mənzilin alğı-satqısı zamanı onun vicdanlı alıcı olaraq hüquqlarının tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(021)- 2363/2015 saylı icra sənədi üzrə icra hərəkətləri yerinə yetirilmiş, bununla bağlı Abşeron rayon İcra şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanladığı məktub ilə ipoteka predmeti olan Mənzilin satışının təşkil etməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən sözügedən əmlak satılmaq üçün açıq hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 55.700 manat müəyyən edilmiş, lakin hərrac baş tutmamışdır. Daha sonra, Abşeron rayon İcra şöbəsi “X1 Mərkəzi” MMC-yə sözügedən mənzilin satılması ilə bağlı hərracın keçirilməsi barədə sifariş göndərmiş və mənzil açıq hərrac vasitəsilə xx.xx.2020-ci il tarixli YP-011 saylı satış protokoluna əsasən 35.508,75 manata Bank "xxxx" ASC-yə satılmışdır. Daha sonra Mənzili Bank "xxxx" ASC ilə alğı-satqı edərək mülkiyyətinə keçirmiş və çıxarış almışdır. Cavabdeh1 isə Bank "xxxx" ASC-yə və “X1 Mərkəzi” MMC-yə qarşı “satış protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-6600/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək Mənzilə dair “X1 Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilmiş, sözügedən qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Həmçinin Cavabdeh1 Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə ona və Bank "xxxx" ASC-yə qarşı reyestrdən çıxarışın ləğvi, mənzildə yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və iddiaçının mülkiyyət hüququ tanınmaqla mənzilin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən İddiaçı adına verilmiş Mənzilə dair xx.xx.2021- ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi, Mənzildə yaşayanların mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ tam həcmdə tanınmaqla iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mənzilin alğı-satqısı zamanı o, vicdanlı alıcı olmuşdur. Mənzilə dair xx.xx.2021- ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi vicdanlı əldə edən olaraq mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Odur ki, vicdanlı alıcı olaraq hüquqlarımın tanınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazda iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçı sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq məlumatlandırılsa da, məhkəməyə gəlməmiş, cavabdehin vəkili və nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etdi.
10. Cavabdeh1 vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək bildirdi ki, iddiaçı qiymətləndirmə mərkəzində işləyir, onun baş verənlərdən xəbəri olub. Hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə artıq yuxarı instansiya məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi var. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
12. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
13. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.
14. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin izahaını, iddia ərizəsinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
20. Yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan da görünür ki, qanunun əsas məqsədi vicdanlı hərəkət etmiş şəxsi hüquq münasibələri çərçivəsində yarana biləcək mənfi hüquqi nəticələrin təsirindən qorumaqdan ibarətdir. Mülki Məsələn qeyd edilən 140, 149.2 və 157.5-ci maddələri (bu norma mövcud pozuntunun nəticələrinin aradan qaldırılmasına yönəlmişdir) daşınmaz əşyalara, 182-ci maddəsi isə daşınar əşyalara münasibətdə vicdanlı əldə etmə şərtlərini tənzimləyir. Qanunun tələbinə görə, hər bir halda əmlakı əldə edən şəxsə münasibətdə, vicdanlılıq iki meyarla müəyyənləşdirilir: əldə edənin əşyaya qanunsuz sahib olduğunu bilməsi. Bu halda əldə edən sahibliyinin qanunsuz olduğunu real faktlar əsasında bilir, yaxud görür (məsələn, qanunla müəyyən edilmiş qaydada əmlakı əldə etmədən ona sahiblik edir) və sahibliyi davam etdirir; əldə edən əşyayaya qanusuz sahiblik etdiyini real faktlar əsasında bilmir, lakin sahibliyinin qanunsuz olmasına ehtimallar olduğunu bildiyi halda laqeydlik göstərərk bununla bağlı hərəkətsizlik nümayiş etdirir.
21. Mülki Məcəllənin 140-cı maddəsində əqdin həqiqi sayılması üçün reyestrdə əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Göründüyü kimi qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın.
22. İş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisəli Mənzil kreditin ödənilməsinin təminatı olaraq ipoteka qoyulmuş və sonradan kredit borcunun ödənilməsi ilə bağlı tələb ipoteka predmeti olan Mənzilə yönəldilərək onun açıq hərracda satılması və satışından əldə olunan pul vəsaiti hesabına kredit borcunun ödənilməsi məqsədilə icra sənədi müvafiq İcra Şöbəsinə göndərilsə də, sonradan həmin icra sənədinin verilməsinə əsas olmuş qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş və iddiaçının iddiadan imtinası qəbul edilərək, iş üzrə icraata xitam verilmişdir. Lakin buna baxmayaraq qətnamə ləğv edildikdən 4 il sonra heç bir əsas olmadan Mənzilin hərracı keçirilmiş, Mənzil Bank "xxxx" ASC tərəfindən hərrac protokolu əsasında alınmış, sonradan iddiaçıya satılmışdır. Lakin Cavabdeh1 tərəfindən hərracın nəticələri mübahisələndirilmiş, və məhkəmə qətnaməsi əsasında satış protokolunun etibarsız hesab edilmiş, sonradan Abşeron rayon Məhkəməsinin qətnaməsinə əsasən isə Mənzilə dair iddiaçı ilə Bank arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Mənzilə dair iddiaçının adına verilmiş çıxarışın ləğv edilməsi və onun Mənzildən çıxarılması qət edilmişdir.
23. Məhkəmə qeyd edir ki, Mənzilə dair iddiaçı ilə Bank arasında bağlanmış müqavilə etibarsız hesab edilib, ona verilmiş Çıxarış ləğv olunarkən artıq onun vicdanlı alıcı olub-olmaması barədə məsələyə də hüquqi qiymət verilmişdir. Belə ki, əgər iddiaçının vicdanlı alıcı olması müəyyən edilsəydi, onunla Bank arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, Mənzilin iddiaçının mülkiyyətində qalması müəyyən edilərdi.
24. Digər bir tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı Mənzili alarkən sıradan vətəndaşdan deyil, Bankdan almışdır. Məhkəmə hesab edir ki, iddiaçı Mənzili alarkən, Mənzilin Bankın mülkiyyətinə nəyin əsasında keçməsini araşdıra bilərdi. Lakin bütün bunlara baxmayaraq Mənzili əldə etmiş, Mənzillə bağlı riskləri öyrənmək üçün heç bir addım atmamışdır. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Könül Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”.
26. Məhkəm qeyd edir ki, iddiaçının vicdanlı alıcı statusuna malik olması üçün hazırki işdə əsaslar mövcud deyil, ona görə də iddia tələbi təmin edilməməlidir.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı